Yad qadina məktublar



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə19/31
tarix01.11.2017
ölçüsü0,69 Mb.
#7999
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   ...   31

şəhadəti deyil, amma o, istedadlı adamı qocalıqda uğur dalınca qaçmağın şirnikdiriciliyindən xilas edir. 

Nəsihət: heç bir ləyaqətsizliyə yol vermədən həyatda əldə edə biləcəyin heç nəyə etinasız yanaşmaq 

lazım deyil.   

Buna görə də, xanım, böyük oğlunuz olduğu təqdirdə onu qocalığında acı təəssüflərə çevrilə biləcək 

mücərrəd və ifrat təsəvvürlərdən qoruyun. Oğlunuza təlqin edin ki, sevgidən insana gözəl xatirələr qalır. 

Burada mənimlə bir yerdə olan Jerar Bauer «Kazanovanın memuarları»na müqəddimə yazır. Dünən o, 

mənə öz qəhrəmanı haqqında danışdı. Bu qeyri-adi macəra həvəskarı bircə qadına da, bircə lomber 

stoluna da etinasız qala bilmirdi və ətrafındakıları onunla tanışlıq axtarmağa məcbur edən bəlağətli 

nitqə, gözəl danışıq qabiliyyətinə malik idi. Bütün bunlar axırda nəyə gətirib çıxartdı? Ona gətirib 

çıxartdı ki, qocalanda oturub öz coşqun həyat tərzini qələmə aldı və birbaşa əbədiyyətə qədəm qoydu. 

Bu, o demək deyil ki sizin doğma törəməniz Kazanovanı özünə örnək seçməlidir. Yalnız qeyri-adi 

dərəcədə vergili adam həyatda bu dərəcədə qaba rol oynaya bilər; üstəlik də, biz on səkkizinci 

yüzillikdə yaşamırıq. Mən oğlunuza yalnız Horatsinin məsləhətlərinə əməl etməyi məsləhət görürəm: 

«Əgər allahlar sənə tezliklə uğur göndərəcəksə, onda günü – o gözəli tez ovla, qisməti də qaçırtma».   

Mən gözəl başa düşürəm ki, ovqat aydınlığı, həsəd yoxluğu, şorgözlük və şöhrətpərəstlik qocalığa 

münasibdir, bundan başqa, mən başqalarının xoşbəxtlik üçün zəruri saydığı şeylərin heç birindən xəbəri 

olmadan özlərinin xoşbəxt olduqlarını beyninə yeritmiş adamlarla tanışam. Mən özüm də öz həyatımı 

necə varsa, məhz o cür qəbul etməyə və onu başqalarının həyatı ilə tutuşdurmamağa çalışıram; mən 

buna nail oluram, lakin özümə hesabat da verirəm ki, əgər mənim varlığım sevinc hissindən tamamilə 

məhrum olsaydı, bu cür müdriklik mənə çox çətinliklə başa gələrdi. Bir sözlə, bu dünyanın rifahlarının 

ardınca ədəbsiz coşqunluq və qızğınlıqla qaçmayaq, lakin öz yolumuzun üstündə rast gələrkən də üz 

çevirməyək və onları minnətdarlıqla qəbul edək. Həyatı boyu bəxtinə bircə dəfə də olsun səadət payı 

düşmə yən adamlar tək-tükdür, amma onu qoruyub saxlamağı bacaranların sayı daha azdır. Sizi əldə 

etdiyim halda, mənim əzizim, mən sizi itirmək istəmirəm və öz yanımda saxlayıram. Əlvida.   

 

«ÇAR EDİP»   



TAMAŞASINDAN SONRA   

 

Querida, bu günlərdə mən sizi «Komedi-Fransez»də uzaqdan gördüm. Sizin geyiminiz – qızılı kəmərli, 



bəyaz rəngli büzməli paltarınız sizi uğursuz çar Fivə bənzədirdi. Sofokl Evində «Çar Edip» tamaşası 

göstərilirdi. Mən həyəcan içində xatırladım ki, sizi ilk dəfə məhz burada – Rişelye zalında görmüşəm. 

Siz elə yaxşıydınız ki!   

Tamaşa sizin adi dincliyinizi pozmadı. Bu, belə də olmalıdır. Yüksək teatr əsəri tamaşaçını yerindən 

oynadıb həyəcanlandırmır. Ondakı ehtiraslar poeziya ilə nizamlanıb və qədərin möhtəşəmliyi ilə 

tənzimlənib. Bizə qabaqcadan məlum olan hadisələr bizi həyəcanlandıra bilməz. Teatra gələrkən siz 

artıq bilirdiniz ki, Edip öz gözünü qızıl bəndlə çıxaracaq, İokasta isə özünü asacaq. Bax elə ona görə də 

siz saçlarınıza sakitcə əl gəzdirib qonşunuzun üzünə gülümsəyirdiniz.   

Mən yan-yörəmdə heyrətli nidalar eşidirdim.   

– Nə gözəl melodramdır!   

– Nə möhtəşəm detektivdir!   

– Lap eynən Simenondakı kimidir! «Qar üzərində ləkə» sizin yadınızdadır?   

Hansısa yaşlı bir xanım («Axı bu yaşı ötmüş qadınlar niyə mövcuddur?» – Bayron təəccüblənirdi) 

soruşurdu:   

– Yaxşı, bu qanmaz nəyə nail olur ki? Elə ilk on dəqiqədən sonra axırda nə görəcəyini artıq hamı başa 

düşmüşdü… İokasta axı aydınca görür ki, bütün bunları qurdalamaq lazım deyildi. Qadınlarda hissiyyat 

var: onlar xoşagəlməz şeyi görməzliyə vurmağı bacarırlar… Amma yalnız özüylə məşğul olan bu 

heyvərə gərək hər şeyin axırınadək getsin. Özü üçün daha da pis!   

Həqiqət ondan ibarətdir ki, xanım, Edip məhz bu cürdür, Sofoklun onu yaratdığı kimidir və başqa cür 

hərəkət edə bilməz; Tale onun bütün sözlərini, hərəkət və davranışlarını qabaqcadan müəyyən edib. 




«Bu, qədərdir!» – «Gözəl Yelena»dakı xor oxuyur. Qədim yunanlarla bizim aramızdakı nəhəng fərq də 

elə məhz bunda gizlənir. Mən düşünürəm ki, insan öz taleyini allahların iradəsindən kənarda özü 

müəyyənləşdirə bilər. Sofokl belə hesab etmirdi. Onun möhtəşəm pyesinin dramatik gözəlliyi və 

qəhrəman    larının faciəvi aqibəti buradan irəli gəlir. Çünki rəmmalın qabaqcadan dediklərini yalnız 

itaətkarcasına yerinə yetirən Edip özünü müqəssir hiss edir və ən ağır cəzaya layiq bilir. «Öz atamı 

öldürmək və öz anamın məşuqu olmaq mənim alın yazım idi, amma buna baxmayaraq, mən öz cəzamı 

çəkməliyəm…» Eyni sərt əxlaq qaydası yansenistlərin və kalvinistlərin təlimləri üçün də səciyyəvidir.   

Lakin bir münasibətdə, hər necə olsa da, biz sizinlə qədim yunanlara uyğun gəlirik: qan qarışığı hələ də 

bizə əcaib görsənir. Bəşər tarixinin ilkin dövrlərində yaranmış ən sərt qadağalardan biri birbaşa 

qohumluq əlaqəsidir; söhbət birbaşa qohumluq əlaqəsindən gedərkən bu, ən azından mütləq qadağadır. 

Köndələn xətt üzrə qohumluq – başqa məsələdir: Misir fironları qardaşla bacı arasındakı izdivacı hətta 

təqdir də edirdilər. Bayron belə münasibətlərdə ictimai əxlaqa qarşı cağırış görə-görə onlarda 

anlaşılmaz, ikrahedici bir məmnunluq da tapırdı. Onun həyatı barədə kitab yazarkən mənə bu məsələ 

ilə bağlı kifayət qədər incə axtarışlarla məşğul olmaq lazım gəldi. Bayronun Avqusta Leylə cinayətkar 

əlaqəyə girdiyini bir sıra ingilis alimləri inkar edirdilər. Axırda şairin qadın qohumu (həmin vaxt onun 

səksən beş yaşı vardı) məni gizli ailə arxivinə buraxdı. Mən orada bir cüt    qəndilin solğun işığında 

intim gündəliklərin və məktubların şifrini aça-aça həyəcanlandırıcı bir gecə keçirdim. Sübhəyaxın artıq 

hər şey mənə məlum idi və mən hörmətli ev sahibəsinin yanına bir qədər çaşqınlıqla yollandım.   

– Ledi Lovlas, – mən ona müraciət etdim, – əfsuslar olsun ki, artıq bütün şübhələr arxada qaldı… Mən 

qan qarışığının sübutunu aşkar etdim. Namuslu bir tarixçi kimi sənədlərə istinad etməklə bütün bunlar 

barəsində söhbət açmağa məcburam… Qabaqcadan xahiş edirəm ki, məni üzrlü biləsiniz.   

Xanım Lovlas mənim sözlərimi təəccüblə qarşılayıb etirazını bildirdi.   

– Siz axı nəyə görə üzr istəyirsiniz ki? – o soruşdu. – Bayron və Avqusta? Hə, əlbəttə! Yəni, 

doğrudanmı, sizin buna şübhəniz vardı?.. Başqa nə cür ola bilərdi? Əks cinsdən olan iki gənc varlıq 

qarla örtülmüş qaranlıq bir qəsrdə ikilikdə qalmışdı və qapalı şəraitdə xeyli vaxt keçirməli olmuşdu… 

Sizcə, onlar özlərini başqa nə cür aparmalıydılar?   

Bu söhbətdən mən başa düşdüm ki, məşhur qadağaya XIX əsrin İngiltərəsində Qədim Yunanıstanda 

olduğu qədər də mütləq qaydada əməl olunmurdu. Amma hər necə olsa, mən belə hesab edirəm ki, həm 

ailənin, həm də qəlbin rahatlığını qorumaq üçün bu qadağa son dərəcə zəruridir. «İokasta»ya, 

«Fedra»ya, «Od içində torpağ»a baxmaqla buna özünüz də əmin olun. Məhəbbəti öz qohumlarınızdan 

kənarda axtarın. Əlvida.   

 

DÖZÜMÜN HÜDUDLARI HAQQINDA   



 

Öz xeyirxahlığında ifrata varmaq bəzi adamlar üçün böyük tamahdır. Canlı təsəvvürləri yaxın adama 

edilən güzəştin onda necə bir sevinc doğuracağına, imtinanın isə onu nə qədər dilxor edəcəyini təxmin 

etmələri üçün onlara tam imkan verir; onlar şıltaqlığı, yaxud qəzəb işartısını izah edən gizli, dərin 

səbəbləri təxmin edirlər, halbuki onların yerində başqaları bunu çox ciddi tərzdə mühakimə edərdi. 

«Hər şeyi anlamaq – deməli, hər şeyi bağışlamaq deməkdir». İnsan hisslərini ideallaşdıran, hər şeydə 

gözəllik axtaran bu adamlar yalnız elə bağışlamaqla və bir-birinin ardınca qurbanlar verməklə 

məşğuldurlar.   

Onlar yalnız özlərini qurban etsəydilər, bəlkə, davranışlarında bir paklıq, bir müqəddəslik olardı. Lakin 

adamlar müqəddəslərlə yaşamaq üçün yaranıblar və mərhəmət bağışlanmaz olur, çünki o, mərhəmət 

göstərilən adama ciddi ziyan vurur, sağalmaz xətər yetirir. Son dərəcə yumşaq ər, yetərincə ciddi 

olmayan ata özləri də bunu istəmədən və buna şübhə etmədən arvadlarının, yaxud    uşaqlarının əxlaqını 

formalaşdırır – onlar arvadlarını və uşaqlarını heç nədə sərhəd bilməməyə, heç bir müqavimətlə 

rastlaşmamağa öyrədir. Lakin insan cəmiyyəti adamların qarşısında öz tələblərini qoyur. Bu yumşaq 

münasibətin qurbanları həyatın sərt gerçəkliyi ilə qarşılaşanda (bu isə qaçılmazdır) onlara çətin olacaq 

– tərbiyə sində ifrat yumşaqlığa yol verilməyən adamlardan qat-qat çətin olacaq. Belələri indiyəcən 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə