Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə13/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32231
1   ...   9   10   11   12   13   14   15   16   ...   49


Gürcüstanın-onun hər hansı bir regionunun yerüstü sularının rəngarəngliyi, onların
əhəmiyyəti barədə fikir yürüdə bilirsə. Mülahizənin nəticələrini özünün arzu etdiyi
formada təqdim edə bilirsə;

Su ehtiyatlarından səmərəli istifadə etmək və onun çirklənməsinin qarşısını almaq yolları
barədə fikir yürüdə bilirsə;

Meşədən istifadə etməyi əks etdirən növləri sadalaya bilirsə;

Meşədən istifadə etməyin ətraf mühit üçün təhlükəsiz formalarını ayıra bilirsə;

Təkrar emalın mümkün olduğu istehlak əşyalarını müəyyən edə bilirsə.
İc.təh.V-VI.14.  Şagird qədim dövrlərdən bu günədək kommunikasiyanın
inkişafı barədə fikir yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Yazının yaradılmasının bəşəriyyət üçün hansı müsbət dəyişikliklər gətirdiyini anlaya
bilirsə;

Çap, kompüter və ya başqa müasir elektron kommunikasiya vasitələrindən istifadə etmək
nəticələrini qruplaşdırmağı bacarırsa;

Zaman şkalasında nəqliyyatın müxtəlif növlərinin ixtirası və onun inkişafını qeyd edə
bilirsə;

Nəqliyyat növlərini saya bilirsə. Onların müxtəlif mühitdə təyinatı barədə mülahizə
yürüdürsə, misallar gətirə bilirsə.
İstiqamət: insan və cəmiyyət
İc.təh.V-VI.15.  Şagird insanların bu və ya digər cəmiyyətə mənsubiyyətinə
əsasən müxtəlif əlamət və şərtlərini tanıya bilər.
Nəticə göz önündədir, əgər şagird:

Özünün üzvü olduğunu hesab etdiyi cəmiyyətləri sadalaya bilirsə (məs .:ailə, sinif,
soyadı, məktəb, dostlar qrupu, rəqqaslar ansamblı və s.);

Özünün müxtəlif cəmiyyətlərə mənsubiyyəti şərtlərini fərqləndirməyi bacarırsa (məs. :
yaş həddi, qan qohumluğu, cins, nitq dili, yaşayış yeri və s.);



Hər hansı bir sosial qrupun və cəmiyyət üzvlərinin ümumi əlamət-xüsusiyyətlərini saya
bilirsə (məs.: qohumluq, xarici görünüş, xarakter, maraq, qabiliyyət, şəriklik, yaş,
məhəbbət, doğma dil, dad-zövq və s.);

Bu cür əlamət-xüsusiyyətləri və şərtləri ayırmaqla özünü üzvü hesab etdiyi cəmiyyətlər
arasında əlaqə yaratmağı bacarırsa;

İnsanların müxtəlif, fərqli və ümumi əlamət-xüsusiyyətləri barədə mülahizə yürüdə
bilirsə;

Özünün mənsub olduğu cəmiyyətlərin üzvlərinə hansı səbəbə görə hörmət etdiyini deyə
bilir və təsvir edirsə;

İnsanın qurmaq və dağıtmaq imkanları barədə söhbət apara bilirsə. Birincinin
üstünlüyünü dərk edir və özünü qurucular birliyinə aid edirsə.
İc.təh.V-VI.16.  Şagird müxtəlif cəmiyyətləri onlar üçün xarakterik olan
əlamət-xüsusiyyətləri və qaydalarına əsasən müqayisə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Əsas cəmiyyətlər üçün xarakterik olan xüsusiyyətləri və qaydaları təsvir edirsə (məs.:
ailə, məktəb, doğma yaşayış yeri, doğma tarixi diyar);

Sinif yoldaşları üçün əhəmiyyətli olan cəmiyyətlərə oxşar özünəməxsusluqları təsvir edə
bilirsə;

Gürcüstanın müxtəlif diyarında eyni tip cəmiyyətlərin (məs.: ailə, qonşuluq, məhəllə)
özünəməxsusluqlarını müqayisə edirsə;

Doğma diyarın və ya Gürcüstanın nümunəsində müxtəlif tip cəmiyyətlərin (məs.: ailə,
qonşuluq, məhəllə) özünəməxsusluqlarını müqayisə edirsə.
İc.təh.V-VI.17.  Şagird müxtəlif tarixi dövrdə insan ləyaqətinə, azadlığına və
bərabərliyinə əməl olunmasını təsvir edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Ləyaqətin, azadlığın və bərabərliyin nə demək olduğunu öz sözləri ilə izah edə bilirsə;

İnsanların müxtəlifliyini onların hüquqları və bərabərliyi ilə əlaqələndirməyi bacarırsa;

Doğma diyarın və ümumiyyətlə, Gürcüstanın nümunəsində insanların ləyaqət, azadlıq və
bərabərliyinə əməl olunmasını müqayisə edirsə.


İc.təh.V-VI.18.  Şagird müxtəlif cəmiyyətlərdə uşağın hüquq-vəzifələrini
fərqləndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Gündəlik həyatda özünütəşkilin əhəmiyyətini xarakterizə edirsə;

Qrup/komanda işi zamanı sinif yoldaşlarına münasibətdə öz məsuliyyətini
müəyyənləşdirirsə;

Müxtəlif cəmiyyətlərdə özünün hüquq-vəzifələrini izah edə bilirsə (məs.: ailədə,
məktəbdə, qohumlar arasında, qonşuluqda və s.);

Uşaq və yeniyetmənin hüquq-vəzifələri arasında mövcud olan oxşarlıq-fərqlər barədə
mülahizə yürüdə bilirsə.
İc.təh.V-VI.19.  Şagird qanunilik ilə dinc yanaşı yaşamağı əlaqələndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Nəzakətli və təhlükəsiz davranış qaydaları biliyi əks etdirirsə;

Fövqəladə vəziyyətdə özünün davranış qaydalarını təsvir edirsə;

Qanunu pozmağa görə cəzalandırılmamağın cəmiyyətə və şəxsiyyətə necə təhlükə
yaratdığını təsvir edə bilirsə;

Cəmiyyətdə qəbul olunmuş qaydaları dövlət üçün xarakterik olan qanunlardan
fərqləndirməyi bacarırsa;

Əxlaq və hüquqi qiymətləri bir-birinə uyğun gəlməyən insanların davranışını
fərqləndirməyi bacarırsa;

İnsanlar arasında münaqişələrin əsas səbəblərini tanıya bilirsə;

Müxtəlif millətlər və dinlərə mənsub olan insanlar arasında dinc yanaşı yaşamaq
nümunələri gətirməyi bacarırsa;

Müxtəlif millətlərdən və dinlərdən olan insanların nəyə görə dinc və ləyaqətlə yaşamağını
əsaslandıra bilirsə.
İstiqamət: mədəniyyət və din
İc.təh.V-VI.20.  Şagird Gürcüstanda mövcud olan dinləri təsvir edə bilər.


Nəticə göz önündədir, əgər şagird:

Yaşına uyğun olaraq dinin təyinatı və insan həyatında yerini dərk edir və bu barədə
mülahizə yürüdə bilirsə;

Müasir Gürcüstanda xristianlığın və ona tanış olan başqa dinlərin yayılması areallarını
xəritədə göstərə bilirsə;

Gürcüstanın müxtəlif guşələrində mövcud olan dinləri və onlarla əlaqədar
mərasim/mədəni ənənələri müqayisə edə bilirsə (məs.: toy, dəfn mərasimi, yeni il);

Hər bir dinin humanitar dəyərlərin daşıyıcısı olduğunu başa düşürsə.
İc.təh.V-VI.21.  Şagird mədəniyyətin müxtəlif komponentlərini fərqləndirə və
onların qarşılıqlı əlaqəsini müzakirə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Mədəniyyət sahələrini və ya komponentlərini saya və onların aşkarlıqlarını təsvir edə
bilirsə;

Mədəni insanın nə demək olduğunu öz sözləri ilə izah edirsə;

Gürcü mədəniyyətinin hər hansı bir sahəsini xarakterizə edirsə;

Xalq mədəniyyətinin ona tanış olan nümunələrini saya bilirsə, onlarda mədəniyyət
ənənələri elementlərini mümkün qədər ayırmağı bacarırsa;

Gürcü mədəniyyətinə Qərb və ya Şərq mədəniyyətinin təsirini fərqləndirə bilirsə (məs.:
geyim, memarlıq).
İc.təh.V-VI.22.  Şagird Gürcüstan əhalisinin mədəni oxşar-fərqli cəhətlərini
təsvir edə və müvafiq səbəbləri müzakirə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Gürcüstanın müxtəlif ərazisində (guşəsində) xalq deyimlərini, şeirləri və mahnılarını
qruplaşdıra bilirsə;

Özünün doğma guşəsində yerləşən memarlıq abidəsini (abidələrini) təsvir edirsə;

Gürcüstanda yaşayan millətlərin ailə və ya dini bayramlarını təsvir edə və onlar arasında
paralellər apara bilirsə;

Gürcüstanın tarixi diyarları üçün xarakterik olan adət-ənənələri (mədəni rəngarəngliyi)
müqayisə edə bilirsə.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə