Xülasə I. Qlobal iqtisadi proseslər və milli iqtisadiyyat Qlobal iqtisadi meyillər 5



Yüklə 253,54 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix18.04.2018
ölçüsü253,54 Kb.
#39453
növüXülasə
1   2   3   4   5   6   7   8

8

Pul siyasəti icmalı  2013/ II rüb

2013-cü  ilin  ötən  dövrü  ərzində  dünyanın 

aparıcı ölkələrində mərkəzi banklar akkomodativ 

pul  siyasətini  davam  etdirmişlər.  May  ayında 

Avropa Mərkəzi Bankı yenidən maliyyələşdirmə 

dərəcəsini  0.25  faiz  bəndi  aşağı  salaraq, 

0.5%  səviyyəsində  müəyyənləşdirmişdir. 

ABŞ  Federal  Rezerv  Sisteminin  (0.25%)  və 

Yaponiya  Mərkəzi  Bankının  (0%)  yenidən 

maliyyələşdirmə  dərəcələri  son  rüb  ərzində 

dəyişməmişdir. 

Dövlət  borcunun  azaldılması  məqsədilə 

dünyanın  əksər  qabaqcıl  ölkələrində  fiskal 

konsolidasiya tədbirləri 2013-cü ildə də davam 

etmişdir.  Fiskal  konsolidasiyanın  güclənməsi 

fonunda  qabaqcıl  ölkələrdə  infrastrukturun 

təkmilləşdirilməsi  ehtiyacları  daha  da  artır. 

McKinsey  Global  Institute-un  hesablamalarına 

görə,  2013-2030-cu  illər  ərzində  57  trln.  $ 

məbləğində infrastruktur xərcləri tələb olunur.        

Dünya iqtisadiyyatındakı son proseslər 2013-

cü il üçün qlobal iqtisadi artım perspektivlərində 

pessimist  gözləntilərə  əsas  yaratmışdır.  BVF 

özünün “Qlobal İqtisadi Perspektivlər” nəşrində 

cari il üçün verilmiş artım proqnozlarında əsasən 

azalma istiqamətində düzəlişlər etmişdir. 

Beləliklə,  qlobal  iqtisadiyyatda  fəallıq  hələ 

də öz potensialından aşağı olaraq qalır. Dünya 

iqtisadiyyatında mövcud risklərlə yanaşı bir sıra 

yeni risklər də formalaşır. Bir çox inkişaf etmiş 

ölkələrdə  yüksək  işsizlik  və  zəif  investisiya 

fəallığı ilə müşayiət edilən kövrək iqtisadi artım 

orta  müddətli  dövrdə  qlobal  məcmu  buraxılış 

kəsirinin  böyüməsinə  gətirib  çıxara  bilər. 

Pul  və  fiskal  siyasət  tədbirləri  imkanlarının 



 Mənbə: BVF

Mənbə: BVF

Mənbə: Bloomberg

Mənbə: Bankların internet səhifələri, BVF


9

Qlobal iqtisadi proseslər və milli iqtisadiyyat 

məhdudlaşdığı  şəraitdə  ən  önəmli  siyasət 

çağırışı  məhz  köklü  institusional  islahatlardır. 

Eyni zamanda qlobal siyasət tədbirlərinin daha 

da  sıx  koordinasiya  edilməsi  mühüm  zərurətə 

çevrilmişdir. 

Dünya  iqtisadiyyatında  baş  verən  proseslər 

fonunda əsas ticarət partnyorlarında ciddi iqtisadi 

böhran  meyillərinin  müşahidə  olunmaması 

ölkəmizin  xarici  iqtisadi  mövqeyinə  müsbət 

təsir edən amillərdəndir. 

1.2. Azərbaycanda makroiqtisadi tarazlıq

2013-cü  ilin  yanvar-iyun  aylarında  əlverişli 

xarici  mövqe  və  daxili  tələbin  genişlənməsi 

şəraitində ölkə iqtisadiyyatında artım prosesləri 

davam  etmişdir.  Daxili  tələbin  genişlənməsi, 

iri  miqyaslı  sosial-iqtisadi  infrastruktur 

proqramlarının reallaşdırılması iqtisadi artıma 

müsbət təsir etmişdir. 

1.2.1. Xarici sektor

Son illərdə olduğu kimi, cari ilin 6 ayında da 

ölkənin xarici mövqeyi əlverişli olmuşdur.  

Dövlət  Gömrük  Komitəsinin  (DGK) 

məlumatlarına  əsasən,  2013-cü  ilin  6  ayında 

xarici  ticarət  dövriyyəsi  17.1  mlrd.  $  təşkil 

etmişdir  ki,  bunun  da  12  mlrd.  $  ixracın,  5.2 

mlrd. $ isə idxalın payına düşür.

Yanvar-iyun  aylarında  ötən  ilin  müvafiq 

dövrü ilə müqayisədə ixrac 5.8% azalmış, idxal 

isə  16%  artmışdır.  Xarici  ticarət  balansının 

profisiti isə 6.8 mlrd. $ olmuşdur. Ümumilikdə, 

ixrac idxalı 2.3 dəfə üstələmişdir. İxracın yarıya 

yaxını Avropa İttifaqı (Aİ) ölkələri, 6%-i MDB, 

qalan  hissəsi  isə  digər  ölkələrə  yönəlmişdir. 

İdxalın  isə  34%-i  Aİ,  24%-i  MDB  və  qalan 

hissəsi digər ölkələrin payına düşmüşdür.

İxracın  ən  yüksək  aylıq  həddi  fevral  ayına 

(orta aylıq ixracdan 13% çox), idxalda isə may 

ayına  (orta  aylıq  idxaldan  41%  çox)  təsadüf 

etmişdir.  İxracın  ən  aşağı  aylıq  həddi  iyun 

ayında  (orta  aylıq  ixracdan  24%  az),  idxalda 

isə yanvar ayında (orta aylıq idxaldan 37% az) 

qeydə alınmışdır.

İxracda  yüksək  templə  artan  mallara  misal 

kimi  pambıq  ipliyi,  metal  borular,  kartof,  təzə 

tərəvəz, bitki yağları və s.-ni göstərmək olar. 

İdxalı  artan  mallara  isə  metal,  maşın  və 

mexanizmlər,  çay,  sement,  buğda  unu  və  s. 

aiddir.  İdxalın  strukturunda  yeyinti  məhsulları 

10%  paya  malikdir  ki,  bu  da  dövr  ərzində 

0.3%  azalmışdır.  Ümumilikdə  bir  sıra  yeyinti 

məhsullarının  idxalında  azalmanın  qeydə 

alınması  daxili  istehsalın  genişlənməsinin 

göstəricisidir.  Cari  ilin  sonuna  əksər  kənd 

təsərrüfatı  və  yeyinti  məhsulları  üzrə  özünü 

təmin  etmə  səviyyəsinin  daha  da  artacağı 

gözlənilir. 

DSK-nın məlumatlarına əsasən, Azərbaycanın 

idxalını  təşkil  edən  istehlak    məhsulların 

qiymətləri ixracı təşkil edən istehlak məhsullarının 

qiymətləri  ilə  müqayisədə  daha  az  artır.  Bu  isə 

Mənbə: DGK

Mənbə: DSK



10

Pul siyasəti icmalı  2013/ II rüb

əsasən  neft  və  neft  məhsullarının  dünya  bazar 

qiymətinin aşağı meyilli olması ilə əlaqədardır.

BVF-nun  proqnozlarına  əsasən,  2013-cü 

ilin  sonuna  Azərbaycanda  cari  əməliyyatlar 

balansının  profisiti  ÜDM-in  11%-ni  təşkil 

edəcəkdir.  Ölkə  bu  göstəriciyə  görə  İEOÖ 

arasında  ən  qabaqcıl  yerlərdən  birini  tutur. 

Fondun  hesablamaları  iri  həcmli  profisitin 

orta  müddətli  dövrdə  də  davam  edəcəyini 

göstərir.

İxracdan  əlavə,  xaricdən  pul  baratlarının  və 

kapital axınlarının dinamikası da ölkəyə valyuta 

daxilolmalarına artırıcı təsir göstərmişdir. İlkin 

məlumatlara görə dövr ərzində ölkəyə 774 mln. 

$ məbləğində pul baratı daxil olmuşdur. 

DSK-nın məlumatına görə, ölkə iqtisadiyyatına 

qoyulmuş  xarici  investisiyaların  həcmi  isə 

yanvar-iyun aylarında 40%-dən çox artaraq 2.4 

mlrd. $ təşkil etmişdir.

Aşağıdakı qrafikdən göründüyü kimi cari ilin 

6  ayında  ölkənin  strateji  valyuta  ehtiyatları 

  Mənbə: DSK

Mənbə: AMB

Mənbə: AMB

Cədvəl 1. İdxal-ixrac mallarının qiymət indeksləri, %-lə (2013 yan-may/2012 yan-may)

İdxal malları

İxrac malları

Bütün mallar üzrə

101.6

90.5


Emal mərhələləri üzrə

    İnvestisiya malları

100.9

99.4


    Aralıq məhsullar

101.9


88.1

         energetika məhsulları

98.8

85.7


         digər aralıq məhsullar

101.9


97.5

    İstehlak malları

100.6

101.8


         qısa müddətli istehlak malları

101.5


101.3

         uzun müddətli istehlak malları

99.3

106.4


         ikili istifadə xüsusiyyətli mallar

101.7


115.1

    Digər mallar

101.5

96.6


Mənbə: DSK


Yüklə 253,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə