Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə46/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32231
1   ...   41   42   43   44   45   46   47   48   49


Sinif diskussiyası zamanı xristianlığın gürcü xalqının incəsənətinə və məişətinə hansı
təsiri göstərdiyi barədə mülahizə söyləyirsə; başqa hər hansı bir xristian ölkəsi ilə
paralellər aparırsa;

Milli və ruhani hakimiyyətləri arasında müxtəlif dövrlərdə və ya ölkələrdə
münasibətlərin necə dəyişdiyi və bu dəyişikliklərin ölkənin mədəni inkişafına necə təsir
göstərdiyi barədə mülahizə yürüdürsə.
Tar.XI.8.  Şagird müxtəlif mədəniyyətlərin qarşılıqlı təsiri məsələlərini tədqiq
edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Bu və ya digər xalqın mədəniyyətinin başqa ölkənin tarixi-mədəni gerçəkliyinə pozitiv və
ya neqativ təsir göstərdiyi barədə mülahizə yürüdür və bunları sadalaya bilirsə (məs.:
ərəblər və İspaniya, monqollar və Rusiya);

Fərdi və qrup halında iş zamanı başqa mədəniyyətin  təsir göstərdiyi gürcü mədəniyyəti
abidələrini (məs.: ədəbiyyat, təsviri incəsənət) sadalayırsa; öz seçimini əsaslandırırsa;

Gürcü dini və ya milli təyinatlı abidələri seçir və analoji təyinata malik başqa ölkələrin
abidələrinin memarlığını  aşkara çıxarırsa;

Müxtəlif dövrlərin urbanik mərkəzlərini bir-biri ilə müqayisə edirsə (məs.: Roma
dövrünün şəhəri və orta əsrlərin şəhəri);

Orta əsrlər Gürcüstanının şəhərlərindən birini hər hansı bir Şərq və ya Avropa şəhəri ilə
müqayisə edirsə və onun memarlığına və məişətinə müxtəlif mədəniyyətlərin təsiri
barədə mülahizə yürüdürsə;

Sinif diskussiyası zamanı Avropa və Şərq mədəniyyətlərinin qarşılıqlı münasibətləri və
hər birinin gürcü xalqının incəsənətinə, məişətinə təsiri barədə fikir söyləyə bilirsə.


Proqramın məzmunu
XI sinif üçün məcburi məzmun məsələlərinin siyahısı
(Aşağıda sadalanan məsələlər bu sinif üçün ayrılmış bütün məzmunun 80%-ni təşkil edir).
1. Ən qədim insan:
a) İnsanın yaranması barədə nəzəriyyələr (kreativ və təkamül)
b) Ən qədim insan (inkişafın antropoloji pillələri, Dmanisi kəşfləri və onların
əhəmiyyəti)
2. İbtidai cəmiyyət:
a) Sosial strukturlar: soyadı, icma (liderin rolu və funksiyası, iyerarxiya prinsipi,
soyadlarında və icmalarda əmək funksiyaları); ibtidai din və incəsənət; “Sosial-iqtisadi”
sistem
b) Dünyada və Gürcüstanda ibtidai cəmiyyətin inkişafının mərhələləri;
3. Dövlətin yaranması:
a) Dövlətin yaranması barədə nəzəriyyələr
b) Dövlətin əsas xüsusiyyətləri: yazı, idarəçilik sistemi və s.
c) Sivilizasiya nə deməkdir? Qədim çay sivilizasiyası – Misir, Şumer, Babilistan
d) Assuriyalılar, Hetlər, Urartu; qədim Şərq dövründə qədim gürcü dövlətçilik vahidləri


4. Quru imperiyası – b.e.ə. VI-IV əsrlərdə Əhəmənilər İranı (işğallar, Kiçik Asiyalı Yunan
şəhərləri və Yunanıstanla münasibətlər; Eqrisi ilə münasibətlər, Cənubi-Qərbi gürcü
tayfaları İranın tərkibində, zərdüştlük).
5. Dəniz – şəhər sivilizasiyaları:
a) Finikiya şəhər-dövlətləri və müstəmləkəçilik
b) Yunan polisləri, Dövlət idarəçiliyinin formaları
c) Böyük Yunan müstəmləkəsi və onun Qara dəniz sahilindəki nəticələri, Yunan
mədəniyyətinin yayılma arealı
d) Yunan-İran müharibələri
e) Afina İttifaqı – birinci dəniz “İmperiyasının” yaradılmasına cəhd
f) Pelopones müharibələri
g) Eqrisi və Antik Yunanıstan
6. Makedoniyalı İsgəndər və Ellin dövrü:
a) Makedoniyalı İsgəndərin imperiyası, Ellinləşdirmə və Ellin dövlətlər
b) Gürcü dövlətləri və Ellin aləmi
7. Roma:
a) Romanın yaranması: Roma cəmiyyəti, dövlət quruluşu-çarlıq/respublika
b) Romalıların işğalları (Pun müharibələri, Selekvilərlə müharibə, Mitridatvari müharibələr
və Gürcüstan); Respublikanın süqutu
8. Roma imperiya dövründə:
a) Prensipat və dominat Romanın iqtisadiyyatı, mədəniyyəti, ictimai münasibətləri;
Karakala edikti
b) Roma imperiyası və Gürcüstan, Romanın Parfiya və Sasanilər İranı ilə əlaqələri
9. Xalqların böyük köçü:
a) Roma və “Vəhşi aləm”,  IV-VI əsrlərdə Avropada və Yaxın Şərqdə dəyişikliklər (Alman
tipli birləşmələr, Hunlar; Romanın süqutu, Avropanın siyasi xəritəsi)
b) Şərqi Roma imperiyası – Bizans
10. Xristianlıq – dünya dini: Katakomba kilsəsindən Milan Elikdinə qədər, Roma
imperiyasında və ondan kənarda missionerliyin nəticələri, xristianlaşma zamanı
“Möcüzə” fenomeni (franklar, Kartli, Ermənistan və s.); Netar Avqustine və
Kapadokiyalı rahiblər; gürcü kilsəsi, dünya xristian kilsə yığıncaqları və Gürcüstan


11. Köhnə rəqiblər yeni reallıqda – V-VI əsrlərdə xristian Bizansı və Məzdəkilər İranı:
a) V əsrdə Yaxın Şərqdə və Cənubi Qafqazda İran ilə Bizans arasında mübarizə
b) I Yustinian (Qərbsə Romanın bərpasına göstərilən cəhdlər və Şərqdə qədim imperiya
iddiaları (Xosrov ilə, yəni Şirvanla münasibətlər, Eqrisidə böyük müharibə)
c) Yustinianın hüququ (əhəmiyyəti və miqyasları), mədəniyyəti və quruculuğu
12. Orta əsrlərin Avropa sivilizasiyasının formalaşması (siyasi tarix kontekstində);
a) Papalıq
b) Avropa feodalizmi, Orta əsrlərdə şəhərlər; Avropada kommuna
c) Gürcüstanda feodalizm
13. Orta əsrlərdə xristian aləmində təsir uğrunda mübarizə:
a) Herakl Qeysər və onun dövrü, onun Şərqə və Gürcüstana yürüşləri, Cənubi Qafqaz
ölkələrində xarici siyasət istiqaməti məsələləri
b) İkonaçılıq və onun Qərbə və Şərqdə siyasi-dini nəticələri
c) Vahid Qərbi Avropa Böyük Karlın imperiya çələngi altında, Roma Papası ilə
Konstantinopol patriarxı arasında qarşıdurma; Makedoniya sülaləsi və Gürcüstan,
kilsə ixtilafları və Gürcüstan, gürcü çarlarının xarici siyasət nailiyyətləri
14. Ərəblər – islamın meydana gəlməsi, şiələr və sünnilər, əməvilər və abbasilər, ərəblər
Avropada, Gürcüstanda ərəbçilik, ərəb mədəniyyəti
15. Türk-səlcuqlar – Səlcuq dövlətinin yaradılması, işğallar, Malazgird döyüşü, türk-
səlcuqlar və Gürcüstan
16. Səlib dövrü – səlib yürüşlərinin məqsədləri, hadisələrin xronikası, cəngavərlik ordenləri,
nəticələr, səlibçilər və Gürcüstan
17. Monqolların işğalları və bunun nəticələri, monqollar Gürcüstanda
18. Orta əsrlərdə yeni reallıq:
a) Avropada və Şərqdə (o cümlədən Gürcüstanda)  “Universitetlər dövrü” , Avropa və Şərq
fəlsəfi fikri, elm, yazıçılıq; gürcü mədəniyyətinin “Qızıl dövrü”
b) Rütbə, nümayəndəli orqanlar: böyük azadlıqlar xartiyasından parlamentədək (baş ştatlar,
korteslər, Landstaqlar və s., Gürcüstanda rütbə-nümayəndəli orqanın yaradılmasına cəhd)
19. İntibah dövrü –Bizans dekadensi və İtaliyada intibahın başlanğıcı, intibahın və
humanizmin xüsusiyyətləri, intibahın Avropa mərkəzləri
20. Konstantinopolun süqutu:
a) Osmanlı dövlətinin yaranması və ilk işğallar
b) Katolik Avropa və Bizans: Bizansın süqutunun Avropa və Gürcüstan üçün əhəmiyyəti
(mədəni, iqtisadi və siyasi aspektləri);anti-osmanlı koalisiyası və Gürcüstan
21. Böyük coğrafi kəşflər:
a) Yeni gediş-gəliş yollarının və qitələrin kəşf edilməsi
b) Kolumba qədərki Amerika
c) Müstəmləkəçilik dövrünün başlanğıcı
d) Böyük coğrafi kəşflərin Gürcüstan üçün əhəmiyyəti


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə