Xix əsr azərbaycan şERİ antologiyasi



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə22/124
tarix18.06.2018
ölçüsü3,81 Mb.
#49521
1   ...   18   19   20   21   22   23   24   25   ...   124

____________________Milli Kitabxana______________________

 

 



Fəraqi-möhnətə düĢmüĢ pəriĢikəstə olub,

 

 



Vüsal seydinə səyyad gördüyün könlüm.

 

 



Hücumi-möhnətü qəmdən, süpehri-əlayə

 

 



Yetirdi naləvü fəryad, gördüyün könlüm.

 

 



Çəkib Ģərarələr, etdi vücudimi, Heyran, 

Misali-kureyi-həddad gördüyün könlüm.

 

 

* * *



 

 

Bir namə yazı m, badi-səba yarə yetirsin, 



ġərhi-qəmimi ol büti-xunxarə yetirsin.

 

 



Hicran ələmi saldı ayaqdan məni-zari,

 

 



Daruyi-vüsali mənə bir çarə yetirsin.

 

 



Səbrim kəsilib, yar mənim canımı alsın,

 

 



Ya Ģad eləsin vəsl ilə, didarə yetirsin.

 

 



Dünyadə və üqbadə görüm mətləbə yetsin,

 

 



Hər kəs məni ol yari-vəfadarə yetirsin.

 

 



Bir yol verin, ey möhnəti-hicran ki, pəyamım

 

 



Ta badi-səba ol gülü gülzarə yetirsin.

 

 



Yüz həsrət ilə bu dili-hicranə giriftar

Əzm etdi, özün ol güli-bixarə yetirsin.

 

 

Yüz niĢ ilə səddi-rəb olub xari-sitəmkar,



 

 

Qoymadı özün ol gülə biçarə yetirsin.



 

 

Gəl tanrı üçün bunca sitəm eyləmə izhar,



 

 

Qoy yarə özün bu dili-avarə yetirsin.



 

 

Bikəsliyimə rəhm eləsin xaliqi-biçün,



 

 

Heyrani o Ģəhbazə digər-barə yetirsin.



 

 

 



 

 

 



 

65

 




____________________Milli Kitabxana______________________

 

 



** *

 

 



Ya rəb, kərəm et, ol büti-məhparə qayıtsın,

 

 



Bir rəhm eləsin bu dili-bimarə, qayıtsın.

 

 



Bu dil ki ona mənzil idi, oldu xərabə, 

Əzm etsə əgər yar, dəxi harə qayıtsın?

 

 

ġanə çəkibən çin-çin els, sal üzə zülfün, 



Qüllab kimi ucları rüxsarə qayıtsın.

 

 



Mürği-dili-zarim genə avarə qalıbdır,

 

 



Zülfün xəmin aç, ta ki bu avarə qayıtsın.

 

 



Gəl rəhm elə, qoy aĢiqi bir yarə yetiĢsin, 

Ərzin eləsin ol büti-xunxarə, qayıtsın.

 

 

Çün kövkəbi-bəxtim yetiĢib nəhs məqamə, 



Bir əmr elə, ta sabitü səyyarə qayıtsın.

 

 



Əhd et, edəsən canüvi sən sidq ilə qurban, Heyran! 

Yar əgər bir də bu gülzarə qayıtsın.

 

 

** *



 

 

YetiĢib müjdeyi-canbəxĢ ki, canan gəliri



 

 

Canibi-gülĢənə ol sərvi-xuraman gəliri.



 

 

Ayrılıq dərdi məni saldı ayaqdan, yarım-



 

 

Etməyə bu dili-pürdərdimə dərman, gəliri.



 

 

Əsibən badi-səba zülfi- siyahin dağıdıb, 



Mehr tek mah üzü oldu dirəxĢan, gəliri.

 

 



Qaməti s ərvi- səhi, zülfı kəməndi-dilü can! 

Üzü gül, qaĢı kaman, kirpiyi peykan gəliri.

 

 

 



 

 

 



 

66

 




____________________Milli Kitabxana______________________

 

 



Çün təbəssümlə olub ləl-ləbi dürr əfĢan, 

Səhni-gülzar olub gülləri xəndan gəliri.

 

 

Görsədib arizini, aləmi pürnur qılıb,



 

 

Gün tülu etdi, üfüqdən məhi-taban, gəliri.



 

 

Xəncəri-naz ilə qəmzə oxun almıĢ əlinə



 

 

AĢiqin qəsdinə bir afəti-dövran gəliri.



 

 

O nə vəqtdir deyərlər, yar ötər Ģövkətilən,



 

 

O nə gündür deyərlər: ol Ģəhi-xuban gəliri.



 

 

Gər yetiĢsən o Ģəhin xidmətinə, dön baĢına,



 

 

Elə, Heyran, canuvi sən ona qurban, gəliri.



 

 

* * *



 

 

Əsiri-möhnəti-hicran mənəm, mən, 



Qəribü zarü sərgərdan mənəm, mən.

 

 



O gülzari-vüsalindən uzaqda,

 

 



Çü bülbül ruzü Ģəb nalan mənəm, mən.

 

 



Nə mənzil, nə məkan, nə xaniman var,

 

 



Cahanda xəstəyi-dövran mənəm, mən.

 

 



Sənin hicrin ilə, cy Ģəmsi-taban,

 

 



Bulud tək daima giryan mənəm, mən.

 

 



Bu məclisdə olub pərvanə misli,

 

 



O nari-eĢqilə suzan mənəm, mən.

 

 



Əsiri-zülfün içrə yox mənim tək, 

Sədaqəllə sənə qurban mənəm, mən.

 

 

Qanıma təĢnəsən sən ey sitəmkar, 



Üzünə valehü Heyran mənəm, mən.

 

 



 

 

 



 

 

67



 


____________________Milli Kitabxana______________________

 

 



ZİKRİ ƏRDƏBİLİ

 

 



Zikri  Ərdəbili  Azərbaycanın  istedadlı  şairlərindəndir.  O,  hicri  tarixinin 

1205-ci  (miladi  1790-cı)  ildə  anadan  olmuşdur.  Zikrinin  əsl  adı  İbrahim, 

atasının  adı  Həsəndir.  O,  şairlik  sə  nətini  ustadı  Fikridən  öyrənmişdir.  Lirik 

şair olan Zikrinin şeirlərində ictimai motivlər və vətənpərvərlik, saf məhəbbət 

hisslərinin  tərənnümü  qüvvətlidir.  Onun  bir  sıra  qəzəlləri  vaxtı  ilə  dillər 

əzbəri olmuş xanandələr tərəfindən oxunmışdur.  Şeirlərind  ən nümunəvi 20 

cildlik "Azərbaycan Klassik  Ədəbiyyatı Kitabxanası "nın VIII cildindən (1988) 

götürülmüşdür.

 

 



QƏZƏLLƏR

 

 



Ey səba, bu ərzimi ərz etgilən cananıma,

 

 



Bəlkə dərman eyləyə bu dərdi-bidərmanıma.

 

 



Gərçi bu çərxi-fələk səndən məni qıldı cüda,

 

 



Barı sən, ey bivəfa, hərdəm nolur, gəl yanıma.

 

 



Bilməzəm hərdəm neçin qanım tökər canan yerə,

 

 



Hiç rəhm etməz mənim bu dideyi-giryanıma.

 

 



Ahu tək hər yana nıəstanə dolandırma gözün,

 

 



Az qalıbdır gözlərin rəxnə sala imanıma.

 

 



Saqiya, dur, sağəri-sərĢar doldur, nuĢ edim,

 

 



Qəm yemə, gör çox yetibdir qəm, bu qəmli canıma.

 

 



Canımı canan alıb, naseh, məni mən eyləmə,

 

 



Bilmirəm bir can nədir ki, qıymayım cananıma?!

 

 



Zikriyi-Ģuridədil sübhü məsa söylər: Fətək –

 

 



Qoydun həsrət sən məni ol gözləri məstanıma!

 

 



 

 

 



 

 

 



 

 

68



 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə