Xix əsr azərbaycan şERİ antologiyasi



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə54/124
tarix18.06.2018
ölçüsü3,81 Mb.
#49521
1   ...   50   51   52   53   54   55   56   57   ...   124

____________________Milli Kitabxana______________________

 

 



Sanma ey qafil ki, zəhmətdəndir bu zarlıq

 

 



AĢikar bir ləzzəti-candır bu ahü vayi-eĢq.

 

 



Bəhri-eĢqə, ey könül, gər məb sağini Yunis misal,

 

 



Kamə çəkmiĢ çoxların ol mahiye-dəryayi-eĢq.

 

 



EĢq ara məqsuduna, Məxfi, yetərsən, səbr qıl,

 

 



Rahbərdir çün sənə bu yolda ol movlayi-eĢq.

 

 



* * *

 

 



Xeyr edərmi mən mərizə heç bir qan, ey təbib?

 

 



EĢq dərdidir canımda bunu bir qan, ey təbib.

 

 



Dərdimin yox çarəsi səndə, nə izhar edəlim,

 

 



Saxlamaq xoĢdur anı can içrə pünhan, ey təbib.

 

 



Səhhətimdən ötəri zəhmət çəkmə axər sən əbəs,

 

 



Gəlməyə ta yar özü müĢküldü dərman, ey təbib.

 

 



Ġstəsən cəhhət bulam, v əsli-nigara çarə qıl. 

Öldürür billah məni bu dərdi-hicran, ey təbib.

 

 

Çıxsa yarın möhnətü dərdi bu can ımdan mənim, 



Nə gərəkdir ta mənə bu cismü bu can, ey təbib.

 

 



Çıxmaz ol sevdayi-zülfü yar baĢdan, çıxsa 

can, Əl götür, əhvalımı etmə pəriĢan, ey təbib.

 

 

Saxlaram dərdi-dili mən Məxfi, izhar etmərəm,



 

 

FaĢ əgər ta etməyə bu çeĢmi-giryan, ey təbib.



 

 

* * *



 

 

Dən-dən ərəğ düĢəndə rüxi-əhmər üstünə



ġəbnəmdi guya kim tökülüb güllər üstünə.

 

 



Ləl ləbin kənarına çıxmıĢ xətinmidir?

 

 



Murbəççələrmi yoxsa düĢüb Ģəkkər üstünə?!

 

 



 

 

183



 


____________________Milli Kitabxana______________________

 

 



Yarəb, bir nurdu kim, tökülüb yar türrəsi,

 

 



Ya Kəbədir ki, gəlmiĢ anın kafər üstünə?!

 

 



Ətrafı-ləblərində o xali-siyahıdır?

 

 



Ya ləĢgəri-həbəĢmi gəlib Kövsər üstünə.

 

 



ġəhla gözün təkyə verib taği-əbruya, Bir 

məstdir ki, meyl qılır minbər üstünə.

 

 

ƏfĢan olan o qamətinə saçlarınmıdır? 



ġahmarlarmı yoxsa çıxıb ər-ər üstünə?!

 

 



Bilməm, əzizim, eĢqin ara Məxfi neyləmiĢ,

 

 



Hər yan gəlibdi dərdü qəmin ləĢgər üstünə.

 

 



* * *

 

 



Müftiyi-Ģəhr ki yol tapmadı meyxanəmizə,

 

 



RəĢkidən urdu sitəm daĢını peymanəmizə.

 

 



Fəxr qıl, ey dili-divanə ki, bu Ģəhr içrə,

 

 



Yoxdu bir Ģux ki, yol bulmaya kaĢanəmizə.

 

 



Əql idi eĢq ilə baziçə dögül kim gir ələr, 

Ġki sultani-müxalif dili-viranəmizə.

 

 

Bunca dad etdim o Ģuxun sitəmindən bir kəs,



 

 

Yoxdur axər ki, qulaq verə bu əfsanəmizə.



 

 

Gecələr mənzili təğyir edərəm, Ģayəd o dust,



 

 

Səhv edib bir qədəmin basa bizim xanəmizə.



 

 

Bu qədər düĢdü könül eĢqinə bir mahvəĢin,



 

 

Hiç bay olmadı rağıb dili-divanəmizə.



 

 

Lafi-dindarlığın, Məxfi, səni kafər edib,



 

 

Kəbədən bir yol ola kaĢ bu bütxanəmizə.



 

 

 



 

 

 



184

 



____________________Milli Kitabxana______________________

 

 



MİRZƏ HƏSƏN QARABAĞİ

 

 



Mirzə  Həsən  Qarabaği  1824-cü  ildə  Suşa  şəhərində  doğulmuşdur.  O, 

zəmanəsinə  görə  yaxşı  təhsil  almış,  ərəb,  fars  dillərini  öyrənmiş,  klassik 

poeziyanın  qayda-qanunları  ilə  tanış  olmuşdur.  Gənc  yaşlarından  xırda  alverə 

başlayan Mirzə Həsənin həyatı zəhmətlə keçmişdir. O, ticarət məqsədilə doğ ma 

yurdundan  ayrılaraq,  qürbət  elləri  şəhərbəşəhər  gəzir,  dolanışıq  qayğıları  ilə 

yaşamalı  olurdu,  Şuşada  olduğu  vaxtlarda  ilə  "Məclisi-üns"ün  yığıncaqlarında 

iştirak edirdi. Şair 1904-cü ildə Şuşada vəfat etmiş və orada dəfn olunmuşdur.

 

 



Mirzə  Həsən  Qarabağinin  lirik  şeirlər  divanı  dövrümüzə  qədər  gəlib 

çatmışdır. Həmin "Divan" əsasında şairin "Seçilmiş əsərləri" hazırlanmış və 

birinci  dəfə  1973-cü,  ikinci  dəfə  isə  2000-ci  ildə  Bakıda  nəşr  edilmişdir. 

Burada verilən nümunələr həmin kitabın ikinci nəşrindən götürülmüşdür.

 

 



QƏZƏLLƏR

 

 



Gözlərin mayil olubdur yenə xunxarlığa,

 

 



Bəli, sərxoĢ olu amadə sitəmkarlığa.

 

 



Küfri-zülfün dinü imanıma çox Ģaiq olub,

 

 



Bilirəm ki, salacaq rəxnə bu dindarlığa.

 

 



Yoxdu hicranına könlümdə dəxi tabü təvan,

 

 



Nə belə talib olubsan bu dilazarlığa?

 

 



Qamətinlə nə rəva sərv bərabər ola kim,

 

 



Xeyli müĢküldü o gəlsin belə rəftarlığa.

 

 



Gül cəmalınla əgər bəhsə gəlibsə, nə əcəb,

 

 



O səbəb salmıĢ özün gülĢən ara xarlığa.

 

 



Etməzəm Ģikvə gözündən nə qədər qılsa

 

 



Məst olan mail olar çünki cəfakarlığa.

 

 



 

 

 



 

 

 



 

 

185



 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə