Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə42/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32231
1   ...   38   39   40   41   42   43   44   45   ...   49

Mül.X.4.
Şagird özünün
gələcək fəaliyyətinin planını
tənqidi qiymətləndirə bilər.
Mül.X.8.
Şagird
Gürcüstanın sabit inkişaf
imkanlarını tədqiq edə bilər.
vətəndaşların rolunu təhlil edə
bilər.
İlin sonunda nail olunası nəticələr və onların indikatorları
İstiqamət: şəxsi inkişaf
Mül.X.1.  Şagird cəmiyyətdə öz yerini müəyyənləşdirə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Özünü mənsub hesab etdiyi ictimai qrupu müəyyənləşdirirsə və onun nailiyyətləri və
maraqları qrupun maraqları və nailiyyətləri ilə nə dərəcədə uyğun gəldiyini qiymətləndirə
bilirsə;

Özünün şəxsi təcrübəsi əsasında keçmişdə baş vermiş və bugünkü həyatda baş verən
əhəmiyyətli hadisələr barəsində mülahizə yürüdürsə, onları bir-biri ilə əlaqələndirirsə və
keçmişdə əldə edilmiş nailiyyət və ya müvəffəqiyyətlərin indiki dövrdə nail olunmuş
nəticələrə nə dərəcədə təsir göstərdiyini təhlil edirsə, bu hadisələrdə özünün şəxsi rolunu
qiymətləndirməyi bacarırsa.
Mül.X.2.  Şagird insan ləyaqətlərinin məğzini təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

İnsan ləyaqətlərinin məğzini izah edə bilirsə;

İnsan ləyaqətlərinin meyarlarını müxtəlif sosial-mədəni mühitdə müzakirə edir və
universal uyğunluqları ayıra bilirsə;

Müxtəlif cəmiyyətdə insan ləyaqətlərinə hörmət amilləri barədə mülahizə yürüdürsə;

Silahlı münaqişələrin qurbanları olanların ləyaqətlərinə hörmət göstərmək imkanları
barədə fikir yürüdə bilirsə.
Mül.X.3. Şagird azad şəxsiyyət ilə fəal vətəndaşın xüsusiyyətlərini əlaqələndirə
bilər.


Nəticə göz önündədir, əgər şagird:

Şəxsiyyətin azadlığı və vətəndaşın fəallıq əlamətlərindən oxşarlıqları ayıra bilirsə;

İnsan hüquqları və azadlıqlarını Gürcüstan vətəndaşının vəzifələri ilə əlaqələndirə bilirsə;

Cəmiyyətdə azad şəxsiyyətin fəal vətəndaş üçün zəruri şərtləri barədə mülahizə yürüdə
bilirsə.
Mül.X.4.  Şagird özünün gələcək fəaliyyətinin planını tənqidi qiymətləndirə
bilər.
Nəticə göz önündədir, əgər şagird:

Həyata keçirilməsini özü planlaşdırdığı ehtimal edilən hərəkətləri müəyyənləşdirirsə,
onları əhəmiyyətinə əsasən dərəcələrə bölürsə;

Sinif yoldaşları ilə birlikdə ümumi gələcək məqsədləri qeydə alırsa, fərqli məqsədləri
müddətlərinə əsasən cədvəl əsasında bir-birinə uyğunlaşdıra bilirsə, onların reallığı və
nail olunma yolları barədə mülahizə yürüdürsə;

Özünün imkanlarının və məqsədlərinin təhlili əsasında fəaliyyətin ehtimala əsasən
özünün gələcək fəaliyyəti ilə əlaqələndirəcəyi sahələri sadalayır;

Sinifdə öz həmfikirlərini aşkar edirsə, hansılarla ki, birlikdə bu sahə barədə informasiya
topladığı və onu müzakirəsindən sonra özünün gələcək ehtimal olunan fəaliyyətini
müəyyənləşdirirsə.
İstiqamət: sabit inkişaf
Mül.X.5.  Şagird sosial problemlərin həllində düşünülmüş iştirak və
əməkdaşlıq edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Özünün yaşadığı yerdə müxtəlif sosial azlıqları ayıra bilər (məs.: tənha qocalar, əlillər,
himayəsiz uşaqlar, immiqrantlar və s.); bu adamlara münasibətdə cəmiyyətin qarşılıqlı
əlaqələrinin özünəməxsusluqları barədə mülahizə yürüdürsə;

Gürcüstanda, onun fikrincə, bütün mühafizə olunmayan sosial qrupları ayıra bilirsə və
cəmiyyət tərəfindən onlara yardım göstərmək imkanları barədə mülahizə yürüdürsə; öz
mülahizələrini əsaslandıra bilirsə;

Sinif yoldaşları ilə birlikdə öz yaşayış məntəqəsində onun günün sağlam rejimi ideyasının
populyarlaşdırılmasına hansı xidmətləri göstərə biləcəyini müzakirə edirsə; plan tərtib


edir və məktəbin özünüidarəetmə orqanları ilə razılıq əsasında, informasiya-
maarifləndirmə kampaniyasını həyata keçirirsə;

Sinif yoldaşlarından ibarət qrupla birlikdə, onun fikrincə, cəmiyyətin kömək durması
zəruri olan ictimai qrupu seçirsə; bu qrupun ümumi məqsədlərini və vəzifələrini aşkar
edirsə; sinif yoldaşları ilə birlikdə bu ictimai qrupun (yaxud da konkret nümayəndənin)
yardımedici tədbirlərini və məktəb özünüidarəetməsinin köməyi ilə planlaşdırırsa,
seçilmiş qrupa kömək məqsədi ilə yerli hakimiyyətin nümayəndələri ilə əməkdaşlıq
edirsə;

Məqsədi məktəbin zərurətlərinin və sinif yoldaşlarının müvafiq imkanlarının
dəqiqləşdirilməsindən ibarət olan “Məktəbə nə əlavə edə bilərik” sinif diskussiyasında
iştirak edirsə; əvvəlki ildə göstərilmiş analoji işin nəticələrini nəzərə alır və özünün sinif
yoldaşları ilə razılaşdırdığı fəaliyyət planını işləyib hazırlayırsa; planlaşdırılmış
fəallıqlarda (məs.: məktəb kitabxanasının və ya idman salonunun tamamlanması, aşağı
sinif şagirdlərinin ekskursiyalarında şagirdlərə kömək göstərmək, məktəbin və ya onun
ətrafının abadlaşdırılması və s.)onun üçün ayrılmış rolu icra edirsə.
Mül.X.6.  Şagird rəngarəng cəmiyyətdə ədalətli münasibətlərin təmin
edilməsi imkanlarını təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Cəmiyyətdə ədalətli münasibətlərin şərtlərini xarakterizə edir və rəngarəngliyin
əlamətləri ilə əlaqələndirməyi bacarırsa;

Bərabərlik prinsipini və münasibətlərin ədalətlilik normalarını bir-biri ilə əlaqələndirməyi
bacarırsa;

Şəxsiyyətə qanuna əməl etməyin nə üçün həvalə olunduğunu izah edirsə; qeyri-qanuni
hərəkətlərin səbəb ola biləcəyi təhlükələri təsvir edir və qiymətləndirirsə;

Sinif yoldaşları ilə birlikdə, öz şəxsi müşahidələri əsasında, hər hansı bir münaqişəli
situasiyanı seçir və oynayırsa, onun nizama salınmasının mümkün yollarını müzakirə
edirsə (məs.: mənafelər mövqeyindən, qaydalar mövqeyindən), verilmiş hal üçün ən
səmərəlisini seçə bilirsə, öz mülahizəsini əsaslandırırsa;

Öz sinfinin nümunəsində (özünün və sinif yoldaşlarının maraqlarının təhlilindən sonra)
insanın şəxsi və ictimai mənafeləri barədə fikir yürüdə bilirsə; nəzərə alınması ictimai
razılıq üçün zəruri olan ümumi mənafeləri ayırırsa;

Tarixi keçmişdən və ya müasir həqiqətdən hər hansı bir ölkəni seçir və onun sosial
strukturunu təsvir edirsə; müxtəlif sosial qrupun hüquqi vəziyyətini, əlaqələrini və hər
birinin ictimai-siyasi həyatda rolunu müzakirə edirsə; təhlilin nəticələri ilə sinif
yoldaşlarını tanış edirsə;


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə