Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə26/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32231
1   ...   22   23   24   25   26   27   28   29   ...   49


Ona tanış olan nəqliyyat vasitələrini sadalayır və müxtəlif tip məhsulların daşınması
zamanı onlardan istifadə etməyin səmərəliliyi barədə mülahizə yürüdə bilirsə (məs.:
məsafə, xərclər, vaxt);

Müxtəlif tip nəqliyyat vasitələrinin inkişafı və fərqli təbii mühitlərdə onlardan istifadə
etmə perspektivləri barədə mülahizə yürüdə bilirsə;

Ətraf mühit şəraitlərini və müvafiq səmərəli nəqliyyat vasitələrini cədvəldə qruplaşdıra
bilirsə;

Müxtəlif nəqliyyat vasitələrinin ətraf mühitə mənfi təsiri barədə informasiya toplayırsa;
ətraf mühit üçün təhlükəsiz müasir nəqliyyat növü yaratmaq barədə alimlərin nailiyyətləri
ilə tanış olursa;

O, quru və dəniz marşrutlarını, hansılar ilə ki, Gürcüstan qonşu dövlətlərlə əlaqədədir,
onları konturlu xəritəyə köçürə bilirsə;

Keçmişdə və müasir dövrdə Avropa ilə Asiya arasında birləşdirici nəqliyyat dəhlizi
qismində Qafqazın rolu barədə mülahizə yürüdə bilirsə.
Coğ.VIII.6.  Şagird iqtisadiyyatın inkişafında ticarətin rolu barədə mülahizə
yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Əhəmiyyətli səyahətlər nəticəsində yaranmış ticarət yollarını konturlu xəritədə qeyd edə
bilirsə (məs.: Böyük İpək yolu marşrutu);

Hər hansı bir əhəmiyyətli ticarət brendini seçir və iqtisadiyyatın inkişafında onun
beynəlxalq və yerli əhəmiyyəti barədə mülahizə yürüdə bilirsə; onu konturlu xəritədə
qeyd edirsə;

Kənd təsərrüfatı bazarının çeşidlərini tədqiq edir, yerdə istehsal edilmiş və idxal olunmuş
məhsulları fərqləndirə bilirsə; nəticələri onun üçün arzuolunan formada təqdim edə
bilirsə;

Ərzaq mağazasının çeşidini tədqiq edir, malları yerində istehsal olunmuş və idxal edilmiş
məhsul kimi qruplaşdıra bilirsə; Gürcüstanın ərzaq məhsullarında idxalın rolu barədə
mülahizə yürüdür və ixrac edən ölkələri konturlu xəritədə qeyd edə bilirsə;

Sənayenin (məs.: neft və təbii qaz sənayesi) və kənd təsərrüfatının (məs.: buğda və qəhvə
istehsalı) bəzi sahəsinin məhsullarını seçə bilir, dünya bazarında bu məhsullara olan
tələbatı tədqiq edir və iri ixracat və idxalçı ölkələri konturlu xəritədə qeyd edə bilirsə;



İdxal və ixrac anlayışlarını izah edə bilirsə;  statistik materialın analizi əsasında müxtəlif
məhsulların idxalçı və ixracatçı ölkələrini qruplaşdıra bilirsə.
İstiqamət: ətraf mühit və sosial sistemlər
Coğ.VIII.7.  Şagird miqrasiya prosesinin özünəməxsusluqlarını xarakterizə
edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Demoqrafik məsələlər barədə mülahizə yürüdərkən müvafiq terminologiyadan istifadə
edirsə;

Miqrasiyanın tiplərini (xarici, daxili, hərəəəkətli və s.) istiqamətə və vaxta əsasən
fərqləndirə bilirsə;

Artıq tanıdığı miqrasiya tiplərini sadalayırsa; insanın mümkün miqrasiya səbəbləri barədə
mülahizə yürüdür və müvafiq misallar gətirə bilirsə;

Fərd (bu prosesə qoşulmuş) və ölkə üçün (konkret miqrasiyanın haradan və haraya
istiqamətlənmişdir) miqrasiyanın mümkün nəticələri barədə ehtimal yürüdə bilirsə;

Fərdi şəkildə və ya qrup halında iş zamanı cədvəlin vasitəsi ilə  müxtəlif miqrasiyaları
(könüllü və ya məcburi –quldarlıqdan trafikinqədək) və bu miqrasiyaların səbəb və
nəticələrini qruplaşdıra bilirsə;

Statistik materialla tanış olur və iqtisadi, siyasi və ekoloji səbəblər nəticəsində xarici və
daxili miqrasiya proseslərinin dəyişiklikləri barədə mülahizə yürüdürsə.
Coğ.VIII.8.  Şagird urbanizasiya prosesini xarakterizə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Özünün yaşayış məntəqəsi barədə göstəricilər toplayır, kənd və şəhər məskənlərinin
fotolarını müqayisə edir; fərqləndirici əlamətləri cədvəl şəklində təqdim edə bilirsə;

İnformasiya (ədəbiyyat, foto-şəkillər, xəritələr)  toplayır və müasir meqapolis
(aqlomerasiya, konurbanizasiya və s.) təsvir edirsə; onun üçün xarakterik olan əlamətləri
sxem şəklində təqdim edirsə;

Gürcüstanda və başqa ölkələrdə yaşayış məntəqələrinə status verilmə meyarları ilə tanış
olur, şərti işarələrin köməyi ilə xəritədə müxtəlif yaşayış məskəninin əhali sıxlığı və
funksiyalarını xəritədə qeyd edirsə;



Marağa əsasən qitənin böyük şəhərləri barədə informasiya (plan, xəritə, foto-şəkil,
statistik informasiya və s.) toplayır və onları müxtəlif  əlamətə görə müqayisə edirsə
(planlaşdırma, funksional rayonlaşdırma, infrastruktur, əhali və s.). nəticələri onun
arzuetdiyi formada (cədvəl, sxem, təsvir, yazılı mövzu və s.) təqdim edirsə;

Parlaq meyarları seçir, bunların vasitəsi ilə Gürcüstanda və Avropada müxtəlif dövrlərdə
urbanizasiyanın səbəb olduğu dəyişiklikləri qruplaşdırır; nəticələri cədvəl vasitəsi ilə əks
etdirirsə;

İqtisadi və siyasi dəyişikliklər üzündən şəhərlərin funksiyalarının əldə edilməsi-itirilməsi
nəticəsində yaranmış sosial problemləri tədqiq edirsə; müvafiq misallar gətirirsə.
Coğ.VIII.9.  Şagird dünyada regionların bölünməsi prinsiplərini və ölkələrin
təsnifatının əhəmiyyətli meyalarını xarakterizə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Xəritədən istifadə edir və fiziki-coğrafi, tarixi-mədəni, iqtisadi və siyasi əlamətə görə
dünyada regionların bölünməsi xüsusiyyətlərini müəyyənləşdirirsə;

Tədris xəritəsindən istifadə edir və strateji resurslarla (istilik-energetika) zəngin olan
regionları müəyyənləşdirirsə; onları konturlu xəritədə qeyd edirsə;

Ölkənin şimal-cənub bölünməsi (iqtisadi inkişaf səviyyəsinin göstəricisi) xəritəsinə
diqqət yetirir və ölkələri inkişafın səviyyəsinə əsasən cədvəldə qruplaşdırırsa;

İllüstrasiyaların təhlili əsasında ölkənin inkişaf səviyyəsinin göstəricisi olan xüsusi
meyarları işləyib-hazırlayırsa (iş yerləri, ticarət obyektləri, orta əməkhaqqı, nəqliyyat,
yaşayış yeri) və öz mülahizələrini bildirirsə;

İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə həyat tərzini müqayisə edirsə, oxşarlıq və
fərqləri sadalaya bilirsə;

Zəngin və yoxsul ölkələrin təsərrüfatlarında istifadə olunan (inşaat materialı, isitmə
vasitələri, nəqliyyat və yollar, elektrik enerjisi istehsalı və istehlakı və s.) əsas resurslar
siyahısını tərtib və müqayisə edir; resurslar ilə iqtisadi inkişaf səviyyələri arasında
mövcud olan əlaqələr barədə mülahizə yürüdə bilirsə;

İki region seçir və oxşar və fərqli əlamətlərə görə qruplaşdırırsa; oxşarlıq-fərqlənməyə
səbəb olan əlamətlər barədə mülahizə yürüdə bilirsə.
Proqramın məzmunu


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə