Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş


 Reformasiya və reformasiyaya qarşı



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə47/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32231
1   ...   41   42   43   44   45   46   47   48   49

22. Reformasiya və reformasiyaya qarşı:
a) Reformasiyanın məqsədləri, Martin Lüter, vahid katolik aləmin parçalanması;
b) V Karlın fəaliyyətinin iki istiqaməti
c) İngiltərə kilsəsi, Lüteranizm, Kalvinizm, Avropada dini müharibələr; İezuitlər ordeni və
katolikliyin renovasiyası, katolik missionerlər Gürcüstanda
23. XVI-XVIII əsrlərdə Gürcüstan və onun qonşuları:
a) Avropada islam ekspansiyasına qarşı mübarizə
b) Dünya meydanında Rusiyanın peyda olması və Reç-Pospolita
c) Zaqafqaziyada İranın və Türkiyənin maraqları və Gürcüstan məsələsi
24. Hollandiya və İngiltərə inqilabları:
a) Feodal münasibətlərinin pozulması, Hollandiya inqilabı və onun əhəmiyyəti
b) XVI-XVII əsrlərdə İngiltərənin irəliləməsinin əsasları; İngiltərə inqilabının ilkin şərtləri,
gedişi; Kromvel protektoratı
25. Yeni qitədə yeni dövlət – ABŞ:
a) Amerikanın müstəmləkələşməsi
b) “Müstəqillik bəyannaməsi” – Tomas Ceferson
c) ABŞ-ın yaranması
26. Böyük Fransa inqilabınadək qitə Avropası:
a) Absolutizm (mütləqiyyət): Rişelye, Mazarini, XIV Lui
b) Absolutizm dövrünün iqtisadi ideyaları: merkantilistlər və fiziokratlar
c) VI Vaxtanq və onun dövrünün mədəniyyəti
d) Birinci Pyotrun islahatları
e) Avropada yeddiillik müharibə
f) Gürcüstanın xarici oriyentasiyası məsələsi, Georgiyevsk Traktatı
27. Böyük Fransa inqilabı:
a) Maarifçilik, maarifçilik dövrü ideyalarının Gürcüstana təsiri
b) Fransa inqilabının ilkin şərtləri, gedişi
c) 18 Brümer Çevrilişi
Zəruri əyani vasitələr: Tematik tarixi xəritələr


XI Sinif
Coğrafiya (Qlobal coğrafiya)
Standart
İstiqamətlərə əsasən ilin sonunda nail olunası nəticələr:
Zaman və məkan
Ətraf mühit və
iqtisadiyyat
Ətraf mühit və sosial
sistemlər
Coğ.XI.1.
Şagird
qloballaşdırma proseslərini
məkan-zaman aspektlərini
xarakterizə edə bilər.
Coğ.XI.2.
Şagird sosial-
iqtisadi xarakterli qlobal
problemləri təhlil edə bilər.
Coğ.XI.3.
Şagird təbii və
antropogenik xarakterli qlobal
məsələlər barəsində mülahizə
yürüdə bilər.
Coğ.XI.4.
Şagird siyasi
xarakterli qlobal problemlər
barədə mülahizə yürüdə bilər.
Coğ.XI.5.
Şagird
qloballaşma prosesinin sosial-
mədəni aspektləri barədə
mülahizə yürüdə bilər.
Coğ.XI.6.
Şagird qlobal
problemlərin həllində lokal,
regional və beynəlxalq


səviyyələrdə işlənib-
hazırlanmış əlaqələndirilmiş
siyasətin zəruriliyini dərk edə
bilər.
İlin sonunda nail olunası nəticələr və onların indikatorları
İstiqamət: Zaman və məkan
Coğ.XI.1.  Şagird qloballaşma proseslərinin məkan-zaman aspektlərini
xarakterizə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

“Qlobalizasiya” və “qloballaşma” terminlərini fərqləndirirsə;

Qlobalizasiya indeksinin ölçülməsi metodu (KOF indeksini, yaxud Kerney (AT Kearney)
indikatorları) təhlil edirsə və hər bir meyarın (siyasi qloballaşma, iqtisadi qloballaşma,
sosial qloballaşma, fərdi əlaqələr, informasiya əlaqələri, mədəni yeniliklər) məkan
bölünməsi barədə mülahizə yürüdürsə;

Qloballaşma indekslərinin hesablanması metodlarının tamlığı və onlardan təcrübədə
istifadə etmək imkanları barədə fikir yürüdə bilirsə;

Ölkələrin məkan-zaman yaxınlaşmasında nəqliyyatın və kommunikasiyanın inkişafının
rolunu təhlil edirsə;

Onun üçün aktual olan problemlərin məkan-zaman xüsusiyyətlərini tərtib edirsə;
“qlobal” anlayışını müəyyənləşdirir və bu problemə statusun verilməsi üçün meyarları
işləyib-hazırlayırsa;

Qlobal problemlər arasında səbəb-nəticə əlaqələri barədə ehtimal yürüdürsə və müvafiq
sxem tərtib edirsə;

Qlobal problemlərin siyahısını işləyib-hazırlayırsa və mövcud olanla müqayisə edirsə;
problemlərin yaranması və transformasiyası (yaranma, kəskinləşmə, nizama salma,
dəyişdirmə) səbəblərini təhlil edirsə;

Qlobal problemlər siyahısından Gürcüstan üçün ən aktual problemləri seçirsə; onların
transformasiyası məkanını və zamanını müəyyənləşdirirsə; problemin gedişini əks etdirən
sxem tərtib edirsə.
İstiqamət: ətraf mühit və iqtisadiyyat
Coğ.XI.2.  Şagird sosial-iqtisadi xarakterli qlobal problemləri təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:



Müasir dünyada maliyyə axınlarının miqyasları barədə mülahizə yürüdürsə; beynəlxalq
maliyyə orqanlarının və transmilli korporasiyaların fəaliyyətinin miqyasları barədə
mülahizə yürüdürsə;

Beynəlxalq donorlar və təşkilatlar tərəfindən ayrılmış yardımlar və borclar barədə fikir
yürüdə bilirsə;

Silahlanmaya qənaətlənmiş xərclərin hansı sosial və iqtisadi səmərəni gətirə biləcəyi
barədə mülahizə yürüdürsə;

Sosial-iqtisadi xarakterli qlobal problemlər arasında (məs. beynəlxalq əmək miqrasiyası
və pul göndərişləri (remitansları)) və məntiqi əlaqə yaradırsa və onların miqyasları barədə
mülahizə yürüdürsə;

Xəritələr və başqa mənbələr əsasında ölkələr arasında ərzaq və xammalın qeyri-bərabər
bölünməsini təhlil edirsə; proqramın lokal, regional və qlobal səviyyələrdə həllinin
mümkün yolları barədə ehtimallar söyləyirsə;

Minilliyin inkişaf məqsədləri ilə (MDG) tanış olursa, onlardan birini seçirsə və problemin
aktuallığını xarakterizə edirsə; onların həllinə yönəldilmiş BMT proqramları ilə tanış
olursa;

İnkişafın müxtəlif pilləsində durmuş ölkələri seçirsə; hər bir qlobal sosial-iqtisadi
problemlərin nə dərəcədə kəskinliklə üzə çıxmasını və problemlərə münasibət
bildirməyin yollarının nə dərəcədə fərqləndiyini müqayisə edirsə;

Geridə qalmanın parametrlərini aradan qaldırmağa yönəlmiş tədbirləri təhlil edir və
dünya regionlarının proqnozlu (gələcək) “sosial-iqtisadi inkişaf” xəritəsini tərtib edirsə.
Coğ.XI.3.  Şagird təbii və antropogen xarakterli qlobal məsələlər barəsində
mülahizə yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:

İnsan fəaliyyəti nəticəsində yaranmış ətraf mühiti mühafizə xarakterli qlobal
problemlərin tarixi keçmişdən bu günədək olan dövrünü təhlil edə bilirsə; onların
mümkün birləşdirilməsi barədə ehtimal irəli sürürsə;

Müxtəlif coğrafi vasitələrdən istifadə etməklə atmosferin, hidrosferin, o cümlədən dünya
okeanının, pedosferin və biosferin mənimsənilməsinin əsas istiqamətlərini təhlil edirsə;

Hər hansı bir komponentə yiyələnməklə əlaqədar qlobal problemi seçirsə, ona təhlükəsiz
yiyələnmək barədə mülahizə yürüdürsə və nəticələri arzuolunan formada əks etdirirsə;

İllüstrasiyalardan və başqa mənbələrdən istifadə etməklə qlobal coğrafi problemləri və
iqtisadiyyatın bu problemlərin şərtləndiriciləri olan  sahələri arasında əlaqələr yaradırsa;
tematik xəritələrdən istifadə edirsə və geoloji problemlərin aşkara çıxarılmasının mental
xəritəsini tərtib edirsə;


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə