Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə31/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32231
1   ...   27   28   29   30   31   32   33   34   ...   49

Coğ.IX.7.
Şagird sosial-
iqtisadi parametrlərə əsasən
dünyada Gürcüstanın yerini
təhlil  edə bilər.
İlin sonunda nail olunası nəticələr və onların indikatorları
İstiqamət: Zaman və məkan
Coğ.IX.1.  Şagird xəritələrin və başqa əyani vasitələrin (fotolar, qrafiklər,
cədvəllər, diaqramlar və s.) köməyi ilə yeri, hadisəni və prosesi xarakterizə
edə; tematik xəritələr tərtib edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Xəritələrin, qrafiklərin, cədvəllərin, diaqramların və sxemlərin vasitəsi ilə təqdim
olunmuş coğrafi informasiyanı təhlil edə bilirsə;

Fotolara əsasən Gürcüstanın peyzajlarını təhlil edə bilirsə;

Koordinatlar torundan istifadə etməklə Gürcüstanın əhəmiyyətli coğrafi obyektlərinin və
inzibati mərkəzlərinin yerləşməsini müəyyənləşdirə bilirsə;

Tədqiq olunası məqsədin nəzərə alınması ilə müvafiq tematik xəritələr axtarır və lazım
gəldiyi qədər istifadə edirsə;

Eyni yerin müxtəlif tematik xəritədə tutuşdurulması əsasında kompleks analiz aparırsa
(məs.: fiziki-coğrafi, əhali, kənd təsərrüfatının ixtisaslaşdırılması xəritələri);

Əldə edilmiş informasiya əsasında Gürcüstanın tematik xəritələrini tərtib edirsə (diyar,
tarixi-coğrafi əyalətlər, əhalinin sıxlığı, əsas dinlərin yayılması və s.);

Statistik informasiya əsasında müxtəlif çətinlikli çertyojlar tərtib edirsə (qrafik, diaqram
və s.);

Qrup halında iş zamanı hər bir qrup müxtəlif tarixi-coğrafi əyalətin ekspedisiyasını
keçirmək üçün seçirsə və sinfin qarşısında onun həyata keçirilməsinin sadə planını
təqdim edirsə (məqsəd, marşrut, müddət, hərəkət vasitələri, seçilmiş marşrutun başqaları
ilə müqayisədə üstünlüyü, aparılası əşyaların siyahısı və s.); ekspedisiyanı əks etdirəcək
sxematik plan tərtib edirsə.
Coğ.IX.2.  Şagird Gürcüstanın yerləşməsini müzakirə edə və onun ölkə üçün
əhəmiyyətini müəyyənləşdirə bilər.


Nəticə göz önündədir, əgər şagird:

Beynəlxalq, milli və yerli səviyyələrdə sərhədlərin çəkilməsinin özünəməxsusluqları və
əhəmiyyəti barədə mülahizə yürüdə bilirsə;

Gürcüstan ərazisinin formalaşması barədə mülahizə yürüdürsə; müxtəlif dövrlərin
sərhədlərini konturlu xəritələrdə qeyd edə bilirsə;

Lokal və qlobal səviyyələrdə fiziki-coğrafi, iqtisadi-coğrafi və geosiyasi yerləşmənin
müəyyənləşdirici amillərini izah edirsə; dünya ölkələri ilə paralellər apara bilirsə;

Gürcüstanın yerləşməsini, təbii şəraitlərini və strateji resurslarını (mineral resurslar)
qiymətləndirə bilirsə; ölkənin inkişaf perspektivləri barədə ehtimal yürüdə bilirsə;

Gürcüstana münasibətdə Avropa-Asiya sərhədinin keçirilməsinin müxtəlif versiyalarını
axtarırsa. Onun üçün məqbul olan variantın düzgünlüyünü əsaslandırırsa və onu konturlu
xəritəyə köçürə bilirsə.
İstiqamət: ətraf mühit və iqtisadiyyat
Coğ.IX.3.  Şagird Gürcüstanın təbii şəraitlərini xarakterizə və təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Fiziki-coğrafi şəraitlər arasında səbəb-nəticə əlaqəsini tərtib edirsə və onların yayılması
barədə mülahizə yürüdürsə (məs.: Gürcüstanın relyefinin formaları və iqliminin
özünəməxsusluqlarını hidroqrafik şəbəkənin formalaşması – yayılması ilə
əlaqələndirirsə); bu göstəricilərə əsasən Qərbi və Şərqi Gürcüstanı müqayisə edirsə;

Xəritədən və başqa informasiyadan istifadə etməklə əhəmiyyətli coğrafi obyektləri və
hadisələri xarakterizə edirsə; onlardan rekord göstəricilərə malik olanları (rütubətlilik,
küləklilik, torpaq sürüşməsi və s.) ayırır və müvafiq konturlu xəritəni doldurursa;

Xəritədən və turist materialından istifadə etməklə Gürcüstan üçün xarakterik olan
əhəmiyyətli resursları (mineral və yanacaq resursları və s.) təsvir edirsə və bunları
əhalinin təsərrüfat fəaliyyəti ilə əlaqələndirirsə (məs.: zonallıq və kənd təsərrüfatının
ixtisaslaşdırılması); qeyd olunan xüsusiyyətlərə əsasən Gürcüstanın regionlarını
qruplaşdırırsa;

İnformasiya toplayır (dərslik, KİV və s.) Gürcüstanın təbii fəlakət hadisələri (zəlzələ,
torpaq sürüşməsi, daşqın və s.), ətraf mühiti mühafizə problemləri və onların mümkün
həlli yolları barədə mülahizə yürüdə bilirsə;

İnformasiya toplayır (Gürcüstan atlasına və başqa əyani vasitələrə əsasən) və Gürcüstanın
iki fərqli regionunu nəzərə çarpan əlamətlərinə əsasən müqayisə edə bilirsə (yerləşməsi,
relyefi, iqlimi, hidroqrafik şəbəkəsi və s.); oxşarlıq-fərqləri onun üçün məqbul olan
formada əks etdirirsə;



Gürcüstanın energetika resurslarını müqayisə və qruplaşdıra bilirsə (məs.: ənənəvi və
alternativ energetika resursları), onların ətraf mühitə təsirinin dərəcəsinə əsasən
qruplaşdırırsa;

Sabit inkişafın ətraf mühitin mühafizəsi problemləri ilə tanış olur, onlardan Gürcüstan
üçün aktualları ayırır və onları doğuran səbəblər və nəticələr barədə mülahizə yürüdə
bilirsə.
Coğ.IX.4.  Şagird Gürcüstanın əsas təbii və antropogen landşaftlarını onların
təsərrüfat istifadəsi ilə əlaqələndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Nəzərə çarpan nişanələrə əsasən Gürcüstanın xarakterik təbii landşaftlarının (dəniz sahili,
meşə, dağ və aran landşaftları) özünəməxsusluqları barədə mülahizə yürüdürsə;

İnformasiya toplayır (Gürcüstanın atlası və başqa əyani vasitələrə əsasən) və landşaft
çərçivələrində mövcud təbii amilləri, əhalini və təsərrüfatı əlaqələndirə bilirsə; onun sabit
inkişaf perspektivləri barədə mülahizə yürüdə bilirsə;

Xəritələrdən istifadə edir və Gürcüstanın aqrar və sənaye, təbii və antropogen
landşaftlarının yayılma xüsusiyyətlərini izah edə bilirsə;

İllüstrasiyaların vasitəsi ilə Gürcüstanın təbii və antropogen landşaftlarını (aqrar və
sənaye) dünyanın analoqları ilə müqayisə edirsə; oxşarlıq – fərqləri onun üçün məqbul
formada əks etdirirsə.
Coğ.IX.5.  Şagird Gürcüstanda geo-ekologiya problemlərin meydana
çıxmasının təbii və antropogen mənbələrini təhlil edəbilər.
Nəticə göz önündədir, əgər şagird:

Gürcüstanda torpağın, suyun, iqlimin əsas çirkləndiricilərinin mənbələrini sadalayır,
onları meydana gəlmələrinə əsasən qruplaşdırır və çirklənmənin azalmasının mümkün
yolları barədə mülahizə yürüdürsə; tədqiqatın nəticələrini sxem/cədvəl şəklində əks
etdirirsə;

Gürcüstanda yayılmış bəzi təbii fəlakət hadisələrini katastrofik xarakterini təsvir edir və
onlardan yaxa qurtarmaq üçün mümkün tədbirlər barədə ehtimal yürüdürsə; tədqiqatın
nəticələrini sinif qarşısında təqdim edirsə;

Gürcüstanda fəaliyyət göstərən təbiəti mühafizə orqanlarını saya və onların iş
strukturlarını tanış edə bilirsə; lazım gəldikdə onlara müraciət edə bilirsə;


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə