Xülasə I. Qlobal iqtisadi proseslər və milli iqtisadiyyat Qlobal iqtisadi meyillər 5



Yüklə 253,54 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix18.04.2018
ölçüsü253,54 Kb.
#39453
növüXülasə
1   2   3   4   5   6   7   8

15

Qlobal iqtisadi proseslər və milli iqtisadiyyat 

sənayedə realizə olunmamış izafi mal ehtiyatının 

azalmasında  da  özünü  büruzə  vermişdir. 

Ümumilikdə,  AMB  tərəfindən  aparılan  RSM 

nəticələri  son  aylar  istehsalı  artan,  dövriyyəsi 

çoxalan  müəssisələrin  sayının  yüksəldiyini  və 

bu meyilin dayanıqlı olduğunu göstərir.

Hökumətin,  Mərkəzi  Bankın,  habelə 

beynəlxalq  təşkilatların  proqnozlarına  görə 

yaxın  perspektivdə  ölkədə  iqtisadi  artımın 

davam  edəcəyi  gözlənilir.  Beynəlxalq  Valyuta 

Fondu, Asiya İnkişaf Bankının açıqladıqları son 

iqtisadi  xülasələrdə  Azərbaycan  üzrə  iqtisadi 

artımın  2013-cü  ildə  müvafiq  olaraq  4.1%  və 

3.1% təşkil edəcəyini proqnozlaşdırılır.

Mərkəzi  Bankın  qiymətləndirmələrinə  görə, 

daxili tələbin artması məcmu buraxılış kəsirinin 

I  yarımildəki  +0.7%  səviyyədən  daha  yüksək 

olmasında  və  2013-cü  ildə  pozitiv  zonada 

qalmasında əhəmiyyətli rol oynayacaqdır.

1.2.4. İnflyasiya prosesləri



2013-cü  ilin  6  ayı  ərzində  qiymət  sabitliyi 

təmin  edilmiş,  inflyasiyanın  səviyyəsi  hədəf 

çərçivəsində olmuşdur.

1.2.4.1.  İstehlak  Qiymətləri  İndeksi  (İQİ).  

2013-cü  ilin  6  ayında  orta  ilik  inflyasiya  2% 

təşkil  etmişdir.  İyun  ayında  ilin  əvvəlinə 

nəzərən qiymətlər 1.2%, ötən ilin eyni dövrü ilə 

müqayisədə isə 3.1% artmışdır. 

Ötən 6 ay ərzində illik ifadədə yüksək qiymət 

artımı ərzaq məhsulları və xidmətlərdə müşahidə 

olunmuşdur.  Belə  ki,  qeyri-ərzaq  qiymətləri 

0.5%  artdığı  halda  ərzaq  qiymətlərində  3.8% 

və xidmət qiymətlərində 3.3% artım olmuşdur. 

Xidmətlər üzrə belə yüksək qiymət artımı yanvar 

ayında  hava  sərnişindaşıma  nəqliyyatında  və 

notarial  xidmətləri  tariflərində  artım  ilə  izah 

olunur.

Hesablamalara  görə,  2%-lik  orta  illik 



inflyasiyanın 0.8 faiz bəndi ərzaq məhsullarının, 

0.1  faiz  bəndi  qeyri-ərzaq  mallarının  və  1.1 

faiz  bəndi  xidmətlərin  qiymətinin  artması  ilə 

əlaqədar olmuşdur. Göründüyü kimi, cari ilin 6 

ayında ötən iki ilin eyni dövrü ilə müqayisədə 

ərzaq  qiymətlərinin  orta  illik  inflyasiyanın 

formalaşmasına töhfəsi kifayət qədər aşağıdır. 

Cari  ilin  birinci  rübündə  dünya  ərzaq 

qiymətlərinin  artım  tempinin  aşağı  düşməsinə 

baxmayaraq  ikinci  rübdə  onun  yüksəlməsi 

müşahidə olunmuşdur (Qrafik 26). 

 Mənbə: AMB

Qeyd: Monitorinq nəticələrinin kəskin mövsümi dəyişimlərdən 

hamarlamaq üçün 3 aylıq sürüşkən orta metodundan istifadə 

olunmuşdur

Mənbə: DSK məlumatları əsasında AMB hesablamaları 

Mənbə: AMB

Qeyd: Açıq rəng proqnozu göstərir



16

Pul siyasəti icmalı  2013/ II rüb

Dövlət  tərəfindən  tənzimlənən  malların  və 

mövsümi  volatilliyə  malik  olan  məhsulların 

qiymət dəyişməsindən təmizlənərək hesablanan 

orta  illik  baza  qiymət  indeksi  0.5%  yüksəlsə 

də,  ilin  əvvəli  ilə  müqayisədə  qiymətlər  0.1% 

azalmışdır.  İlin  əvvəli  ilə  müqayisədə  baza 

inflyasiyasının  ümumi  qiymət  artımından 

1.3  faiz  bəndi  aşağı  olması  inflyasiyanın 

formalaşmasında  mövsümi  amillərin  və 

tənzimlənən qiymətlərinin böyük rol oynadığını 

göstərir. Belə ki, 2013-cü ilin 6 ayında orta illik 

ifadədə nəqliyyat və poçt tarifləri indekslərində 

1.9% artım müşahidə olunmuşdur. Rabitə tarifi 

indeksləri 3.8%, poçt və kuryer tarifləri indeksi 

0.8%,  nəqliyyatda  yükdaşıma  tarifləri  indeksi 

isə 2.6% yüksəlmişdir. 

Qrafik  27-dən  göründüyü  kimi,  qiymət 

dəyişmələrində  baş  verən  dəyişkliklərin 

əhatəliyini  əks  etdirən  diffuziya  indeksi

4

  2013-


cü  ilin  ikinci  rübündə  mənfi  zonada  olmuşdur 

ki,  bu  da  istehlak  səbətində  qiymətləri  azalan 

məhsulların  sayca  üstünlüyə  malik  olduğunu 

göstərir.

2013-cü ildə ölkənin xarici ticarət tərəfdaşı olan 

inkişaf  etmiş  ölkələrdə  1.7%,  inkişaf  etməkdə 

olan ölkələrdə 7.8%, neft ixrac edən ölkələrdə isə 

9.8%  inflyasiya  qeydə  alınmışdır.  Ümumilikdə 

isə xarici ticarət tərəfdaşı olan ölkələrdə ortalama 

5.4% inflyasiya müşahidə olunmuşdur ki, bu da 

Azərbaycandakı  12  aylıq  inflyasiyadan  2.3  faiz 

bəndi çoxdur.

1.2.4.2.  Sənaye  məhsullarının  istehsalçı 

qiymətləri  indeksi  (SİQİ). 

2013-cü  ilin  6  ayı 

ərzində  sənaye  məhsulları  istehsalçılarının  orta 

illik  qiymət  indeksi  6.5%  azalmışdır.  Qiymət 

azalmasına  səbəb  xam  neft  və  təbii  qaz  hasilatı 

sənayesində qiymətlərinin 8.6%-ə qədər azalma-

sıdır. Qeyri-neft sənaye məhsullarının qiymətləri 

isə  dövr  ərzində  2.6%  səviyyəsində  artmışdır. 

Qeyri-neft sənayesində qiymət artımı əsasən emal 

sənayesinin kimya sahəsi üzrə 7.6%, metallurgiya 

sahəsi üzrə 9.3%, hazır metal istehsalı sahəsi üzrə 



Mənbə: DSK və BVF məlumatları əsasında AMB 

hesablamaları 

Mənbə: DSK məlumatları əsasında AMB hesablamaları 

Mənbə: DSK, AMB-nin hesablamaları

Mənbə: DSK

4

 



Diffuziya indeksi – İstehlak səbətinə daxil olan və artım müşahidə olunan məhsulların sayı ilə azalanların fərqinin ümumi məhsul sayına nisbətidir

Qrafik 28. Ènflyasiya (12 aylıq), %-lÿ

Azÿrbaycan

Xarici tÿrÿfdaø þlkÿlÿri

-3

-1

1



3

5

7



9

11

13



15

Dekabr Fevral Aprel

İyun

Avqust Oktyabr Dekabr Fevral



Aprel İyun Avqust Oktyabr Dekabr Fevral Aprel

İyun


Avqust Oktyabr Dekabr Fevral

Aprel İyun Avqust Oktyabr Dekabr Fevral Aprel

İyun

2008


2009

2010


2011

2012


2013


Yüklə 253,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə