Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə15/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32231
1   ...   11   12   13   14   15   16   17   18   ...   49

104.
“Gürcüstan vətəndaşı” – anlayışı nə deməkdir
Yaşayış məskənləri
105.
Gürcüstanda qədim yaşayış məskənləri/onların funksiyaları/yaşayış məskənlərinin
inkişafı (Gürcüstanın tarixi şəhərləri); Gürcüstanda fortifikasiya tikililəri
106.
Müasir kənd məskənləri
107.
Şəhər məskənləri
108.
Məskənlərin funksiyaları
Səyahətlər
109.
Əcnəbi səyahətçilər Gürcüstanda, onların marşrutları, onların səyahətlərinin
nəticələri
110.
Gürcü səyahətçiləri, onların marşrutları, onların səyahətlərinin nəticələri
Nəqliyyat və kommunikasiyalar
111.
Yollar və gediş-gəliş vasitələri
112.
Gürcüstanı xarici aləmlə birləşdirən nəqliyyat yolları
113.
Zaman çərçivəsində nəqliyyat növlərinin dəyişməsi
114.
Nəqliyyat və ətraf mühit
115.
Kommunikasiya vasitələrinin inkişafı
116.
Gürcü əlifbası
Zəruri əyani vəsaitlər: tematik tarixi xəritələr; Gürcüstanın fiziki-coğrafi xəritəsi,
Gürcüstanın faydalı qazıntılarının xəritəsi, sadə diaqramlar, Gürcüstanın yaşayış
məntəqələrinin xəritəsi, Gürcüstanın tarixi-coğrafi əyalətlərinin xəritəsi.


XXXVII Fəsil
Baza pilləsində fənn kompetensiyaları
VII Sinif
Tarix
Standart
İstiqamətlərə əsasən ilin sonunda nail olunası nəticələr:
Zaman və
məkan
Dövlət
idarəçiliyi və
siyasət
Ətraf mühit
və iqtisadiyyat
İnsan və
cəmiyyət
Mədəniyyət
və din
Tar.VII.1.
Şagird faktları və
hadisələri müvafiq
tarixi dövr ilə
əlaqələndirə bilər.
Tar.VII.3.
Şagird müxtəlif
tarixi dövrdə
mövcud olan dövlət
idarəçiliyi
formalarını
xarakterizə və bir-
biri  ilə müqayisə
edə bilər.
Tar.VII.5.
Şagird təbii
şəraitin
məskənlərin
tiplərinə,
cəmiyyətin
ənənələrinə və
təsərrüfatın
inkişafına necə
təsir göstərdiyini
izah edə bilər.
Tar.VII.7.
Şagird müxtəlif
sosial təbəqənin
strukturunu və
onların
nümayəndələrini
xarakterizə və bir-
biri ilə müqayisə
edə bilər.
Tar.VII.9.
Şagird
cəmiyyətin
həyatında və
dünya tarixi
proseslərində
dinin
əhəmiyyətinə
şərik ola bilər.
Tar.VII.2.
Şagird müxtəlif
ölkələrin, tarixi-
coğrafi diyarların və
coğrafi obyektlərin
xəritədə
yerləşməsini
müəyyənləşdirə
bilər.
Tar.VII.4.
Şagird siyasi
xadimin ölkə
tarixində
əhəmiyyəti barədə
fikir yürüdə bilər.
Tar.VII.6.
Şagird dünya
tarixi prosesləri
barədə mülahizə
zamanı iqtisadi
amillərin
əhəmiyyətini dərk
edə bilər.
Tar.VII.8.
Şagird müxtəlif
qayda, norma
qanun və ənənəni
bu və ya digər
tarixi dövrə
münasibətdə
onların
mənsubiyyətinə
əsasən fərqləndirə
bilər.
Tar.VII.10.
Şagird
mədəniyyətin
tərkib hissələri
barədə fikir
yürüdə bilər.
İlin sonunda nail olunası nəticələr və onların indikatorları


İstiqamət: Zaman və məkan
Tar.VII.1.  Şagird faktları və hadisələri müvafiq tarixi dövrlə əlaqələndirə
bilər.
Nəticə göz önündədir, əgər şagird:

Tarixi hadisələri xronoloji ardıcıllıqla verə bilirsə, tarixi faktları qədim və yeni il
hesablamaları sistemləri ilə əlaqələndirməyi bacarırsa;

Fərdi şəkildə və ya sinifdə qrup halında iş zamanı, zaman xəttində (şkalada) tarixi
hadisələri və tarixi dövrləri qeyd edə bilirsə;

Konkret tarixə mənsub olan əsrləri və minillikləri sadalaya bilirsə;

Dərslikdə mövcud olan mövzularla əlaqədar əhəmiyyətli tarixləri xronoloji ardıcıllıqla
düzə və onları müvafiq tarixi dövrlərə aid edən cədvəl tərtib edə bilirsə. Məs.:
Mövzu: dövr
I mövzu (əmək və
texnologiyalar)
II mövzu(məişət və
məskənlərin tipləri)
III mövzu (sadə
sosial qruplardan
müasir dövlətədək)
Aqrardan əvvəlki
Paleolit – oddan
istifadə edirdilər
Yuxarı paleolit –
insan mağaralarda
yaşayır
Soyadlı icmaların
formalaşması
Aqrar
Neolit - əkinçilik və
heyvandarlığın
meydana gəlməsi
B.e.ə. IV minillik –
birinci şəhərin
qurulması
B.e.ə. III ə. əvvəli –
Kartli çarlığının
yaranması
Sənaye
Postsənaye
Tar.VII.2.  Şagird müxtəlif ölkələrin, tarixi-coğrafi diyarların və coğrafi
obyektlərin xəritədə yerləşməsini müəyyənləşdirə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Müvafiq dövrün tarixi xəritəsində ayrı-ayrı dövlətlərin sərhədlərini cıza və onların ən
əhəmiyyətli mədəni-siyasi mərkəzlərini göstərə bilirsə;



Xəritədən istifadə etməklə dünyanın əhəmiyyətli ölkələrinin və tarixi-etnoqrafik
diyarlarının yerləşməsini müəyyənləşdirirsə;

Siyasi xəritədən istifadə edərək ərazilərin və siyasi-mədəni mərkəzlərin qeyd olunduğu
şərti işarələri izah edə bilirsə;

Xəritənin köməyi ilə dünya tarixinin əsas hadisələri barədə fikir yürüdə bilirsə;

Müxtəlif dövrlərin siyasi və mədəni tarixi barədə informasiyanı konturlu xəritəyə köçürə
bilirsə.
İstiqamət: dövlət idarəçiliyi və siyasət
Tar.VII.3.  Şagird müxtəlif tarixi dövrdə mövcud olan dövlət idarəçiliyi
formalarını xarakterizə və bir-biri ilə müqayisə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Müxtəlif tarixi dövrün nümunələrinə əsaslanaraq dövlət idarəçiliyi formalarını
xarakterizə edirsə;

Bir dövrdə dövlət idarəçiliyinin müxtəlif formalarını müqayisə edə və onların müsbət və
mənfi cəhətləri barədə mülahizə yürüdə bilirsə.
Tar.VII.4.  Şagird siyasi xadimin ölkə tarixində əhəmiyyəti barədə fikir
yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Fərdi şəkildə və ya sinifdə qrup halında iş zamanı şkalada, onun fikrincə tarix üçün ən
əhəmiyyətli dörd və ya beş siyasi xadimi qeyd edirsə və sinif önündə onun seçiminin
səbəbləri barədə söhbət aparırsa;

Hər hansı bir siyasi xadimin barəsində informasiya (dərslikdən və ya əlavə mətbu
materialı/elektron materialı vasitəsi ilə) toplayırsa və onun fəaliyyətinin həm müsbət,
həm də mənfi cəhətləri haqqında mövzu yazırsa;

Cədvəl vasitəsi ilə iki radikal surətdə fərqli siyasi xadimin motivasiyasını və məqsədlərini
qruplaşdıra bilirsə;

Eyni tarixi şəxsiyyətin fəaliyyətini fərqli qiymətləndirən iki mənbəni müqayisə edə
bilirsə. Bu fərqli interpretasiyanın səbəbləri ilə əlaqədar öz fikrini ifadə edə bilirsə;

Müəllimin köməyi ilə sinif yoldaşları ilə birlikdə rol oyununa qoşulursa və sinif
tamaşasında verilmiş tarixi faktlar barəsində mülahizə yürüdə bilirsə.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə