Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   ...   55   56   57   58   59   60   61   62   ...   100

 
202 
Radiokip üsulu geniş diapazonlu (10-30 khers) radiostansiyaların 
verdiyi  elektromaqnit  sahəsinin  öyrənilməsi  əsasında  yaranıb.  Bu 
dalğalar  bir  qədər  dərinliklə  yayılaraq  keçirici  hədəflərdə  ikinci 
induktiv  elektromaqnit  sahəsi  yaradır.  Tədqiq  olunan  sahə  müstəvi 
xüsusiyyətli dalğalardır və radiostansiyadan iş aparılan əraziyə qədər 
olan  məsafədən,  radiodalğaların  yayılma  şəraitindən  (vaxtdan, 
havanın  vəziyyətindən)  asılıdır.  Kəskin  metroloji  dəyişiklik  zamanı 
sahənin  gərginliyi  20-50%  dəyişir,  ona  görə  da  şimşəkli  (ildırımlı) 
günlərdə, güclü  küləkli  günlərdə, maqnit  burulğanlığı  olan günlərdə 
və s. işləmək məsləhət görülmür. Təçrübi yolla müəyyən olunub ki, 
radiostansiyadan 150-200 km məsafələrdə, sahəsi bir neçə on kvadrat 
kilometrlik  olan  ərazidə  bircinsli  mühitdə  sahənin  gərginliyi  sabit 
olur. 
Fəza dalğalarının  yaratdığı  maneələrdən qurtarmaq üçün işi orta 
və uzun dalğalarla aparmaq lazımdır (dalğanın uzunluğu 300 m-dən 
çox  olmalıdır).  İşlər  radiokip  üsulu  ilə  demək  olar  ki,  gündüz  uzun 
dalğalı  verilişlərin  yaxşı  eşidildiyini  nəzərə  alaraq  bütün  rayonlarda 
aparmaq  olar.  Ən  əlverişli  vəziyyət  radiostansiyanın  istiqaməti  ilə 
tədqiq  olunan  hədəfin  uzanma  istiqamətinin  bir-birinə  uyğun 
gəlməsidir, belə halda yaranan ikinci sahə xeyli güclu olur. 
Elektromaqnit  sahəsinin  gərginliyini  ölçmək  üçun  yanda 
gəzdirilən yüngül, çəkisi 2.5 kq olan maqnit antenalı cihaz hazırlanıb  
 
(çöldə sahənin gərginliyini öçən). 
Radiokip  üsulu  ilə  işləri  ya  marşrutlarda,  ya  da  açıq  sahəli 
ərazilərdə  aparırlar.  Tədqiqat  sahəsində  nəzarət  məntəqəsi  yaradılır 
ki,  burada  cihazları  nizamlamağa  başlayırlar,  radiostansiyaların  isti-
qamətini süxurların yayılma istiqaməti ilə uyğunlaşdırırlar. Müşahidə 
məntəqəsinin  istiqaməti  elə  seçilir  ki,  orada 

,  H
z
,  H
p
,  E
x
,  E
y
  ən 
böyük  qiymətə  malik  olsun.  Bu  işlər  görüldükdən  sonra  operator 
profil boyu hər bir məntəqədə ölçmə işləri aparır. Çihazın istiqaməti 
bütün  məntəqələrdə  sabit  saxlanılır,  kənara  çıxmaya  yol  verilmir. 
Müşahidələrin  nəticələri  əyrilər 

,  H
z
,  H
p
,  E
x
,  E
y
  və  yaxud  əyrinin 


 
203 
planı  şəklində  verilir.    Nəticələrin  təhlili  keyfiyyətcə  aparılır:  H
z
  ən 
böyük qiyməti keçiriciliyi çox olan süxurlara uyğun gəlir  
(şəkil 77 a). E
x
 və E
y
 böyük qiymətləri pis  keçirici süxurlara uyğun 
dur. Dikinə düşən keçirici kütlələr uzərində H
p
 ən böyük qiymətlə və 
H
z
 isə iki müsbət ekstremumla ən kiçik qiymətlə ayrılır (şəkil 74 b). 
Belə kütlənin üst qatının yerləşdiyi dərinlik H
p
  anomaliyanın  eninin 
1/2-nə  bərabərdir,  yaxud  H
z
  ekstremumunun  arasındakı  məsafənin 
yarısına bərabərdir (şəkil 74 b). 
İki  mühitin  birləşdiyi  yer  H
z
  -in  ən  böyük  qiymətilə  və 
ekstremumlar  arasındakı  orta  nöqtə  H
p
  ilə  qeyd  olunur  (şəkil  77  b). 
Hədəfin  yerləşdiyi  dərinliyi  aşağıdakı  düsturla  təyin  etmək  olar.              
 
 
  
4
)
(
)
(
max
max
l
H
H
h
p
z

 
Burada l- iki H
p
 ekstremum arasındakı məsafədir. Radiokip üsulu ilə 
planalma işləri 1:50.000 miqyasında aparılır, bunun köməyi ilə  
filiz kütlələrinin yayılma istiqaməti, sərhədlərinin çəkilməsi, tektonik 
pozulmalar,  süxurların  birləşdiyi  ərazilər,  kvars  damarları,  daykalar 
və    sərt  düşən  və  meyilli  geoloji  hədəflər  tədqiq  edilir.  Bu  üsulun 
üstünlüyü odur ki, cihaz yüngüldur, istənilən yerdə iş aparmaq olar. 
Nöqsan çəhəti isə çoxlu maneələrin olmasıdır.  
 
§67.  Elektrik  kəşfiyyat  işləri  görülən  zaman,  təhlükəsizlik 
texnikasına riayət 
1.
 
Elektrik  kəşfiyyat  işlərində  elektrik  cərəyanı  və  elektrik 
cihazları ilə işləyən işçilərin zədələnmə təhlükəsi mövcuddur.  
 
 


 
204 
       
 
 
Şək.77. Radiokip üsulu ilə aparılan işlərin nəticələri. 1-  gilli qum daşlı 
lay; 2- əhəng daşı; 3-keçirici mühit.  
 
Ona  görə  işçilərin  hamısı  fərdi  qoruyuçu  vəsaitlə  (rezin  əlcək,  rezin 
çəkmə) təmin olunmalıdır. 
2.  Qoruyucu  vəsaitin  yararlı  olduğu  müntəzəm  olaraq 
yoxlanılmalıdır,  dielektrik  əlcəklər,  rezin  çəkmələr  6  aydan  bir  
ayaqaltı rezin həsirlər isə 2 ildə 1 dəfə yoxlamadan keçməlidir. 
3.  Generatorun  gövdəsi,  cihazların  gövdəsi  və  digər  yuksək 
gərginlikli  qurğular  yerlə  birləşdirilməlidir.  Yerlə  birləşdirilmiş 
elektrodların müqaviməti 10 Om-dan çox olmamalıdır. 
4. İş zamanı batareyadan, akkumulyatordan istifadə olunan  
zaman onları rezin həsirlərin üzərinə qoymaq lazımdır. 
5. Qidalandırıcı xətlərin uzaq məsafələrə aparılması zamanı yerlə 
birləşmə  Yerində  işci  iki  nəfərdən  az  olmamalıdır,  əgər  bədbəxt 
hadisə baş versə, biri o birinə lazımi köməyi edə bilsin. 
6.  Elektrik  cərəyanı  buraxılmazdan  əvvəl  operator  mütləq 
qidalandırıçı  xəttin  hazır  olduğuna  əmin  olmalıdır,  sonra  bütün 
işciləri xəbərdar etməlidir ki, cərəyan buraxır və cərəyanın qiymətini 
deməlidir. Dəstənin işciləri əvvəlcədən təsdiq olunmuş işarəni (səslə, 
bayraqla, telefonla və s.) bilməlidirlər. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə