Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə19/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32231
1   ...   15   16   17   18   19   20   21   22   ...   49


Atmosfer qatlarını xarakterizə edir və atmosferin əhəmiyyəti barədə misallar gətirə
bilirsə;

Havanın elementlərini xarakterizə edə bilirsə (havanın temperaturu və sıxlığı, rütubəti,
təzyiq, külək);

Termometrin köməyi ilə iqlimin temperaturunu ölçür, iqlimin temperaturunun dəyişməsi
cədvəlini tərtib edə bilirsə¹²;

İqlimin anlayışını izah edirsə, hava ilə iqlimi fərqləndirirsə, əsas iqlim yaradan amilləri
xarakterizə edirsə;

İqlimin əsas tiplərini xarakterizə edirsə və xəritənin köməyi ilə iqlim qurşaqlarını ayıra
bilirsə;

İqlim qurşağında Gürcüstanın yerləşməsini müəyyənləşdirə bilirsə;

Atmosferin əsas çirkləndiricilərini sadalayırsa və onun mühafizəsi barədə mülahizə
yürüdürsə.
Coğ.VII.8.  Şagird hidrosfer barədə mülahizə yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Suyun kiçik və böyük dairəvi dövriyyəsini təsvir edə bilirsə. Onları bir-biri ilə müqayisə
edir və müvafiq struktur şəkli yarada bilirsə;

Silsilə prinsipini ümumiləşdirirsə (məs.: brizlər, mussonlar, buzlaqların yaranması və
əriməsi, okeanların çəkilmə-qabarma prosesləri);

Okeanları və onların hissələrini, qurunun hissələrini konturlu xəritəyə köçürürsə;

Okean suyunun xüsusiyyətləri barədə mülahizə yürüdə bilirsə (duzluluq, temperatur) və
okean cərəyanları barədə fikir söyləyə bilirsə;

Qurunun hissələrini sadalaya bilirsə;

Yeraltı suların növlərini sadalayırsa (süxur, mineral və termal sular, qeyzerlər) və onların
yaranması barədə ehtimal söyləyə bilirsə;

Çayın hissələrini söyləyə, çayın qidalanması və rejimini əlaqələndirə bilirsə. Göllərin və
dəryaçaların təsərrüfat təyinatını izah edirsə;

Okeanların, dənizlərin və qurunun sularının insan məişətində və fəaliyyətində əhəmiyyəti
barədə fikir yürüdə bilirsə;
_________________
¹²
Temperaturu müşahidə bir ay əvvəl başlanmalıdır



Hidrosferin əsas çirkləndiricilərini sadalaya və sudan səmərəli istifadə etmək barədə
mülahizə yürüdə bilirsə.
Coğ.VII.9.  Şagird təbii zonaların yaranma səbəblərini təsvir edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Xəritənin köməyi ilə təbii zonaları kompleks xarakterizə edirsə;

Qafqazın nümunəsində vertikal zonallığı xarakterizə edirsə;

Foto-şəkildən və ya xəritədən istifadə etməklə müxtəlif ərazilər üçün xarakterik zonaları
təsvir edirsə (məs.: tropik meşələr, susuz düzənlik,  səhra və s.) və onları ölkənin
(regionun) təsərrüfat fəaliyyəti ilə əlaqələndirirsə;

Təbii zonalara yiyələnmək üzrə mülahizə yürüdə bilirsə.
Coğ.VII.10.  Şagird ətraf mühiti mühafizə tədbirlərinin zəruriliyini izah edə
bilər.
Nəticə göz önündədir, əgər şagird:

Geoloji problemlərin səbəb olduğu təbii və antropogen amilləri lokal və qlobal səviyyədə
təhlil edə bilirsə;

Coğrafi ekoloji problemlərin nəticələrini sadalaya və onların həll edilmədiyi halda nələrin
baş verə biləcəyi barədə ehtimal söyləyə bilirsə;

Onun fikrincə, ölkə və ya özünün regionu üçün zəruri ətraf mühiti mühafizə tədbirlərini
saya və mümkün qədər həyata keçirə bilirsə.
İstiqamət: ətraf mühit və sosial sistemlər
Coğ.VII.11.  Şagird coğrafiyanı elmin rolu kimi  izah edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Coğrafiyanın öyrənilməsi obyektlərini və vəzifələrini müəyyənləşdirirsə;

Coğrafi fənləri və onların öyrənilmə obyektlərini qruplaşdırırsa;

Coğrafi tədqiqatın nəticələrinin praktiki tətbiqi misallarını gətirirsə;

Coğrafi terminologiyadan adekvat istifadə edirsə.


Coğ.VII.12.  Şagird əhalinin demoqrafik xarakteristikasını və
yerləşdirilməsinin özünəməxsusluğunun xüsusiyyətlərini verə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Statistik göstəricilərə əsaslanaraq dünya əhalisinin dinamikası barədə mülahizə yürüdür
və dəyişikliklərin səbəblərini izah edə bilirsə;

Əsas demoqrafik göstəriciləri izah edirsə (doğum, ölüm, təbii artım), cins-yaş strukturunu
və dünyada yayılmış siyahıya alma tiplərini izah edirsə; müvafiq qrafikləri və diaqramları
oxumağı bacarırsa;

Müxtəlif mühitdə əhalinin yerləşməsinin özünəməxsusluqları barədə mülahizə yürüdə
bilirsə (çayın dərələri boyunca, dəniz sahillərində, susuz düzənlikdə, dağlarda, sənaye və
aqrar rayonlarında);

Özünün yaşayış məntəqəsini müxtəlif yaşayış məntəqələrinin fotoşəkilləri və planı ilə
müqayisə edirsə;

Tematik xəritədən istifadə etməklə dünyanın müxtəlif rayonlarında əhalinin sıxlığını
təhlil edə bilirsə; ən sıx və ən seyrək yaşayış regionlarını ayıra və onları cədvəldə
qruplaşdıra bilirsə.
Proqramın məzmunu
VII sinif üçün məcburi məzmun məsələlərinin siyahısı
(Aşağıda sadalanan məsələlər bu sinif üçün ayrılmış bütün məzmunun 60%-ni təşkil edir).
1. Coğrafiya fənni və vəzifələri
2. Coğrafi biliyin inkişafı (antik dövr, böyük coğrafi kəşflər, coğrafiya bu gün)¹³
3. Yer kürəsinin tarixi (Yer kürəsinin əmələ gəlməsi, geoxronologiya, təkamül)
4. Analizə istiqamətlənmə
5. Xəritə (dərəcə toru, koordinatlar, miqyas, topoqrafik xəritə, turist xəritəsi, atlas)
6. Yer kürəsinin daxili quruluşu (litosfer qatları, qitələrin dreyfi, vulkanizm, zəlzələlər)
7. Relyef (əsas formaları, relyef yaradıcı proseslər, antropogen relyef, təbii fəlakət
prosesləri)
_____________________
¹³
Kursivlə verilmiş məzmun məcburi deyildir


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə