Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə37/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32231
1   ...   33   34   35   36   37   38   39   40   ...   49

Proqramın məzmunu
IX sinif üçün məcburi məzmun məsələlərinin siyahısı
(Aşağıda sadalanan məsələlər bu sinif üçün ayrılmış bütün məzmunun 60%-ni təşkil edir).
Şəxsi inkişaf
1. Tələbatlar və imkanlar
2. Peşəkarlıq və şəxsiyyətin inkişafı
3. Gələcək planların təsviri
4. Bazar və kommunikasiya
5. Əmək bazarı və tendensiyalar
6. Münaqişənin inkişafı və nizama salınması yolları
7. İnsan hüquqlarının əxlaqi əsasları və tarix
Dayanıqlı inkişaf
8. Ədalətli aləm və dinc yanaşı yaşamaq
9. İctimai təhlükəsizlik və onun komponentləri
10. Təhlükəsiz və sağlam mühit: məktəbdə, yaşayış yerində və ölkədə
11. Hüquq və əxlaq
12. Əhalinin sosial strukturu
13. Rəngarəng Gürcüstan və rəngarəng aləm
14. Azad cəmiyyət və seçim
15. İnvestisiya yatırımı, qazanc, vergilər
16. Ədalətlilik, qanunilik və ədalət qaydaları
17. Büdcə-prioritetlərin, vəzifələrin və imkanların razılaşdırılmış bölünməsi.
Özünüidarə və idarə
18. Demokratiyanın əsasları və cəmiyyətin həyatında onun qurulması
19. Gürcüstanda demokratiya
20. Gürcüstan Konstitusiyası: dövlətin quruluşu, idarəçilik və Gürcüstan vətəndaşının
xüsusiyyətləri
21. Ailə, məktəb və başqa ictimai sistemlərin özünüidarəetməsi
22. Məktəb özünüidarəetməsi: strukturu, funksiyaları və şagirdlərin imkanları
23. Demokratik prosesdə vətəndaşın iştirakı
24. Demokratik idarəçilik prinsipləri və modelləri
25. Hakimiyyətin bölünməsi və idarə səviyyələri


XXXVIII Fəsil
Orta pillədə fənn kompetensiyaları
X Sinif
Tarix (tarix elminə giriş)
Standart
İstiqamətlərə əsasən ilin sonunda nail olunası nəticələr:
Zaman və məkan
Tarixi interpretasiya və
tədqiqat
Kommunikasiya
Tar.X.1.
Şagird tarixin
xronologiyası və mərhələliyi
məsələləri barədə alternativ
mülahizə yürüdə bilər.
Tar.X.2.
Şagird tarixin əsas
və köməkçi sahələri barədə
mülahizə yürüdə və onların
spesifikasını təhlil edə bilər.
Tar.X.3.
Şagird müxtəlif
dövrlərdə tarixi düşüncənin
inkişaf prosesi barədə
mülahizə yürüdə bilər.
Tar.X.4.
Şagird tarixi
hadisənin fərqli
interpretasiyasını təhlil edə və
qiymətləndirə bilər.
Tar.X.5.
Şagird tarixi
mənbələrin təsnifatını verə
bilər.
Tar.X.6.
Şagird ilkin və
təkrar mənbələri təhlil edə
bilər.
Tar.X.7.
Şagird tarixi
tədqiqatı planlaşdıra və keçirə
bilər.
Tar.X.8.
Şagird tarixi
mövzunu yaza bilər.
İlin sonunda nail olunası nəticələr və onların indikatorları


İstiqamət: Zaman və məkan
Tar.X.1.  Şagird tarixin xronologiyası və dövriliyi məsələləri barədə alternativ
mülahizə yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:

İl hesablanmasının müxtəlif sistemləri, onun meydana gəlməsi tarixi və səbəbləri barədə
mülahizə yürüdürsə, il hesablanmasının qədim sistemlərini müasir ümumi yayılmış
model ilə müqayisə edirsə; gürcü il hesablanması sistemi barədə mülahizə yürüdürsə;

Təqvimin müxtəlif sistemlərini tanıyırsa, onu dünyada ümumi qəbul edilmiş təqvimlə
müqayisə edə bilirsə;

Tarixin mərhələləşdirilməsinin əsas qədim və müasir modellərini tanıyırsa, onlar
barəsində mülahizə yürüdürsə;

Gürcüstan tarixinin mərhələləşdirilməsinin qədim və müasir modellərini tanıyırsa. Onu
dünyada bu gün qəbul edilən tarixi mərhələləşdirmə ilə müqayisə edirsə.
İstiqamət: tarixi interpretasiya və tədqiqat
Tar.X.2.  Şagird tarixin əsas və köməkçi sahələri barədə mülahizə yürüdə və
onların spesifikasını təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Tarixin köməkçi sahələrini saya bilirsə, onların spesifikasını tanıyırsa, tədqiqatın başlıca
obyektlərini ayıra bilirsə;

Tarixi prosesin mümkün ardıcıllığının bərpası və dərk edilməsi üçün tarixi sahələrin yeri
və əhəmiyyəti barədə mülahizə yürüdə bilirsə;

Böyük arxeoloji kəşflərin nəticələri barədə mülahizə yürüdür, onun tərəfindən seçilmiş
hər hansı bir əhəmiyyətli arxeoloji kəşf barədə təqdimat edirsə (məs.: Dmanisidə
Avrasiyanın ən qədim insanı, Troya qazıntıları) ;

Etnologiya/etnoqrafik materiallarının əhəmiyyəti barədə mülahizə yürüdürsə,
məktəbdənkənar aktivlər yolu ilə (muzey eksponatları ilətanışlıq, düzənlik gəzinti işi
nəticəsində əldə edilmiş etnoqrafik material ilə tanışlıq) əldə edilmiş materialın əsasında
həyat məişətinin əsas xüsusiyyətləri barədə mülahizə yürüdürsə və ənənəvi məişət-
həyatın əsas elementlərini müasir məişətlə müqayisə edə bilirsə; onun tərəfindən seçilmiş


Gürcüstanın hər hansı bir tarixi-etnoqrafik diyarının ənənəvi həyat-məişəti barədə
təqdimat edə bilirsə;

Muzey fondlarından və texnoloji vasitələrdən istifadə etməklə gürcü sikkələri və kağız
pulun əsas nümunələrini axtarıb-tapır və başqa ölkənin pul nümunələri ilə müqayisə edə
bilirsə; numizmatika və bonistikanın əhəmiyyəti barədə fikir yürüdə bilirsə;

Qədim gürcü metroloji sistemini tanıyırsa. Onu başqa ölkələrdə yayılmış qədim və
müasir metroloji sistemlərlə müqayisə edə bilirsə;

Tarixi coğrafiyanın əhəmiyyətini müəyyənləşdirirsə, tarixi kartoqrafiyanı əsas
mərhələlərini, o cümlədən gürcü kartoqrafiyasının inkişaf tarixini bilirsə (məs.: Vaxuşti
Baqrationinin kartoqrafik irsləri barədə mülahizə yürüdə bilir və onun atlaslarını onun
dövründəki dünya kartoqrafiya nailiyyətləri ilə  müqayisə edə bilirsə).
Tar.X.3.  Şagird müxtəlif dövrlərdə tarixi düşüncənin inkişaf prosesi barədə
mülahizə yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Tarixi düşüncənin inkişaf etdirilməsinin əsas mərhələlərini bilirsə;

Tarixi yazıçılığın inkişafının əsas (antik, orta əsrlər, intibah...) mərhələlərini müqayisə
edə bilirsə;

Tarixin bir elm kimi inkişafı işinə öz töhfələrini daxil etmiş müxtəlif dövrün tarixçiləri
barədə mülahizə yürüdürsə;

Orta əsrlər və müasir gürcü tarixçilərini tanıyırsa, onların tarixi varisliliyi barədə
mülahizə yürüdə bilirsə (Vaxuşti Baqrationi və İvane Cavaxişvili); müasir gürcü tarixi
əsəri, “Kartlinin həyatı” barədə mülahizə yürüdə bilirsə;

Müxtəlif tarixi məktəbin meydana gəlməsini müəyyənləşdirən amillər barədə mülahizə
yürüdür və bu məktəblərin nümayəndələrinin əsas görüşlərini bir-biri ilə müqayisə edirsə;
tarixi mühit və dövrün dəyərlərinin müxtəlif dövrlərin tarixi nəzəriyyəçilərinin
görüşlərini nə dərəcədə şərtləndirdiyini öz düşüncələrində əks etdirə bilirsə;

Müxtəlif tarixi dövrdə tarixin fərqli əhəmiyyətləri (tarix necə ki, bir təbliğat kimi, tarix və
etika, tarix və teologiya) barəsində mülahizə yürüdə bilirsə.
Tar.X.4.  Şagird tarixi hadisənin fərqli interpretasiyasını təhlil edə və
qiymətləndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə