Xələfli A. A



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   ...   48   49   50   51   52   53   54   55   ...   100

 
175 
 
Müqavimət üsulu ilə çöl işləri görüldükdə elə cihazlardan istifadə 
olunur ki, MN xətti üzrə potensiallar fərqini və AB elektrodları üzrə 
buraxılan cərəyan şiddətini ölçməyə imkan versin. Cihazlardan əlavə 
cərəyan  mənbəyi,  naqillər,  naqilləri  sarımaq  üçün  dolaqlar, 
elektrodlar,  rezin  xalçalar,  elektrodları  yerə  çalmaq  üçün  toxmaq, 
izolyator-elektrik cərəyanını pis keçirən lent və təmir üçün iş  alətlə-
rinin olması vacibdir.  
 
§57.Cihazların quruluşu və iş prinsipi 
Elektrik  kəşfiyyatında  müxtəlif  ölçü  cihazlarından  istifadə 
olunmasına  baxmayaraq  bu  cihazlar  oxşar  funksiyalı  hissələrdən 
ibarətdir, ölçmələr isə kompensasiya üsulu ilə aparılır. Kompensasiya 
üsulunun mənasına sadə sxemdə baxaq (şəkil 57). SD (etalon) məftil 
müqavimətdən,  E  cərəyan  mənbəyindən  i=E/R
CD 
  cərəyan  axır. 
Qəbuledicinin  A  və  B  nöqtələrinə  qalvanometr  Q  qoşulur.  Burada 
əmələ  gələn  qapalı  kontura  MabN  iki  potensiallar  fərqi  təsir  edir 

U
MN
+U
ab 
. Birinci yerdə yaranan elektrik sahəsinin, ikinci isə A və 
B  nöqtələri  arasında  düşən  gərginliyin  hesabına  və  cihazın 
konpensasiya elementi SD hesabına yaranan potensialdır.  
      
 
Şək.57.
 
Elektrik  kəşfiyyatı  cihazlarında  kompensasiya  qurğusunun 
prinsipial sxemi

 
Qapalı  konturda  MabN  potensiallar  fərqi  iki  potensialın  cəminə 
bərabərdir 

U= U
MN
+U
ab
 bu o vaxt mümkündür ki, 

U
MN
= - 

U
ab  
 


 
176 
yəni  dövrədə  cərəyan  yoxdur.  Qalvonometrin  əqrəbi  dəyişməz 
qalır. Deməli, ölçülən 

U
MN
 

U
ab
 qiymətcə bərabərləşirlər (şəkil 57 
bax).  
Kompensasiya ölçmə üsulu birinci buraxılan EP-1 potensiometr-
lərində  istifadə  olunmuşdur.  Müasir  cihazlarda 

U
MN
-nin  ölçülməsi 
avtomatik olaraq aparılır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
177 
XV FƏSİL. SABİT CƏRƏYAN ÜSULU VƏ  ÇÖL 
İŞLƏRİNİN 
APARILMA QAYDALARI 
 
Sabit  cərəyan  kəşfiyyatı  üsulu  ilə  geoelektrik  sahələrini 
öyrənirlər.  Bu  üsul  müqavimət  üsulu  adlanır  və  iki  böyük  dəstəyə 
ayrılır:  elektrik  profilləmə  və  zondlama.  Profilləmə  üsulu  profil 
uzunu cihazın yerini dəyişməklə süxurların profil boyu xususi müqa-
vimətinin  dəyişməsini  ölçməyə  imkan  verir.  Simmetrik  qurğu  ilə 
qəbuledici  elektrodların  bir  yerdə  sabit  qalması  ilə  qidalaycı 
elektrodlar  arasında  məsafəni  dəyişdirərək  dərinliklərdə  yerləşən 
süxurların  xüsusi  müqavimətini  öyrənməyə  imkan  verdiyindən  bu 
üsula zondlama üsulu deyilir. 
Profilləmə  üsulu  süxurların  elektrik  xassəsinə  görə  dəqiq 
ayrıldığı  yerdə  istifadə  olunur,  süxurların  yatım  bucağı  10-20
0
  artıq 
olmamalıdır.  Qurğunun  əvvəldən  təyin  olunmuş  istiqamətdə  yerini 
dəyişdirməklə ölçmə işləri aparılır. Profil üzrə müşahidə məntəqələri 
arasında  məsafəyə  qurğunun  addımı  deyilir,  adətən  bu  məsafə  MN 
elektrodları  arasındakı  məsafəyə  bərabər  olur,  nadir  hallarda  2MN 
olur. 
Qurğunun  həndəsi  ölçülərindən  asılı  olaraq  müqavimət  üsulunu 
aşağıdakı əsas növlərə ayırmaq olar.   
 
§ 58. Elektrik profilləmələri 
Elektrik profəlləmə üsulu süxurların xususi müqavimətinin təyin 
olunmasına  əsaslanır.  Bu  ölçmələrdə  qurğunun  ölçüləri  dəyişməz 
qalır, yəni qidalayıcı və qəbulediçi elektrodlar arasındakı məsafələri 
dəyişməz saxlamaqla profil boyu qurğunun yeri dəyişdirilərək ölçmə 
işləri aparılır. Bu qurğu geoloji kəsilişi müşahidə xətti uzrə təxminən 
eyni dərinlikdə işıqlandırmağa imkan verir. 
Müxtəlif  geoloji  şəraitlərdə  müxtəlif  ölçülu  qurğulardan  istifadə 
olunur  ki,  ərazi  haqda  daha  dəqiq  məlumat  əldə  etmək  mümkün 
olsun.  Elektroprofilləmə  üsulunun  hamısından  açıq  sahələrdə  və 
marşrutlarda  istifadə  olunur.  Marşrut  üzrə  planalmada  ölçmələr 


 
178 
səciyyəvi  istiqamətlər  üzrə  aparılır,  yəni  süxurların  yatma  istiqam-
ətinə  perpendikulyar  istiqamətdə.  Açıq  sahələrdə  planalma  işlərində 
sahə bərabər paylanan müşahidə şəbəkələrinə ayrılır (§18 bax). 
Çöl  işləri  aparılanda  işin  aparılma  xüsusiyyətindən  asılı  olaraq 
profilləmə  qurğularının  növünün  seçilməsi  böyük  əhəmiyyət  kəsb 
edir.  İstifadə  edilən  qurğulardan  asılı  olaraq,  çöl  işlərinin  aparılma 
qaydası da fərqli olur: simmetrik, dipol, bir-biri ilə uyğunlaşdırılmış 
bir neçə qurğu, orta qradient üsulu və s. 
          
 
Şək.  58.  Simmetrik  profilləmə  üsulunun  qurğusu.  a-AB  xətti  üzrə 
qidalanan; b-iki xətt üzrə qidalanan AB və A

B

 
 
§ 59. Simmetrik elektrik profilləməsi (SEP) 
Bu  üsulla  iş  vaxtı  əsasən  simmetrik  dörd  elektrodlu  qurğudan 
istifadə  olunur.  Bu  qurğu  profil  boyunça  hərəkət  etdirilir,  qurğunun 
addımı  çox  hallarda  MN  elektrodları  arasındakı  məsafəyə  bərabər 
olur (şəkil 58). Simmetrik qurğudan aşağıdakı məsələləri həll etmək 
üçün  istifadə  olunur:  a)  qırışıqlı  strukturların  planalınması,  bu 
struktur öz tərkibində dayaq (istinad) elektrik layı saxlamış olmalıdır; 
b) birdən-birə kəskin duşən hədəflərin planalınması, daykaları, kvars 
damarlarını, kömür laylarını və s. Müxtəlif xüsusi mü  
qavimətlərə malik olan kəskin düşən süxurların toxunma sərhədlə 
rinin  planalınması  çökmə-püskürmə  və  çökmə-metamorfik  və  s. 
Bundan başqa torpaq qatı altında olan süxurlarda çatların istiqamətini 
və sistemləşməsini öyrənmək üçün planalmadan istifadə olunur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə