Yad qadina məktublar



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə25/31
tarix01.11.2017
ölçüsü0,69 Mb.
#7999
növüYazı
1   ...   21   22   23   24   25   26   27   28   ...   31

   

 

«HEP» VİTAMİNİ   



 

Querida, hamı kimi siz də bilirsiniz ki, Cülyetta Drue bu yaxınlarda çox böyük təmtəraqla 

şöhrətləndirilən dahi Hüqoya tam əlli il ərzində səcdə edib; siz bilirsiniz ki, Cülyetta Drue ona iyirmi 

mindən artıq məktub yazmışdı və həmin məktublarda iyirmi mindən artıq ibarəni (bu vaxt 

yeknəsəqlikdən qaçmağı bacararaq) təkrar eləmişdi: «Sən hamıdan möhtəşəmsən, sən ən gözəlsən… 

Sevgilim, sənə olan sonsuz sevgimi, hüdudsuz məhəbbətimi mənə bağışla… Səni görmək – yaşamaq 

deməkdir; sənin səsini eşitmək – düşünmək deməkdir; səni öpmək – göylərdə qanad çalıb uçmaq 

deməkdir… Salam, mənim sevgilim, salam… Bu gün səhər sən özünü necə hiss edirsən? Mən ki yalnız 

bir şeyi bacarıram – sənə xeyir-dua verməyi, səndən vəcdə gəlməyi və bütün qəlbimlə, bütün varlığımla 

səni sevməyi…»   

Siz – amazonkanın, siz – daşürəklinin, siz – qəddar qəlblinin, siz – dalaşqanın necə heyrətlə 

səsləndiyinizi mən artıq elə buradanca eşidirəm: «Əlli il pərəstiş? Əlli il itaətkarlıq? Ah, yəqin ki, o 

qadın Hüqonu əməlli-başlı bezdirib!» Amma yox, əzizim, belə düşünməyin. Yadınızdadırmı, mən 

özüm də sizə tez-tez işvəkarlığın zəruri həddi barədə xatırladırdım; məlumdur ki, bir çox kişilər və 

qadınlar onlara asan başa gələn şeyləri rədd edirlər və əllərindən sürüşüb çıxmaqda olanı mütləq əldə 

etməyə çalışırlar; mən bilirəm ki, Hüqo zavallı Jülyettanı dəfələrlə aldadıb, hətta qadının hələ babat 

olduğu canısulu vaxtlarında da ona xəyanət edib – Jülyetta bundan dəhşətli dərəcədə əzab çəkmişdi. 

Amma əvəzində başqa qadınlar «külək kimi, dalğa kimi» ötüb-keçmişdi, Jülyetta isə bütün həyatı boyu 

onunla qalmışdı.   

Jülyetta ona görə onunla qalmışdı ki, mübarizə üçün doğulmuş və yaxınlarının etimadına zəruri silah 

kimi ehtiyac duyan    müəyyən tip adamlar – sənətkarlar, siyasətçilər, görkəmli xadimlər gündəlik 

dozada sədaqət və itaətkarlığa tələbat duyurlar. Tərif, Ehtiram, Pərəstiş – bir-birinə yaxın olan bu 

anlayışların tərkibində məxsusi «TEP» vitamini var; bu vitaminsiz onların iradəsi zəifləyir. Bizim 

bədənimiz kalsiuma və fosfora ehtiyac duyur, ruhumuz isə təqdir və iltifata. Bədənimiz günəş 

şəfəqlərindən canlanır, ruhumuz – məhəbbət şüalarından.     

Yeknəsəqdir? Hə, sözsüz ki, bu, bəzən adamı yorur. Mən qəti əminəm ki, Hüqo Jülyettanın iyirmi min 

məktubunun heç də hamısını oxumamışdı. Sənətkarın «təntənəli günlər»indən birini asanlıqla təsəvvür 

etmək mümkündür – ilhamı cuşa gəlmiş şair işə mümkün qədər tez başlamaq üçün tələsdiyi bir vaxtda

səhər tezdən öz sevgilisindən aldığı məktubu açıb kağızı sürətlə gözdən keçirir, əmin olur ki, adi 

izhardan əlavə bir şey deyil və məktubun son sətirlərini oxuyur: «Heyhat! Mən səni hər zaman 

olduğundan daha çox, ilk görüşdüyümüz axşamkı kimi sevirəm» – və kağızı laqeydcəsinə qatlayıb o 

biri məktubların üst-üstə yığıldığı mücrüyə atır. Belə hallar da olurdu ki, başqa bir qadına vurulmuş 

Hüqo məktubların arasında heç də üstü Jülyettanın xətti ilə yazılmış zərfi yox, tamamilə ayrı zərfi 

axtarırdı, Jülyettadan gələn zərf isə eləcə açılmamış qalırdı.   

Lakin ruh düşkünlüyü keçirən şairin təhlükəyə məruz qaldığı, bütün dünyaya qarşı qəlbinin nifrətlə 

dolduğu, əsərlərinə qarşı    böhtanlar uydurulduğu, özünün isə təqiblərlə üzləşdiyi günlər də olurdu. 

Onda «aslan ovçusu» olan şöhrətpərəst qadınlar özlərinə başqa qənimət axtarırdılar və yalnız Jülyetta 

dəyişməz olaraq səhrada, yaxud sürgündə öz şairinin yanında olurdu; onda qadının gündəlik məktubları 

və zərif etirafları yaralanmış və zəhərlənmiş aslana öz qüvvəsini bərpa etməkdə əsl kömək göstərirdi. 

Belə dəqiqələrdə Viktor Hüqo məhz Jülyetta üçün şeirlər yazır və bu qədər illərdən sonra onların 

arasındakı məhəbbətin nə olduğunu müəyyənləşdirməyə çalışırdı:   

 

İki sevən ürək bir olub indi,   



İndən belə ayrı qalmaq çətindi,   

Ah, Jülyetta, xatirələr yüz ildi   

Artıq bizi birləşdirib, deyilmi?   



Əziz dostum! Axşamların dincliyi,   

Gündüzlərin sayrışan şən işığı,   

Sənsən məhəbbətim, sənsən gəncliyim –   

Bu dünyada hər şeyim sənsən mənim!   

 

Sizə elə gəlmirmi ki, qocalıqda bu cür misralara layiq görül məkdən ötrü cavanlıqda şairə səcdə etməyə 



dəyərdi? Əzizim, elə bu dəqiqə qələmi götürüb mənə sayğı və pərəstiş dolu təsirli bir məktub yazın, 

mən isə sizin yubileyinizə sonet həsr etməyə söz verirəm. Əlvida.   

 

LABRYUYERİN MANERASINDA   



 

Xanım, siz parodiyaları xoşlayırsınızmı? Mən özüm həmişə belə hesab edirdim ki, parodiya – tənqidin 

son dərəcə eybəcər formasıdır. İndi isə baxın, təsadüf elə gətirdi ki, bu həftə mən özüm də parodiya, 

yaxud daha dəqiq desəm, təqlid yazası oldum. Bakalavr dərəcəsi almaq istəyənlər üçün belə bir mövzu 

təklif olunmuşdu: «Labryuyerin manerasında bizim dövrümüzün işgüzar adamının portretini təsvir 

edin». Qəzetlərdən biri öz gücünü sınaqdan keçirmələri üçün bir neçə yazıçıya da eyni xahişlə müraciət 

etmişdi. Mənim yazılı işim aşağıdakından ibarət idi.   

 

 



Xarakter   

 

Peyratesdən1 ötrü işdən başqa dünyada heç nə mövcud deyil; o, sözün həqiqi mənasında, var-dövlətin 



bolluğundan çatlayır, sərvətini yığmağa yer tapmır, onun müəssisələri bütün dünyanı başına götürüb. 

«Peyrates, krallığın bütün şəkər zavodları sizə məxsusdur, dayanmaq vaxtı deyilmi?» – «Siz, sadəcə, 

sayıqlayırsınız, – Peyrates cavab verir, – mən buna necə tab gətirə bilərəm ki, kimsə bir başqası mənə 

şəkər qamışı tədarük etsin və bu yolla da varlansın? Lazımdır ki, adada mənim öz şəxsi plantasiyam 

olsun». – «Sizin plantasiyanız artıq var, Peyrates, indi daha razı qaldınızmı?» – «Bəs bu pambıq 

tarlaları?» – o, dərhal etiraz edir. – «Siz onları elə indicə əldə etmisiniz; heç olmasa, indi 

dayanacaqsınızmı?» – «Axı necə? – Peyrates soruşur. – Mən bütün bu pambığın emalı üçün toxuculuq 

fabrikləri tikməliyəm, ya yox?» – «Toxuculuq fabrikləri də var. Nəhayət, sizin istirahət vaxtınız gəlib 

çatdımı?» – «Dayanın görüm, – Peyrates cavab verir, – hansısa maliyyəçi mənim mənfəətimin 

qaymağını yığır. Bu, biabırçılıqdır». – «Özünüz bankir olun». – «Bir zavod mənə yük maşınları satır, o 

biri zavod – mənə lazım olan dəzgahları; bu, məni dəli edir, cin atına mindirir». – «Özünüz onların 

istehsalına başlayın». – «Mənim yük maşınlarım çoxlu benzin işlədir». – «Neft quyuları qazmağa 

başlayın, Peyrates… Bax indi siz artıq sənaye və kənd təsərrüfatı müəssisələrinin bütöv bir şəbəkəsinə 

də sahibsiniz, onlar bir-birini necə də gözəl tamamlayır. Siz daha heç kimdən asılı deyilsiniz, Peyrates. 

Nəhayət, həyatdan zövq almağa başlayacaqsınızmı?»   

Peyrates bu barədə heç düşünmür də. Ona nə sadə insanın    arzuları bəllidir, nə sevinc hissləri. Peyrates 

hər gün sübh tezdən yuxudan qalxır, səliqə ilə tərtib olunmuş cədvəllərin, siyahıların, məlumatların 

üzərinə əyilir və milyonlarla gəlirinin necə artdığını görür, lakin xoşbəxtliyin dadını başqaları duyurlar.   

«Sizin sevinciniz nədədir, Peyrates? Öz arvadınızı siz işinizə qurban vermisiniz və o artıq çoxdandır 

mirvari boyunbağılara bürünmüş halda fağır bir qarıya çevrilib; sizin övladlarınız sizdən sonra davam 

etdirməli olacaqları yorucu, zəhlətökən, başağrıdan təşəbbüslərə əsla maraq göstərmirlər, halbuki 

sələmçilər artıq ayıq-sayıq dayanıblar; əgər övladlarınıza münasibətdə sizin laqeydliyiniz 

çılğınlığınızdan güclü olmasaydı, törəmələrinizin bu qədər ağılsızlığı sizi ümidsizliyə, ruh 

düşkünlüyünə salardı; sizin bircə asudə axşamınız yoxdur ki, həmin axşamı sizə bu qədər baha oturan 

məşuqənizə həsr edəsiniz; o ki qaldı dostlara – axı sizin hansı ürək dostunuz ola bilər ki, siz yalnız 

ətrafınızdakı yaltaqlara və özgə hesabına yaşayan müftəxorlara dözə bilirsiniz?   

Özünə dinclik vermək? İstirahət etmək? Peyrates, siz ən kasıb, ən bədbəxt adamın malik olduğunu da 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə