Xix əsr azərbaycan şERİ antologiyasi



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə23/124
tarix18.06.2018
ölçüsü3,81 Mb.
#49521
1   ...   19   20   21   22   23   24   25   26   ...   124

____________________Milli Kitabxana______________________

 

 



* * *

 

 



Həvayi-eĢq ilə doldur könül kaĢanəsin, yarəb,

 

 



Qəmi-eĢq ilə təmir et bu qəm viranəsin, yarəb!

 

 



Meyü meyxaneyi-eĢqin yolun bildirmə əğyarə,

 

 



Bəlalı aĢiqə içdir bəla peymanəsin, yarəb.

 

 



Çəkib Ģanə dağıtdı zülfünü məĢĢ ateyi-naĢi, 

PəriĢan könlümü sındırdı, smdır Ģanəsin, yarəb!

 

 

Rəqibim kakilündən könlümü istər rəha qılsın,



 

 

O kim istər yıxa bu xanəni, yıx xanəsin, yarəb!



 

 

Həqiqət atəĢindən suznak eylə səməndər tək,



 

 

Ki nari-Ģəmə yandırma könül viranəsin, yarəb!



 

 

Xəyali-xalın ilə düĢdü dami-zülfünə könlüm,



 

 

Bu nabina quĢün sən damdə ver danəsin, yarəb!



 

 

Vüsali-yarə yetdi Zikri, amma hiç kəs bilməz,



 

 

Nə növ ilə əda qılsın bunun Ģükranəsin, yarəb?



 

 

** *



 

 

Dövri-rüxsarına geysuyi-pəriĢan düzülüb,



 

 

Ya ki, gül dövrünə bir dəsteyi-reyhan düzülüb?!



 

 

Əsmə, ey badi-səba, pozma nizami-zülfün



Ki, nizamilən ona çox dili-viran düzülüb.

 

 



Necə tərsabeçədir bu ki, qiyam eyləyibən,

 

 



Qibleyi-hüsnünə min dəsta müsəlman düzülüb.

 

 



Gül üzündə görübən daneyi-dürri-ərəqi,

 

 



Belə sandım ki, gül övrağına mərcan düzülüb.

 

 



ġərbəti-ləlini bimar könüllər istər,

 

 



Bir içim sudan ötrü, gör necə ətĢan düzülüb.

 

 



 

 

69



 


____________________Milli Kitabxana______________________

 

 



Ey kamanqaĢ, bu qədər atma xədəngi-müjgan,

 

 



Ehtiyat eylə ki, amacına çox can düzülüb.

 

 



Bilməzəm, hansı əsir oxlayacaqdır, Zikri,

 

 



Bu sayaq ilə ki, əbrusuna müjgan düzülüb.

 

 



* * *

 

 



Cadu gözün ə rahibü tərsa nə münasib? 

Əyri qaĢına taği-kəlisa nə münasib?

 

 

Derlər mənə Məcnun, sənə Leyla eĢidənlər,



 

 

Məcnun mənə nisbət, sənə Leyla nə münasib?



 

 

Can istərisən, eylə bir iyma, verim, amma



 

 

Göytar olan heynidə iyma nə münasib?



 

 

Ey simbədən, könlümü nərm eyləmisən sən,



 

 

Ayineyi-büllurinə ara nə münasib?



 

 

Dəndarıma gər iqdi-sürəyya dedim, amma



 

 

Lölölərə ol iqdi-sürəyya nə münasib?



 

 

Qoy baĢına bir mən dolanım, çünki olubdur 



– ġəm atəĢinə yanınağa pərvanə münasib.

 

 



Xof etməgilən, Zikri, o xublar qəzəbindən,

 

 



Sərbadiyeyi-eĢqdə pərva nə münasib?

 

 



***

 

 



Ey xətin muyu mənə mülkü-Süleymandan ləziz!

 

 



Vey üzün nuru mənə mehri-dirəxĢandan ləziz!

 

 



Bir gözün Ģəhlası yüz min səfheyi-Tövratdan,

 

 



Bir qaĢın əbrusu min-min mülki-Ġrandan ləziz!

 

 



Gül üzün görmək mənə gülbərgi-həmradan əcib,

 

 



O1 səri-kuyin mənə seyri-gülüstandan ləziz!

 

 



 

 

70



 


____________________Milli Kitabxana______________________

 

 



Zahida, etmə mənə tənə bilibsən, bilmiĢəm,

 

 



Canı sən canandan, cananı mən candan ləziz!

 

 



Abi-heyvan ləblərin Ģəbdin içibdir, ey sənəm,

 

 



An üçün bir ab yoxdur, abi-heyvandan ləziz!

 

 



Abi-beyvan ilə göstərdim o Xizrə ləblərin,

 

 



Onu bundan bisəfa buldu, bunu ondan ləziz!

 

 



Zikriya, cananə meyl et, çək cəhan mülkündən əl,

 

 



Yoxdu bir zad bu cəhan mülkündə canandan ləziz!

 

 



Məni bir qaĢı kəman oxladı müjganı ilə,

 

 



Atdı bir ox ki yarar könlümü peykanı ilə.

 

 



O kamanqaĢ gözəl atdıqca xədəngi-müjəsin,

 

 



Doldu peymaneyi-çeĢmim ciyərim qanı ilə.

 

 



Bağlayıb boynuna zahid xəmi-zülfün tuqun,

 

 



Gör necə küfr təriqin tutub iymanı ilə.

 

 



Könlümüz cəm idi, nagah əsib badi-səba,

 

 



Qıldı pəjmürdə yenə zülfi-pəriĢanı ilə.

 

 



Xublar içrə vəcahətli idi Yusif əzəl,

 

 



Deyin o əzzələ qarĢı dura, bu sani ilə.

 

 



AĢiqin cismini duzəx odu yandırmaz, elə -

 

 



Ki, elə yandırır od məhvəĢi hicranı ilə.

 

 



Zikrinin naleyi-əfqanı yetiĢdi fələyə,

 

 



Yandırar əncüməni-əncümü əfqanı ilə.

 

 



 

 

 



 

 

 



 

 

 



 

71

 




____________________Milli Kitabxana______________________

 

 



ABBASQULU AĞA BAKIXANOV

 

 



Abbasqulu ağa Bakıxanov Azəbaycan mədəniyyətinin inkişaf tarixinə böyük 

alim, müfəfəkkir, tarixçi, filosof və şair kimi daxil olmuşdur. O, 1794- cu il iyun 

ayının  21-də  Bakı  qəzasının  Əmirhacıyan  kəndində  do  ğulmuş,  uşaqlıq 

çağlarını  doğma  yurdda,  oraya  yaxın  olan  Balaxanı  vəMaştağa  kəndlərində 

yeniyetməlik  və  ilk  gənclik  dövrunü  isə  Qubada,  atasının  Əmsar  kəndindəki 

malikanəsində keçirmişdir.

 

 



1819-cu ilin dekabr ayında Tiflisə gedib orada Qafqazın baş hakimi general 

A.P.  Yermolovun  idarəsində  Şərq  dilləri  üzrə  mütərcim  vəzifəsinə  qəbul 

edişmişdir. Rəsmi dövlət qulluğu Rusiya-İran və Rusiya-Türkiyə müharibələri 

dövrün ə təsadüf etdiyindən o, bir sıra hərbi səfərlərdə iştirak etmiş, bacarıqlı 

ictimai  xadim-diplomat  kimi  ianınmışdır.  Hərbi  xidmət  sahəsind  ə  poikovnik 

rütbəsinə  yüksələn  A.Bakıxanov  rəsmi  dövlət  qulluğunda  çalışmaqla  yanaşı 

elmi və ədəbi yaradıcılıqla da məşğul olmuşdur. O, muxtəlij illərdə "Qanuni-

Qüdsi",  "Təhzibi-əxlaq",  "Kitabi-nəsihət",  "Kitabi-Əsgəriyyə",  "Mişkatül-  I 

ənvar " və b. əsərlərini yazmışdır.

 

 



1845  -ci  ildə  Şərqə  səyahət  fikrinə  düşür.  1846-cı  ilin  martında  səfərə 

çıxaraq, əvvəl İrana, oradan Türkiyəyə gedir. Bir ay Ustambulda qalır, Misiri 

gəzdikdən  sonra  Məkkəyə  gedir.  Lakin  vaxtsız  ölüm  səyahətini  davam 

etdirməyə ona imkan verməmişdir.

 

 



A.Bakıxanov 1847-ci ildə Məkkə ilə Mədinə arasındakı "Vadiyi-Fatimə"də 

vəba  xəstəlıyindən  vəfat  etmiş  və  orada  dəfn  edilmişdir.  Şeirlərindən 

nümunələr "Bədü əsərləri" kitabından (1964) götürülmüşdür.

 

 



QƏZƏLLƏR

 

 



Gözlərin kim, aĢiqə məxmur Ģəklin göstərir, 

Əhli-fəqrə mərdümi-məğrur Ģəklin göstərir.

 

 

Bəs ki, çəkdim qamətin yadilə ahi-atəĢin, -



 

 

Xatirim nari-Ģəcərdən Tur Ģəklin göstərir.



 

 

NəĢeyi-meyxarə bais olduğun bildim, kimin



 

 

Bir pərivəĢ can ara məstur Ģəklin göstərir.



 

 

Kuyi-canandan cüda aĢiqlar əhvalın desəm,



 

 

DəĢt ara bikəs qalan rəncur Ģəklin göstərir.



 

 

 



 

 

72



 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə