Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   ...   52   53   54   55   56   57   58   59   ...   100

 
192 
axtarılan  hədəfin  yerləşdiyinə  uyğun  gəlir.  Mənfi  anomaliyalar  bir 
qayda olaraq sulfid  yataqları, kömür layları, antrasit və qrafit layları 
üzərində əmələ gəlir. 
 
 
 
 
 
Şək.71. Potensial üsulu ilə müşahidə sxemi (a) qradient potensialı (b) 
ÖC ölçmə cihazı. 
 
Şək.72  Təbii  sahə  üsulu  ilə  aparılan  işin  nəticələri.  a-  Tərkibində 
müxtəlif  metallar  olan  damarlar  üzərində  sahə  qrafiki.  b-Damar  üzərində 
bərabər  potensiallı  izoxətlərin  planı.1.  Tərkibində  müxtəlif  metallar  olan 
damar. 2. Damarları özündə yerləşdirən mühit. 


 
193 
 
Yeraltı  süzülüb  axan  suları  öyrənən  zaman  müxtəlif  işarəli 
anomaliyalara  təsadüf  oluna  bilər,  bu,  suyun  axma  istiqamətindən 
asılıdır. Süzülüb gələn lay suyu üzərində mənfi, mənbə üzərində isə 
müsbət  anomaliya  müşahidə  olunur.  Təbii  sahə  suyun  altında 
gizlənən  süzülüb  axma  mərkəzinin  aşkar  edilməsində  böyük  rol 
oynayır, bu, su anbarlarının altında süzülüb axan suların istiqamətini 
izləməyə  imkan  verir.  Bunun  üçün  bir  məntəqədən  müxtəlif 
istiqamətdə müşahidələr aparılır (şəkil 73). 
 
          
 
Şək.73. Yeraltı suların axma istiqamətinin təbii elektrik sahəsi üsulu ilə 
təyini. a-qəbuledici xətlərin yerləşdirilməsi. b-

U dəyişməsi. 
 
Mərkəzi müşahidə nöqtəsindən bütün istiqamətlərdə potensiallar 
fərqini  ölçmək  qəbuledici  (M
1
N
1
M
2
N
2
)  xətlərin  uzunluğuna  uyğun 
məsafədə aparılır. Kəsiklərinin sonu 

U
1
 

U
2
 

U
3
 

U
4
    bir-biri  ilə 
birləşdirirlər və səkizə oxşar fiqur alınır. Bu fiqurun uzun oxu yeraltı 
suların  axma  istiqamətini  göstərir.  Axımın  istiqaməti  əmələ  gələn 
qradientin işarəsindən asılıdır: məntəqə axma istiqamətindən aşağıda 
yerləşmiş olsa, orada potensial böyük olacaq. Misal üçün əgər şəkil 
73 b-də N
1
 məntəqəsində potensial, M
1
 məntəqəsindəki potensialdan 
çoxdursa,  deməli  suyun  axma  istiqaməti  M
1
-dən  N
1
  tərəfədir. 
Nəticədə  demək  lazımdır  ki,  şaquli  zondlama  üsulu  çox  sadədir, 
səmərəlidir və əlverişli geoloji şəraitdə yaxşı nəticələr verir. 
 
§ 63.SÜNİ YARADILMIŞ QÜTBLƏŞMƏ ÜSULU                 


 
194 
Süni  yaradılmış  qütbləşmə  üsulu  yerdə  yaranan  ikinci  elektrik 
sahəsini  öyrənir.  Bu  hadisə  yerə  uzun  müddət  sabit  cərəyan 
buraxmaqla  müşahidə  olunur.  Bu  halda  maye  və  bərk  fazaların 
sərhədində,  nəmli  süxurun  məsamələrində,  tərəfdən  dielektriklərin 
yanında  elektirik  cərəyanını  yaxşı  keçirən  mineral  olduqda  bunlar 
arasında elektrokimyəvi reaksiya baş verir ki, bunun hesabına ikinci 
elektirik  sahəsi  yaranır.  Bu  prosesə  yüklənərək  qütbləşmə  adı 
verilmişdir. 
Kristalik  quruluşa  və  elektron  keçiriciliyinə  malik  olan  yüklənərək 
qütbləşmiş  mineralların  xüsusiyyəti  akkumlyator  hadisəsinə  oxşayır 
(Şəkil  74).  Yüklənmənin  vaxtı  artdıqca  qütbləşmənin  intensivliyi 
artır. Bu çox hallarda məsamələrə dolmuş elektrolitin tərkibin, onun 
zənginliyindən,  məsamələrin  quruluşundan  asılıdır  və  qütbləşmə 
üsulun  hidrogeoloji  və  dağ-mühəndis  geologiyasındakı  məsələlərin 
həllində  istifadə  olunmasını  göstərir.  Qütbləşmə  üçün  3-5  dəqiqə 
kifayətdir  ki 

U
sp
  ozünün  maksimum  qiymətini  alsın.  Cərəyan 
kəsildikdə  AB  xəttində  verilən  elektrik  sahəsi  bir  anlığa  yox  olur, 
qütbləşmə  sahəsi  isə  müəyyən  vaxt  keçdikdən  sonra  sıfır  olur. 
Qütbləşmə sahəsinin azalması birinci saniyədə baş verir, ona görə də 
birinci sahə kəsilən kimi ölçməni aparmaq lazımdır. 
 
 
Şək.74.  Süni  yaradılmış  potensialın  qiymətinin 

U
sp
  yüklənmə  və 
boşalma zamanı t-dən asılılığı. 
 
Qütbləşmə  sahəsinin  hesablanması  aşağıdakı  kimi  aparılır:  1) 
qütbləşmə dövrü MN xəttində 

U
sp 
, 2) AB xəttində cərəyan şiddəti 


 
195 
İ
AB
,  3)MN  xəttində  cərəyan  kəsildikdən  sonra   

U
qütb
,  gərginliyidir. 
Bu aldığımız qiymətlərlə 

f

U
sp  
/I,      

f
=

U
qütb
/

U
sp
∙100 % 
faizlə  hesablanılır  ki,  burada   

f   
süxurun  fərz  olunan  qütbləşməsi 
adlanır və faizlə ölçülür. 
Müxtəlif  ərazilərdə  qütbləşmə  üsulun  təcrübi  istifadəsi  göstərir 
ki, müxtəlif filizsiz süxurların qütbləşməsi 2-4%, filiz kütlələri üçün 
6%-dən  çox  olur.  Orta  qradient  üsulu  ilə  iş  aparıldıqda,  qrafiklər 
xəritəsi və profil boyu 

f
 və 

f
 qrafiki qurulur (Şəkil 75). 
       
 
Şək.75.  Orta  qradient  qurğusunda  fərz  olunan  qütbləşmə 

f     
və  fərz 
olunan xüsusi müqavimət 

f
, qrafiki (a, b) və ŞEZ (v,q)  1-boş yumşaq çök-
mələr; 2-özündə yerləşdirən süxur; sulfid dənəcikləri;3-kasıb;4-zəngin. 
 
Şaquli  zondlama  qurğusu  ilə  müşahidə  zamanı  biloqarifmik 
kağızda 

f   
  və 

f   
əyriləri  qurulur  (şəkil  75  c,q)  və  ölçülən 
kəmiyyətlər  üçün  şaquli  kəsilişlər  qurulur.  Alınan  nəticələri  ancaq 
keyfiyyətcə  təhlil  edirlər.  Hədəfi  özündə  yerləşdirən  süxurların 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə