Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə21/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32231
1   ...   17   18   19   20   21   22   23   24   ...   49


Sinifdə qrup halında iş zamanı və ya kartoçkaların vasitəsi ilə müxtəlif kommunikasiya
vasitələrinin kəşflərinin nəticələrini qruplaşdırırsa (məs: çap, kompüter və s.);

Fərdi surətdə və ya sinifdə qrup halında iş zamanı nəqliyyatın müxtəlif növlərini şkalada
qeyd edirsə və onun inkişafı barədə mülahizə yürüdürsə;

Ən əhəmiyyətli ticarət-hərbi yolu seçir və onun kommunikasiya çətinliklərini yazılı təsvir
edir və bu yolun sosial-iqtisadi əhəmiyyətini əks etdirə bilirsə;

Şagird Gürcüstanı quru yolları və Qara dəniz vasitəsi ilə qonşu dövlətlərə birləşdirən
marşrutları konturlu xəritəyə köçürə bilirsə;

Nəqliyyatın inkişafına əhəmiyyətli töhfələr daxil etmiş insanları zaman şkalasında qeyd
edirsə.
Tar.VIII.5.  Şagird insanın və cəmiyyətin rifahı üçün ticarətin əhəmiyyəti
barədə mülahizə yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Gürcüstanın və ya başqa ölkənin nümunəsində ticarətin inkişafının müxtəlif səviyyəsinə
əsasən şəhərin və ya bu ölkənin necə dəyişdiyi barədə mülahizə yürüdürsə, bu və ya digər
şəhərdə/ölkədə yaşayan insanlar üçün ticarətin əhəmiyyəti barədə fikir yürüdə bilirsə;

Bərabərlik və azadlıq nöqteyi-nəzərindən insanın iqtisadi hüquqlarının əhəmiyyətini
qiymətləndirə bilirsə;

Əldə edilmiş informasiya əsasında insanlara onlar üçün zəruri məhsulun əldə edilməsinin
yalnız bir və ya bir neçə mənbəyinin olduğu halları təsvir edə bilirsə; bu iki vəziyyəti
müqayisə edirsə və birinin digərindən üstünlüyü barədə mülahizə yürüdürsə;

Ona məlum olan eyni növ mal istehsal edən bir neçə şirkət-firmanı sadalaya bilirsə; onun
fikrincə, yaxşı istehsalçını aşkar edən meyarları seçir və öz mülahizəsini əsaslandıra
bilirsə;

Öz yaşayış yerinin nümunəsi əsasında tələbat mövcud olan, lakin tələbatı tam ödəməyən
malları və ya xidmətləri sadalaya bilirsə (məs.: resursların qıtlığı, bahaçılıq,
infrastrukturun uyğunsuzluğu və s.); sinif yoldaşları ilə birlikdə vəziyyətin düzəldilməsi
vasitələri barədə fikir yürüdə bilirsə.
İstiqamət: Dövlət idarəçiliyi və siyasət


Tar.VIII.6.  Şagird münaqişələrin səbəblərini, inkişafını və nəticələrini öyrənə
bilər.
Nəticə göz önündədir, əgər şagird:

Fərdi surətdə və ya sinifdə qrup halında iş zamanı cədvəlin vasitəsi ilə müxtəlif
müharibənin (münaqişənin) başlanmasının məqsəd və səbəblərini qruplaşdıra bilirsə;
məs.:
Müharibə
Məqsəd
Səbəb
VII əsrin əvvəlində Bizans-
İran müharibəsi
İranın Bizansa münasibətdə
ərazi iddiaları
602-ci ildə Bizans imperatoru
Mavrikionun öldürülməsi
Didqori döyüşü
IV David Ağmaşenebeli
tərəfindən Türk-Səlcuqların
Gürcüstandan qovulması
Tbilisili tacirlərin Qurucu
Davidin özbaşınalıqları
barədə Sultana şikayəti
I Dünya müharibəsi
“Antanta” və “Üçlər
İttifaqı”nın qarşıdurması
Sarayevoda qətl

Müxtəlif dövrlərin müharibələri zamanı istifadə olunmuş silahları müqayisə edirsə (məs.:
yığcamlıq, səmərəlilik, istehsala əsasən”;

Sinifdə qrup halında iş zamanı ona məlum olan müharibələrin siyahısını tərtib edir və
onları cədvəl vasitəsi ilə xarakterinə və miqyaslarına əsasən qruplaşdırırsa. Məs.:
Daxili müharibə
Lokal
Regional
Dünya
Bazaleti vuruşu
IV Baqrat ilə Liparit
arasında müharibə
Avropada otuzillik
müharibə
I Dünya müharibəsi

Döyüşlərdən (və yaxud vuruş kampaniyasından) birini seçir və onda bas sərkərdənin rolu
barədə mülahizə yürüdə bilirsə;

Sinifdə qondarma oyun zamanı dialoq vasitəsi ilə hər hansı bir münaqişənin nizama
salınması yollarını tapmağa çalışırsa;

Sinifdə qrup halında iş zamanı eyni dövrün müxtəlif ölkəsinin hər mədəniyyətini
müqayisə edirsə (əsirlərə, yaralılara, həlak olanlara münasibət);

Tarixi-ədəbi irslərdən fərqli dövrlərdə və mədəniyyətlərdə döyüşçünün davranış
məcəlləsini müəyyənləşdirə bilirsə;

Müasir dünyada döyüş əməliyyatları zamanı qəbul olunmuş qanunlara və normalara əməl
etmək zəruriyyəti barədə mülahizə yürüdürsə. Onların həm müsbət, həm də mənfi
cəhətləri haqqında fikir yürüdə bilirsə;



Bu və ya digər müharibələrin səbəb olduğu ərazi dəyişikliklərini Avropanın konturlu
xəritəsinə köçürməyi bacarırsa (məs.,I Dünya müharibəsi);

Müharibənin qurbanlarının kateqoriyalarını sadalayırsa, sinif yoldaşlarından ibarət qrupla
birlikdə kateqoriyalardan birinin hüquqlarını müəyyənləşdirən normaları və onlara əməl
etmək mexanizmlərini müzakirə edirsə; seçilmiş kateqoriyaya beynəlxalq humanitar
hüquq normalarının işlənib-hazırlanmasına qədər və ondan sonrakı dövrdə işğalın
konkret nümunələrini bir-biri ilə müqayisə edirsə;

Hərbi əməliyyatlar arealında baş vermiş texniki fəlakətlər barədə informasiya toplayır və
onların mənfi nəticələri haqqında mülahizə yürüdürsə.
Tar.VIII.7.  Şagird Qafqaz regionunu xarakterizə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Fərdi surətdə və ya sinifdə qrup halında iş zamanı Qafqaz xalqlarının məişət və adət-
ənənələrində mövcud olan oxşarlıqları və fərqləri qruplaşdıra bilirsə (məs.: gürcülərin və
Şimali Qafqaz xalqlarının, gürcülərin və ermənilərin və s.);

Müxtəlif tarixi dövrdə Cənubi Qafqaz dövlətləri sərhədlərinin dəyişikliklərini xəritə
vasitəsi ilə təhlil edirsə;

Cənubi Qafqazda ağalıq edən böyük dövlətlərin siyahısını tərtib edir və onların ağalığının
nəticələrini müqayisə edirsə;

Şagird cədvəldə müxtəlif dövrlərdə Qafqaz regionuna daxil olan dövlətləri, siyasi
birlikləri qruplaşdıra bilirsə (knyazlıq, xanlıq və s.) və onların qonşularını göstərirsə.
Məs.:
Dövr
Qafqaz dövlətləri
Qonşu dövlətlər
B.e.ə. III-I əsrlər
Albaniya, Kolxeti, Ermənistan,
Kartli
Parfiya, Ponto, Roma,
Selevkilər İranı
B.e. IV-VIII əsrlər
Albaniya, Eqrisi, Ermənistan,
Kartli
Ərəb dövləti, Bizans, Sasani
İranı, Xəzərlər xaqanlığı
XVIII əsr
İmereti, Kaxeti və Kartli
çarlıqları, Abxaziya, Quriya,
Sameqrelo və Svaneti
knyazlıqları, Gəncə xanlığı,
İrəvan xanlığı və s.
Türkiyə, İran, Rusiya


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə