Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə44/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32231
1   ...   41   42   43   44   45   46   47   48   49

hərəkətlərini ayıra bilirsə; qrupla birlikdə onu doğuran səbəblər və onun nizama salınması
yolları barədə fikir yürüdə bilirsə;

Öz həmyaşıdları üçün fəal məsələlər üzrə mülahizə yürüdürsə (dostluq, valideynlə əlaqə,
peşə seçimi və s.); verilmiş məsələ ilə əlaqədar müxtəlif mövqenin güclü və zəif
cəhətlərini dəqiqləşdirməyi bacarırsa;

Məktəbin inkişafı (məs.: tədrisin keyfiyyəti, texniki təchizat, gəlirlərin artması, milli və ya
beynəlxalq layihələrdə iştirak və s.) ilə əlaqədar sinif diskussiyasında və ya məktəb
özünüidarəetməsinin müvafiq orqanının müzakirəsində iştirak edirsə, öz mövqeyini
konkret ifadə edir və müdafiə etməyi bacarırsa;

Onun üçün və ya hər hansı bir ictimai qruplaşma üçün aktual konkret problemi seçirsə
(məs.: təhsil almaq, məşğuliyyət, insan hüquqlarının pozulması, mülki mübahisələr, vergi
münaqişələri, sosial təhlükəsizlik, səhiyyənin və ətraf mühitin mühafizəsi, siyasi və ya dini
ayrı seçkilik və s.); təhlili əsasında tərəflərin hüquqlarının müdafiəsi və qanuni
hərəkətlərin nəzərə alınması ilə  konkret problemin həlli planını yazmaq üçün
informasiya toplayırsa (bir neçə variant mümkündür); problemin həllində öz rolunu
müəyyənləşdirirsə, həmfikirlər toplayır və plana uyğun hərəkət edirsə; öz iştirakının
səmərəliliyini qiymətləndirir və nəticələri sinif yoldaşları ilə bölüşürsə;

Vətəndaşların həyatından hər hansı bir konkret münaqişəli halı (sosial, iqtisadi və ya
siyasi) seçirsə; yaranmış vəziyyətlə və tərəflərin mənafeləri ilə tanış olursa; sinif
yoldaşları ilə birlikdə qeyd edilən halı və onun həllinin alternativ variantlarını oynaya
bilirsə; bu yolların pis və ya yaxşı cəhətləri barədə mülahizə yürüdürsə və dostları ilə
birlikdə münaqişənin ədalətli həllinin planını əks etdirirsə.
Mül.X.11.  Şagird ölkənin demokratikləşdirilməsində vətəndaşların rolunu
təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Demokratiyanın əks olunması və inkişaf etdirilməsi barədə mülahizə yürüdürsə;
Gürcüstanın və hər hansı bir ölkənin nümunələrini müqayisə edirsə;

Müəllimlə və sinif yoldaşları ilə birlikdə tədris ili ərzində onlar üçün məcburi xarakter
daşıyan hüquqlar və vəzifələr siyahısını tərtib edə bilirsə;

Gürcüstan Konstitusiyası ilə təsbit edilmiş hüquqlar və vəzifələr barədə fikir yürüdürsə
və insan hüquqlarının beynəlxalq bəyannamə ilə təsbit olunmuş hüquq və vəzifələr
barədə mülahizə yürüdürsə və onları müqayisə edirsə;

Gürcüstanın və ya başqa ölkənin tarixindən cəmiyyətin təsiri ilə dövlət idarəçiliyində
dəyişikliklərin baş verdiyini əks etdirən hadisələri sadalayırsa; bu hadisələrin nəticələrini


demokratiya quruculuğunun irəliləyişi (yaxud əks tərəfə) nöqteyi-nəzərindən
qiymətləndirirsə;

Demokratiyanın əsas prinsiplərini xarakterizə edir və onları insan hüquqları və vəzifələri
ilə əlaqələndirirsə; öz mülahizələrini onun üçün məlum olan beynəlxalq sənədlərin
müddəalarının köməyi ilə əsaslandırırsa (məs.: İnsan Hüquqları Üzrə Ümumi
Bəyannamə, İnsan Hüquqları Üzrə Avropa Konvensiyası, Uşaqların Hüquqlarını
Müdafiə Konvensiyası və s.);

Gürcüstan Konstitusiyasında Gürcüstan vətəndaşlarının seçki hüquqlarına aid olan
maddələr tapırsa; onların təhlili əsasında onların demokratik və ədalətli seçkilər
prinsipləri ilə uyğunlaşdırılması barədə fikir yürüdürsə (məs. ümumi, birbaşa, gizli
səsvermə, bərabərlik) öz məktəbinin, yaşayış yerinin və regionunun nümunəsində
müxtəlif seçki (məs.: majoritar, proporsional və s.) sistemlərini vətəndaşların
hüquqlarının müdafiəsi mövqeyindən qiymətləndirməyi bacarırsa;

İctimai-siyasi həyatdan əhəmiyyətli hadisələri seçir və sinif yoldaşlarından ibarət qrupla
birlikdə bu hadisədə insanların iştirakının motivasiyasını, imkanlarını və dərəcəsini
müzakirə edirsə; müvafiq hüquqi sənədlərin təhlili əsasında ictimai şərikli iştirakın
həvəsləndirilməsi üçün tövsiyələr yazırsa;

Məktəbin qəyyumlar şurası və ya müdiriyyətinin tədris prosesi ilə əlaqədar  qərarları ilə
tanış olur və dostları ilə birlikdə müzakirə edirsə; bunların məktəbdə ictimai (məs.:
şagirdlərin özünüidarəsində, pedaqoqların, valideynlərin, qonşu əhalinin və s.)
mənafelərini nə dərəcədə nəzərə alındığını təhlil edirsə və yoldaşlarından ibarət qrupla
birlikdə məktəbin inkişafında cəmiyyətin iştirakı barədə illik hesabat layihəsini yazırsa.


Proqramın məzmunu
X sinif üçün məcburi məzmun məsələlərinin siyahısı
(Aşağıda sadalanan məsələlər bu sinif üçün ayrılmış bütün məzmunun 60%-ni təşkil edir).
Şəxsi inkişaf
1. Özünüqiymətləndirmə, məqsədyönümlük və nailiyyət
2. Şəxsi həyatını idarə və qiymətləndirmə
3. Şəxsiyyətin azadlığı və vətəndaşlığı
4. İnsan ləyaqəti və şəxsi ləyaqət
5. Savad almaq və peşə hazırlığına yiyələnmək imkanları
6. Öz ölkəsində və xaricdə əmək hüquqları
7. Yetkinlik yaşına çatmaq – yeni imkanlar və məsuliyyətlər
Dayanıqlı inkişaf
8. Ailə öhdəlikləri və məsuliyyət
9. Bərabərlik və ədalətlilik: bərabər qanunauyğunluqlar, əsasları, müdafiə mexanizmləri
10. Sosial mühafizə və onun mexanizmləri
11. Problemlərin idarə olunması/həlli
12. Müxtəlif cəmiyyətdə münaqişələr və onların nizama salınması


13. Məhdudlaşdırılmamış və məhdudlaşdırılmış münasibətlər
14. Əməkdaşlıq və rəqabət
Özünüidarə və idarə
15. İctimai fikir, ictimai qərarlar və onları qəbul etmək formaları
16. İştiraketmə mədəniyyəti: imkanlar, formalar və mexanizmlər
17. Şəffaflıq və kütləvilik
18. İctimai sifariş və dövlət öhdəlikləri
19. İnsan hüquqlarını müdafiə vasitələri: azad, ədalətli məhkəmə və hüquq müdafiəçiləri
20. Vətəndaş və qulluqçu-məsuliyyətlərin bölünməsi
21. Azad vətəndaş cəmiyyətin əsasıdır
22. Özünüidarəetmənin əsasları və inkişaf
23. Gürcüstanın dövlət idarəçiliyinin inkişafı.
XI Sinif
Tarix
Standart
İstiqamətlərə əsasən ilin sonunda nail olunası nəticələr:
Ətraf mühit və
iqtisadiyyat
Dövlət idarəçiliyi və
siyasət
İnsan və
cəmiyyət
Din və mədəniyyət
Tar.XI.1.
Şagird
dünya tarixi
proseslərdə iqtisadi
amilin əhəmiyyəti
barədə mülahizə edə
bilər.
Tar.XI.2.
Şagird
resursların və
iqtisadiyyatın
qarşılıqlı təsirini təhlil
edə bilər.
Tar.XI.3.
Şagird
dövlətin nə olduğunu və
əhəmiyyətini təhlil edə
bilər.
Tar.XI.4.
Şagird
idarəçilik strukturlarının
formalaşdırılması və
zamanda dəyişikliklərin
analizini edə bilər.
Tar.XI.5.
Şagird
Gürcüstanda və dünyada
daxili və xarici siyasətin
Tar.XI.6.
Şagird
sosial strukturların
qarşılıqlı
münasibətlərini
tədqiq edə bilər.
Tar.XI.7.
Şagird bu
və ya digər ölkənin
maddi və mənəvi
mədəniyyətinə dinin
təsirini təhlil edə bilər.
Tar.XI.8.
Şagird
müxtəlif
mədəniyyətlərin
qarşılıqlı təsiri
məsələlərini tədqiq
edə bilər.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə