Xix əsr azərbaycan şERİ antologiyasi



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə28/124
tarix18.06.2018
ölçüsü3,81 Mb.
#49521
1   ...   24   25   26   27   28   29   30   31   ...   124

____________________Milli Kitabxana______________________

 

 



FAZİL XAN ŞEYDA

 

 



Fazilxan  Şeyda  XVIII  əsrin  sonlarında  Təbrizdə  mühəndis  ailəsində 

doğulmuşdur.  Anadan  olduğu  il  məlum  deyil.  Ə  sl  adı  Molla  Fətulladır,  Təbrizdə 

mükəmməl  ruhani  təhsili  almışdır.  Şeirlərind  ə  yüksək  vəzifəli  adamları  tənqid 

etdiyinə görə dövlət məmurları və ruhanilərin təqiblərinə məruz qalmışdır. Buna 

görə 1838-ci ildə İranı tərk edərək Tiflisə gəlmiş və Rusiya təbəəliyinə keçmişdir.

 

 



Fazil  xan  1846-cı  ildə  Qafqaz  canişinliyində  dəftərxana  müdiri,  1847-ci 

ildə  isə  Tiflisdə  yeni  açılmış  şiə  məktəbinə  müəllim  təyin  edilmişdir.  O, 

Tiflisdə  yaşadığı  zaman  "Divani-hikmət"  ədəbi  məclisinin  yığıncaqlarında 

iştirak  etmişdir.  Şair  1852-ci  ildə  Tiflisdə  ölmüş  və  şəhərin  müsəlman 

qəbristanlığında dəfn olunmuşdur.

 

Fazil  xan  Şeydanın  həyat  və  fəaliyyəti  ətraflı  öyrənilmədiyi  kimi  əsərləri  də 



tam  halda  əldə  edilməmişdır.  Burada  verilən  m  əlumat  və  nümunələr  "Yazıçı" 

nəşriyyatının çap etdiyi "Poetik məclislər" (1987) kitabından götürülmüşdür.

 

 



QƏZƏLLƏR

 

 



Əcəb hüsnü əcəb tale, əcəb Ģəmsü, əcəb taban, 

Əcəb qüdrət, əcəb sane, əcəb xaliq, əcəb sübhan.

 

 

Əcəb xalü əcəb hindu, əcəb dəndan, əcəb lölə, 



Əcəb kakil, əcəb əbru, əcəb qövsü əcəb müjgan.

 

 



Əcəb ləlü əcəb gövhər, əcəb saqi, əcəb kövsər, 

Əcəb hüsnü əcəb zivər, əcəb hürü əcəb qilman.

 

 

Əcəb Ģuxü əcəb surət, əcəb zibü əcəb zinət, 



Əcəb mahu əcəb tələt, əcəb Yusif, əcəb Kənan.

 

 



Əcəb lalə, əcəb gülĢən, əcəb dilcu, əcəb əhsən, 

Əcəb nərgis, əcəb susən, əcəb qönçə, əcəb xəndan.

 

 

 



 

 

 



 

 

 



 

 

86



 


____________________Milli Kitabxana______________________

 

 



Əcəb zülfü əcəb sünbül, əcəb xalü əcəb filfil, 

Əcəb tuti, əcəb bülbül, əcəb əhmər, əcəb xoĢxan.

 

 

Əcəb eĢqü əcəb sevda, ə cəb Fazil, əcəb ġeyda, Əcəb 



ĢuriĢ, əcəb qovğa, əcəb məcnun, əcəb giryan.

 

 



* * *

 

 



Dəyən bülbül pərinə daima gülzarsız qals ın, 

Salan aĢiqləri pərgardən pərgarsız qalsın.

 

 

Hər əl əl ki urar Ģanə o geysuyi-pəriĢanə,



 

 

Mənim aĢüftə könlüm tək, xudaya, yarsız qalsın.



 

 

Məni lal eyləyən bülbül kimi bir böylə mövsümdə,



 

 

Suali-həqq olanda, ey xuda, göftarsız qalsın.



 

 

O səf-səf çəkilən zülfün Ģikəncin sındıran Ģanə,



 

 

Dağılsın səfləri, Allah, görüm sərdarsız qalsın.



 

 

O çin-çin zülfi-pürçinin xəraci Çinü Maçinə



 

 

Verə gər Fazili-ġeyda, görüm, zünnarsız qalsın.



 

 

MÜXƏMMƏS

 

 

Fələk heç kimsəni, yarəb, nigəran eyləməsin,



 

 

Heç kimi mayili-bir sərvi-rəvan eyləməsin,



 

EĢq canına salıb, afəti-can eyləməsin,

 

Onu dildən-dilə məĢhuri-cahan eyləməsin,



 

 

Açılan qönçə kimin ömrü xəzan eyləməsin.



 

 

Mənə cövrü sitəm etməkdə fələk qoymadı kəm, 



Necə Yusif kimi zindanə salıbdır möhkəm, 

Ġstəməm bir kəsə izhar eləyim möhnətü qəm, 

Yoxdur aləmdə dəxi bir belə yari-möhkəm

 

 



Ki, nihan sözlərimi xəlqə bəyan eyləməsin.

 

 



 

 

 



 

 

 



87

 



____________________Milli Kitabxana______________________

 

 



Gah naz ilə, gahi iĢvə ilə ol kafər, Tiği-

hicranilə h ər ləhzədə can qəsdin edər, 

YetiĢən dadıma yox kimsədə insaf məgər? 

Deyin ol zalimü xunxarə ki, Allahı sever, 

Öldürüb aĢiqi, nahəq yerə qan eyləməsin.

 

 



O qara gözlü ki, bir qan içici qatil imiĢ, 

Natəvan könlüm əcəb yerd ən ona mayil imiĢ, 

Ġndi bildim ki, bu günlərdə v əfa müĢkül imiĢ, 

Deyin ol bülbülə kim, naləsi bihasil imiĢ, Daxi 

bundan sora gülĢəndə fəğan eyləməsin.

 

 



Yar özü könlün eda mənzilini ġeydanın, 

Görə baĢdan-baĢa razi-dilini ġeydanın, 

Açıban lütf ilə bu müĢkülüni ġ eydanın, 

Çərx soldurmasın, axır, gülüni ġeydanın, 

Ömrünün tazə baharını xəzan eyləməsin.

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



88

 



____________________Milli Kitabxana______________________

 

 



MİRZƏ ŞƏFİ VAZEH

 

 



Azərbaycan  ədəbiyyatının  maraqlı  Şəxsiyyətlərindən  biri  Mirzə  Şə  fi 

Vazehdir. Milli mədəniyyətimizin inkişaf tarixinə o, istedadlı şair, mahir xəttat 

və müəllim kimi daxil olmuşdur.

 

Mirzə  Şəfi  Vazeh  1894-cü  ildə  Gəncə  şəhərində  dünyaya  gəlmişdir.  İlk 



təhsilini  mollaxanada  alan  şair  1840-cı  ildə  Tiflisə  köçərək  qəza  məktəbində 

şəriət  və  Azərbaycan  dili  müəllimi  vəzifəsin

 

ə  düzəlmişdir.  1846-cı

 

ilda 

Gəncə şəhər məktəbinə dəyişilmiş, dörd il burada çalışdıqdan sonra yenidən 

Tiflisə qayıdaraq, şəhər gimnaziyasında kiçik müəllim vəzifəsini tutmuşdur. O, 

ömrünün axırına kimi bu vəzifədə işləmiş və 1852-ci ildə yəfat etmişdir. Şair 

Tiflisdə müsəlman qəbiristanlığında dəfn olunmuşdur.

 

 



Vazeh  T  ıflisd  ə  yaşayarkən  alman  şərq  şünas-alimi  Fridrix  fon 

Bodenştedtlə tanış olmuş, ona  Şərq dillərini öyrətmişdir. Onların münasibəti 

getdikcə dostluğa çevrilmiş və Mirzə Şəfi öz əsərlərindən ibarət şeir dəftərini 

Bodenştedta bağışlamışdır. F.Bodenşdet həmin dəftəri Almaniyaya aparmış və 

oradakı şeirlərin tərcüməsini 1850-ci ilda Berlində çap etdirdiyi "Şərqdə min 

bir gün "

 

əsərində vermişdir.

 

 



Sonralar  müxtəlif  dillərə  çevrilərək,  demək  olar  ki,  dünyanın  hər  yerinə 

yayılan  bu  əsərlərin  orijinalı  tam  halda  əldə  yoxdur.  Onların  az  bir  qismini 

məşhur  Azərbaycan  alimi  Salman  Mümtaz,  bir  hissəsini  isə  professor  Həmid 

Məmmədzadə  tapıb,  oxuculara  çatdırmışdır.  Buradakı  nümunələr  şeirin 

"Şeirlər məcmuəsi" (1987) kitabından götürülmüşdür.

 

 



QƏZƏLLƏR

 

 



Nə qədər kim, fələyin sabitü səyyarəsi var,

 

 



Ol qədər sinədə qəmzən oxunun yarəsi var.

 

 



Deyil əflakdə kövkəb görünən, çərxi-bülənd

 

 



Oluban didə, sərapa sənə nəzzarəsi var.

 

 



Ruzigarı tirə, daim ki Ģəbi tar keçər,

 

 



Hər kimin eĢqdə bir yari-sitəmkarəsi var.

 

 



 

 

 



 

 

 



 

89

 




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə