Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə12/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32231
1   ...   8   9   10   11   12   13   14   15   ...   49

İc.təh.V-VI.4.  Şagird xronoloji vahidləri (il, əsr, minillik) və illərin qeydiyyatı
sistemini (qədim və yeni era) izah edə və onlardan istifadə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Zaman vahidlərini bir-biri ilə bərabərləşdirə bilirsə (məs.minillik – 10 əsr; əsr – 100 il və
s.);

Terminlərdən – qədim era-yeni era, bizim il qeydiyyatına qədər/bizim il qeydiyyatı ilə,
qədim il hesabı/yeni il hesabı, İsa Məsih doğulanadək/İsa Məsih doğulandan sonra –
istifadə edə bilirsə;

Zaman xəttində (şkalasında) konkret tarixi tarixləri və ya tarixi mərhələləri qeyd etməyi
bacarırsa.
İc.təh.V-VI.5.  Şagird tarixi faktları müvafiq dövrlərlə əlaqələndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Əhəmiyyətli tarixi faktları sadalaya bilirsə;

Konkret tarixin mənsub olduğu əsri və ya minilliyi sadalaya bilirsə;

Konkret tarixi hadisəni – ilkin və gec prinsipi ilə fərqləndirməyi bacarırsa; məs.:
Tbilisinin
Kartlinin İlk gürcü kitabının çapı
paytaxt elan olunması
Qurucu Davidin çarlığı
İstiqamət
:
dövlət idarəçiliyi və siyasət


İc.təh.V-VI.6.  Şagird müxtəlif tarixi dövrdə Gürcüstanda mövcud olmuş
idarəçilik formalarını səciyyələndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Müxtəlif tip idarəçilik sisteminin əsas xüsusiyyətlərini, onları qeyd edən terminləri saya
bilirsə və onlardan düzgün istifadə etməyi bacarırsa;

Hakimiyyətin müxtəlif formalarını bir-biri ilə müqayisə edə bilirsə.
İc.təh.V-VI.7.  Şagird ölkənin idarəolunmasında iştirak edən Gürcüstan
tarixinin tanınmış şəxsiyyətlərini xarakterizə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Müxtəlif zamanlarda fəaliyyət göstərmiş şəxsləri sadalaya, onların idarəçilik
strukturlarında rolunu müəyyənləşdirə bilirsə;

Hakimləri dövrlərə əsasən bir-birindən fərqləndirə bilirsə;

Hakimiyyətdə iştirak edən tarixi şəxslər tərəfindən keçirilmiş dövlət tədbirlərini sadalaya
və xarakterizə edə bilirsə. Onların nəticələri barədə öz mülahizələrini deməyi bacarırsa;

Zaman şkalasında, onun fikrincə, ən əhəmiyyətli 4 (yaxud 5) gürcü siyasi xadiminin
qədim dövrdən bu günədək qeyd edə və onları xarakterizə edə bilirsə.
İc.təh.V-VI.8.  Şagird şəxsiyyətlərin və müxtəlif sosial təbəqənin Gürcüstan
tarixində rolu barədə mülahizə yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Keçmiş cəmiyyətin hər hansı bir sosial təbəqəsini seçir və bu təbəqənin nümayəndəsinin
gündəlik həyatını təsvir edə bilirsə (məs.: kəndli, aznaur, tacir, sənətkar, alim və s.);

Dövrə müvafiq olaraq tanınmış şəxsiyyətləri sadalaya bilirsə, onun sosial statusunu
müəyyənləşdirməyi bacarırsa (məs.: çar, tacir, sənətkar, bankir, torpaq sahibkarı,
prezident, alim və s.).
İc.təh.V-VI.9.  Şagird Gürcüstan tarixinin müxtəlif mərhələlərində əhali üçün
müharibə və sülh nəticələrini müqayisə edə bilər.


Nəticə göz önündədir, əgər şagird:

Müharibənin növlərini sadalaya bilirsə (özünümüdafiə, istilaçılıq), onların nəticələrini
xarakterizə edə bilirsə;

Gürcüstan tarixində sülh yolu ilə qəbul olunmuş qərarları sadalaya, onların müsbət və
mənfi nəticələrini qeyd edə bilirsə;

Gürcüstan tarixinin müxtəlif dövrünün döyüş yerlərini konkret xəritəyə köçürməyi
bacarırsa (məs. Didqori, Basiani, Qarnisi, Krtsanisi və s.);

Müxtəlif tarixi dövrdə Gürcüstanda müharibə aparmaq qaydalarını müqayisə etməyi
bacarırsa (əsrlərə, yaralılara və həlak olanlara münasibətdə tutduğu mövqe . Müharibə
zamanı qaydalara və qanunlara əməl etmək zərurəti barədə mülahizə yürüdə bilirsə);

Təbiətdə müharibənin səbəb olduğu ekoloji dəyişikliklər barədə informasiya toplaya
bilirsə (su, hava, torpaq, meşə); dəyişikliklərin nəticələrini cədvəl və ya şəkil (plakat)
qismində təqdim etməyi bacarırsa.
İstiqamət: ətraf mühit və iqtisadiyyat
İc.təh.V-VI.10.  Şagird Gürcüstan əhalisinin xüsusiyyətlərini saya bilər.
Nəticə göz önündədir, əgər şagird:

Təbii artım, doğum və ölüm arasında əlaqə yarada bilirsə;

Sinfin və ya lokal ətraf mühitin göstəricilərinə əsasən Gürcüstan əhalisinin cins və yaş
strukturunu xarakterizə edirsə;

Gürcüstanda yaşayan etnik və dini azlıqları sadalaya bilirsə;

Xəritədən istifadə etməklə Gürcüstan əhalisinin etnik və dini rəngarəngliyini təsvir edə
bilirsə;

Miqrasiyanın mümkün səbəbləri barədə öz mülahizəsini deyə və müvafiq misallar gətirə
bilirsə (məs., təbii şəraitlər, ekologiya, müharibələr);

Gürcüstanın müxtəlif regionlarında inkişaf etmiş təsərrüfat tiplərini sadalaya bilirsə.
İc.təh.V-VI.11.  Şagird Gürcüstanın coğrafi obyektlərini məskunlaşma tipləri
ilə əlaqələndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Fotoşəkildən və ya xəritədən istifadə etməklə müxtəlif ərazilər üçün xarakterik olan
peyzajları təsvir edə bilirsə (məs. dağlar, meşələr və s.);

Gürcüstanda yayılmış yaşayış evlərinin tiplərini fərqləndirməyi bacarırsa;



Evlərin memarlığını coğrafi mühitlə əlaqələndirə bilirsə;

Müxtəlif tip məskənləri fərqləndirə və konkret coğrafi mühitdə onların meydana gəlməsi
səbəbləri barədə mülahizə yürüdə bilirsə (məs.nə üçün şəhərləri çay sahillərində salırlar,
çətin gedilən yerlərdə nə üçün xarabalıqlara rast gəlirik);

Gürcüstanın konturlu xəritəsinə müxtəlif tip yaşayış məskənləri daxil edə bilirsə (şəhər,
qəsəbə, kənd);

Müxtəlif məskənlərin fəaliyyəti üçün zəruri olan şərtləri göstərə bilirsə, onların
əhəmiyyəti barədə fikir yürüdə bilirsə;

Özünün və başqa yaşayış məskəninin təbii şəraitlərini bir-biri ilə müqayisə etməyi
bacarırsa.
İc.təh.V-VI.12.  Şagird diyarı təbii resurslarına əsasən xarakterizə edə və
onların əhəmiyyəti barədə mülahizə yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Müxtəlif coğrafi mühitdə mövcud olan iki yaşayış məskənini müqayisə edə və onlar
arasında fərqləri müəyyən edə bilirsə (material, memarlıq);

Gürcüstanın müxtəlif regionunda tapılmış təbii resurslar nüsxəsini müqayisə edə bilirsə;

Onun şəhərində və ya kəndində istifadə olunan təbii ehtiyatlar nüsxəsini müəyyən edirsə
və konturlu xəritəyə köçürə bilirsə;

Hər hansı bir təbii resursu seçir və onun regionun inkişafı üçün əhəmiyyəti barədə fikir
yürüdə bilirsə;

Təbii ehtiyatları ölkənin (regionun) təsərrüfat işləri ilə əlaqələndirə bilirsə.
İc.təh.V-VI.13.  Şagird təbii resurslardan səmərəli və hərtərəfli istifadə etmək
barədə mülahizə yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Bir materialdan hazırlanmış əşyaları qruplaşdıra bilirsə (məs., gildən bərni də və kərpic
də hazırlanır);

Resursların tapıldığı andan istehlakınadək adlarının dəyişməsini əks etdirə bilirsə (məs.,
buğda-un-çörək-bulka);


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə