Xix əsr azərbaycan şERİ antologiyasi



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə30/124
tarix18.06.2018
ölçüsü3,81 Mb.
#49521
1   ...   26   27   28   29   30   31   32   33   ...   124

____________________Milli Kitabxana______________________

 

 



Ey ənbər qoxulu sübhün küləyi,

 

 



Xəbər gətir, sevindir bu ürəyi.

 

 



Sən ey, aĢiqlərin dərdinə məhrəm,

 

 



MöhnətkeĢ insana ən yaxĢı həmdəm,

 

 



Tutulsa qönçətək bir qəlb kədərdən,

 

 



Sən onu gül kimi xəndan edərsən.

 

 



Nə olar ki, olub məhrəmi-əsrar

 

 



Bizim də dərdimizdən ol xəbərdar.

 

 



DanıĢım mən yarımın firqətindən,

 

 



Xəbər verim cəfavü-möhnətindən.

 

 



Mənim bu halıma rəhm eyləyib sən,

 

 



Tükənməz dərdimə imdad edəsən.

 

 



Gedib sən yanına ol zülmkarın

 

 



Yetir peymanını aĢiqi-zarın.

 

 



Onun vüsalına yetən zamanda

 

 



Tələsmə halımı Ģərhü-boyanda.

 

 



Amandır, xatirinə dəymə birdən,

 

 



Bəlkə də rəmzi var, gizlində səndən.

 

 



Əvvəlcə baĢına dolan onun sən

Mənim əvəzimdə öp gözlərindən.

 

 

Yetir bu ərzimi qəlb ovlayana,



 

 

Kədərli qəlblərə məlhəm qoyana.



 

 

Dəmadəm, ləhzə-ləhzə, sən müdam de,



 

 

Ona məndən dua söylə, salam de.



 

 

Əg ər lütf eyləyib halım sorarsa, 



Bu idbar olmuĢ iqbalım sorarsa,

 

 



 

 

94



 


____________________Milli Kitabxana______________________

 

 



Nə gecəm var, nə də bir gündüzüm var,

 

 



Nə bir iĢ görməyə yox məndə kirdar.

 

 



Qərarım ol Ģəkər göftarım idi,

 

 



Mədarım ol gözəl rəftarım idi.

 

 



O sözlərdən ürəkdən dərd qalmıĢ,

 

 



O rəftardan məni tufanlar almıĢ,

 

 



Ürəkd ə qəm, bu can ımda soyuq tər

Həyat bağçamda da əsir küləklər.

 

 

Haray, mənim bahar fəslim nə soldu?



 

 

Həyat çeĢməm daha görünməz oldu.



 

 

Ġnan, sənsiz elə yannam, yaxıllam, 



Mənimtək görməmiĢ təĢnə bu əyyam.

 

 



Əgər sevdan baĢımda qalsa böylə

Ümidim yoxdu vəslə heç səninlə.

 

 

Dönüb bəxtim, gecəm bil, gündüz olmaz



 

 

Səhər doğsa qəmimdən heç nə qalmaz.



 

 

Kimin xoĢ bəxti var gülsün, sevinsin



 

 

Ona tale yar olmuĢ, qoy öyünsün.



 

 

Qarabəxtin halın hardan bilər o?



 

 

Sitəmdən, hicrdən bilməz xəbər o.



 

 

GünəĢ cəmallıda rəhm olsa hərgah



 

 

GünəĢə həsrətlə mən çəkmərəm ah.



 

 

Axı, səndən uzaqdı bu kədər-qəm, 



Ürək darda, ciyər qan, gözlərim nəm.

 

 



Könül doymuĢ inan ki, qəm-kədərdən,

 

 



Qaçaram vəhĢitək, cinsi-bəĢərdən.

 

 



 

 

 



95

 



____________________Milli Kitabxana______________________

 

 



Elə bil Məcnunam sevdayi-Leyli

Ürəkdə səhrayə artırdı meyli.

 

 

Göründü bir qasid, yox-yox o candı,



 

 

Bu xəstə qəlbimə ruhi-rəvandı.



 

 

Məni Ģad eylədi, o verdi namə,



 

 

Nə namə, ətridə misli - Ģəmamə.



 

 

Dolunca dağu-səhra miĢk ilə mən –



 

 

Dedim ahu göbəyi gəldi Çindən.



 

 

BaĢımdan əqlimi aldı bir anda,



 

 

DəyiĢdi halimi bu xəstə canda.



 

 

Açarkən naməni getdi kədər, qəm,



 

 

Kəramət qapısı açıldı ol dəm.



 

 

Bu namə dilrüba, o yardan idi,



 

 

O munis sevgilim dildardan idi.



 

 

Gah öpdüm, gah da qəlbim üstə qoydum,



 

 

Mənə sevinc gətirmiĢiydi, duydum.



 

 

Fəqət birdən halım oldu pəriĢan,



 

 

O xəttə baxmağım deyildi asan.



 

 

Təəccüb eyləyirdim iqbalımdan,



 

 

Mənə namə gəlib miĢkin xalımdan.



 

 

Baxanda naməyə halım duruldu, 



Ürək də namənin ətriylə doldu.

 

 



Ġlahi, bu necə xoĢ saət idi? 

Bu ki, bir əvəzsiz səadət idi.

 

 

Məgər bu dövranın rəyi dolandı,



 

 

Yatan bəxtim məgər, birdən oyandı?



 

 

 



 

 

96



 


____________________Milli Kitabxana______________________

 

 



Nə oldu cövr - çərx, ol zülmü-dövran?

 

 



O zülmündən məgər oldu peĢiman?

 

 



Oxudum naməsin gülüzlü yarın 

ĠĢindən hali oldum ol nigarın.

 

 

O namə çox Ģəfəqqətlə yazılmıĢ,



 

 

Necə lütfü-məhəbbətlə yazılmıĢ.



 

 

Yazıb: "Ey hicranın bəndində dustaq,



 

 

Hicrana səbr ilə dözərlər ancaq.



 

 

Qoy, üzün dönməsin cövri-fəraqdan,



 

 

Hicrimdə əl üzmə sən iĢtiyaqdan.



 

 

Hələ əskilməmiĢ mehrin yanımda,



 

 

Sevdan baĢımdadır, zövqün canımda.



 

 

Səni unutmaram, fikrim bu olmuĢ,



 

 

Nə vaxt ollam o yarımla həmağuĢ.



 

 

Bütün eĢq əhlinə bu bir məramdır,



 

 

Naümmidlik məĢuqlara həramdır..."



 

 

Gəl ey saqi, gətir bir cami-gülgün, 



Ürəkdə pas tutan dərdimi silsin.

 

 



ġükur olsun ki, bəxtim də yar oldu, 

Nə xoĢ əyyam, nə xoĢ ruzigar oldu!

 

 

Gəl ey Vazeh, məcazi-eĢqidən sən



 

 

Həqiqət tap, onunla yüksələrsən.



 

 

 



 

 

 



 

 

 



 

 

 



97

 



Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə