Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə38/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32231
1   ...   34   35   36   37   38   39   40   41   ...   49


Konkret tarixi hadisə barəsində fərqli informasiya, tarixi hadisənin və yaxud şəxsiyyətin
fərqli qiymətini verən iki mənbəni müqayisə edirsə (məs.: Yustinian Qeysərin,Prokofi
Kesarielinin rəsmi və gizli qiymətləndirmə tarixinə əsasən və yaxud Laşa – Giorginin
Laşanın dövründəki salnaməçilər və hadisələri qeydə alanlar tərəfindən verilmiş qiymət);
konkret hadisənin fərqli interpretasiyasının mövcudluğunu şərtləndirən faktorlar barədə
mülahizə yürüdürsə;

Konkret tarixi hadisəyə (şəxsiyyətə) mövcud olan iki (yaxud üç) tarixçinin fərqli nöqteyi-
nəzərlərini müqayisə edirsə, onları tənqidi qiymətləndirirsə və bu tarixi hadisənin
(şəxsiyyətin) barəsində öz nəzərini formalaşdırırsa;

Tarixi interpretasiyanın hipotetik xarakteri barədə mülahizə yürüdür və dərk edirsə ki,
istənilən tarixi interpretasiya yeni materialın tapılması (dərc edilməsi) halında yenidən
qiymətləndirilə bilər;

Tarixi faktı tarixi interpretasiyadan fərqləndirirsə.
Tar.X.5.  Şagird tarixi mənbələrin təsnifatını edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Maraqlı mənbələri tipoloji cəhətcə qruplaşdırırsa;

Nəqli və sənədli tarixə qədərki materialı bir-birindən fərqləndirməyi bacarırsa;

Etnoqrafik və arxeoloji göstəriciləri tarixə qədərki mənbə kimi əhəmiyyətini dərk edirsə;

Linqvistik göstəricilərin tarixəqədərki, mənbə kimi, əhəmiyyətini dərk edirsə;

Folklor materialı barədə, tarixə qədərki mənbə haqqında söhbət aparırsa.
Tar.X.6.  Şagird ilkin və təkrar mənbələri təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

İlkin və təkrar mənbələr barədə mülahizə yürüdürsə;

Tarixi mənbənin müəllifi barədə öz fikrini deyirsə və onu tənqidi qiymətləndirirsə, yəni
nə dərəcədə etibarlı olduğunu bildirirsə (məs.: müəllifin həmin hadisənin iştirakçısı olub-
olmadığını tədqiq edirsə, onun hansı mənbələrdən istifadə etdiyini tədqiq edirsə;
mənbənin müəllifinə senzura təsir göstərirdimi, yoxsa-yox);

Tarixi mənbəni yaratmaq məqsədini – müəllifin motivasiyasını müəyyənləşdirirsə(məs.:
mənbə müəllifinin tarixi şəxsiyyətlə şəxsi münasibətlərini nəzərə alırsa, onun xaricilər
barədə münasibətlərini, onun dövrünün ictimai mühitini, dəyərlərini və mentalitetini
nəzərə alırsa);



Tarixi sənədin yaradılması vaxtı və yeri barədə informasiya əldə edibsə; mənbəni
qiymətləndirərkən orada verilmiş tarixi hadisədən vaxt və yer nöqteyi-nəzərindən nə
qədər uzaqlaşdığını nəzərə alırsa;

Mənbə müəllifinin ən başlıca məqsədi informasiyanı mənbədə mövcud olan bütün başqa
informasiyalardan fərqləndirirsə (məs.:Yakob Uxutsesinin “Şuşanikin iztirabları”
əsərində müəllifin məqsədi xristianlıq uğrunda başından keçən məlikənin həyatını təsvir
etməkdir, lakin eyni zamanda bu əsərdə biz V əsrin II yarısı Kartlinin siyasi, sosial və
mədəni vəziyyətləri barədə məlumatlar əldə edirik);

İlkin mənbələr üzərində iş zamanı tarixi hadisənin iştirakçılarının fərqli dəyərlərini,
maraqlarını, baxışlarını, motivasiyalarını və başqa insani amillərini nəzərə alırsa;

Tarixi mənbələr üzərində iş zamanı səbəb-nəticə əlaqələrini müəyyən edirsə;

Tarixi mənbədən alınmış informasiyanı ictimai həyatın müxtəlif sahəsinə əsasən (siyasi,
iqtisadi, mədəni, dini, sosial münasibətlər) qruplaşdırırsa;

Tarixi dövrü dərk edirsə: a) onun üçün maraqlı dövrdə mövcud olan dəyərləri, baxışları
və imkanları formalaşdırırsa; o dövrün insanlarını öz dövrlərini necə dərk etdiklərini
təsvir edə bilirsə; b) Keçmiş dövrün yalnız bugünkü mövqedən qiymətləndirilməsindən
yan keçməyə çalışırsa.
Tar.X.7.  Şagird tarixi tədqiqatı planlaşdıra və keçirə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Müstəqil şəkildə və ya müəllimin köməyi ilə tədqiqat üçün ona maraqlı olan tarixi
məsələni (şagirdin seçimi tarixi əsərlə, tarixi mövzu üzrə yaranmış bədii ədəbiyyatla,
kinofilmlərlə, memarlıq abidələri ilə, muzey eksponatları ilə tanışlıq və ya hər hansı bir
müasir siyasi hadisənin marağı ilə şərtlənə bilər) seçirsə;

Gələcək tədqiqatın mövzusunu konkretləşdirmək məqsədi ilə seçilmiş tarixi məsələ üzrə
bir və ya iki ümumi xarakterli məqalə ilə tanış olursa (məs.: Gürcü Sovet
Ensiklopediyasında məqalə);

Hansı tip tədqiqat aparmaq istədiyini müəyyənləşdirirsə - onun tədqiqatı yalnız təkrar
mənbələrəmi əsaslanır və ya ilkin mənbələrimi, eləcə də təkrar mənbələrdən istifadə
etmək lazım gələcəyini müəyyənləşdirirsə;

“İşçi” biblioqrafiyası tərtib edirsə (məs.: a)ensiklopediyanın məqaləsinin sonunda
göstərilmiş kitablar əsasında; b) müəllim tərəfindən sadalanmış kitabın məktəblərdə və
ya istifadə olunmuş ədəbiyyatın siyahısında iki və ya üç tədqiqat axtarır və tapırsa);

Şagird biblioqrafiyada kataloqun vasitəsi ilə lazımi ədəbiyyat axtarır və
müəyyənləşdirirsə ki, bu və ya digər kitab və yaxud məqalə gələcək tədqiqat üçün


yararlıdırmı (məs.: kitabın girişi, ön sözü, mündəricatın başlıqları və yarımbaşlıqları ilə
tanışlıq vasitəsi ilə);

Tədqiqatın mənafeləri ilə əlaqədar, müəllimin köməyi ilə ilkin mənbələr axtarır, tanış
olur və qiymətləndirirsə;

Lazım gəldikdə vizual, audio-video, kino materialı və internet resurslar, eləcə də ədəbi
mənbələrin vasitəsi ilə informasiyalar toplayır və onlardan istifadə edə bilirsə (fotolar,
tablolar, freskalar, memarlıq tikililəri, romanlar, poetik və dramatik əsərlər, folklor,
populyar və ya klassik musiqi);

Tədqiqat prosesində tarixi mənbələrdən əldə edilmiş informasiyanı izah etmək və ya
illüstrasiya məqsədi ilə  müxtəlif tip diaqramlardan istifadə edirsə;

Tədqiqatın nəticələri ilə müəllimi müntəzəm tanış edir və onun qeydlərini nəzərə alırsa.
İstiqamət: Kommunikasiya
Tar.X.8.  Şagird tarixi mövzunu yaza bilər.
Nəticə göz önündədir, əgər şagird:

Tarixi mövzunu yazmaq məqsədi ilə onun üçün maraqlı olan məsələləri seçir və onları
tədricən konkretləşdirirsə;

Seçilmiş məsələ üzrə əvvəlcədən tədqiqat keçirdikdən sonra mövzunun əsas ideyasını –
tezisini müəyyənləşdirirsə və onları təkliflər şəklində formalaşdırırsa¹⁹;
___________________
¹⁹
Tədqiqatın ilkin mərhələsində tezisin müəyyənləşdirilməsi və təklif şəklində formalaşdırılması
arzuolunandır, necə deyərlər işçi tezisi tədqiqatın  sonrakı mərhələsində formalaşa-konkretləşdirilə bilər

Mövzunun məqsədini müəyyənləşdirirsə, yəni onun, mövzunun hansı təyinatı vardır –
oxucunun tarixi məsələ ilə əlaqədar məlumatlandırılmasımı (yəni, tarixi məsələnin izahı
aydınlaşdırılması) və ya oxucunu tarixi problemin özünə məxsus görüşünün (dəlilin)
düzgünlüyünəmi inandıracaq;

Müəyyənləşdirirsə ki, onun yazdığı mövzunun oxuyucusu kim olacaqdır (məs.: sinif
yoldaşları, müəllimi, yoxsa olimpiadanın münsiflər heyəti); bu məqsədlə aşağıdakı
suallara cavab verir: gələcək oxucu mövzuda müzakirə olunan tarixi məsələ barədə
əvvəlcədən nə bilir? Mənim mövzum oxucuya hansı biliyi verməlidir? Nə istəyirəm ki,
oxucu yaxından görə bilsin? Mövzunu necə qurmalıyam ki, mənim ideyaların konkret
oxucu üçün başa düşülən olsun?


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə