Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014
12
elastikliyini bununla izah etmək olar. Yəni ucuzlaşan dollar ifadəsindəki kapital
məhsulları ölkədən ixraca səbəb olur.
Cədvəl 9-da istehlak məhsulları ixracının elastikliyi verilmişdir. Biz bütün
modellərdə ixracın bu növünün xarici tələbə yüksək elastikliyini müşahidə edirik.
Sütun (1), (4) və (6)-da istehlak məhsulları ixracının real ikitərəfli məzənnəyə
yüksək mənfi elastikliyini müşahidə edirik. (7) və (8)-ci sütunlarda isə real effektiv
məzənnənin mənfi elastikliyi görünür. Nəzəriyyəyə uyğun olaraq, effektiv
məzənnənin elastiklik əmsalı təsir effekti baxımından ikitərəfli məzənnə
elastikliyindən azdır.
Cədvəl 10-da aralıq məhsulları ixracının elastiklik əmsalları əks olunmuşdur. Biz
ixrac məhsullarının bu növünün yenə də xarici tələbə yüksək elastikliyini görürük.
İstər ikitərəfli, istərsə də effektiv məzənnə artımı aralıq məhsullarının ixracına
mənfi təsir göstərir. (8)-ci sütunda biz həm xarici tələb, həm də effektiv məzənnə
əmsallarının miqyasının kiçik olduğu müşahidə edirik.
Cədvəl 11-də ümumi real idxalın tələb və məzənnə elastikliyi verilmişdir. Qeyd
etdiyimiz kimi, biz ixracın daxili tələbə və məzənnənin dəyişməsinə elastikliyini
tapmağa çalışmışıq. İlk iki sütunda dəyişməyən effektlər modelinin nəticələri
göstərir ki, qeyri-neft ÜDM statistik əhəmiyyətli əmsala malik olsa da, neft
gəlirlərinin transferi əhəmiyyətli deyil. Biz həmçinin ikitərəfli və effektiv məzənnə
əmsallarının statistik əhəmiyyətli olmadığını görürük. (3) və (4)-cü sütunlarda isə
FMOLS nəticələri qeyri-neft ÜDM-nin əhəmiyyətli olmadığını göstərir. (6)-(8)
sütunlarda olan ÜMM modelinin nəticələri isə daha maraqlıdır. Belə ki, qeyri-neft
ÜDM-i müsbət və statistik əhəmiyyətli əmsallara malikdir. Neft gəlirlərinin
transferi isə statistik əhəmiyyətli deyil. (8)-ci sütunda real effektiv məzənnənin
əmsalından görünür ki, real effektiv məzənnənin 10% artması ölkənin real idxalını
2.6% artıra bilər. Statistikadan görünür ki, ÜMM modelinin instrumentləri uyğun
olaraq seçilmişdir və tənliyin qalıqları ikinci dərəcədən serial korrelyasiyaya malik
deyil.
Cədvəl 12-də kapital məhsulları idxalının elastiklikləri verilmişdir. Dəyişməyən
effektlər və FMOLS spesifikasiyaları ilə aparılan qiymətləndirmələrdə sütun (2)-
dən başqa, daxili tələb əmsalının və bütün məzənnə əmsallarının statistik
əhəmiyyətli olmadığı müşahidə edilir. (6) və (7)-ci sütunlarda real effektiv məzənnə
ilə aparılan ÜMM reqressiyaları kapital məhsulları idxalının daxili tələbə, (7)-ci
sütun isə məzənnə artımına olan müsbət elastikliyini əks etdirir.
Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014
13
Cədvəl 13-də ümumi idxal məhsullarının içində ən yüksək paya malik olan istehlak
məhsulları idxalının tələb və məzənnə elastikliyi verilmişdir. Dəyişməyən effektlər
modelinin nəticələri daxili tələbə yüksək elastikliyi əks etdirir. FMOLS
spesifikasiyasında isə tələb əmsalı (3) və (4)-cü sütunlarda, məzənnə əmsalı isə (4)-
cü sütunda statistik əhəmiyyətli deyil. ÜMM modelində isə biz istehlak məhsulları
idxalının daxili tələbə və məzənnəyə müsbət elastikliyini görürük. Həm real
ikitərəfli, həm də effektiv məzənnənin artımı idxalı daha ucuz edərək artırır.
Aralıq məhsulları idxalının elastiklik əmsalları Cədvəl 14-də verilmişdir. Yenə də
ən maraqlı nəticələr ÜMM modelinin əmsallarıdır. Qeyri-neft ÜDM-in qiymətləri
müsbət və statistik əhəmiyyətlidir. Real effektiv məzənnə elastikliyi isə mübətdir.
Yəni, artan daxili tələb və real effektiv məzənnə aralıq məhsulları idxalını
göstərilən əmsallar qədər artırır.
Nəticə
Nəticələrdən görünür ki, ixrac bazarlarında tələbin artması ölkəmizin həmin
bazarlara ixracını əhəmiyyətli artıra bilər. Manatın əhəmiyyətli möhkəmlənməsi ilə
müşayiət olan real ikitərəfli və effektiv məzənnənin hiss olunacaq qədər artımı isə
ixracı məhdudlaşdıran amillərdir. Kapital məhsulları ixracının artımına isə xarici
bazarlarda tələbin artması və məzənnənin möhkəmlənməsi əhəmiyyətli dərəcədə
müsbət təsir edir.
Ümumi və məhsul kateqoriyaları üzrə idxal göstəriciləri daxili tələbin artımına
elastikdir və artan daxili tələb məhsulların idxalını artırır. Real ikitərəfli və effektiv
məzənnənin artımı idxala məhdud təsirə malikdir. Bizim spesifikasiyada ən
dayanıqlı model olan ÜMM nəticələrində isə real effektiv məzənnənin artım tempi
idxalı artırır. Yalnız istehlak məhsullarının idxalı həm daxili tələbin artmasına, həm
də məzənnə artımına kəmiyyətcə yüksək elastiklik nümayiş etdirir.
Nəticələrimiz onu göstərir ki, istər idxal, istərsə da ixrac istiqamətində ən çox
dəyişkənliyə meyilli kateqoriya istehlak məhsullarıdır. Elastikliklərin nisbətən aşağı
olduğu məhsul sinfi isə kapital məhsullarıdır.
Ə
dəbiyyat
1.
Arellano, Manuel, and Stephen Bond, "Some Tests of Specification for Panel
Data: Monte Carlo Evidence and an Application to Employment Equations,"
Review of Economic Studies 58 (April 1991), 277-297
2.
Helkie, William H., and Peter Hooper, "The U.S. External Deficits in the 1980s:
An Empirical Analysis," in (NEED FIRST NAMES) Bryant, Holtman, and