Xix əsr azərbaycan şERİ antologiyasi



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə26/124
tarix18.06.2018
ölçüsü3,81 Mb.
#49521
1   ...   22   23   24   25   26   27   28   29   ...   124

____________________Milli Kitabxana______________________

 

 



Ey saqi, mən dərd içində avarayəm ruzü Ģəb,

 

 



Heyranlığın səhrasında dolanıram təĢnələb.

 

 



Susuzluğa bir çarə qıl, ürəyimi sirab et,

 

 



Sən bu suyun xassəsini anlat mənə, savab et!

 

 



"Cami-mey" ki, söyləyirlər, bu sözdə n ə məna 

var? Acı badə içində de nə qəribə halət var.

 

 

Nəzərlərdə saf, gül rəngi görünür o h ər zaman, 



Ġçəriyə çəkən zaman neçün olur qızıl qan?

 

 



Deyirlər ki, huĢyar edər içənləri bu badə,

 

 



Bəs neçin məst, xar eləyir, verir həyatı badə?

 

 



Gözə bir cür görünən bu mayedə min sifət var?

 

 



Onda Ģoran duzu vardır, Fəratdan da nemət var.

 

 



Sənə qurban olum, saqi, sakit qalma, yenə dur,

 

 



Sən hərəkət edən zaman məclisimiz Ģən olur.

 

 



Dolu Ģərab badəsi ver, unudum hər dərdi mən,

 

 



Bəlkə bir az can qurtarım bu Ģüurun əlindən.

 

 



Urək Ģənlik məclisinin çiçəklənən bağıdır,

 

 



Ağıl isə yolkəsən tək vurub onu dağıdır.

 

 



Dünyaları əks eyləyən saf aynadır bu ürək,

 

 



Ağıl toxu örtər onu paslı, qara pərdə tək.

 

 



Lütf et, saqi, məqsədimə çatım bəlkə birtəhər,

 

 



BihuĢ olub qələm çəkim huĢyarlığa bir qədər.

 

 



Urək azad olan zaman iĢgəncədən, əzabdan,

 

 



Bəlkə ona gizli sirrlər olacaqdır nümayan.

 

 



Biləcəkdir bu badənin xoĢ səfası necədir,

 

 



Biləcəkdir ibtidası, intihası necədir.

 

 



Əgər mənə kömək olsan, ümidim var, nəhayət, 

Sənin gözəl niyyətinlə kəĢf edilə həqiqət.

 

 

80



 


____________________Milli Kitabxana______________________

 

 



 

CAN YAXAN EġQĠN ĠġIĞINDAN BĠR ġÜA

 

 

Salam sizə, ey sevdanı bilən əhli-mərifət,



 

 

Səlamətlik guĢəsinə çəksin sizi məhəbbət.



 

 

Məhəbbətsiz bu dünyada nəĢə yoxdur, bu Ģəksiz,



 

 

EĢqi isə duymaq olmaz saf duyğulu ürəksiz.



 

 

Ürəklərin rahatlığı eĢq ilədir hər zaman,



 

 

Hər kəs olmuĢ öz eĢqilə bu dünyadə kamiran.



 

 

Bu dünyada yoxdur ancaq məhəbbətin adəmi,



 

 

BaĢdan-baĢa o qəm-kədər olsa belə, nə qəmi?!



 

 

Onun qəmi elə qəmdir ki, üstündür Ģadlıqdan,



 

 

Onun bəndi içindəsə sad olar hər insan.



 

 

Dərd içində nalan cdər o qədor cismü canı,



 

 

Unudarsan həmiĢəliksən hər iki dünyanı.



 

 

Dərhanından yaxĢı olan dərdi çəksin qoy ürək,



 

 

Bil əbədi yaĢamaqdan xoĢdur bu dərdlə öhnək.



 

 

Bu xərabə yerə dü Ģüb can çəkiĢən hər 



insan, Öz kədərli ürəyini istər edə Ģadiman.

 

 



Lakin yoxdur bir nəfər də bu dünyada bəxtiyar

ġadlıq, Ģöhrət, xoĢbəxtliyin ancaq quru adı var.

 

 

Hərənin bir dərdi vardır, deyin kimdə qəm yoxdur?



 

 

Bir fərq ilə: birində az, o birində çox-çoxdur.



 

 

BaĢdan-baĢa bu dünyanın iĢləri qəm, kədərdir,



 

 

Lakin insan bu iĢlərdən qafildir, bixəbərdir.



 

 

Bu dünyada bir iĢ yoxdur, olsun tamam zərərsiz,



 

 

Bir Ģirin bal tapılmaz ki, olsun tamam zəhərsiz.



 

 

 



 

 

81



 


____________________Milli Kitabxana______________________

 

 



Hər bir iĢin mənasın ı axtarırlar səb əbdə, 

Əziyyətsiz tapılmaz bu aləmdə bir səbəb də.

 

 

Cəhd eyləyər hər kəs tapsın bir az Ģadlıq dəmini, 



ġadlıq tapmaz, o daha da artırar öz qəmini.

 

 



Bu dünyada möhnətdən baĢqa yoxdur səadət;

 

 



EĢq olsun o aĢiqə kim, ona gülür məhəbbət.

 

 



Bu qəmlərdən, kədərlərdən, iĢgəncədən, əzabdan,

 

 



Ancaq bir eĢq xilas edər ürəkləri hər zaman.

 

 



Olmasın qoy can evində yar qəmindən baĢqa qəm,

 

 



Dərd bir olsa, tez tapılar o dərdinə bir məlhəm.

 

 



Sənin dərdin o vaxt çatar istədiyin dərmana –

 

 



Ki, qovuĢsun könül yara, can vəfalı canana.

 

 



Bu mətləbi yaxĢı dərk et: Məhəbbətdir azadlıq,

 

 



Onun qəmi, kədəri də olar xoĢluq və Ģadlıq.

 

 



Həqiqətdən bəhs edərkən yada düĢdü bir məcaz,

 

 



Bir cavandan deyim sizə ki, olmuĢdu eĢqbaz:

 

 



EġQDƏ TƏMĠZLĠK HAQQINDA

 

 



EĢqdə nə küfr vardır, nə də dinə uyan var,

 

 



Rindlik, məstlik olan yerdə təmiz və saf vicdan var.

 

 



Fisq ilə zöhd insanlara qurulmuĢ bir duzaqdır,

 

 



HuĢyar olan Ģübhəsiz ki, bu kələkdən uzaqdır.

 

 



Səfsətədir hər müddəa, fikirləri müəmma,

 

 



Məsələlər məlum olmur, hər Ģeydə var bir əmma.

 

 



AĢiqlərdə təqlidə heç olmaz zərrə etimad,

 

 



Ancaq vardır hər bir iĢdə öz gücünə etiqad.

 

 



 

 

 



 

82

 




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə