Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   ...   57   58   59   60   61   62   63   64   ...   100

 
210 
Şəbəkədən 

2



nisbəti götürülür (şək. 68 a), bu dairə ilə işarə 
olunur. 

2


1
  nisbətini  və 

1
  in  qiymətlərini  bilərək  ikinci  layın 
müqavimətini hesablamaq olur. 
Elektrik  zondlamanı  təkcə  simmetrik  qurğu  ilə  yox,  AMNB  və 
başqaları o cümlədən üç elektrodlu qurğular vasitəsi ilə də aparmaq 
olur.   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
211 
 
XVI FƏSİL 
FİZİKİ-KİMYƏVİ MƏNŞƏLİ ÜSULLAR 
§62. Təbii elektrik sahəsi üsulu 
Təbii  elektrik  sahəsi  üsulu  Yer  qabığının  səthinə  yaxın  sulfidli, 
kobaltlı,  qrafitli,  maqnetitli,  nikelli,  antrasitli,  piritli,  pirrotinli  və 
kömürlü  süxur  layları  ətrafında  yaranan  yerli  elektrik  sahəsinin 
öyrənilməsinə əsaslanıb. 
Təbii  elektrik  sahəsi  yerdə  insan    müdaxiləsi  olmadan  elektrik 
hərəkət  qüvvəsi  sayəsində  kimyəvi,  süzulmə  və  diffuziya  prosesləri 
zamanı  baş verir. 
Təbii  elektrik  sahəsi  eyni  zamanda  məsaməli  laylarda  suyun 
dövriyyəsi nəticəsində, filiz kütlələrinin sərhədində, yaxud da müxtə-
lif  keçiricili  iki  layın  sərhəddində,  həmçinin  yer  altında  süni 
yaradılmış qurğuların ətrafında (su, qaz boruları, dəmir yolu relsləri) 
yaranır. 
Təbii  elektrik  sahəsinin  yaranmasının  əsas  səbəbi  fiziki-kimyəvi 
proseslərdir, bu sulfid yataqlarında aşınma nəticəsində oksidləşmə və 
bərpaolma reaksiyaları zamanı filiz kütləsinin iştirakı ilə baş verir. 
İstənilən elektrik hərəkətverici qüvvəsi tərəfindən filiz kütləsində 
polyarizasiya  baş  verir,  onda  həmin  ərazi  üzərində  təbii  elektrik 
sahəsi müşahidə olunur. Kəsilişin üst qatı oksigenlə zəngin olur. Filiz 
kütləsi su ilə oksidləşmə reaksiyasında iştirak edir, öz elektronlarını 
ona  verərək  müsbət  yuklu  potensial  əldə  edir,  bu  kütləni  özündə 
yerləşdirən  mühit  isə  yüklənərək  mənfi  potensiala  malik  olur  (şəkil 
70).  
Kəsilişin alt hissəsində bərpaolunma reaksiyası nəticəsində  filiz 
kütləsi  elektronları  özünə  birləşdirir  və  mənfi  potensial  yaradır, 
kütləni  özündə  saxlayan  mühit  isə  müsbət  yüklü  potensiala  malik 
olur. Yüklərin belə paylanması elektrik sahəsinin yaranmasına səbəb 
olur.  Ona  görə  də  filiz  yataqları  üzərində  mənfi  potensiallı  elektrik 
sahəsinin  yaranmasına  səbəb  olur  və  müşahidə  edilir.  Mənfi 


 
212 
potensiala  malik  olan  anomaliya  filiz  kütləsinin  yerləşdiyi 
dərinlikdən və onun ölçülərindən asılıdır. 
 
 
Təbii  elektrik  sahəsi  üsulu  hidrogeoloji  və  dağ  mühəndis 
tədqiqatlarında,  torpaq  sularının  axma  istiqamətinin  təyini,  torpaq 
layları altında çat suların çıxdığı yerin, su quyularında suyun süzülüb 
yığılmasının  və  s.-nin  öyrənilməsində  ən  geniş  istifadə  olunan 
sahədir. Bundan başqa bu üsul faydalı qazıntıların yüksək keçirici 
 
                     
 
Şək.70. 
Sulfid yatağı üzərində təbii elektrik sahəsinin yaranması.
  
 
süxurların  xəritəyə  alınmasında  geniş  istifadə  olunur.  Təbii 
elektrik sahəsinin ölçülməsi Yerin səthində, quyuda,  yeraltı dağ mə-
dən  istehsal  yerlərində  aparılır.  Elektrodlar  arasında  potensiallar 
fərqinin  qiyməti  M  elektrodunun  yerləşdiyi  məntəqənin  potensialı 
adlanır. (şəkil 71 a 1,2,3 məntəqə).  
Potensial  üsulla  görülən  iş  qəbuledici  elektrodlardan  M  birinin 
yerini  dəyişməklə  aparılır,  ikinci  elektrod  N  ana  xətt  üzərində 
tərpənməz  yerləşdirilir  və  potensialın  qiyməti  həmin  nöqtədə  sıfır 
qəbul  olunur.  Potensialın  qiyməti  əyri  və  bərabər  potensial  xəritəsi 
kimi göstərilir (bax şəkil 72 a,b). 


 
213 
Potensialın izoxəttinin xarici görünüşü filiz kütləsi haqda ümumi 
təsəvvür  yaranmasına  imkan  verir.  Layın  oxunun  kiçik  qiyməti 
axtarılan  hədəfin  yerləşdiyinə  uyğun  gəlir.  Mənfi  anomaliyalar  bir 
qay 
da olaraq sulfid yataqları, kömür layları, antrasit və qrafit layları 
üzərində əmələ gəlir. 
 
 
 
 
 
Şək.71. 
Potensial üsulu ilə müşahidə sxemi (a) qradient potensialı (b) 
ÖC ölçmə cihazı. 
 
 


 
214 
Şək.72 
Təbii  sahə  üsulu  ilə  aparılan  işin  nəticələri.  a-  Tərkibində 
müxtəlif  metallar  olan  damarlar  üzərində  sahə  qrafiki.  b-Damar  üzərində 
bərabər  potensiallı  izoxətlərin  planı.1.  Tərkibində  müxtəlif  metallar  olan 
damar. 2. Damarları özündə yerləşdirən mühit. 
Yeraltı  süzülüb  axan  suları  öyrənən  zaman  müxtəlif  işarəli 
anomaliyalara  təsadüf  oluna  bilər,  bu,  suyun  axma  istiqamətindən 
asılıdır. Süzülüb gələn lay suyu üzərində mənfi, mənbə üzərində isə 
müsbət  anomaliya  müşahidə  olunur.  Təbii  sahə  suyun  altında 
gizlənən  süzülüb  axma  mərkəzinin  aşkar  edilməsində  böyük  rol 
oynayır, bu, su anbarlarının altında süzülüb axan suların istiqamətini 
izləməyə  imkan  verir.  Bunun  üçün  bir  məntəqədən  müxtəlif 
istiqamətdə müşahidələr aparılır (şəkil 73). 
          
 
Şək.73. 
Yeraltı  suların  axma  istiqamətinin  təbii  elektrik  sahəsi  üsulu 
ilə təyini. a-qəbuledici xətlərin yerləşdirilməsi. b-

U dəyişməsi. 
 
Mərkəzi müşahidə nöqtəsindən bütün istiqamətlərdə potensiallar 
fərqini  ölçmək  qəbuledici  (M
1
N
1
M
2
N
2
)  xətlərin  uzunluğuna  uyğun 
məsafədə aparılır. Kəsiklərinin sonu 

U
1
 

U
2
 

U
3
 

U
4
    bir-biri  ilə 
birləşdirirlər və səkizə oxşar fiqur alınır. Bu fiqurun uzun oxu yeraltı 
suların  axma  istiqamətini  göstərir.  Axımın  istiqaməti  əmələ  gələn 
qradientin işarəsindən asılıdır: məntəqə axma istiqamətindən aşağıda 
yerləşmiş olsa, orada potensial böyük olacaq. Misal üçün əgər şəkil 
73 b-də N
1
 məntəqəsində potensial, M
1
 məntəqəsindəki potensialdan 
çoxdursa,  deməli  suyun  axma  istiqaməti  M
1
-dən  N
1
  tərəfədir. 
Nəticədə  demək  lazımdır  ki,  şaquli  zondlama  üsulu  çox  sadədir, 
səmərəlidir və əlverişli geoloji şəraitdə yaxşı nəticələr verir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə