Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə25/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32231
1   ...   21   22   23   24   25   26   27   28   ...   49

İlin sonunda nail olunası nəticələr və onların indikatorları
İstiqamət: Zaman və məkan
Coğ.VIII.1.  Şagird coğrafi informasiyanı əldə etmək üçün xəritəni oxuya və
başqa əyani vasitələri təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Əhalinin siyahıya alınması materiallarına əsaslanaraq müxtəlif tip qrafiklər və diaqramlar
tərtib edirsə;

Əvvəlki dövrün hər hansı bir lokal mühitinin (kiçik yaşayış məntəqəsi: kənd, məhəllə və
s.) mental planını tərtib edə bilirsə və həmin yerin müasir planı ilə müqayisə edirsə; bu ili
dövr arasında ətraf mühit hansı antropogen dəyişikliklərə məruz qaldığı barədə mülahizə
yürüdürsə;

Konturlu xəritədə və başqa köməkçi əyani vasitələrdə informasiya yerləşdirə bilirsə;

Coğrafi əyani vasitələrdə verilmiş bir tip informasiyanı başqa növdə əks etdirirsə (məs.:
dünya xəritəsi əsasında ölkələri qitələrə əsasən qruplaşdırırsa və cədvəl şəklində təqdim
edirsə).
Coğ.VIII.2.  Şagird xəritədə coğrafi obyektlərin və ölkələrin yerləşməsini
müəyyənləşdirə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Siyasi xəritədən istifadə edir və şərti işarələri təsvir edirsə (rənglər, sərhədlər), hansılarla
ki, ərazilərin (dövlətlər, ayrı-ayrı inzibati vahidlər, paytaxtlar) siyasi xəritədə qeydiyyatı
baş verir;

Xəritədən və statistik informasiyadan istifadə etməklə cədvəl tərtib edirsə, harada ki,
qitələrə əsasən üç ən böyük və üç ən kiçik ölkənin (sahəsinə və əhalisinə əsasən)
xarakteristikalarını yerləşdirərsə;

Koordinasiya torundan istifadə etməklə müxtəlif coğrafi obyektlərin yerləşməsini, onlar
arasında məsafələri və istiqamətləri müəyyənləşdirirsə (dünyanın əhəmiyyətli ölkələri və
paytaxtları, Gürcüstanın regionları və inzibati mərkəzləri);



Xəritədən istifadə edir və Gürcüstanın yerləşməsi üzrə regional və dünya miqyasları üzrə
mülahizə yürüdə bilirsə. Hər hansı bir ölkənin yerləşməsi ilə müqayisə edirsə;

Atlasdan istifadə edir və hər hansı bir regionu xarakterizə edirsə (yerləşməsi, sərhədləri,
relyefi, hidroqrafik şəbəkəsi, inzibati mərkəzləri);

Xəritədən istifadə etməklə Gürcüstanın ümumi-coğrafi yerləşməsini müəyyənləşdirirsə;
buna bənzər və fərqli yerləşməyə  malik ölkələri müqayisə edirsə, onları cədvəldə
qruplaşdırırsa.
İstiqamət: ətraf mühit və iqtisadiyyat
Coğ.VIII.3.  Şagird təbii şəraitlərin məskənlərin tiplərinə və təsərrüfatların
inkişafına necə təsir göstərdiyini izah edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Konturlu xəritə üzərində müxtəlif tip məskənləri qeyd edir və konkret coğrafi mühitdə
onların meydana gəlməsi səbəbləri barədə mülahizə yürüdə bilirsə (məs.: şəhərləri nə
üçün çayların sahillərində salırlar);

Foto-şəkildən  və ya xəritədən istifadə etməklə müxtəlif ərazilər üçün xarakterik olan
peyzajlar təsvir edirsə (məs.: tropik meşələr, susuz düzənlik, səhra və s.) və onu bu
ölkənin (regionun) təsərrüfat fəaliyyəti ilə əlaqələndirməyi bacarırsa;

Foto-şəkillərin vasitəsi ilə müxtəlif coğrafi mühitdə mövcud olan iki məskəni müqayisə
edirsə və onlar arasında fərqləri tərtib edirsə (material, memarlıq);

Təbii – katastrofik hadisələrdən mümkün müdafiə tədbirləri barədə ehtimal yürüdürsə,
onları Gürcüstanda və başqa ölkələrdə tətbiq olunmuş özünümüdafiə vasitələri ilə
müqayisə edirsə (məs.: Svan memarlığının qar sürüşmələri təhlükəsi nəzərə alınmaqla
uyğunlaşdırılması, tikililərin örtülməsi və s.);

Kənd təsərrüfatı bazarının çeşidlərini tədqiq edirsə, onları (məs.: cədvəlin vasitəsi ilə)
Gürcüstanın guşələrinə əsasən qruplaşdırırsa, kənd təsərrüfatı tiplərini müəyyənləşdirirsə
və nəticələri onun üçün arzu olunan formada təqdim edirsə;

Sinif yoldaşları ilə birlikdə müharibənin səbəb olduğu dəyişikliklər barədə informasiya
əldə edirsə (su, iqlim, torpaq, meşə); dəyişikliklərin nəticələrini cədvəl və ya şəkil
(plakat) qismində təqdim edirsə;

Hərbi əməliyyatlar arealında (məs.: İran körfəzində  ABŞ-İraq müharibəsinin səbəb
olduğu ekoloji fəlakət ) baş vermiş texnogen fəlakətlər barəsində informasiya əldə edir
və onun mənfi nəticələri barədə mülahizə yürüdürsə.


Coğ.VIII.4.  Şagird Qafqaz regionunu xarakterizə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Müvafiq tematik xəritələrdən istifadə edir və Avropa-Asiya arasında sərhəd çəkmək
məsələsini təhlil edirsə (sərhədin keçirilməsinin alternativ variantlarını müzakirə edir və
təhlil edirsə, onun üçün məqbul variantı əsaslandırırsa) və onu konturlu xəritəyə
köçürürsə;

Siyasi və fiziki xəritələrdən istifadə etməklə ölkələri yerləşmələrinə əsasən qruplaşdırırsa;
Qafqaz və ona daxil olan ölkələrin yerləşməsi barədə söhbət aparırsa;

Xəritədən istifadə edir və Qara dənizin və Xəzər dənizinin fiziki-coğrafi
xarakteristikaları, əhəmiyyətli resursları barəsində xarakterizə edirsə (mineral, bioloji,
rekreasiya) və ətraf mühiti mühafizə problemlərini səciyyələndirirsə; ətraf mühiti
mühafizənin rolu və perspektivləri barədə öz fikirlərini deyə bilirsə;

Müvafiq tematik xəritələrdən, statistik informasiyadan istifadə edir və Qafqaz əhalisinin
bir sıra xarakterik xüsusiyyətləri barədə mülahizə yürüdə bilirsə (məs.: demoqrafik, etnik,
dini rəngarənglik);müvafiq konturlu xəritələri doldura bilirsə;

Xəritədən və mətndə axtarılmış informasiyadan istifadə etməklə Qafqaz üçün xarakterik
olan əhəmiyyətli təbii resursları (neft, qaz, mineral sular, meşə və s.) təsvir edirsə, coğrafi
obyektləri və təbii özünəməxsusluqları əks etdirirsə; Qafqazın müvafiq konturlu
xəritəsini doldura bilirsə;

Tematik xəritələrin köməyi ilə Qafqazın təbii şəraitləri və resurslarını əhalinin ənənəvi
təsərrüfat fəaliyyəti ilə (məs.: zonallıq və kənd təsərrüfatının ixtisaslaşdırılması)
əlaqələndirirsə; cədvəldə Qafqaz ölkələrini qeyd olunan xarakterik xüsusiyyətlərə əsasən
qruplaşdırırsa;

İnformasiya toplayır, Qafqazın təbii fəlakət hadisələri (zəlzələ, torpaq sürüşməsi, qar
uçqunu, daşqın və s.), ətraf mühiti mühafizə problemləri (məs.: Qara dənizin və Xəzər
dənizinin problemləri)  barədə və onların mümkün həlli yolları ətrafında mülahizə yürüdə
bilirsə;

Qafqaz regionunu əyani vasitələr nümunəsi ilə dünyanın başqa regionları ilə müqayisə
edə bilirsə (yerləşmə, təbii şəraitlər, əhali və s.)oxşarlıq-fərqləri onun üçün məqbul
formada əks etdirə bilirsə.
Coğ.VIII.5.  Şagird qədim dövrdən bu günədək nəqliyyatın inkişafı barədə
mülahizə yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə