Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə32/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32231
1   ...   28   29   30   31   32   33   34   35   ...   49


Həmyaşıdları ilə birlikdə sadə ətraf mühiti müdafiə layihələri tərtib edir və mümkün
qədər həyata keçirirsə (məqsəd, vəzifələr, həlli yolları, gözlənilən nəticələr);

Gürcüstanda qorunan ərazilərin müxtəlif formalarının mövcudluğunun əhəmiyyətini
təhlil edirsə (dünyada mövcud olan analoqlarla tanış olursa) və xəritədən istifadə etməklə
onları inkişaf etdirmək perspektivləri barədə mülahizə yürüdürsə;

Müxtəlif tip coğrafi ədəbiyyatın və əyani vasitələrin köməyi ilə Gürcüstanda mühafizə
olunan ərazilərin yerləşməsi barədə, onları yaratmaq məqsədləri haqqında mülahizə
yürüdürsə (məs.: Badzara- Utxovari; Babaneuri – Dzelkva) və müvafiq sxem tərtib
edirsə.
Coğ.IX.6.  Şagird Gürcüstanda təsərrüfatın strateji sahələrini və onların
inkişaf etdirilməsi perspektivlərini təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Gürcüstanın təsərrüfatının strateji sahələrinin (məs.: turizmin, kənd təsərrüfatının,
energetikanın və s.) inkişafı üçün zəruri amilləri sayırsa, bunun əsasında qəsəbələri,
rayonları və ya regionları qruplaşdıra bilirsə;

Gürcüstanda təsərrüfatın strateji sahələrinin (məs.: aqrobiznesin və s.) inkişafının dünya
ölkələrinin təcrübəsinin nəzərə alınması ilə inkişaf perspektivləri haqqında mülahizə
yürüdürsə;

Vaxuşti Baqrationinin “Gürcüstan çarlığının təsviri” əsərindən istifadə edirsə, o dövrkü
Gürcüstanın kənd təsərrüfatının zonallıqlarını xarakterizə edirsə və onları müasir
vəziyyətlə müqayisə edirsə;

Gürcüstanda müxtəlif kommunikasiya vasitələrinin əhəmiyyəti və inkişaf perspektivləri
barədə mülahizə yürüdürsə, konturlu xəritədə əhəmiyyətli nəqliyyat şəbəkələrini və
magistrallarını qeyd edə bilirsə;

Müxtəlif növ turizmin inkişafı üçün zəruri təbii ətraf mühitin və infrastrukturun barəsində
informasiya toplayırsa. Gürcüstanın rayonlarından birini seçir və turizmin müvafiq
növünün inkişafı barədə layihə yazırsa;

Strateji material əsasında XX-XXI əsrlər ərzində Gürcüstanın ticarət balansının
transformasiyasını tədqiq edir və bunları ölkənin iqtisadi inkişafı ilə əlaqələndirirsə;

Sabit inkişafın iqtisadi mövzuları ilə tanış olur, onlardan Gürcüstan üçün aktuallarını
seçir və bunun baş vermə səbəbləri və nəticələri barədə mülahizə yürüdürsə.


Coğ.IX.7.  Şagird sosial-iqtisadi parametrlərə əsasən dünyada Gürcüstanın
yerini təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

İllüstrasiyaların təhlili əsasında ölkənin inkişafı səviyyəsi göstəricisinin xüsusi meyarını
işləyib-hazırlaya bilər (iş yerləri, ticarət obyektləri, orta aylıq əməkhaqqı, nəqliyyat,
yaşayış yeri) və öz mülahizələrini əsaslandıra bilirsə;

Humanitar inkişaf indeksi xəritəsinin köməyi ilə müxtəlif ölkələri və Gürcüstanı
fərqləndirirsə; bu təsnifatın özünəməxsusluqları barədə mülahizə yürüdürsə; müvafiq
çertyoj/cədvəl tərtib edirsə;

Müxtəlif sahədəGürcüstanın strateji partnyor ölkələri və beynəlxalq təşkilatlarla
münasibətlərinin perspektivləri barədə mülahizə yürüdür və nəticələri özünün arzu etdiyi
formada əks etdirirsə;
İstiqamət: ətraf mühit və sosial sistemlər
Coğ.IX.8.  Şagird əhalinin demoqrafik göstəricilərini və dinamik
xüsusiyyətlərini ölkənin iqtisadi aktivliyi ilə əlaqələndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Statistik göstəricilərə söykənərək Gürcüstan əhalisinin dinamikası, məskunlaşması və
sıxlığı barədə mülahizə yürüdürsə; onları sosial-iqtisadi vəziyyətlə əlaqələndirirsə;

Gürcüstanda əhalinin siyahıya alınması ənənələrini xarakterizə edirsə (Gürcüstan
vilayətinin böyük dəftəri, Rusiya imperiyasının siyahıya almaları, SSRİ əhalisinin ümumi
siyahıya alınması, müstəqil Gürcüstanın 2002-ci il əhalinin ümumi siyahıya alınması);
onları başqa ölkələrin analoji təcrübəsi ilə müqayisə edir və onların etibarlılığı barədə
mülahizə yürüdürsə;

Gürcüstan əhalisinin demoqrafik perspektivlərini təhlil edirsə; strateji göstəricilərə əsasən
cins-yaş piramidaları tərtib edir və müxtəlif siyahıya alma tiplərinə malik ölkələrin
analoqları ilə müqayisə edirsə;

Statistik informasiya əsasında Gürcüstanın iki kontrast regionunda mövcud demoqrafik
vəziyyəti müqayisə edirsə; yaranmış vəziyyəti doğuran səbəblər və situasiyanı
yaxşılaşdırmaq yolları barədə  mülahizə yürüdürsə;

İnformasiya toplayır və müxtəlif ölkələrdə həyata keçirilmiş demoqrafiya siyasəti barədə
mülahizə yürüdürsə; Gürcüstanda mümkün demoqrafiya siyasəti yeritmək ehtimalı irəli
sürürsə.


Coğ.IX.9.  Şagird Gürcüstan əhalisinin miqrasiyası və urbanizasiya
proseslərini təhlil edə və gələcəklə əlaqədar ehtimallar söyləyə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Gürcüstanda mövcud olan miqrasiya proseslərinin başvermə səbəbləri, axını, tezliyi
barədə mülahizə yürüdürsə və bunları ölkənin sosial-iqtisadi inkişaf səviyyəsi ilə
əlaqələndirirsə;

Sinifdə qrup halında iş zamanı işlənmiş sosioloji tədqiqat anketi əsasında sorğu keçirirsə
(sinifdə, məktəbdə, qohumlar arasında, qonşular arasında); Gürcüstanda miqrasiya
proseslərinin inkişafı barədə mülahizə yürüdür və nəticələri sinif qarşısında təqdim
edirsə;

Hərbi münaqişələr və təbii fəlakətlər səbəbindən məcburi köçkün şəxslər barədə
informasiya toplayır və yaranmış sosial-iqtisadi çətinliklər barədə mülahizə yürüdürsə,
problemin nizama salınması üçün öz mülahizələrini deyə bilirsə;

Urbanizasiyanın köməkçi və maneə amilləri barədə mülahizə yürüdürsə və onlarla
əlaqədar sosial, iqtisadi və ekoloji problemlər barədə söyləyirsə; problemləri cədvəldə
qruplaşdırırsa;

İqtisadi və siyasi dəyişikliklər nəticəsində Gürcüstanda məskunlaşmanın funksiyalarının
pozulması/əldə edilməsi nəticəsində baş vermiş sosial problemləri tədqiq edir və
nəticələri onun üçün arzuolunan formada (cədvəl, sxem...) əks etdirirsə;

Gürcüstanın şəhərlərindən birini seçir və onun perspektiv inkişafının sadə modelini tərtib
edirsə;

Gürcüstan məskənlərinin tiplərini böyüklüyünü, funksiyalarını təhlil edir və onları
dünyanın müxtəlif ölkələrinin kontrast analoqları ilə müqayisə edirsə; nəticələri onun
üçün arzuolunan formada (verbal, yazılı, çertyoj şəklində) əks etdirirsə;

Gürcüstanın daxili və xarici miqrasiya prosesləri nəticəsində baş vermiş sosial
dəyişiklikləri əks etdirir və situasiyanın yaxşılaşdırılmasının mümkün yolları barədə
mülahizə yürüdə bilirsə.
Coğ.IX.10. Şagird coğrafi özünəməxsusluqlara münasibətdə gürcü ənənələrini
təhlil edə bilər.
Nəticə göz önündədir əgər şagird:


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə