Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə22/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32231
1   ...   18   19   20   21   22   23   24   25   ...   49

Tar.VIII.8.  Şagird dövlətdə idarəçilik formaları ilə siyasi rejimin qarşılıqlı
əlaqəsini izah edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Dövlət anlayışını izah edirsə və onun əsas elementlərini xarakterizə edirsə (idarəçilik
forması, dövlətin ərazi-inzibati quruluşu, siyasi rejimi);

Hər hansı bir ölkəni seçir və onun nümunəsində dövlət idarəçiliyinin dəyişikliklərinə təsir
göstərən səbəbləri sadalaya bilirsə;

Dövlətin biganəlik göstərməyə haqqı olmadığı ictimai mənafeləri sadalaya bilirsə. Öz
mülahizəsini tarixi misallarla əsaslandırırsa;

Siyasi rejimin nə olduğunu izah edirsə və onun müxtəlif növlərini sadalayırsa (məs.
demokratik, avtoritar, totalitar və başqa) dövlətlər;

Müxtəlif siyasi rejimləri bir-biri ilə müqayisə edirsə və onun fikrincə, Gürcüstan üçün ən
effektlisini seçə bilirsə;

Gürcüstan Konstitusiyasında demokratiyanın təminatı ilə əlaqədar müddəalar axtarır və
onları təhlil edə bilirsə (məs.: hakimiyyətin bölünməsi və seçkililiyi, çoxpartiyalılıq,
insanın siyasi hüquqları və s.), demokratiyanı gücləndirməyə yönəldilmiş dəyişikliklər
barədə öz mülahizələrini deyə bilirsə.
Tar.VIII.9.  Şagird demokratik dövlətin əsaslarını təsvir edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Demokratiyanın meydana gəlməsi və inkişafının tarixi mərhələlərini bölə və təsvir edə
bilirsə;

Demokratiyanın əsas prinsiplərini xarakterizə edə və onları insan hüquqları və vəzifələri
ilə əlaqələndirirsə; öz fikrini ona məlum olan beynəlxalq sənədlərin müddəalarının
vasitəsi ilə əsaslandıra bilirsə (məs.:İnsan Hüquqları Barədə Ümumi Bəyannamə, Uşaq
Hüquqlarının Müdafiə Konvensiyası və s.);

Onun hüquqlarının pozulduğu halda necə davranacağını fikirləşirsə və öz hüquqlarını
müdafiə zamanı başqasının hüquqlarını nə üçün nəzərə almalı olduğunu izah edirsə;

Sinif yoldaşlarından ibarət qrupla birlikdə avtoritar və ya demokratik cəmiyyət üçün
xarakterik olan vəziyyəti oynayırsa; hər iki tip cəmiyyətdə şəxsiyyətə münasibət barədə
fikir yürüdə bilirsə.


Tar.VIII.10.  Şagird dövlət üçün qanunun aliliyinin əhəmiyyətini izah edə
bilər.
Nəticə göz önündədir, əgər şagird:

Hər bir vətəndaşın mənafeyi üçün qanunun aliliyinin əhəmiyyəti barədə mülahizə
yürüdürsə (məs.: intizam, qarşılıqlı hörmət, insan hüquqlarını müdafiə, ədalət və s);
tarixdən və öz müşahidələrindən müvafiq nümunələr gətirirsə;

Dövlət üçün Konstitusiyanın mövcudluğunun əhəmiyyəti və onun xarakterik
xüsusiyyətləri barədə mülahizə yürüdürsə;

Sinif yoldaşlarından ibarət qrupla birlikdə onun fikrincə ölkənin əsas qanununda öz
əksini tapmalı olan məsələlərin siyahısını tərtib edirsə, qrupun fikrini başqa qruplara tanış
edirsə, onların nümayəndəsinin təqdimatını dinləyirsə, müzakirədə və ümumi qərarın
qəbul olunmasında iştirak edirsə;

Cəmiyyətdə müxtəlif normaların və qanunların mövcudluğunun zəruriliyi barədə
mülahizə yürüdə bilirsə;

Cəmiyyətdə fəaliyyət göstərən “yazılmamış qanunlar”ı və qaydaları saya bilirsə, onların
əxlaq normalarını təşkil edib-etmədikləri barədə mülahizə yürüdürsə, müxtəlif xalqların
mədəniyyətində oxşar “yazılmamış qanunlar” və qaydalar axtarırsa; onları bir-biri ilə
müqayisə edir və onların onun üçün nə qədər məqbul olduğunu qiymətləndirə bilirsə;

Sinif yoldaşları ilə birlikdə sinifdə ədalətli qarşılıqlı münasibət/davranış qaydaları işləyib-
hazırlayır və ona əməl edirsə;

Hüququn nə olduğunu izah edirsə və onun əqli dəyərlərinə uyğun gələn qanunları
sadalaya bilirsə;

İnsanın qanuna əməl etməyə borclu olduğunu izah edə bilirsə; insanın (xüsusən də
yetkinlik yaşına çatmamışların) qanunsuz hərəkətlərinin səbəb ola biləcəyi təhlükələri
sadalaya bilirsə.
İstiqamət: insan və cəmiyyət
Tar.VIII.11.  Şagird insan hüquqlarının əsaslarını və onların inkişafını tarixi
şərtlərini təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Öz hüquqlarından doğuluşu ilə aldığı və əldə etdiyi hüquqları ayıra bilirsə; qeyd edilən
hüquqlara əsas vermiş dəyərləri sadalaya bilirsə;



Sinif yoldaşlarından ibarət qrupla birlikdə hər hansı bir tarixi dövrü və dövləti seçir,
onun nümunəsində ən çox hüquqsuz insanların vəziyyətini təsvir edirsə, dəyərlərini
sadalayırsa (məs.: ləyaqət, bərabərlik, azadlıq...), hansıların ki, hüquqları təsvir olunan
halda tapdalanır və onların mövcud hüquqları nəzərə alınmırdı;

Tarixdən və başqa cəmiyyətin tədris fənlərindən daxil olmuş bilik əsasında insan
hüquqlarının müxtəlif kateqoriyasını müqayisə edə bilirsə (məs.: şəxsi, siyasi, iqtisadi və
s.) və onların oxşarlıqları və fərqləri barədə mülahizə yürüdə bilirsə;

Dünyada insan hüquqlarının inkişafı prosesini: ilkin şərtləri, tələbatları və nəticələri təhlil
edirsə;

Sinif yoldaşlarından ibarət qrupla birlikdə insan ləyaqəti və ya azadlığının ləkələndiyi
situasiyanı oynaya bilirsə, bu dəyərlərin əhəmiyyəti barədə fikir söyləyə bilir və ya öz
mülahizələrini təsdiq edə bilirsə.
Tar.VIII.12.  Şagird cəmiyyətdə dinc yanaşı yaşamağın zəruri şərtlərini
xarakterizə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Gürcüstanın və ya başqa ölkənin münaqişəli vəziyyəti həll etmək üçün güc tətbiq
edilməmiş tarixindən misallar gətirə bilirsə;

Etirazı bildirməyin dinc formalarını sayırsa; öz ölkəsinin və ya başqa ölkənin tarixindən
misallar gətirirsə və konkret halda etirazın nəticələrini qiymətləndirə bilirsə;

İnsanların dinc yanaşı yaşamaları üçün hörmət göstərilməsi zəruri olan dəyərləri sadalaya
bilirsə; bunu təsdiq zamanı tarixdən və müasir həyatdan insanların (məs.: fərqli irqin,
millətin və ya dinin mövcudluğu şəraitində) dinc yanaşı yaşamağın ona tanış olan
nümunələrini gətirə bilirsə;

Münaqişəli vəziyyət zamanı ona tanışının mediator (vasitəçi/barışdırıcı) rolunu həvalə
etdiyi halı yadına sala bilirsə; sinif yoldaşları ilə birlikdə bu situasiyanı oynayır və
yaranmış vəziyyəti (məs.: mühitlər, təhlükələr, tərəflərin imkanları və məqsədləri və s.)
və mediatorun rolunu qiymətləndirə bilirsə (məs.: motivasiya, xüsusiyyətlər, bilik,
hərəkətlər və s.).
Tar.VIII.13.  Şagird siyasi və iqtisadi proseslərin səbəb olduğu sosial
dəyişikliklər barədə mülahizə yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə