Xələfli A. A


§ 53. Maqnit və qravi kəşfiyyatda təhlükəsizlik texnikası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/100
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26718
1   ...   44   45   46   47   48   49   50   51   ...   100

 
162 
§ 53. Maqnit və qravi kəşfiyyatda təhlükəsizlik texnikası 
Maqnit  və  qravikəşfiyyatda  işlər  təhlükəsizlik  texnikasına 
düzgün riayət olunmaqla aparılmalıdır. 
Qravi  və  maqnit  kəşfiyyatı  işlərində  briqada  iki  nəfərdən 
ibarət olmalıdır. Təkcə bir operatorun işləməsi qadağandır. 
Qravimetrdə və maqnitometrdə  və  optik sistemlə  işlədikdə məsləhət 
görülür  ki,  hər  iki  gözü  açıq  saxlayaraq  ölçmələrin  qiymətini  
görməlidirlər. Əgər müşahidə bir gözlə aparılırsa, onda növbə ilə hər 
iki  gözlə  baxmaq  lazımdır.  Əgər  müşahidə  səhrada,  açıq  dağ 
yamacında,  qarla  örtülmüş  ərazidə  aparılırsa,  mütləq  günəş 
şüalarından  qorunmaq üçün gün eynəyindən istifadə etmək lazımdır. 
M-33  maqnitometrini  çətin  keçilən  yer  də  apardıqa  onun  batareya-
larını birləşdirici kabellə birlikdə başqa adam aparmalıdır. Qravimetri 
bir nöqtədən digərinə kəmərlə bellərinə bağlayaraq aparırlar.  
Kvars  qravimetrinin  labarotoriya  şəraitində  həssas  hissəsi 
çıxardıldıqda  mütləq  qoruyücu  eynəkdən  istifadə  etmək  lazımdır. 
Əgər kvars sistemi sınsa, onda gözü şüşə qəlpələrdən eynək qoruya 
bilər. Bu cihazlardan mədən işlərində və qazma qüllələrində istifadə 
etmək  üçün  dağ  mədən  nəzarətçilərindən  icazə  alınmalıdır. 
Nəzarətçilər  xususi  göstəriş  verməli,  təhlükəsizlik  texnikasına  neçə 
rəayət  etmək  haqda  təlim  keçməlidir.  Əgər  kəşfiyyat  işləri  maşınla 
aparılırsa,  cihazlar  yolun  kənarına  qoyulmalıdır.  Cihazları 
avtomaşının  qabağına  və  arxasına  qoymaq  qəti  qadağandır.  Əgər 
maşın  dayanıb  ölçmə  işləri  aparılırsa,  xüsusilə,  həm  enişdə,  həm  də 
yoxuşda  sürücü  kabinədan  çıxmamalıdır.  Bu  halda  həm  əyləc,  həm 
də sürət qutusu qoşulu olmalıdır. 
Cihazla  ildırım  çaxanda  və  nəmli  havada  işləmək  olmaz.  İşə 
başlamamışdan  qabaq  bütün  fəhlələrə  bu  qaydaları  öyrətmək 
lazımdır. 
 
 
 
 
 


 
163 
Üçüncü hissə 
 
ELEKTRİK KƏŞFİYYATI 
 
Elektrik  kəşfiyyatı  Geofiziki  axtarışların  başlıca  üsullarından 
biridir. Bu üsul Yerin alt qatlarında təbii və süni elektrik sahələrinin 
öyrənilməsinə əsaslanır. Bundan əlavə bu üsul Yerin geoloji qurulu-
şunun tədqiqatlarında, geoloji xəritəalmada, faydalı qazıntıların kəş-
fiyyatı və axtarışında bir çox müxtəlif  hidrogeologiya məsələlərinin 
həllində, dağ mədən işlərində və s. də geniş istifadə olunur. 
Elektrik  axtarışları  üsulunun  tətbiq  olunması  süxurların  elektrik 
xassəsinə  görə  bir-birindən  fərqlənməsinə  əsaslanıb.  Elektromaqnit 
sahəsinin  xususiyyəti  öyrənilən  ərazinin  geoelektrik  quruluşundan, 
filiz kütlələrinin  formasından,  onun  ölçülərindən,  yatım bucağından, 
yerləşdiyi dərinlikdən asılıdır. 
Elektrik  axtarışlarında  qarşıya  qoyulan  tapşırıq  tədqiqat  aparılan 
ərazidə  bilavasitə  geoelektrik  kəsilişlərinin  qurulması  və  onun  təd-
qiqindən ibarətdir. Süxurların elektrik xassələrini bilərək geoelektrik 
kəsilişində qarşıya qoyulan geoloji məsələni həll edə bilərik. 
Hal-hazırda  bütün  elektrik  axtarışlarında  istifadə  olunan  üsullar 
işlədilən cərəyanın tezliyində aparılır. 
1. Sabit cərəyan üsulu 
2. Dəyişən cərəyan üsulu 
3 Fiziki-kimyəvi mənşəli sahələr üsulu 
4. Yüksək tezlikli dəyişən sahələr üsulu 
Tətbiq  olunma  sahələrinə  görə  elektrik  kəşfiyyat  üsulu  bir  neçə 
növə bölünür: 1-dərinlik növü Yerin dərin qatlarının quruluşunu, Yer 
qabığını  və  mantiyanı  öyrənməklə  məşğul  olan  sahə.  2-geoloji 
quruluşu  öyrənən,  məhəlli,  kömür,  neft,  qaz  yataqlarını  axtarmaq 
üçün aparılan kiçik miqyaslı geoloji planalma. 3-filiz-metal və qeyri-
metal  faydalı  qazıntı  yataqlarını  axtarmaq  üçün  böyük  miqyaslı 
geoloji  xəritəalma.  4-dağ  mühəndis-hidrogeoloji  məsələlərinin  həlli 
nəzərdə tutulur. 
 


 
164 
 
 
XIV. FƏSİL ELEKTRİK KƏŞFİYYATININ NƏZƏRİ  
ƏSASLARI 
 
§ 54. Süxurların və filizlərin elektrik xassələri 
Müxtəlif elektrik axtarışları üsullarının tətbiq (istifadə) olunması 
hədəflərin  və  bu  hədəfləri  özündə  yerləşdirən  süxurların  müxtəlif 
elektrik  xassəsinə  malik  olmasına  əsaslanıb.  Elektrik  kəşfiyyatında 
süxurların elektrik xassələrindən istifadə olunur. Bunlardan ən vaçibi 
və  bütün  üsullarda  ölçüləni  süxurun  xususi  müqavimətidir    Bunun 
ölçüləri  aşağıdakı  formul  ilə  təyin  olunur  ki,  buna  keçiricilərin 
müqaviməti deyilir. 
                                      R=
s



Rsl 
Burada  I  keçiriçinin  uzunluğu,  metrlə  s-keçiricinin  en  kəsiyinini 
sahəsidir. Xususi elektrik müqavimətinin ölçü vahidi Ommetr qəbul 
olunub  (Om.m).  Xususi  elektrik  müqaviməti  dedikdə  bir  kub  metr 
süxurun istənilən üzü istiqamətinə perpendikulyar buraxılan elektrik 
cərəyanına  göstərilən  təsirdir.  Bəzi  hallarda  elektrik  kəşfiyyatında 
xususi  elektrik  keçiricilyi  məfhümu  istifadə  olunur.  Bu  kəmiyyət 
xususi  elektrik  müqavimətinin  əks  qiymətidir. 

.  Bunun  ölçü 
vahidi  BS  beynəlxalq  vahidlər  sistemində  simens  bölünsün  metr 
(Sim/m) - dir. 
Süxurlar  elə  aqreqatdır ki, onun daxili minerallardan təşkil olun-
ub, içində olan boşluqlar isə qaz və yaxud maye ilə dolmuşdur. Ona 
görə  də  süxurun  xususi  müqaviməti  onu  təşkil  edən  mineralların 
xususi  müqavimətindən,  miqdarından,  ölçülərindan,  formasından, 
boşluqların  yerləşməsindən,  bu  boşluqların  maye  ilə  dolma 
dərəcəsindən və mayelərin tərkibindəki mineral duzların miqdarından 
asılıdır. 
Mineralları xususi müqavimətinə görə üç qruqa bölmək olar. 
1. Pis keçiriçilər 

>10
8
 Om.m. Bu qrupa demək olar ki, bütün sili-
katlar aiddir: kvars, daş duz, təbii kükürd, mika, neft və başqaları. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə