Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə36/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32231
1   ...   32   33   34   35   36   37   38   39   ...   49


Öz məktəbinin, yaşayış məskəninin və ya ölkəsinin nümunəsində o məsələləri sadalaya
bilirsə, hansıların ki, həlli üçün, onun fikrincə, çoxluğun fikrinin aşkara çıxarılması
əhəmiyyətlidir (məs.: plebisit, rəy sorğusu, sorğu, seçkilər və s.);

Onun sinfində demokratik mühitin olub-olmaması barədə mülahizə yürüdə bilirsə (məs.:
bərabərlik, qarşılıqlı hörmət, əməkdaşlıq atmosferi mövcuddurmu, diskussiya və
müzakirə zamanı istənilən şagird öz fikrini azad surətdə ifadə edə bilərmi);

Gürcüstan əhalisinin rəngarəngliyini cəmiyyətdə dinc yanaşı yaşamağın və tolerantlığın
əsası kimi müzakirə edirsə.
İstiqamət: özünüidarəetmə və idarəetmə
Mül.IX.9.  Şagird Gürcüstan vətəndaşının konstitusiyalı hüquqları və
azadlıqlarını, vəzifələrini və məsuliyyətlərini təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Gürcüstan vətəndaşlığının əsaslarını və şərtlərini təsvir edə bilirsə;

Gürcüstan vətəndaşının konstitusiyalı hüquqlarını və azadlıqlarını İnsan Hüquqlarının
ümumi bəyannaməsini müddəaları ilə müqayisə edə bilirsə;

Gürcüstanda vətəndaşların bərabər hüquqluğunun qarantları barədə mülahizə yürüdə
bilirsə;

Yaş dövrünün xəttini çəkə bilirsə, hansında ki, Gürcüstan vətəndaşının əsas hüquqları,
vəzifələri və müvafiq məsuliyyətləri göstəriləcəkdir;

Gürcüstanın yetkinlik yaşına çatmamış və yetkinlik yaşına çatmış vətəndaşlarının hüquqi
vəziyyətinin fərqlərini və ya oxşarlıqlarını ayıra bilirsə;

Özünün qanuni hüquq-vəzifələrini və məsuliyyətlərini hüquqi sahələrə əsasən qruplaşdıra
bilirsə (mülki, inzibati,cinayət və s.);

Gürcüstan vətəndaşının hüquq-vəzifələrini onların həyata keçirilməsi şərtlərinə əsasən
qruplaşdırmağı bacarırsa (məs.: vətəndaşın iradəsi kifayətdir, ictimai barışıq kifayətdir,
dövlətin hərəkəti zəruridir).
Mül.IX.10.  Şagird Gürcüstanın dövlət idarəçiliyi sistemini təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Mərkəzi və yerli hakimiyyət arasında fərqlər barədə mülahizə yürüdə bilirsə;



Sinif yoldaşları ilə birlikdə hakimiyyətin müxtəlif qollarını (icraçı, qanunvericilik və
məhkəmə) qruplaşdıra və onların funksiyalarını müəyyənləşdirməyi bacarırsa;

Dövlət orqanlarından birini seçir və onu hakimiyyətin müvafiq qolu ilə əlaqələndirə
bilirsə; bu orqanın funksiyalarını müzakirə edir və onun hakimiyyətin başqa orqanları ilə
əlaqəsini aydınlaşdıra bilirsə;

Özünün yaşadığı yerdə həll olunası məsələlərin siyahısını tərtib edir və müvafiq olaraq
hakimiyyətin birinci müraciət olunası nümayəndəsini sadalayır; özünün gəldiyi nəticəni
əsaslandırırsa (qollarla və səviyyə-instansiyaya əsasən);

Sinif yoldaşlarından ibarət qrupla birlikdə hər hansı bir dövlət orqanını seçirsə (məs.:
qamqeoba-meriya, parlament, məhkəmə, nazirlik və s.) və müvafiq qondarma “Qulluğun
bir günü” oyununda iştirak edirsə;

Hakimiyyətin orqanlarından birinin (məs.: parlament, prezident, şəhər meri,
özünüidarəetmə orqanı, hakim və s.) seçilməsi qaydalarını müzakirə edirsə; Gürcüstan ilə
başqa ölkənin nümunəsini müqayisə edirsə; onun fikrincə, onlar arasında daha ədalətli
qaydaları ayıra bilirsə;

Sinif yoldaşlarından ibarət qrupla birlikdə hər hansı bir seçkili vəzifənin və ya orqanın
(məs.: məktəb direktoru, deputat, mer və ya başqa) barəsində informasiya toplayır və
qondarma seçkilərdə onun üçün ayrılmış rolu yerinə yetirirsə (məs.: seçici, namizəd,
tərəfdar, müşahidəçi, jurnalist, hüquq mühafizə işçisi və s.),ehtimal olunan və alınmış
nəticələri bir-biri ilə müqayisə edirsə, bunun əsasında da sinif yoldaşları ilə birlikdə hər
bir iştirakçının rol-funksiyasını qiymətləndirməyi bacarırsa;

Dövlətin demokratik prinsiplərini (məs.: hakimiyyətin bölünməsi və nümayəndəliliyi,
çoxpartiyalılığı, söz azadlığı və s.) sadalayır və hər birinə əsasən Gürcüstanın dövlət
hakimiyyətini xarakterizə edirsə; hər hansı bir başqa demokratik dövlətlə müqayisə
edirsə; təhlil əsasında hansı idarəçiliyin daha demokratik olduğu nəticəsini çıxarırsa.
Mül.IX.11.  Şagird məktəbin özünüidarəetməsinin demokratik prosesində
səmərəli iştirak edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Onun fikrincə, sinif üçün (yaxud məktəb üçün) həllində özü iştirak etmək istədiyi aktual
məsələləri sadalayırsa və sinif yoldaşlarına, sinif rəhbərinə və ya məktəbin
müdiriyyətinə) bu məsələlərin nizama salınmasının onun tərəfindən tərtib edilmiş planını
təqdim edirsə;

Sinif yoldaşlarına 7 sinifdə işlənib-hazırlanmış məktəb konstitusiyasının məzmununu
izah edirsə; onları sənədə daxil ediləsi dəyişikliklərlə və əlavələr layihəsi ilə tanış edirsə;
öz fikrini əsaslandırarkən reqlamentə əməl edirsə;



Sinif yoldaşlarından ibarət qrupla birlikdə hazırlanmış demokratik sinif/məktəb modelini
şifahi və ya yazılı surətdə təqdim edirsə; öz nəticələrini təsdiq etmək üçün dəlillər
gətirirsə;

Öz məktəbinin özünüidarəetməsi nümunəsində demokratiya quruculuğunda şagirdlərin
rolunu müzakirə edə bilirsə;

Şagirdlərin, valideynlərin, müəllimlərin və məktəb müdiriyyətinin keyfiyyətli tədris üçün
əməkdaşlığının əhəmiyyətini əsaslandırmağı bacarırsa;

Sinif yoldaşlarından ibarət qrupla birlikdə məktəb özünüidarəetməsi orqanının
fəaliyyətini və onların nəticələrini müzakirə edirsə; müzakirənin nəticələrini təhlil edirsə
və məktəb həyatının yaxşılaşdırılması barədə tövsiyələr yazırsa, bunları müvafiq
kompetensiyalı şəxsə və ya orqana müvafiq formada təqdim edə bilirsə.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə