Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə18/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32231
1   ...   14   15   16   17   18   19   20   21   ...   49

İstiqamət: Zaman və məkan
Coğ.VII.1.  Şagird coğrafi il hesablanması sistemini mənimsəyə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Yer kürəsinin inkişafı ərzində baş vermiş əhəmiyyətli hadisələrin ardıcıllığı barədə
ehtimal söyləyə bilir (məs., hidrosfer, atmosfer, qitələrin və həyatın yaranması) 
onların geoxronoloji şkalasını müqayisə edirsə;

Geoxronoloji şkalanın köməyi ilə geoloji eraları və onlar üçün xarakterik olan üzvi aləmi
qruplaşdıra bilirsə.
Coğ.VII.2.  Şagird coğrafi informasiyanı əldə etmək üçün müxtəlif əyani
vasitələri oxuya bilir.
Nəticə göz önündədir, əgər şagird:

Şəkillər, cədvəllər, qrafiklər və xəritələrdən istifadə etməklə coğrafi informasiyanın
interpretasiyasını apara bilirsə (məs., cinsi-yaş piramidasını təhlil edə bilərsə);

Əfsanədən istifadə etməklə informasiyanı konturlu xəritəyə və başqa köməkçi əyani
vasitələrə köçürə bilirsə;

Yer kürəsinin saat qurşaqları xəritəsindən istifadə edirsə və öz ölkəsinin vaxtını başqa
qurşaqlarda mövcud olan ölkənin vaxtı ilə müqayisə edə bilirsə;

Təsəvvürlə Şərqdən Qərbə və ya Qərbdən Şərqə doğru Yer kürəsi ətrafında səyahət
edirsə; Tarixlərin dəyişməsi xəttinin təyinatı və yerləşdirilməsi prinsipləri barədə
mülahizə yürüdürsə; eləcə də səyahət zamanı yaranmış çətinliklər və onları aradan
qaldırmaq vasitələri barədə fikir yürüdürsə;

Əyani vasitələrdə verilmiş bir tip coğrafi informasiyanı başqa növdə əks etdirirsə (məs.:
dünya xəritəsində əhəmiyyətli çayları tapırsa və cədvəldə qitələrə əsasən qruplaşdırırsa;
mətndə verilmiş informasiyanın əsasında okeanların sahəsinin bölünməsinin dairəvi
diaqramını qura bilirsə).
Coğ.VII.3.  Şagird məkanda istiqamətlənə bilər.
Nəticə göz önündədir, əgər şagird:



Xəritədə koordinasiya torunun əsas elementlərini müəyyənləşdirirsə;

Xəritədən istifadə etməklə əhəmiyyətli coğrafi obyektlərin koordinatlarını
müəyyənləşdirirsə (məs.: paytaxtlar, adalar, zirvələr və s.);

Bir en kəsiyində və ya ox üzərində yerləşmiş şəhərləri sadalaya bilirsə;

Atlasın axtarış sistemindən istifadə etməklə coğrafi obyektin yerləşməsini
müəyyənləşdirə bilirsə;

Coğrafi xəritədən istifadə edir və marşrutlar, horizontlar vasitəsi ilə yerin mütləq və ya
nisbi hündürlüyünü, yamacların əyriliyini müəyyənləşdirə bilirsə;

Miqyasdan istifadə etməklə coğrafi obyektlər arasında məsafələri müəyyənləşdirirsə;

Şərti işarələrdən istifadə etməklə yerin sadə planını tərtib edirsə;

Turist xəritəsindən istifadə etməklə yad şəhərdə marşrutlar tərtib edə bilirsə;

Sinif yoldaşları ilə birlikdə yürüşlərin marşrutlarını planlaşdıra bilirsə;

Yürüşün uzunluğunun dəyişməsinin fərqli vasitələrlə müəyyənləşdirirsə və
yolgöstəriciləri tərtib edirsə;

Kompasın, yerli nişanların, səma cisimlərinin yerləşməsinin və azimut vasitəsi ilə
istiqamətləri müəyyənləşdirirsə.
İstiqamət: ətraf mühit və iqtisadiyyat
Coğ.VII.4.  Şagird təbii sərvətlərdən səmərəli və hərtərəfli istifadə etmək
barədə mülahizə yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Təbii sərvətlər üzrə müvafiq iqtisadi sahələri qruplaşdırırsa (sənədlərdən və ya cədvəldən
istifadə etməklə);

Məişət istehlak əşyalarını təbii ehtiyatlar tipi ilə əlaqələndirə bilirsə;

Sxemin köməyi ilə təbii sərvətlərin hasilatından istehlakınadək şəkil dəyişməni əks etdirə
bilirsə (neft-yanacaq-elektrik enerjisi);

Sinifdə qrup halında iş zamanı sadalanmış resursların təsnifatını müxtəlif əlamətlə əks
etdirirsə (məs.: onlara yiyələnmə vaxtına əsasən(qədim, köhnə, yeni, perspektivli) );

Təbii sərvətləri müxtəlif xarakterlərinə əsasən fərqləndirirsə və onları cədvəldə
qruplaşdırırsa (tükənməz və tükənən (bərpa olunan,bərpa olunmayan));

Onun ailəsinin, şəhərin/kəndin, ölkəsinin istifadə etdiyi təbii sərvətlərin siyahısını tərtib
edir; müvafiq şərti işarələrdən istifadə etməklə təbii sərvətlərin tapıldığı yerləri konturlu
xəritədə qeyd edirsə;



Sinifdə qrup halında iş zamanı sadalanmış resurslardan istifadə etməklə baş vermiş
çirklənmələr barədə mülahizə yürüdürsə (çox çirkləndirir, çirkləndirir, az çirkləndirir);

Tənəzzülə uğramış və şəkli dəyişməmiş ətraf mühiti müqayisə edirsə;

Qrup halında iş zamanı təsərrüfatın müxtəlif sahəsi tərəfindən bəzi resursun istehlakı
zərurəti və intensivliyi barədə mülahizə yürüdürsə və onlara qənaət edilməsi yollarını
müəyyənləşdirirsə (məs., su və elektrik enerjisi).
Coğ.VII.5.  Şagird Yer kürəsinin daxili quruluşu barədə mülahizə yürüdə
bilər.
Nəticə göz önündədir, əgər şagird:

Litosfer qatlarının hərəkəti barədə fikir yürüdürsə;

Zəlzələlərin və vulkanların yayılmasının qanunauyğunluqlarını izah edirsə;

Zəlzələlərin və vulkanların yayılmasının əsas areallarını konturlu xəritəyə köçürə bilirsə.
Coğ.VII.6.  Şagird relyefin formalarını relyefin yaranma prosesləri ilə
əlaqələndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Relyefin əsas formalarını xarakterizə edirsə;

Endogen və ekzogen (karst, qlasialik və s.) prosesləri fərqləndirə bilirsə;

Dağlıq relyeflə əlaqədar təbii fəlakət hadisələri barədə mülahizə yürüdə bilirsə;

Təbii fəlakət hadisələrindən mümkün müdafiə tədbirləri barədə fikir yürüdə bilirsə (məs.:
Svan memarlığının ətraf mühitlə uyğunluğu);

Dünyanın və Gürcüstanın əsas oroqrafik vahidlərini, qitənin yüksək zirvələrini konturlu
xəritəyə köçürə bilirsə.
Coğ.VII.7.  Şagird atmosferdə baş verən proseslər barədə mülahizə yürüdə
bilər.
Nəticə göz önündədir, əgər şagird:

Dairəvi diaqramın köməyi ilə atmosferin tərkibini əks etdirə bilirsə;


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə