Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə40/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32231
1   ...   36   37   38   39   40   41   42   43   ...   49

X Sinif
Coğrafiya (dünya coğrafiyası)
Standart
İstiqamətlərə əsasən ilin sonunda nail olunası nəticələr:
Zaman və məkan
Ətraf mühit və
iqtisadiyyat
Ətraf mühit və sosial
sistemlər
Coğ.X.1.
Şagird siyasi
xəritənin formalaşdırılmasını
dünyada baş verən
əhəmiyyətli hadisələrlə
əlaqələndirə bilər.
Coğ.X.2.
Şagird bir sıra
sosial və iqtisadi parametrlərə
əsasən dünyada ölkənin yerini
təhlil edə bilər.
Coğ.X.3.
Şagird ölkələrin
təsnifatı əsasında onların
inkişaf perspektivlərini təhlil
edə bilər.
Coğ.X.4.
Şagird ölkələri
müxtəlif xüsusiyyətlərinə görə
müqayisə edə və oxşarlıq-
fərqlərin səbəbləri üzrə
mülahizə yürüdə bilər.
Coğ.X.5.
Şagird əhalinin
məskunlaşmasının
xüsusiyyətlərini tədqiq edə və
demoqrafik şəraiti təhlil edə
bilər.
Coğ.X.6.
Şagird ərazi və
geosiyasi faktorların
cəmiyyətin inkişafına təsirini
təhlil edə bilər.
İlin sonunda nail olunası nəticələr və onların indikatorları
İstiqamət: Zaman və məkan
Coğ.X.1.  Şagird siyasi xəritənin formalaşdırılmasını dünyada baş verən
əhəmiyyətli hadisələrlə əlaqələndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:



Dünyanın siyasi xəritəsinin formalaşdırılmasının əsas mərhələlərini ayıra bilirsə, siyasi
xəritədə əks olunmuş say və xüsusiyyət dəyişiklikləri barədə mülahizə yürüdə bilirsə;
nəticələri onun üçün arzuolunan formada əks etdirirsə;

Qrup şəklində iş zamanı əldə edilmiş informasiyanı XX əsrin 90-cı illərində baş verən
proseslər barədə informasiyaları sadalayırsa və onları müasir siyasi xəritənin
formalaşdırılması ilə əlaqələndirirsə; səbəb-nəticə əlaqəsini arzu olunan formada əks
etdirirsə;

Dövrə əsasən dünyanın siyasi xəritəsinin dəyişikliklərini konturlu xəritəyə köçürə bilirsə
və tematik atlas yaradırsa.
İstiqamət: ətraf mühit və iqtisadiyyat
Coğ.X.2.  Şagird bir sıra sosial və iqtisadi parametrlərə əsasən dünyada
ölkənin yerini təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Ölkələrin inkişafına kömək göstərən və mane olan (coğrafi yerləşmə, sosial, iqtisadi və
siyasi) amilləri sadalayır və qruplaşdırırsa; qeyd edilən amillərin ölkələrin inkişafına
təsirini təhlil edir və öz münasibətini əks etdirə bilirsə;

Ölkənin inkişaf səviyyəsinin göstəricisinin öz meyarlarını işləyib hazırlayırsa (iş yerləri,
ticarət obyektləri, orta aylıq əməkhaqqı, nəqliyyat, yaşayış yeri) və öz mülahizələrini
əsaslandırmağı bacarırsa;

Ölkənin Şimal-Cənuba bölünməsi (iqtisadi inkişaf səviyyəsinin göstəricisi) xəritəsinə
diqqət yetirirsə və ölkələri qitələrin və inkişaf səviyyəsinə əsasən cədvəldə qruplaşmasını
bacarırsa;

Elə resursların siyahısını tərtib edir və bir-biri ilə müqayisə edirsə, hansılar ki, zəngin və
yoxsul ölkələrin təsərrüfatında istifadə olunur; resurslar ilə iqtisadi inkişaf səviyyəsi
arasında mövcud olan əlaqələr barədə fikir yürüdə bilirsə;

Bütöv daxili məhsul və humanitar inkişaf indeksinə əsasən ölkələrin göstəricilərini
müqayisə etməyi bacarırsa; onların hər biri barəsində dəqiq inkişaf ritmi və ya nöqsanlar
üzrə öz fikirlərini deyə bilirsə.
Coğ.X.3.  Şagird ölkələrin təsnifatı əsasında onların inkişaf perspektivlərini
təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:



Regional bölünmə prinsipini başa düşürsə; bir neçə fərqli regionun xəritəsi ilə tanış olur
və onların ayrılması prinsiplərindən  məqsədli istifadə etmək barədə fikir yürüdə bilirsə;

Hər bir qrupda birləşmiş ölkələri onlar üçün xarakterik olan təbii şəraitlərə (xarakterik
landşaftlar: tropik meşələr, arid landşaftlar və s.) əsasən müqayisə edirsə; öz
mülahizələrini müxtəlif formada təqdim etməyi bacarırsa;

Xəritədə və müxtəlif coğrafi vasitələrdə verilmiş informasiyanın əsasında BMT-nin
təsnifatına əsasən hər bir qrupda birləşmiş ölkələrin təsərrüfatlarının qabaqcıl sahələrini
xarakterizə edir və müqayisə edirsə; yaranmış problemlər və inkişaf perspektivləri barədə
mülahizə yürüdə bilirsə;

Regionları təbii şəraitlərə, təbii resurslara, iqtisadiyyatın sahələrinə, əhali və inkişaf
perspektivlərinə əsasən müqayisə edirsə; bu qruplar arasında mümkün əlaqələr barədə
mülahizə yürüdə bilirsə;

Mülahizələr söyləyir və qrup halında iş zamanı müxtəlif ölkələrin sabit inkişafı üçün
əhalidən, resurslardan və ənənələrdən səmərəli istifadə olunmasının əhəmiyyəti barədə
müddəaları əsaslandırmağı bacarırsa.
Coğ.X.4.  Şagird ölkələri müxtəlif xüsusiyyətlərinə görə müqayisə edə və
oxşarlıq-fərqlərin səbəbləri üzrə mülahizə yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Xəritənin və başqa əyani vasitələrin köməyi ilə ölkələrin təbii resurslarını tədqiq edir,
başqa ölkələrdən analoqlar gətirə bilirsə (məs.: tropik meşələr, düzənliklər, tayqa və s.);

Əhalinin statistik göstəricilərini (xəritələr, cədvəllər, qrafiklər, diaqramlar və s.) təhlil
edirsə, əhalinin sıxlığı, məskunlaşmanın özünəməxsusluqları barədə mülahizə yürüdürsə;
başqa ölkələrin analoji göstəricilərini müqayisə edir və nəticələri fərqli formatda əks
etdirirsə;

Öyrəniləsi ölkənin ənənələrinin meydana gəlməsinin coğrafi və tarixi-mədəni
özünəməxsusluqlarını tədqiq edirsə; başqa ölkələrlə müqayisə edir və ölkənin inkişafı
üçün ənənələrin rəngarəngliyindən necə istifadə etmək ehtimallarını irəli sürə bilirsə;

Ölkələri iqtisadi fəaliyyətin sahə strukturu əsasında inkişafının mərhələlərinə əsasən
(aqrar, sənaye, post sənaye) qruplaşdıra bilirsə;

İdxal-ixrac göstəricilərinə söykənərək ölkə resursları və təsərrüfatın ixtisaslaşdırılmasının
sahələri barədə mülahizə yürüdürsə; ölkələri qeyd edilən göstəricilərə əsasən müqayisə
edirsə;


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə