Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   ...   54   55   56   57   58   59   60   61   ...   100

 
199 
qiymətini,  eyni  zamanda    istiqamətini  də  dəyişir.  Maqnittellurik  sahənin 
qiymətinin  dəyişməsinin  zamandan  asılılığı  çox  mürəkkəb  xüsusiyyətə 
malikdir.  Tellurik  cərəyanın  zamandan  asılı  olaraq  dəyişməsinə  tellurik 
cərəyanın variyasiyası deyilir. Variasiya dövrü, ya da qeyri dövrü növlərə 
bölünür. 
Dövrü  variasiya  nisbətən  sabit  dövrlərlə  təsvir  olunur  və  uzun, 
orta  və  kiçik  dövrlü  variasiyalara  ayrılır.  Uzun  dövrlü  variasiya  bir 
neçə  saat  davam  edən  variasiyadır,  özünəməxsus  tək  impulsa 
malikdir.  Bunları  Yerin  dərin  qatlarını  tədqiq  edəndə  öyrənirlər. 
Ortadövrlü  variasiya  bir  neçə  saniyədən  saniyənin  onda  biri  qədər 
vaxtda baş verir. Qısa dövrlü və ya yüksək tezlikli variasiya onda bir 
saniyədən mində bir saniyə müddətində baş verən variaiyadır.  
Dəvamlılıq  dərəcəsinə  görə  variasiya  iki  növə  bölünür:  dəvamlı 
(dəyişməz)  və  qeyri-sabit.  Sabit  variasiya  bir  neçə  saat  (5  saat) 
aramsız  davam  edir  və  dövrlərin  amplitudasının  dəyişməsi  heç  bir 
qanunauyğunluğa  tabe  deyil.  Ən  çox  müşahidə  olunan  dayanıqlı 
variasiyadır,  bunun  dövrü  15-60  saniyədir,  bu  səhər  və  gündüz 
vaxtlarında  (saatlarında)  baş  verir.  Qeyri-stabil  variasiya  bir  silsilə 
impulsdur,  qısa  fasilələrlə  (40-60  saniyə)  adətən  axşam  və  gecə 
müşahidə olunur. 
Əməli  cəhətdən  daha  çox  əhəmiyyət  kəsb  edən  orta  dövrlü 
variasiyadır.  Bu  yerin  üst  qabığının  elektrik  xassələrindən  asılıdır. 
Orta  dövrlü  variasiyanın  amplitudu  özülün  (fundamentin)  çox 
dərində    olmayan    hissəsində    3-10    mV/km    hüdudunda  dəyişir. 
Özülün süxurlarının üstünü örtən qalın keçirici laylar olan sahədə isə 
amplitudu 0.5-1 mV/km hüdudunda dəyişir. 
Əgər  sahəsi  böyuk  olmayan  ərazidə  süxur  horizontal  yatırsa  və 
onun  müqaviməti  eynidirsə,  onda  TÇ  sahəsi  bu  ərazidə  həmin  anda 
eyni  qiymətə  və  istiqamətə  malikdir.  Əgər  ərazidə  elektrik  kəsilişi 
dəyişirsə, onda  eyni vaxtda müxtəlif məntəqədə  TÇ sahəsi müxtəlif 
olacaq.  Bu  dəyişikliyə  TÇ  anomaliyası  deyilir,  cünki  bu  tədqiq 
olunan  sahənin  geoloji  quruluşundan  asılıdır.  TÇ  sahəsinin 
öyrənilməsi  geoloji  quruluşun  əsas  xususiyyətlərinin  aşkar 
edilməsinə  imkan  verir.  TÇ  sahəsini  ölçmək  üçün  maqnittellurik 


 
200 
cihazdan  istifadə  olunur  (MTL—71),  bütün  ləvazimatlar  maşında 
yerləşdirilir. 
TÇ  sahəsini  ölçmək  üçün  qurğu  iki  qəbulediçi  MN  xəttindən 
ibarətdir,  hər  bir  xətt  PSMO  markalı  naqildən,  makaradan  və  iki 
qütbləşməyən  mis  kuporoslu  elektrodlrdan  ibarətdir.  Makaranın 
açılma  şəraiti  və  qəbuledici  elektrodların  bir-birinə  nisbətən 
yerləşməsinə  görə  (şəkil  76)  qurğuları  bir-birindən  fərqləndirirlər: 
xaçva 
rı,  Q  şəkilli,  T  şəkilli  və  korbucaqlı  qurğular    (M
1
N
1
  xətti  ilə  M

N
2
xətti  arasındakı bucaq  

 70°). 
MTP və MTZ üsulları ilə tellurik variasiyadan H  və E
x
   və E
y
-
dan başqa maqnit sahəsinin variasiyasını H
x
 və H
y
 təyin edirlər. 
MTP və MTZ üsulları zaman etibarı ilə bir-birinə uyğun gələn  
kvazisinusoidal impulslar dəstəsini ayırmağa əsaslanıb. Bu impulsların 
dövrləri 10-15%-dan çox fərqlənməməlidirlər, fazaları isə bir-birindən 
1/15  dövrdən  çox  olmamalıdır.  İmpulsun  amplitudu  10  sm-dən  az 
olmamalıdır.  Hər  dəstə  impuls  üçün  orta  dövr  aşağıdakı  formula  ilə 
hesablanır. 
     
 
Şək. 76. 
Tellurik cərəyan üsulunun ölçmə qurğuları a-Q şəkilli, b-Xaç 
şəkilli. v-T şəkilli, q-Bucaq şəkilli. 
 
            T=1/4(T.

x
+T

 u
+T H
 x
+T H
 u 
)
 
 Ayrılan hər dəstə impuls üçün giriş impedansı Z =  Ex / H
  u     
və 
sonra fərz olunan müqavimət təyin olunur.  

f
=0,2T

Z




 
201 
Burada  T-  E
x
  və  H
  u
  komponentlərin  dövrüdur,  Z  bunlara  əsasən 
hesablanır. MTZ üsulundan istifadə etdikdə nə qidalandırıcı  xətdən, 
nə  də  generator  qurğularından  istifadə  olunur,  bu  da  əmək  məhsul-
darlığını artırır və çöl işlərinin  maya dəyərini azaldır.  
 
§65. İnduktiv dipol profilləmə üsulu 
İDP  üsulu  yüksək  keçiricilkli  filliz  yataqlarının  axtarışında 
istifadə  olunur.  İDP  üsulu  ilə  çöldə  iş  aparmaq  üçün  qurğu  iki 
dipoldan ibarət olur (qidalandıran və qəbul edən). Bu böyük diametrə 
malik  olmayan  çox  sarğılı  iki  çərçivədən  ibarətdir.  Qidalandırıcı 
xəttə  generator  qoşulur,  bunun  köməyi  ilə  elektromaqnit  sahəsi 
yaradılır.  Qəbuledici,  dipol  ölçən  cihazlara  birləşdirilir  və  cəm 
maqnit  sahəsini  (H)  ölçməyə  imkan  verir.  Dipolları  müxtəlif 
müstəvilərdə  qoymaq  olar.  Hamısından  çox  şaquli  qurğulardan 
istifadə olunur  
(Hər  iki  dipol  horizontal  müstəvidə  yerləşir),  Bunun  köməkliyi  ilə 
maqnit  sahəsinin şaquli təşkiledicisini 

z
-lə  ölcürlər.  Nadir  hallarda 
H
y
  komponenti  təyin  olunur.  Dipollar  arasındakı  məsafə  gözlənilən 
hədəfin  dərinliyindən  iki  dəfə  çox  olmalıdır.  İş  zamanı  bu  məsafə 
sabit  (dəyişməz)  saxlanılır,  qurğunun  yeri  profil  boyu  dəyişdirilir. 
Şaquli qurğu ilə H
xz
-in amplitudunu, onun fazasını 

cz
 və horizontal 
qurğu  ilə  H
xz
  və 

cy
  ölçülur.  Açıq  ərazidə  axtarış  planalmanı  DİP 
üsulu  ilə  1:25.000  və  1:5.000  miqyasında  bir  münasib  tezlikdə 
aparırlar. 
Filiz kütlələrinin axtarışında va geoloji xəritəalmada müşahidələr 
iki tezlikdə aparılır. 
Açıq  ərazilərdə  dəqiq  planalmalar  1:5.000  və  1:  2.000  miqyas-
ında aparılır, bununla anomaliyaların sərhədləri, lap kiçik ölçülu filiz 
hədəflərini,  filiz  kütlələrini  izləmək  kimi  məqsədlər  üçün  istifadə 
olunur. Belə hallarda işi 6-8 hers tezliklərdə  aparırlar. İDP quyuların 
tədqiqində  istifadə  edilir.  Bu  üsuldan  həmçinin  aero  elektrik 
kəşfiyyatda istifadə edirlər.    
 
§66. Radiokip üsulu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə