Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə16/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32231
1   ...   12   13   14   15   16   17   18   19   ...   49

İstiqamət: ətraf mühit və iqtisadiyyat
Tar.VII.5.  Şagird təbii şəraitin məskənlərin tiplərinə, cəmiyyətin ənənələrinə
və təsərrüfatın inkişafına necə təsir göstərdiyini izah edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Arxeoloji və etnoqrafik (dərslikdə verilmiş və ya internetlə axtarılmış) materiala diqqət
yetirir və aşağıdakı suallara cavab verirsə - bu əşyaların (məskənlərin) mənsub olduğu
xalq nə işlə məşğul olurdu?;

Məskənlərin tiplərini müəyyənləşdirir və konkret tarixi-coğrafi mühitdə onların meydana
gəlməsi səbəbləri barədə mülahizə yürüdə bilirsə. Müxtəlif mühitdə məskənlərin
yerləşməsinin mədəni və təsərrüfat özünəməxsusluqları barədə fikir yürüdə bilirsə;

Sinifdə qrup halında iş zamanı fotoşəkillərin və ya video materialın vasitəsi ilə müxtəlif
tarixi-coğrafi mühitdə mövcud olmuş iki məskəni müqayisə edir və onlar arasında
mövcud olan oxşarlıq-fərqləri müəyyənləşdirə bilirsə (material, memarlıq).
Tar.VII.6.  Şagird dünya tarixi prosesləri barədə mülahizə zamanı iqtisadi
amillərin əhəmiyyətini dərk edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Sinifdə qrup halında və ya fərdi iş zamanı iki fərqli sosial strukturlu cəmiyyəti seçə
bilirsə. Onların adət-ənənələrini müqayisə edə bilirsə (məs.: köçəri və əkinçilik cəmiyyəti,
aran və dağ əhalisi);

Bu və ya digər ölkənin sakinlərinin məişəti və ənənələri barədə mənbələrin və
ədəbiyyatın köməyi ilə informasiya axtarırsa, onları bir-biri ilə müqayisə edirsə;

Kiçik mövzu yazır, bunda eyni sosial təbəqənin nümayəndələrinin iki müxtəlif dövrdə
bir-biri ilə müqayisə edirsə (məs.: antik dövrdə və orta əsrlərdə əkinçilik);

Fərdi və ya sinifdə qrup halında iş zamanı zaman şkalasında üç və ya dörd ideyanı (kəşfi)
qeyd edirsə, hansılar ki, onun fikrincə ən qədim dövrdən bu günədək iqtisadiyyatda ən
əhəmiyyətli dəyişikliklərə səbəb olmuşdur və sinif qarşısında özünün və qrupun seçimini
əsaslandıra bilirsə.


İstiqamət: insan və cəmiyyət
Tar.VII.7.  Şagird müxtəlif sosial təbəqənin strukturunu və onların
nümayəndələrini xarakterizə və bir-biri ilə müqayisə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Bu və ya digər dövrün əşyavi mədəniyyətini əks etdirən materialın (dərslikdə verilmiş və
ya əlavə əldə edilmiş) əsasında müvafiq dövrün sosial differensiasiyaya zəmanət verən
əşyaları bir-birindən ayıra bilirsə. Öz düşüncələrini əsaslandırırsa;

Fərdi şəkildə və ya sinifdə qrup halında iş zamanı cədvəlin köməyi ilə müxtəlif
sivilizasiyalara mənsub olan cəmiyyətləri qruplaşdıra və bu cəmiyyətlərdə məcburi
əməyin müxtəlif formalarını qruplaşdıra bilirsə; həm keçmişdə, həm də müasir dünyada
məcburi əməyin mövcudluğu səbəbləri barədə mülahizə yürüdə bilirsə;

Müxtəlif dövrlərin cəmiyyətlərinin hər hansı bir sosial təbəqəsini seçir və bu təbəqənin
nümayəndəsinin gündəlik həyatını yazılı surətdə təsvir edə bilirsə (məs.: Orta əsrlər
Avropasında kəndli, Roma Respublikasında qul, Qədim Hindistanda kşatriya);

Müəllim tərəfindən təklif olunmuş dövrdən parlaq tarixi şəxsləri sadalayır, onların  sosial
statusunu müəyyənləşdirə bilirsə (məs.: çar ,tacir, ovçu, bankir, mülkədar, prezident,
alim və s.) və onların nailiyyətlərinin səbəblərini formalaşdırırsa;

Hər hansı bir ölkənin nümunəsində şagirdlərin həyatını iki müxtəlif tarixi dövrdə
müqayisə edə bilirsə.
Tar.VII.8.  Şagird müxtəlif qayda, norma, qanun və ənənəni bu və ya digər
tarixi dövrə münasibətdə onların mənsubiyyətinə əsasən fərqləndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Sinifdə qrup halında iş zamanı müxtəlif dövrün ayrı-ayrı ölkələrinin qanunvericiliyini bir-
biri ilə müqayisə edirsə (məs. Hamurappinin qanunları və Roma qanunvericiliyi, şəriət və
xristian kanonik qanunu);

Müxtəlif dövr və mədəniyyət üçün xarakterik etiketləri və davranış qaydalarını
fərqləndirə bilirsə;

Müasir Gürcüstanda və onun tərəfindən seçilmiş hər hansı bir ölkədə uşaqların qanuni
hüquqlarını, vəzifələrini və məsuliyyətlərini bir-biri ilə müqayisə edə bilirsə;

Özünün müşahidələri ilə əlaqədar qanunu pozmağa görə cəzalandırılmamağın cəmiyyətə
və şəxsiyyətə necə təhlükə olduğu barədə mülahizə yürüdə bilirsə;



Yuxarı sinif şagirdlərinin təcrübəsi nəzərə alınmaqla öz sinif yoldaşları ilə birlikdə öz
sinfinin konstitusiyasını işləyib hazırlayırsa. Onu hər hansı bir tarixi dövrün tədris
qaydaları ilə müqayisə edə bilirsə.
İstiqamət: mədəniyyət və din
Tar.VII.9.  Şagird cəmiyyətin həyatında və dünya tarixi proseslərində dinin
əhəmiyyətinə şərik ola bilər.
Nəticə göz önündədir, əgər şagird:

Dərslik, əlavə ədəbiyyat və yaxud vizual material əsasında müxtəlif dövrün cəmiyyətinin
dinləri barədə söhbət apara bilirsə;

Qrup halında iş zamanı hər hansı bir ölkənin nümunəsi əsasında dini tolerantlıq barədə
mülahizə yürüdə bilirsə (həm keçmiş, həm də bu gün);

Sinifdə diskussiya zamanı keçmişdə dinin ailə məişətinə necə təsir göstərdiyi və bu gün
onun hansı təsirə malik olduğunu izah edə bilirsə;

Xəritədə ona tanış olan dinlərin meydana gəldiyi yerləri, yayılmasının bugünkü
areallarını göstərə bilirsə və onlarla əlaqədar əhəmiyyətli kult abidələrini, rəmzlərini və
ənənələrini sadalaya bilirsə;

Hər hansı bir ölkənin dini və ya mədəniyyəti barədə əldə edilmiş informasiyanın əsasında
həmin informasiyanın bu ölkəyə səyahət zamanı ona necə kömək edə biləcəyi barədə
mülahizə yürüdə bilirsə.
Tar.VII.10.  Şagird mədəniyyətin tərkib hissələri barədə fikir yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Sivilizasiyanın əsas xarakterik xüsusiyyətlərini sadalayırsa;

Fərqli mədəniyyətlərin məbəd tikililərini sadalayır və onları bir-biri ilə müqayisə etməyi
bacarırsa;

Dərslikdə mövcud olan və əlavə əldə edilmiş material vasitəsi ilə memarlıq, rəssamlıq və
ədəbiyyatın başlıca nümunələrini bir-biri ilə müqayisə edirsə;

Müxtəlif tarixi dövrlərdə elmin və texnikanın inkişafı barədə mülahizə yürüdə bilirsə.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə