Xix əsr azərbaycan şERİ antologiyasi



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə24/124
tarix18.06.2018
ölçüsü3,81 Mb.
#49521
1   ...   20   21   22   23   24   25   26   27   ...   124

____________________Milli Kitabxana______________________

 

 



Qamət üzrə taqği-geysudən asılmıĢ, həqqi var,

 

 



Dil "ənəlhqq" söyləsə, Mənsur Ģəklin göstərir.

 

 



Asimanda kövkəbi-səd olsa, Əsəd yerdədir,

 

 



Bu səbəbdən yer səvadi nur Ģəklin göstərir.

 

 



Töhfeyi-babi-Süleyman söyləsəm, Qüdsi, nolur,

 

 



Bu qəzəl rani-mələxlə mur Ģəklin göstərir.

 

 



* * *

 

 



Arizu eylər könül dildar gəlsin, gəlmədi, 

Zülfü kafər, gözləri xunxar gəlsin, gəlmədi.

 

 

Hər pərivəĢ cilveyi-hüsn eyləmiĢ, mən gözlədim



 

 

Dilrübalər fövcinə sərdar gəlsin, gəlmədi.



 

 

Canə gəldim bivəfalar ülfətindən, istərəm



 

 

Bir vəfa rəsmində sabit yar gəlsin, gəlmədi.



 

 

Dərdü möhnət keçdi həddən, bəs ki, çəkdim intizar,



 

 

Gözlədim ol Ģux gülrüxsar gəlsin, gəlmədi.



 

 

Ləhceyi-canpərvərindən Ģur salsın aləmə, 



Əndəlibi-Ģaxeyi-gülzar gəlsin, gəlmədi.

 

 



Ġstədim, Qüdsi, deyim vəsfi-cəmalın dilbərin, 

KuĢiĢ etdim, zineti-göftar gəlsin, gəlmədi.

 

 

* **



 

 

Dil eĢq yolunda zar olubdur, 



Bir gül həvəsində xar olubdur.

 

 



Xunabə dönübdü rəngi-zərdim,

 

 



Bu gülĢən üçün bahar olubdur.

 

 



Dövrani-fələk müxalif olmuĢ,

 

 



Can düĢməni-ruzigar olubdur.

 

 



 

 

 



 

73

 




____________________Milli Kitabxana______________________

 

 



Dilbər qəmi, dustlər fəraqi,

 

 



Dərdim bir ikən bəzar olubdur.

 

 



Mən etmə, kəlamım olsa dilsuz,

 

 



Söz mənĢəyi pürĢərar olubdur.

 

 



Xunin ciyərim bəsani-lalə, 

Əfsurdəvü daği-dar olubdur.

 

 

Qəm bihədü dərd binihayət



 

 

Möhnət dəxi biĢümar olubdur.



 

 

Hicran sitəmi alıb qərarım,



 

 

Gün nuri gözümdə tar olubdur.



 

 

Hicrində düĢüb bəlayə,



 

 

Qüdsi SərgəĢtəvü biqərar olubdur.



 

 

* * *



 

 

Əldə mey, üzdə gülüĢ gəldi nigarım bu gecə, Pis 



nəzərdən uzaq, ol çeĢmi-xumarım bu gecə.

 

 



Yar üzü meylə qızarmıĢ, meyi etmiĢ üzü al,

 

 



Nə məharət eləmiĢ saqiyi-yarım bu gecə!

 

 



Mən bilirdim ki, kimə lütfi və ya nifrəti var,

 

 



Almasaydı əgər o, səbrü qərarım bu gecə.

 

 



Üzünü yad eləyib gözlərimə axd ı qanı, 

Batinü zahir olub güllü baharım bu gecə.

 

 

QaĢla üz, ayla günəĢ misli çıxıb bir yerdə,



 

 

Nə qiyamət eləyir laləzarım bu gecə.



 

 

Kuyinə düĢmək üçün sinəmi yırtmıĢ könlüm,



 

 

O çəmənzarı dilər bülbüli-zarım bu gecə.



 

 

Kakilindən hələ mən bircə dügün açmamıĢam,



 

 

Tökülür, Qüdsi, qələmdən nəki varım bu gecə.



 

 

 



 

74

 




____________________Milli Kitabxana______________________

 

 



 

Pisləyirsən gözəli sən necə hər an, ey Ģeyx?

 

 

Bu necə əql, nə insaf, nə iman, ey Ģeyx?



 

 

Sevgini xəlqə həram etdin əzəldən, lakin



 

 

Qəlbini çaldı sənin huriyi-qılman, ey Ģeyx!



 

 

Hər nədən məst olursan, nə təfavüt, məstsən,



 

 

Məstliyinlə bizi sən eylədin heyran, ey Ģeyx!



 

 

Nə üçün inciyəsən, üzr varındır hər an,



 

 

Olmusan cümlə təriqətlərə nadan, ey Ģeyx!



 

 

Bir baxaq biz içirik, məst oluruq bir meydən,



 

 

Söylə verdik bu iĢilə kimə nöqsan, ey Ģeyx!



 

 

De görək ki, nə olub hasilin ol məsciddən,



 

 

Nə verib ömrünə bu naləvü əfqan, ey Ģeyx!



 

 

Qüdsiyə vermə nəsihət belə boĢ baĢ ilə sən,



 

 

Onu almıĢ ələ bir zülfi-pəriĢan, ey Ģeyx!



 

 

MÜXƏMMƏSLƏR

 

 

Qəm çəkmə, könül, gər ciyərin qanə dönübdür, 



Əyyami-vüsalın Ģəbi-hicranə dönübdür. Bülbül 

tək iĢin naləvü əfqanə dönübdür, Tiflisə nəzər qıl 

ki, gülüstanə dönübdür.

 

 



Hər bir gözəli afətü cananə dönübdür.

 

 



Ġrs ilə yetib bunlara asari-vəcahət, 

Geysuləri sünbül tək alıb tabü təravət 

Qamətləri dünyaya salıb türfə qiyamət, 

Hər dilbərə bir növ verib rəngi-nəzakət,

 

 

Kür suyu məgər çeĢmeyi-heyvanə dönübdür?



 

 

 



 

 

 



 

 

75



 


____________________Milli Kitabxana______________________

 

 



Hər Ģuxi-pəripeyk ər açıb türreyi-tərrar, 

Dildadələri etmək üçün damə giriftar. 

Səyyadi-sitəmg ər bu güzərgahda çox var, 

Ahubeçələr tək doludur kuçəvü bazar, Çin 

mülkimə bu mənzili-viranə dönübdür.

 

 



Hər kim gələ Tiflisə tamaĢa tələbindən,

 

 



Zülfi-ruxi-məhvəĢləri görmək səbəbindən,

 

 



Görməz əsəri-rahəti-can ruzü Ģəbindən,

 

XoĢləhcə pərizadələrin ləli-ləbindən,



 

Bu kiĢvəri-pürĢur BədəxĢanə dönübdür.

 

 

Bunlarda bu yarəb, nə səfadır fərəhəngiz,



 

 

Hər sərvqədin Ģiveyi-rüxsan bəlaxiz,



 

Rüxsari-niku, türreyi-miĢkini dilaviz,

 

Hər əbruyi-xəm Ģəkildə bir xəncəri-xunriz,



 

 

Qan tökmək üçün hər müjə peykanə dönübdür.



 

 

Hərçənd bu gülzardə çox dilbəri gördüm, Can 



qəsdim edən Ģuxi-sitəmküstəri gördüm, 

Arizləri mehtaba bərabərləri gördüm, Əvv əl 

yetiĢən gündə ki, Ġ skəndəri gördüm, Aya bu 

mələkdir, dedim, insanə dönübdür.

 

 

Qüdsi ki, dəmi-qüdsi vurub lafi-təvəüa, 



Tən eylər idi görsə birin valehü-Ģeyda, 

Tərk eyləmiĢ islamı görüb bunları hala, 

Ġstər ola çarubkeĢi-səhni-kəlisa,

 

 



Zünnar salıb boynuna, Sənana dönübdür.

 

 



* * *

 

 



Dila! Əzm eylə sən bülbül sifət gülzarə, bismillah, 

Muradın olsa meyl etmək f əğanü zarə, bismillah, Gər 

istərsən müdam olmaq cigər sədpara, bismillah, Qərəz 

fikrin tamaĢadır əgər dildarə, bismillah, Nəzər qıl ləli-

canbəxĢi-rüxi-gülnarə, bismillah.

 

 



 

 

 



 

 

76



 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə