Yad qadina məktublar



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə21/31
tarix01.11.2017
ölçüsü0,69 Mb.
#7999
növüYazı
1   ...   17   18   19   20   21   22   23   24   ...   31

Vəssalam, hesab eləyin ki, atı mahmızlamısınız. Gecəyarısı sizi elə həmin yerdəcə tutacaq. Əgər 

saqqızınızı oğurlayıb sizi özünə cəlb eləsə, onda batdınız; siz – onun öz yuvasına apardığı sümüksünüz 

və əmin olun ki, sizi axıra qədər sümürməyincə əl çəkməyəcək. Əgər o, hələ öz dostlarını da üstünüzə 

qısqırtsa, sizi bütöv bir xronofaqlar sürüsü didib gəmirəcək. Bu canlılar sürü şəklində qruplaşırlar və öz 

ovlarını bir-biri ilə həvəslə bölüşürlər.   

Sizə nəsihət: xronofaqlarla sərt münasibətdə olun və onları qəddarcasına, amansızlıqla qırın. 

Yumşaqlıq və utancaqlıqla heç nəyə nail olmazsınız. Əksinə, xronofaqların rifahı üçün mikroiqlimi 

məhz elə bu xüsusiyyətlər yaradır. Xronofaqın canı çox bərkdir və onu məhv etmək lazımdır. Zorakılıq 

mənə yad xüsusiyyətdir, amma hazırkı vəziyyətdə bu zəruridir. Siz axı qorunmağa heç bir cəhd 

göstərmədən yırtıcı heyvana icazə verməli deyilsiniz ki, sizi parçalasın. Xronofaq isə eynən yırtıcı 

kimidir, o, sizin həyatınızı parçalayıb qoparır. Çünki bizim həyatımız əgər vaxt deyilsə, bəs nədir?! 

«Hanı o adam ki, vaxtı, heç olmasa, müəyyən qədər, lap az da olsa, qiymətləndirir, hər günün üstündə 

əsməyi bacarır və vaxtın onu anbaan ölümə yaxınlaşdırdığını dərk edir?.. Biz həyatı sabaha saxladıqca, 

o ötüb-keçir. Heç nə bizə vaxt qədər, vaxt dərəcəsində məxsus deyil; vaxt – bizimdir və biz qarşımıza 

çıxan elə ilk adamaca imkan veririk ki, bizə məxsus olan bu yeganə və tezsovuşan var-dövlətimizi işğal 

etsin…»   

Mənim əzizim, gör Seneka iki min il bundan qabaq öz dostu Lutsiliyaya nə yazmışdı və bu, sübut edir 

ki, xronofaqlar hələ insan birliyinin təşəkkül tapdığı ən qədim çağlardan mövcuddur. Lakin ən başlıcası 

– sizin məni qəfildən yaxaladığınız bu pis ovqat heç də ona əsas vermir ki, bəndənizi sizin 

iştirakınızdan, yaxud mənə xəsisliklə bəxş etdiyiniz həmin anlardan məhrum eləsin. Bizim xoşumuza 

gələn qadın heç vaxt xronofaq olmaz, onlar bizim vaxtımızı bizimçün ən xoş olan bir tərzdə doldururlar. 

Əlvida.   

 

NƏZAKƏT ƏLEYHİNƏ   



 

Əzizim, ifrat dərəcədə nəzakətli olmaqdan çəkinin. Bu xüsusiyyət həm kişiləri, həm də qadınları 

nöqsanların ən pisi olan axmaq hərəkətlər törətməyə vadar edir.   

 

Bu həqiqət barədə iki pritça da var,   



Adamı heyran qoyan neçə-neçə misal da…   

 

Parisdə yaşayan ər-arvadın çox yaxın bir ailə dostu vardı – professor B., xalis ləyaqət mücəssəməsi 



olan gözəl insan və öz işinin ustası olan əsl cərrah. Amma vaxt ötdükcə biz hamımız qocalırıq; elə bir 

gün gəlib çatdı ki, skalpel təcrübəli professorun öz qüvvəsini itirmiş əlində əsməyə başladı. Heç 

şübhəsiz, dedi-qoduların yayılmasında onun həmkarlarının da rolu yox deyildi – şəhərdə şayiələr 

dolaşmağa başladı ki, professor B.-nin apardığı əməliyyatlarda acınacaqlı uğursuzluqlar baş verir. 

Professorun möhkəm dostluq telləri ilə bağlı olduğu ailədə ərin    xəstələnməsi də tərslikdən məhz 

həmin vaxtlara təsadüf etdi. Müayinədən və rejim təyinatından sonra həkim əməliyyatın zəruri 

olduğunu bildirib soruşdu:   

– Sizin həkiminiz kimdir?   

Xəstə professor B.-nin adını çəkəndə həkim dərhal üz-gözünü turşutdu:   

– Professor vaxtilə öz işinin ustası olub, indi də çox işgüzar məsləhətlər verə bilər, amma…   

Ər-arvad öz aralarında məsləhətləşdilər. Bu iş üçün bədbəxt B.-nin həmkarlarından kimisə dəvət edib 

sədaqətli dostun xətrinə dəymək olardımı? Hər ikisi bu cür rəftarı qəddar hesab etdi.   

– Və son dərəcə nəzakətsiz! – qadın əlavə etdi. – Özün fikirləş, biz elə ötən həftə onların evlərində 

nahar etmişik.   

Bu təkzibolunmaz səbəb hər şeyi həll etdi. Onlar əməliyyat üçün B.-ni dəvət etdilər, o da öz dostuna 

xidmət göstərməkdən şad olduğunu bildirib dərhal bu təkliflə razılaşdı.   

– Yüngül əməliyyatdır, – o dedi.   



Əməliyyat, həqiqətən də, təhlükəli əməliyyat deyildi, amma xəstə öldü. Əvəzində nəzakətə tam riayət 

olunmuşdu.   

Başqa bir pritça. Bir cavanı ailəsinin dostları tez-tez özlərinin Normandiyadakı şəhərkənarı geniş 

evlərinə dəvət edirdilər. Ev sahibinin qızı gəncə aşkar meyil göstərirdi, qızın valideynləri də onların 

nikaha girməsini ürəkdən istəyirdilər. Amma gənc xanıma dost münasibətləri bəsləsə də, cavan oğlan 

onu çox da gözəl saymırdı və bütün həyatını bu qızla bağlamaq niyyətində deyildi.   

Bir dəfə, almaların çiçək açdığı mülayim havalı gözəl bir yaz axşamı ulduzlu göylərin altında oğlan 

balaca bir ehtiyatsızlığa yol verdi və şam yeməyindən sonra ay işığında gəzməyi təklif elədi.   

– Əla fikirdir, – ev sahibəsi dedi, – Mari-Janna sizinlə gəzintiyə çıxar.   

Cavanlar bağa çıxdılar. Nazik tüstü qatı meyvə ağaclarını bürümüşdü. Şehli otlar ayaq altında güclə 

hiss olunurdu. Qəfildən, sırf təsadüfən Mari-Jannanın ayağı çuxura düşüb büdrədi, cavan oğlan təbii və 

qeyri-iradi sıçrayışla onu qucaqlayıb yıxılmaqdan saxladı. Qız oğlanın ağuşunda, onların dodaqları isə 

bir-birinin lap yaxınlığında peyda oldu. Qız vəcdlə pıçıldadı:   

– Ah! Mən həmişə bilirdim ki, siz məni sevirsiniz…   

Onu çaşqınlıqdan çıxarmaq üçün qətiyyət və əzm lazım idi. Cavan oğlan bunların heç birinə malik 

deyildi. O, düzəldilməsi mümkün olmayan bir şeylə barışdı. Dodaqları tale öpüşünə doğru yol adladı. 

Cavanlar gəzintidən artıq adaxlı kimi geri qayıtdılar. O, bütün həyatını, Svanın dediyi kimi, «öz 

zövqündə olmayan» bu qadınla yaşadı.   

Querida, əgər lazım bilsəniz, son dərəcə nəzakətsiz olun və bundan əsla çəkinməyin. Əlvida.   

 

SİZ KİMSİNİZ – ƏŞYA, YOXSA ŞƏXSİYYƏT?   



 

Bilirsiniz, qadın həm əşya, həm də şəxsiyyət ola bilər. Qadın şəxsiyyətdir – əgər o, sevdiyi kişidən öz 

müstəqilliyini qoruyursa; əgər öz baxışlarında və planlarını qurmaqda tam sərbəstdirsə və əgər öz 

bədəninin ağası, öz düşüncələrinin sahibidirsə. Qadın əşyadır – əgər özüylə əşya kimi davranmağa 

icazə verirsə; lap ən gözəl və qiymətli bir əşya olsa da, şəxsi iradədən məhrumdursa; öz sahibinin istək 

və şıltaqlıqlarına itaətkarcasına tabedirsə və yalnız iştaha gələndə ortaya gətirilən dadlı bir yeməyə 

bənzəyirsə.   

Uzun müddət ərzində qadın yalnız əşya olaraq qalıb. Qədim əyyamlarda qadın hərbi qənimətin bir 

hissəsini təşkil edirdi. Qalib gələn döyüşçünün ələ keçirdiyi silaha, qızıl-gümüş borucuqlara, həmçinin 

əsir düşmüş qadına sahib olmaq hüququ vardı. Bütün bunlar qənimət sayılırdı. Lap bu yaxınlaracan 

bizim paytaxtımızda mövcud olan Parisin mərkəzi bazarında meyvə aldığın kimi, qul bazarında qadını 

rahatca satın almaq mümkün idi. Şəxsiyyət olmaq və öz hüquqlarını uğurla müdafiə etmək üçün qadına 

öz iqtisadi azadlığını əldə etmək lazım idi.   

Fikir verin ki, bir çox kişilər qadının əşyalıqdan çıxmasına bərk heyifsilənirlər. Axı bu çox əlverişli idi! 

Qadın həzz mənbəyi idi, uşaq doğurdu, ona tərbiyə verirdi, ev təsərrüfatını idarə edirdi. Əvəzində o 

yalnız yemək, başı üstündə tavan və bir azacıq da diqqət tələb edirdi. Amma yazıq heç tələb edirdimi? 

İzdivacdan bir müddət sonra ər başqa qadınlara göz qoymağa başlayırdı: oynaş-ər heç bir çətinlik 

çəkmədən evdən sakitcə, hay-küysüz    uzaqlaşa bilirdi.   

Həmin vaxtlar şəxsiyyət olmağı arzu edən qadın, əlbəttə ki, kişini qıcıqlandırırdı. Jorj Sandın 

bədbəxtliyi də elə bu səbəbdən idi. O, hər şeydən öncə insan idi və tələb edirdi ki, onunla insan kimi 

davransınlar. Onu əhatə eləmiş kişilərin əksəriyyətindən ağıllı və dərrakəli olduğu üçün Jorj Sand 

kişilərə heç nədə güzəştə getmirdi. Onun öz baxışları vardı. Sevgi əlaqəsindən təngə gəlib o, bundan əl 

çəkdi – necə ki bunu kişilər edirlər. Gündəlik yaşayış üçün pulu o özü qazanırdı və öz mülkünü, öz 

sərvətini özü idarə etmək istəyirdi. Onun çaşbaş qalmış və bütün bu şeylərdən baş çıxarmayan bədxah 

əri şikayətlənirdi.   

– Mən qadınla yox, deyəsən, kişiylə evlənmişəm, – deyirdi.   

Təkcə əri deyil, Jorj Sandı, az qala, bütün cəmiyyət qınayırdı. Onda isə, əksinə, əsl qadınlıq vardı – Jorj 

Sand həm zahirən, həm davranış baxımından, həm öz hisslərinin ifadəsinə görə, həm də əqli cəhətdən 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə