Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə48/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32231
1   ...   41   42   43   44   45   46   47   48   49


“İstehsalın genişləndirilməsi və iqtisadi balansın qorunub-saxlanması” mövzusunda
mükalimələrdə iştirak edirsə;

Qrup halında iş zamanı hər hansı bir qlobal geoekoloji problemi seçir, onun nizama
salınmasının bir neçə əhəmiyyətli tədbirini ayırır və problemin inkişafı ssenarisini
yaradırsa; nəticələri onun üçün arzuedilən formada (qrafika, diaqram və s.) əks etdirirsə;

İl boyu müxtəlif mənbələrdən (elmi ədəbiyyat, dövri nəşrlər, informasiya vasitələri) təbii
və texniki fəlkətlər barədə informasiya toplayırsa²³; onları xəritədə yerləşdirirsə və zaman
xronoloji xəttində qeyd edirsə; nəticələri təhlil edir və sinif yoldaşları qarşısında təqdim
edirsə.
___________________
²³
Müəllim ilin əvvəlində qeyd edilən məsələ ilə əlaqədar tapşırıqlar verir və il boyu monitorinq həyata
keçirir.
İstiqamət: ətraf mühit və sosial sistemlər
Coğ.XI.4.  Şagird siyasi xarakterli qlobal problemlər barədə mülahizə yürüdə
bilər.
Nəticə göz önündədir, əgər şagird:

Siyasi xarakterli qlobal problemlərin meydana gəlməsi, inkişafı və məkan
xüsusiyyətlərini təhlil edirsə, qeyd olunan məsələyə öz münasibətini əks etdirirsə;

Əldə olunmuş informasiya əsasında (statistik göstəricilər, KİV) dünya ölkələrinin hərbi-
siyasi potensialını təhlil edirsə və hər bir vətəndaşın və ölkənin dünyada sülh və inkişaf
işinə hansı hədiyyəni daxil edə biləcəyi barədə fikir yürüdə bilirsə;

Ölkələrdən biri tərəfindən tərksilah və sülhün qorunub-saxlanması işində atdığı konkret
addımları seçir və tanış olursa (informasiya vasitələrindən) və hadisələrin inkişafının
mümkün proqnozlarını işləyib-hazırlayırsa (sxem, ssenari);

Müharibələrin, etnik münaqişələrin və terrorizmin meydana gəlməsinin səbəb-nəticə
əlaqələrini müəyyən edirsə, aşkara çıxmasının formalarını və məkanlarının
özünəməxsusluqları arasında fərqlərini müqayisə edirsə;

İnformasiya toplayır və informasiya əsasında dünya əhəmiyyətli terrorçu təşkilatlarla və
onların fəaliyyət arealları ilə tanış olursa;



Toplanmış informasiyanın əsasında dünyada və Gürcüstanda mövcud olan etnik
münaqişələrin və geniş əks-səda doğurmuş terrorçuluq aktları barədə mülahizə
yürüdürsə; “Qaynar nöqt ələr” xəritəsini tərtib edə bilirsə.
Coğ.XI.5.  Şagird qloballaşma prosesinin sosial-mədəni aspektləri barədə
mülahizə yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Dünyada mədəni diffuziyanın müxtəlif təzahürləri ilə tanış olur və “qlobal mədəniyyət”
xüsusiyyətləri barədə mülahizə yürüdürsə: musiqi, televiziya, idman, turizm;

Müasir dünyada urbanik landşaftların homogenləşməsi barədə mülahizə edirsə;

Mədəniyyətin qlobal diffuziyasının aspektləri – dil, turizm, mətbəx, media, qlobal
brendlər (məs.: Makdonald, Koka-Kola) barədə mülahizə yürüdür və yerli mədəniyyətin
rolunun azalması ilə əlaqələndirirsə;

Antiqloballaşma ideyaları ilə tanış olur və “Qloballaşma millətçiliyə qarşı” mövzusunda
mülahizə yürüdə bilirsə;

Qloballaşmanın müsbət və mənfi amilləri barədə fikir yürüdə bilirsə.
Coğ.XI.6.  Şagird qlobal problemlərin həllində lokal, regional və beynəlxalq
səviyyələrdə işlənib-hazırlanmış əlaqələndirilmiş siyasətin zəruriliyini dərk
edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Əhalinin (ailə, icma, ölkə, region və dünya) yaşayış qaydası, ətraf mühitin mühafizəsinin
anlayırsa, təhsilin və yerli qanunvericiliyin səbəb-nəticə əlaqələri barədə fikir yürüdə
bilirsə; onların sabit inkişafı üçün əhəmiyyəti barədə öz münasibətini əks etdirə bilirsə;

Qlobal problemlərə münasibətdə beynəlxalq təşkilatların təyinatı məsələsi barədə
informasiya toplayır və təhlil edirsə, onlar tərəfindən qlobal problemlərə münasibət və
nizama salınması ilə əlaqədar nəticələr çıxarırsa;

Qlobal problemlərlə əlaqədar Gürcüstan tərəfindən imzalanmış konvensiyalarla və
öhdəliklərlə tanış olursa; sorğu tərtib edir və sosial sorğunun qeyd edilən prosesdə
cəmiyyətin və fərdlərin məlumatlandırılması və bu prosesə qoşulmanın öyrənilməsi
məqsədlərini müqayisə edirsə;

Gürcüstanda və ya hər hansı bir başqa ölkədə qlobal problemlərlə əlaqədar həyata
keçirilmiş və ya keçirilməmiş konvensiyaların və ya öhdəliklərin barəsində informasiya
toplayırsa;



Beynəlxalq ekoloji tarixlərlə tanış olursa və siniflə birlikdə onlar üçün maraqlısını seçirsə
və müvafiq tədbirlər hazırlayırlarsa (açıq dərs, sərgi, konfrans və s.);

Beynəlxalq güc tətbiq etmənin qlobal problemlərin nizama salınmasında nə kimi rol
oynadığı barədə və bunun bəşəriyyətin sabit inkişafı perspektivləri üçün nə dərəcədə
əhəmiyyətli olduğu barədə mülahizə yürüdürsə. Nəticələri arzuolunan formada təqdim
edirsə.
Proqramın məzmunu
XI sinif üçün məcburi məzmun məsələlərinin siyahısı
(Aşağıda sadalanan məsələlər bu sinif üçün ayrılmış bütün məzmunun 60%-ni təşkil edir).
Giriş
1. Qloballaşma
2. Qloballaşma indeksi
3. Qlobal problemlər və onların baş verməsi səbəbləri
4. Qlobal problemlərin qarşılıqlı əlaqəsi
5. Bəşəriyyət və sabit inkişaf perspektivi
6. Gürcüstan və qlobal problemlərlə əlaqədar konvensiyalar²
Siyasi xarakterli qlobal problemlər
7. Yaranma səbəbləri
8. Müharibələr
9. Dünya əhəmiyyətli münaqişələr
10. Terrorizm
11. Terrorçuluq təşkilatları
12. Siyasi xarakterli problemlərin həlli yolları (sülh üçün mübarizə və inkişaf)


Sosial-iqtisadi xarakterli problemlər və xüsusiyyətləri
13. Qlobal problemlər və beynəlxalq təşkilatlar
14. Qlobal sosial-iqtisadi problemlər
15. Maliyyə axınları
16. Qlobal-demoqrafik problemlər
17. Əmək miqrasiyası və pul göndərişləri
18. Ərzaq problemi. Təbii resursların qeyri -bərabər bölünməsi
19. Yaşayış səviyyəsi və dərəcəsi
20. Qlobal sosial və etnomədəni problemlər
21. Mədəni imperializm və mədəni diffuziya
22. Antiqloballaşma hərəkatı
23. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin qlobal sosial-iqtisadi problemləri
__________________
²
Kursivlə verilmiş məzmun məcburi deyildir
24. Sosial-iqtisadi xarakterli problemlərin həlli yolları
25. Beynəlxalq ekoloji tarixlər
26. Minilliyin inkişaf məqsədləri (MDG)
Təbii və antropogen problemlər
27. Təbii mühit və onunla bağlı problemlər
28. Ətraf mühitə yiyələnmək problemləri: atmosfer, hidrosfer, pedosfer
29. Dünya okeanı və onun problemləri
30. Qlobal geoekoloji problemlər – kritik regionlar
31. Texniki tərəqqi və qlobal problemlərin meydana gəlməsi
32. Qlobal xarakterli təbii və antropogen problemlərin həlli yolları
33. Dağlıq ərazilərlə əlaqədar problemlər
34. Sahil zonasına yiyələnmək və onu mühafizə problemləri.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə