Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə23/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32231
1   ...   19   20   21   22   23   24   25   26   ...   49


Müxtəlif ölkələrdə müharibənin səbəb olduğu sosial dəyişiklikləri yazılı şəkildə
müqayisə edə bilirsə;

Cədvəldə dövlət idarəçiliyi dəyişikliklərinə səbəb olmuş müharibələrin siyahısını verə
bilirsə. Məs.:
Fransa ilə Avropa dövlətləri arasında 1814-
1815-ci illər müharibəsi
Fransada Burbonların restavrasiyası
I Dünya müharibəsi
Avstriya – Macarıstanda, Almaniyada,
Rusiyada və Osmanlı imperiyalarında
monarxiyanın süqutu, Sovet Rusiyasının
yaranması;
II Dünya müharibəsi
Şərqi Avropa ölkələrində sosializm
quruluşunun yaradılması

Sosial səbəblərin doğurduğu müxtəlif münaqişələri (vətəndaş qarşıdurmaları, inqilab,
müharibə) cədvəl vasitəsilə qruplaşdıra bilirsə (məs.: Böyük Fransa inqilabı və Rusiyanın
1917-ci il inqilabları);

Cədvəl vasitəsi ilə müxtəlif dövrdə Gürcüstanda və Avropada urbanizasiyanın səbəb
olduğu sosial dəyişiklikləri qruplaşdıra bilirsə.
Tar.VIII.14.  Şagird cəmiyyətdə insanların qarşılıqlı münasibətlərini tədqiq
edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

İnsanın və cəmiyyətin qarşılıqlı münasibətləri barədə mülahizə yürüdürsə, şəxsiyyətin və
cəmiyyətin mənafelərini fərqləndirirsə;

Sinif yoldaşlarından ibarət qrupla birlikdə insan tələbatlarının artması barədə müxtəlif
mülahizələri müzakirə edirsə; sinif yoldaşlarını qrup tərəfindən sadalanmış və
əhəmiyyətinə görə yerləşdirilmiş insan tələbatlarının siyahısını tanış edə bilirsə;

Sinif yoldaşları ilə birlikdə insanın mövcudluğu üçün nəyin zəruri olduğu barədə
mülahizə yürüdürsə və sadalanmış zərurətləri öz arzusu ilə uyğunlaşdıra bilirsə; insanın
tələbatlarının və arzularının yerinə yetirilməsi yollarını sadalaya bilirsə.
İstiqamət: mədəniyyət və din


Tar.VIII.15.  Şagird dünyada mövcud olan dini sistemlərin təsnifatını verə
bilər və onlar arasında mövcud olan oxşarlıq və fərqləri dərk edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Monoteist və politeist dinlər arasında mövcud olan fərqlər barədə mülahizə yürüdürsə;

Dünyada ən geniş yayılmış dinlərin (xristianlığın, islamın) əsas anlayışlarını formalaşdıra
bilirsə;

Dünya dinlərinin (xristianlıq, islam, buddizm) formalaşmaları tarixi barədə mülahizə
yürüdə bilirsə;

Xristian kilsəsinin tərkində mövcud olan istiqamətlər (monofizit, katoliklik, pravoslav,
protestantlıq) barəsində mülahizə yürüdürsəOnların formalaşmaları səbəbləri barədə
danışa bilirsə;

İslamın və xristianlığın formalaşmasına xüsusi töhfə vermiş şəxsiyyətləri sadalaya bilirsə.
Tar.VIII.16.  Şagird dünya mədəniyyətinin şah əsərlərini təsvir edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Dünya memarlığının diqqətəlayiq abidələrini saya bilirsə. Onları tarixi dövrlərə əsasən
qruplaşdırırsa. Onların yaradılması tarixi barədə mülahizə yürüdürsə;

İllüstrasiyalardan istifadə etməklə cədvəldə müxtəlif üslubda tikilmiş memarlıq
abidələrini qruplaşdıra və fərqləndirə bilirsə;

Dünya ədəbiyyatının şah əsərlərini sadalayırsa. Onları tarixi dövrə əsasən qruplaşdırırsa.
Onların müəlliflərinin kimliyi barədə mülahizə yürüdürsə;

Dünya ədəbiyyatının şah əsərlərinin məzmunu və əhəmiyyəti barədə söhbət apara bilirsə.
Tar.VIII.17.  Şagird təhsil sisteminin əsaslarını öyrənə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Uşaqların fərqli dövrlərdə və ya ölkələrdə necə oxuduqlarını bir-biri ilə müqayisə edirsə
(məs.: Misirdə və Afinada, Bavariyada və Çində və s.);

Universitet sistemini xarakterizə edirsə (məs.: orta əsrlər Avropası universitetinin
strukturunu, mühazirəçilərinin və tələbələrinin məişətini, fənlərin sayını və s.);

Fərqli dövrlərdə və ya ölkələrdə təhsil almağın qeyri-bərabərliyi barədə mülahizə
yürüdürsə; bu bərabərsizliyin səbəblərini göstərirsə;



Fərqli dövrlərdə və ya ölkələrdə qızlarla oğlanların təhsil almalarının qeyri-bərabərliyi
barədə mövzu yazırsa;

Tarixi-ədəbi irsdən fərqli dövrlərdə və mədəniyyətlərdə  şagirdin davranış məcəlləsini
müəyyənləşdirirsə.
Tar.VIII.18. Şagird cəmiyyətin mədəni əsaslarını tədqiq edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Ona tanış olan sosial mühitin nümunəsində (məs.: ailə, qonşuluq, sinif, dostlar, məskən
və s.) onları bir-birlərindən asılı edən amilləri bölə bilirsə (məs.: ümumi zehni dəyərlər,
mühitlər və s.;

Müxtəlif mədəniyyətlərdə bərqərar olmuş etika normaları ilə tanış olur və qrupun üzvləri
ilə birlikdə konkret situasiyanı oynayır və yaxud normaları təqdim edə bilirsə;

Müxtəlif dini normaların və qanunların cəmiyyətin inkişafına təsirini müqayisə edə
bilirsə(məs.: İran-İslam);

Müxtəlif dövrün və ya ölkənin dövlət və ya sülalə rəmzlərini seçə bilirsə;

Mədəniliyin xarakterik əlamətləri barədə öz fikrini deyə bilirsə; sinif yoldaşlarının
fikirlərini dinləyir və sonra onlarla birlikdə mədəni insanın və cəmiyyətin portretlərini
formalaşdırırsa;

Müəllimin köməyi ilə sinif yoldaşları ilə birlikdə təbii şəraitləri və yerli əhalinin həyat
tərzinin özünəməxsusluğunu öyrənmək  üçün özünün doğma guşəsinə sadə etnoqrafik
ekspedisiya həyata keçirirsə(məs.: oyma, xalq yaradıcılığı, oyunlar);

Sinif yoldaşları ilə birlikdə idmanın yayılmış (dünyada və ya regionda) növünü seçir və
onun inkişaf etdirilməsi şərtlərini müzakirə edirsə (məs.: mənşəyi, yayılma dinamikası,
səmərəliliyi və s.); idmanın bu növünün tarixi inkişafını konturlu xəritəyə köçürürsə və
qrupda müzakirənin nəticələri ilə birlikdə öz sinif yoldaşlarına tanış edirsə;

Cəmiyyət üçün beynəlxalq idman təşkilatları və hərəkətlərinin əhəmiyyəti barədə
mülahizə yürüdürsə; idmanın beynəlxalq və milli növlərini müqayisə edirsə. Onların
populyarlaşması səbəbləri barədə mülahizə yürüdürsə.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə