Xix əsr azərbaycan şERİ antologiyasi



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə46/124
tarix18.06.2018
ölçüsü3,81 Mb.
#49521
1   ...   42   43   44   45   46   47   48   49   ...   124

____________________Milli Kitabxana______________________

 

 



* * *

 

 



Sərməst yıxıldım genə meyxanələr içrə, 

Oldum genə rüsva neçə fərzanələr içrə.

 

 

Yaxdım oda səccadəvü dəstarü ridanı,



 

 

Bir ad elədim mən dəxi pərvanələr içrə.



 

 

Ey Ģuxi-pəritələtü, ey sərvi-güləndam,



 

 

Gəzmə, səni tari, belə biganələr içrə.



 

 

Ol nərgisi-məstin nə füsungərdi, xudaya,



 

 

Saldı məni Məcnun kimi divanələr içrə.



 

 

Gəl ver mənə bir cam də, ey saqiyi-gülfam,



 

 

Ta məst yazım bu sözü əfsanələr içrə.



 

 

Billah, bu büti-lalərüxün yoxdu nəziri,



 

 

Baxdım neçə min surətə bütxanələr içrə.



 

 

Ol gənci-xəfidən bir əsər bilmədim axir



 

 

Canım çürüdü heç yerə viranələr içrə.



 

 

Ey kövsər üçün ah çəkən zahidi-əbləh,



 

 

Meyxanədə gəl gör onu peymanələr içrə.



 

 

Qəvvas kimi qutə vurub bəhrə Nəbati,



 

 

Ol gövhəri istər tapa dürdanələr içrə.



 

 

* * *



 

 

EĢq camından içən kimsə huĢyar olmaz,



 

 

Nə bu dünyadə, qiyamətdə də bidar olmaz.



 

 

Qorxu bilməz, eləməz Ģahü gədadən pərva,



 

 

Məsti-məstanə gəzər, kağəzü tumar olmaz.



 

 

Buteyi-hicrdə bülbül kimi əfğanə gələr,



 

 

Qeysi-biçarə kimi vəslə xəridar olmaz.



 

 

 



 

 

153



 


____________________Milli Kitabxana______________________

 

 



Tərk edər ləzzəti-dünyanı, keçər canından,

 

 



Sikkəni dağ qılar, talibi-dinar olmaz.

 

 



Göstərər mehrü vəfa yarinə, gördükcə cəfa,

 

 



Zilləti fəxr bilər, zərrəcə bizar olmaz.

 

 



AlıĢı Ģəm kimi, odlaĢı pərvanə kimi,

 

 



Can verər yarə Nəbati kimi, biar olmaz.

 

 



RÜBAİLƏR

 

 



Ey badi-səba, güzar qıl Təbrizə,

 

 



Aləmdə qalıb ümidimiz bir sizə,

 

 



Ol sərvqədin kuyinə düĢsə güzərin,

 

Bu naməni ver o zülfi ənbərrizə.



 

 

* * *



 

 

Saqi, gətir ol cami-zərəfĢanı görək, 



Sal gərdiĢə bir o rahi-reyhanı görək, 

Ġsgəndərə söylə getməsin zülmatə, 

Göstər ona bir o abi-heyvanı görək.

 

 



* * *

 

 



Divanə könül, bəsdi fəğan eylə mə çox, 

Razi-dilimi xəlqə əyatı eylə mə çox. 

XamuĢ otur, feyzi-əzəl tap, özünü 

Əbnayi-zəmanə həmzəban eyləmə çox.

 

 

* * *



 

 

Saqi, genə əyyami-gülüstan oldu,



 

 

Gül təxtə çıxıb, çəməndə sultan oldu.



 

 

Hər rindü gəda deyir mənəm Ģahi-cahan,



 

Hər qübbərə bir bülbüli-xoĢxan oldu.

 

 

 



 

 

 



 

 

154



 


____________________Milli Kitabxana______________________

 

 



* * *

 

 



Saqi, mənə bir cam o meydən ver, ver,

 

 



Bir türfə xəbər o bəzmi-Keydən ver, ver,

 

Mütrüb, dur əyağə, rəqs qıl məstanə,



 

 

Dadi-dilimi nəvayi-neydən ver, ver.



 

 

QOŞMALAR

 

 

Susuyubdur genə kimin qanına,



 

 

Xumar-xumar baxar hara gözlərin?



 

 

Nola bir də dolanaydım baĢına,



 

Qurbanı olaydım qara gözlərin!

 

 

Müqəvvəs qaĢların etginən kaman, 



Çəkginən müjgandan tiri-cansitan, 

Bu x əstə canımı qılginən niĢan, 

Qoy etsin köksümü para gözlərin.

 

 



Sənubər qamətin, ey sərv rəftar, 

ġümĢadü ərəri etdi Ģərmsar,

 

 

Nə yalq ız etmisən məni xarü zar, 



Çoxları gətirib zara gözlərin.

 

 



Arizin dövründə zülfi-müĢginab,

 

 



Qoymaz Ģəfəq salsın türsi-afitab,

 

Hökm qıl götürsün sayəsin səhab,



 

Bu dərdə eyləsin çara gözlərin.

 

 

Üzün ĢəĢəəsi ey Ģəmi-Çəkil, 



XurĢidi- xav əri etdi münfəil, Belə 

ki, eĢq odu oldu müĢtəil, Çəkdirə 

həqq məni dara gözlərin.

 

 



Xədəngi-xunrizin, ey Ģirin mənzər,

 

 



Xosrovu təxtindən etdi dərbədər,

 

 



Həlqə edib əldə zülfi-müənbər,

 

Nə sehr oxur genə mara gözlərin?



 

 

 



 

 

155



 


____________________Milli Kitabxana______________________

 

 



Təzə  gültək  açılıbsan  səhərdən, 

Müzəyyən  olusan  ləlü  gühərdən, 

YaxĢı  sald  ın  Nəbatini  nəzərdən, 

Əcəb mail olmuĢ xara gözlərin!

 

 

* * *



 

 

Səba, məndən söylə o gülüzara,



 

 

Bülbül gülüstanə gəlsin, gəlməsin?



 

Bu hicran düĢgünü, illər xəstəsi

 

Qapına dərmanə gəlsin, gəlməsin?



 

 

Mən qurbanı olum ənbər tellərin,



 

 

Qönçə dodaqların, püstə dillərin,



 

O lalə rüxsarın, miĢkin xalların

 

Oduna pərvanə gəlsin, gəlməsin?



 

 

Gözüm çox həsrətdir xumar gözünə,



 

 

GünəĢ camalına, Ģəkər sözünə,



 

 

Utanıram, necə deyim üzünə,



 

Dərdin xəstə canə gəlsin, gəlməsin?

 

 

DolaĢdır boynuma ĢümĢ ad qolunu, 



Qucaqlayıb qucum incə belini, Ləli-

ləbin əmim, sorum dilini, Ġstər ölü 

canə gəlsin, gəlməsin?

 

 



Nəbati istəməz sənsiz dünyanı, 

Ġzzəti, hörməti, Ģövkəti, Ģanı, Bir 

zada qalmayıb daha gümanı,

 

 



Bu baĢ o meydanə gəlsin, gəlməsin?

 

 



TƏCNİSLƏR

 

 



BaĢına döndüyüm, bu necə haldır,

 

 



DinməmiĢ deyirsən: ay nədir, nədir?

 

BaĢım çıxmaz mənim sənin dilindən,



 

Buyurginən görüm ay nədir, nədir?

 

 

 



 

 

156



 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə