Xix əsr azərbaycan şERİ antologiyasi



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə20/124
tarix18.06.2018
ölçüsü3,81 Mb.
#49521
1   ...   16   17   18   19   20   21   22   23   ...   124

____________________Milli Kitabxana______________________

 

 



Xəstə Zakir kimi hanı

 

 



Könlü olan qəm məkanı?

 

 



Mən öldüm, ahü əfqanı

 

Bülbüli-zarə tapĢırdım.



 

 

** *



 

 

NeyləmıĢəm, incımısən



 

 

Yenə, ey gülbədən, məndən?



 

Zahirən, vardır təzədən

 

Sənə bir söz deyən məndən?



 

 

Qəm evində zar olalı,



 

 

EĢqə giriftar olalı,



 

Yarımadıq yar olalı,

 

Nə mən səndən, nə sən məndən.



 

 

Mailəm çeĢmi-ğəzalə, 



OlmuĢam dərdə həvalə. Əl 

götürməz ahü nalə Gecələr 

sübhədən məndən.

 

 



PəriĢan etdin halımı, 

Əyibsən qəddi-dalımı; 

Nə deyim, tanrı zalımı

 

 



Xəbər alsa, görən, məndən?

 

 



Yox olub Zakirin varı,

 

 



Günbəgün artar azan;

 

Xəbərdar eyləyin yarı,



 

Ey Allahı sevən, məndən.

 

 

** *



 

 

Keçdi növbəti-zimistan, 



Yenə fəsli-bahar oldu. 

Əndəlibi-binəvanın 

Sənəti ahü zar oldu.

 

 



 

 

 



 

58

 




____________________Milli Kitabxana______________________

 

 



Yasəmənü gülü lalə

 

 



Bir çəməndə qurub halə

Ərğovan tutub piyalə, 

Nərgis içib xumar oldu.

 

 



Əmr olundu, abi-neysan, 

Cansızlara bəxĢ etdi can; 

Yenə təzələndi dövran

Nə gözəl ruzigar oldu!

 

 

SəbzpuĢ olub çəmənlər,



 

 

Qaldırdı hər Ģükufə sər.



 

Oyan, ey bəxti-bixəbər,

 

 

Yatan hamı bidar oldu.



 

 

Əlac  oldu  hər  bimarə, 



Tap  ıldı  dərdinə  çarə. 

Elə  həsrət  qalan  yarə 

Zakiri-dilfikar oldu.

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



59

 



____________________Milli Kitabxana______________________

 

 



MİRZƏ BAXIŞ NADİM

 

 



Mirzə  Baxış  Nadim  tənqidi-satirik  şerin  görkəmli  nümayandələrindən 

biridir.  O,  1785-  ci  ildə  Navahıda  doğulmuşdur.  Atası  Molla  Əsədulla 

dövrünün  gözüaçıq,  məktəbdar  adamlarından  olmuşdur.  Şair  ilk  təhsilini 

ailədə atasından almış, sonra  Şamaxıya gedərək mədrəsədə oxumuş, fars və 

ərəb dillərini oyrənmişdir.

 

 



Nadim  1878-ci  ildə  Navahıda  vəfat  etmişdir.  Əsərlərindən  nümunələr  20 

cildlik "Azərbaycan Klassik  Ədəbiyyatı Kitabxanası "nın VIII cildindən (1988) 

götürülmüşdür.

 

 



MÜXƏMMƏS

 

 



Ey mənim canım alan, səndə nə adətdir bu?

 

 



Göstərir Ģərhi-qaĢın hər dəm, əlamətdir bu,

 

Səni yaxĢı deməyir xalq, məlamətdir bu,



 

 

Sizə hərcayi desəm mən, nə ləyaqətdir bu?



 

Demə boĢ söz danıĢır, cayi-Ģikayətdir bu!

 

 

Kimdir olsun bu gözəllik əməlinə məğrur,



 

 

O1 qədər çəkməyəcəkdir, olacaq ondan dur,



 

O zaman faidə verməz kim, olursan məzur,

 

 

Kəsbi-fürsət edibən guĢeyi-xəlvət tuta gör,



 

Gəl eĢit pəndimi bir rahi-səadətdir bu!

 

 

Sübh fəryadü fəğan hasil olur bülbüldən, 



Əsəri-ülfət ilə dostluq umard ı güldən, EĢq 

peyvənd olunub cisminə ta əvvəldən

Tutuban çaki-giribanını, qoymur əld ən, 

Göstərir aĢiqinə, rəsmi-məhəbbətdir bu!

 

 

Sən kimi görməmiĢəm mahvəĢi-dünyani,



 

 

Zibü zinət, bu deyil həddi-gözəllik, tani,



 

 

Ey vüsali-hərəmin aĢiqə can dərmani,



 

Yenə pünhani baxıb hərdəm alırsan cani,

 

Eyləmə, aləmi-dostluqda xəyanətdir bu!



 

 

 



 

 

 



 

60

 




____________________Milli Kitabxana______________________

 

 



Rəhm qıl, Allaha bax, qoyma məni bu qəmdə,

 

 



Dərdü qəm kəsrətü-tüğyan eleyib sinəmdə,

 

 



Dil qalıb ahü fəğan içrə, gözüm dərnəmdə,

 

Qılır ecazi-Məsihanı qaĢın hər dəmdə,



 

Bilmirəm sehrdi, ya əhli-kəramətdir bu?

 

 

Bir belə Ģux gözəl görməmiĢəm dünyadə,



 

 

Rəhm edib aĢiqini salmaya heç bir yadə,



 

 

Almağa qaĢü gözü can durub amadə,



 

OxĢayır xanəxərab can alıcı cəlladə,

 

Yoxdur insaf əsəri bunda, nə hikmətdir bu?



 

 

Məni-aĢüftədili eyləmisən tərki-vətən,



 

 

Necə kim aĢiqdir Leyliyə Məcnun gendən,



 

Dönməzəm, baĢın üçün, hərgiz ölüncə səndən,

 

Nə müddətdir çəkirəm həsrətivi, simintən,



 

 

Yanıram atəĢi-eĢqində, mürüvvətdir bu?!



 

 

Vədeyi-vəslə əgər sadiq isən, bismillah,



 

 

Ruzi-əvvəl sənə bel bağlamıĢam, həqqə pənah,



 

Eyləmə dəsti-ümidim ətəgindən kutah,

 

EĢidəm bizdən əgər, yar, uzaqsan, billah,



 

 

Qılaram Ģiveyi-tufan, necə söhbətdir bu?!



 

 

Müxtəsər, hər nə isə baĢıma düĢdü sevda,



 

 

Kəsrəti-ləĢkəri-üĢĢaqdə qaldım tənha,



 

QaĢı tufani-bəla, nərgisı-dür, göz Ģəhla,

 

Olmağım sən kimi Leyla səbəbindən rüsva,



 

 

Mənim, əlbəttə, cünunluğına dəlalətdir bu.



 

 

Kuyinə gər desələr var münasib cənnət,



 

 

Huriyü qılman gərək, yoxsa nədir bu söhbət,



 

Sən kimi mahliqayə nə bəzək, nə ziynət,

 

 

Qürrətül-mahi qaĢın tərhilə çəkmiĢ qüdrət,



 

Xəlqlər əhməq olurmuĢ nə Ģəbahətdir bu?!

 

 

Nə deyim, eĢq təriqində əcəb qaldım zar,



 

 

Ahü fəryadü fəğan rizqim olub leylü nahar,



 

 

 



 

 

61



 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə