Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş


VIII sinif üçün məcburi məzmun məsələlərinin siyahısı



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə27/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32231
1   ...   23   24   25   26   27   28   29   30   ...   49

VIII sinif üçün məcburi məzmun məsələlərinin siyahısı
(Aşağıda sadalanan məsələlər bu sinif üçün ayrılmış bütün məzmunun 60%-ni təşkil edir).
1. Coğrafi yerləşmə
2. Dünya əhalisinin sayı
3. Dünya əhalisinin sıxlığı
4. Məskunlaşma formaları
5. Miqrasiya
6. Urbanizasiya
7. Təsərrüfat strukturu
8. Kənd təsərrüfatı
9. Sənaye
10. Turizm
11. Nəqliyyat
12. Rabitə
13. Davamlı inkişaf
14. Dövlət idarəçilik formaları
15. Ərazi inzibati quruluşu
16. Ölkələr inkişaf səviyyəsinə əsasən
17. Regionlara bölünmə prinsipləri
18. Əsas regionlar
19. Qitələr ¹

20. Qafqazın coğrafiyası
21. Qara dəniz və Xəzər dənizi (müəyyən sxemə əsasən coğrafi yerləşmə, təbii şəraitləri və
resursları, əsas limanları, ekoloji şəraitləri)
22. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr.


_____________________
¹⁴
Kursivlə verilmiş məzmun məcburi deyildir
VIII Sinif
Fövqəladə hallarda təhlükəsizlik
Standart
İstiqamətlərə əsasən ilin sonunda nail olunası nəticələr:
Şəxsi təhlükəsizliyin təminatı
Fövqəladə hallarda təhlükəsiz
davranışın əsasları
Təh.VIII.1.
Şagird yad yerdə təhlükəsiz
hərəkət üçün yerində oriyentasiya
vasitələrindən istifadə edə bilər.
Təh.VIII.2.
Şagird özünü xilasetmə
hərəkətlərini və müvafiq tədbirləri təsvir
edə bilər.
Təh.VIII.3.
Şagird Gürcüstan üçün
xarakterik olan fövqəladə vəziyyətlərin
məğzini, başvermə səbəblərini və mümkün
nəticələrini əlaqələndirə bilər.
Təh.VIII.4.
Şagird fövqəladə
vəziyyətlərdə hərəkət və davranış qaydaları
biliyini nümayiş etdirə bilər.
İlin sonunda nail olunası nəticələr və onların indikatorları
İstiqamət: Şəxsi təhlükəsizliyin təminatı
Təh.VIII.1.  Şagird yad yerdə təhlükəsiz hərəkət üçün yerində oriyentasiya
vasitələrindən istifadə edə bilər.


Nəticə göz önündədir, əgər şagird:

Yerində oriyentasiya üçün topoqrafik vasitələrdən və sadə naviqasiya cihazlarından
istifadə edirsə;

Tanımadığı mühitdə oriyentasiya üçün müvafiq təbii işarələrdən və ya
özünəməxsusluqlardan istifadə edirsə.
Təh.VIII.2.  Şagird özünü xilasetmə hərəkətlərini və müvafiq tədbirləri təsvir
edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Konkret situasiyaya müvafiq olaraq insanın özünü xilas etməsi üçün zəruri tədbirləri
sadalaya bilirsə;

Konkret situasiyaya müvafiq olaraq insanın özünü xilas etmə hərəkətlərini ardıcıllıqla
sadalaya bilirsə.
İstiqamət: fövqəladə hallarda təhlükəsiz davranışın əsasları
Təh.VIII.3.  Şagird Gürcüstan üçün xarakterik olan fövqəladə situasiyaların
məğzini, başvermə səbəbləri və mümkün nəticələri bir-biri ilə əlaqələndirə
bilər.
Nəticə göz önündədir, əgər şagird:

Gürcüstan üçün xarakterik olan fövqəladə halları və onların başvermə səbəblərini təsvir
edirsə;

Konkret fövqəladə halların səbəb olduğu mümkün nəticələri sadalaya bilirsə;

Fövqəladə halları başvermə səbəblərinə və nəticələrinə əsasən qruplaşdıra bilirsə.
Təh.VIII.4.  Şagird fövqəladə hallarda hərəkət və davranış qaydaları biliyini
nümayiş etdirə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Konkret fövqəladə hala müvafiq olaraq mümkün nəticələrdən yaxa qurtarmaq
tədbirlərini təsvir edə bilirsə;



Konkret fövqəladə halın səbəb olduğu nəticələrin yüngülləşdirilməsi tədbirlərini təsvir
edə bilirsə.
Proqramın məzmunu
Məcburi məzmun məsələlərinin siyahısı
(Aşağıda sadalanan məsələlər bu sinif üçün ayrılmış bütün məzmunun 60%-ni təşkil edir).
Fövqəladə hallar və təhlükəsizlik: fövqəladə halların məğzi, onların başvermə səbəbləri,
təsnifatı və onunla bağlı əsas anlayışlar və ümumiləşmələr. Fövqəladə haldan yaxa qurtarmaq və
mümkün nəticələri yüngülləşdirmək tədbirləri. Fövqəladə hallarda hərəkət və davranış qaydaları.
Gürcüstan üçün xarakterik olan təbii və texniki xarakterli fövqəladə hallardan: fövqəladə
halların xarakteristikası. Onların səbəb olduğu zərərverici amillər. Ekoloji tarazlığın pozulması
ilə əlaqədar fövqəladə hallar.
Topoqrafiya və naviqasiya: topoqrafik xəritələrin təyinatına və miqyaslarına əsasən təyinatı və
təsnifatı. Xəritə üzərində məsafələrin ölçülməsi. Xəritə üzərində koordinatların köməyi ilə
nöqtələrin qoyulması və nöqtələrin koordinatlarının müəyyənləşdirilməsi.Xəritələrdə relyefin
tipik formalarının və detallarının tanınması. Yüksəkliklərin və yamacların ölçülməsi,
görünüşlərinin müəyyənləşdirilməsi. Verilmiş bucaqların və məsafələrin vasitəsi ilə azimutla
hərəkət və maneələrdən yan keçmək. Qlobal mövqe sistemlərinin (GPS) əsasları, özünüxilas
tədbirləri və hərəkətlərinin öyrənilməsi.


IX Sinif
Tarix (Gürcüstan tarixi)
Standart
İstiqamətlərə əsasən ilin sonunda nail olunası nəticələr:
Zaman və məkan
Ətraf mühit və
iqtisadiyyat
Dövlət idarəçiliyi
və siyasət
Mədəniyyət və din
Tar.IX.1.
Şagird
Gürcüstanın tarixi-
etnoqrafik guşələrini
xarakterizə edə və bu
guşələrin sərhədlərinin
tarixi proseslərlə
şərtlənmiş
dəyişikliklərini
xarakterizə edə bilər.
Tar.IX.2.
Şagird
müxtəlif tarixi dövr
Gürcüstanında iqtisadi
əlaqələrin inkişafı
barədə mülahizə
yürüdə bilər.
Tar.IX.3.
Şagird
gürcü dövlət
idarəçiliyinin
strukturunu xarakterizə
edə bilər.
Tar.IX.4.
Şagird
Gürcüstanda sosial
münasibətlərin tarixini
tədqiq edə bilər.
Tar.IX.5.
Şagird
gürcü dövlətinin
yaranmasına və
inkişafına xarici və
daxili amillərin təsirini
təhlil edə bilər.
Tar.IX.6.
Şagird
Gürcüstanda mövcud
olan dinlər və onların
burada yayılmalarının
tarixi səbəbləri barədə
mülahizə yürüdə bilər.
Tar.IX.7.
Şagird
gürcü mədəniyyətinin
müxtəlif sahələrinin
formalaşdırılması və
inkişafı barədə mülahizə
yürüdə bilər.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə