Yad qadina məktublar



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə22/31
tarix01.11.2017
ölçüsü0,69 Mb.
#7999
növüYazı
1   ...   18   19   20   21   22   23   24   25   ...   31

xalis qadın idi. Ancaq o, qadın-şəxsiyyət idi, daha qadın-əşya deyildi. Bax bütün məsələ də bunda idi.   

Bu yaxınlarda mən Fransanın iri şəhərlərinin birində bu mövzuda mühazirə oxumuşdum və sonda 

bildirmişdim ki, şəxsən mənim özümün qadın-şəxsiyyətlər daha çox ürəyimcədir, nəinki qadın-əşyalar. 

Bu vaxt onu da etiraf etmişdim ki, cavanlıqda əşya sırasından olan gözəl qadınların məni eynən cins 

itlər kimi dörd tərəfdən əhatə etməsi xoşuma gəlirdi; lakin mən razılaşmışdım ki, bu yalnız keçmişin 

dəhşətli qalığıdır. Mühazirə başa çatarkən yekun qənaətimi söylədim ki, öz kişi-qardaşlarımda olduğu 

kimi, qadın-bacılarımda da insani ləyaqətə hörmətlə yanaşıram.   

Mühazirədən sonra yaxşı bir şam yeməyi təşkil edilmişdi və orada iştirak edən gözəl qadınlar yemək 

masası arxasında öz ərləri ilə şəxsi vəziyyətlərinə dair ciddi mübahisələr apardılar. Qadınların bir çoxu 

hətta bizim dövrümüzdə də onlara əşya kimi münasibət göstərildiyindən şikayət edirdi. Lakin bir qadın 

bu vəziyyətdən çox razı idi.   

– Bəli, bahalı, zəngin əşya olmaq mənim xoşuma gəlir, – o, aşkarca bildirdi.   

– Sənsən əşya?! – qadının əri ucadan dilləndi. – Sən mənim tanıdığım qadınların arasında ən ağayana 

şəxsiyyətsən.   

Bəs siz necə, querida? Siz kimsiniz – şəxsiyyət, yoxsa əşya? Mənə düzünü söyləyin. Əlvida.   

 

QADIN VƏ PEŞƏ   



Birinci məktub   

 

Lap bu yaxın zamanlara qədər qadınların əksəriyyəti ev işlərindən başqa bir iş, uşaqların və ailə 



ocağının qayğısından başqa ayrı bir qayğı bilmirdilər və heç bilmək də istəmirdilər. Düzdür, bəzi 

qadınlar bu və ya digər iş növləri ilə də məşğul olurdular; bu vaxt onlar daha çox ağır və ədalətsiz 

şəraitlərdə əziyyət çəkirdilər, çünki onda çəkilən eyni zəhmətə görə qadına kişidən daha az haqq 

ödənilirdi. Ancaq hətta yalnız ev sahibəsi, sadəcə, evdar olmaq istəyən qadınlar da ərlərinin 

peşələrindən kənarda qala bilmirdilər. Onların qisməti əri həvəsləndirmək – ya ona kömək etmək, ya da 

əksinə, mane olmaq idi.   

Bu gün ailə həyatında peşə xüsusi əhəmiyyət kəsb etməyə başlayıb, belə ki, qadınların əksəriyyəti 

işləyir. Həyat bahalaşır; vərəsəlik yolu ilə keçən sərvət tək-tük hallarda olur və çox da böyük deyil

tələbat isə artır. Kasıb yaşamaq istəmirsənsə, onda ailə büdcəsinə ikinci məvacibin də gəlməsi əsla 

artıqlıq eləməzdi. Təzə qaydalar təzə problemlər doğurur. Ərlə arvadın ikisinin də eyni peşəsi, eyni 

ixtisası olması arzuediləndirmi? Əgər arzuediləndirsə, onda onların bir yerdə işləməsinə mümkünat 

varmı və onların bir yerdə çalışması lazımdırmı, buna dəyərmi? Əgər dəyməzsə, onda onların fərqli 

həyat tərzini bir-biri ilə necə uzlaşdırmalı?   

İşlərin (son vaxtlar tez-tez rast gəlmədiyimiz) ən qədim vəziyyətini müzakirə edək: ailədə yalnız kişi 

işləyir. Arvadı ona hansı köməyi göstərmək imkanındadır? Bir çox hallarda qadının şəxsi öhdəlikləri ilə 

ərinin məşğuliyyəti arasında sərhəd cızmaq çətindir. Mülkədarın arvadı öz əri ilə çiyin-çiyinə işləyir. 

Fermer qadın ferma işlərinin təşkilində və idarə olunmasında vacib rol oynayır. Xırda ticarətlə məşğul 

olan tacirin dükanında arvad həm satıcıdır, həm vitrinin tərtibatçısı, həm də hesabdar. Əgər dükan, kafe, 

yaxud hotel mənzilə bitişikdirsə, onda aydındır ki, ev sahibəsi bütün gün ikisinin arasında qalacaq, 

uşaqlarıyla ərinin müştəriləri    arasında yarıya bölünəcək. Əri olmadığı vaxtlarda arvad bu işlərin 

öhdəsindən bəzən ərindən daha yaxşı gəlir.   

Hətta əgər ərinin kontoru, yaxud emalatxanası evlə əlaqəli deyilsə də, ona bitişik olmadıqda da yenə 

arvadın təsiri böyük ola bilər. Əgər arvad iltifatlı və xoşsimadırsa, o zaman ərinin rəislərlə və 

həmkarlarıyla xoş münasibətlərinin yaranmasında əlahiddə rol oynayır. Ərini ev işlərindən, məişət 

qayğılarından azad etməklə qadın ona bütün diqqətini xidmət pillələrində irəliləməsi üçün sərf etməyə 

imkan yaradır. Əksinə, əgər arvadın xasiyyəti tünddürsə, əgər o, başısoyuqluğa və qeyri-ciddiliyə 

meyillidirsə, onda ərinin ən yaxşı imkanlarını da puça çıxartmağa qabildir. Xoşxasiyyət qadın ərinin ən 

ağır günündə ona bir sığınacaqdır; daim narazı qadın isə «daim daman tavan» kimidir. 

Qıcıqlandırmağına qıcıqlandırır, amma müdafiə etmir.   



Çox mühümdür (xüsusən də Fransada) ki, ciddi təhlükə törədə biləcək təsadüflərdən başqa, arvad 

yüyən rolunda olmasın. Başqa xalqların nümayəndələrindən fərqli olaraq fransız riskə xüsusi meyil 

duymur. Əgər onun beynində uğur qazanmağa kifayət qədər vəd verən qaba niyyət varsa, arvadı kişini 

dəstəkləyərək onu cəsarətli və inadkar olmağa səsləyəcək, eyni zamanda da həmin niyyəti həm ailəyə, 

həm də ölkəyə xidmət üçün yönəldəcək. Əgər qarşısında dayanan problemlərdən başı çıxırsa, onda 

arvadın məsləhətləri daha təsirli və daha inandırıcı olacaq. Bizim dövrümüzdə qızlar müxtəlif elmlərin 

əsaslarını mənimsəyirlər. Onlar buna ehtiyac duyurlar, bir tərəfdən ona görə ki, müxtəlif məişət 

texnikasından daha yaxşı baş çıxartsınlar, digər tərəfdən isə ona görə ki, nüvə fiziki, neyrocərrah, 

yaxud atom-elektrik stansiyasında mühəndis işləyən ərlərinin necə yaşadığını, nə ilə nəfəs aldığını daha 

yaxşı dərk etsinlər. Bu cür məsələlərdə qadının məlumatlılığı ailə ittifaqının, nikah birliyinin 

düyünlərini daha da möhkəmlətmiş olur.   

Ərlə arvadın peşəsinin eyni olması arzuediləndirmi? Yuxarıda biz söylədik ki, söhbət fermer 

təsərrüfatından, xırda ticarətdən, yaxud mehmanxana saxlamaqdan gedəndə bu, demək olar ki, 

qaçılmazdır. Amma daha mürəkkəb peşələr də var axı. Yazıçı, həkim, dövlət xadimi, mühəndis, 

kinorejissor, yaxud jurnalist kişi istəyərmi ki, arvadı onun iş yoldaşı, yaxud köməkçisi olsun? 

Düşünmürəm. Aydındır ki, ərlə arvadın eyni sahədə işlədiyini, necə deyərlər, paralel şəkildə 

çalışdıqlarını təsəvvürə gətirmək mümkündür. Əgər onlar ikisi də, həqiqətən, ləyaqətli adamdırsa, onda 

işgüzar rəqabətləri də ər-arvad bağlılıqlarına təzad təşkil eləmir. Amma əgər onlardan biri paxıllığa, 

yaxud şöhrətpərəstliyə meyi llidirsə, ya da sadəcə, ruhdan tez düşürsə, onda eyni ixtisaslı olmaq şəxsi 

həyatda ciddi çətinliklərə səbəb ola bilər.   

Bu halda, yəni arvad daha talantlı, yaxud daha səriştəli və məharətlidirsə, onda ərin, bəlkə, heç özü də 

bilmədən çox tez-tez paxıllıq hissi keçirəcəyi mümkün və gözləniləndir. Bu, haqsızlıq və səfehlikdir; 

lakin neçə əsrlər uzunu ailədə başçılıq etmiş kişi indi öz şəxsi sahəsindəcə üstələndiyini görəndə onun 

ləyaqəti bundan əzab çəkməyə bilmir. Mən qarşılıqlı sevgi əsasında nikaha girən ər-arvad aktyor 

cütlüyü tanıyırdım; onlar izdivacın ilk vaxtlarında tamamilə xoşbəxt yaşayırdılar. Vaxt ötdükcə arvad 

gözəl bir aktrisaya çevrildi, teatrların direktorları və dramaturqlar ona baş rolları həvalə edirdilər, 

halbuki gözə çarpmayan adi aktyor ər heç cür qabağa gedə bilmirdi və bu sarıdan özünü bədbəxt 

sayırdı. Arvadı ona rəhm etməyə çalışır, əlindən gələni edirdi ki, kişinin heysiyyətinə toxunmasın, 

amma əfsuslar ki, faktlar hər şeyi aydın söyləyirdi. Axırda onların nikahı pozuldu. Kişilər belədir, 

mənim əzizim. Əlvida.   

 

 

QADIN VƏ PEŞƏ   



İkinci məktub   

 

Bizim barəsində danışdığımız çətinliklər çıxılmaz deyil; bu dərdlərin dərmanı var. Birinci: arvad əri ilə 



bir yerdə işləyir və onun ən yaxşı, ən etibarlı köməkçisidir. Əgər tibb bacısı, yaxud həkim qadın 

doktora ərə gedibsə və onun sağ əlinə çevrilibsə, bununla o, nikahın, ailə həyatının möhkəmliyini təmin 

etmiş olur – hətta onun bir mütəxəssis kimi rolu o qədər də gözə çarpmasa da. Eyni sözləri 

stenoqrafiyanı, yaxud makinada yazmağı öyrənmiş və öz jurnalist    ərinin, yaxud    yazıçı və ssenaristin 

katibi olan qadın barəsində də söyləmək olar. İzdivacı birgə əmək kimi möhkəmləndirən ikinci bir şey 

yoxdur. Bu halda qəlblərin ittifaqı peşəkar əməkdaşlıqla tamamlanmış olur. Ərlə arvadın maraqları sıx 

şəkildə çulğaşır və onların arasında təsir sahəsinin bölünməsi məsələsi ortaya çıxmır. Bundan isə nikah 

daha da harmonik və səbatlı olur.   

Öhdəliklərin bu cür bölünməsi tez-tez qadından fədakarlıq tələb edir. Bu, təqdirəlayiqdir. Vaxtilə mən 

ər-arvad həkim cütlüyü ilə tanış idim: onlar ikisi də gözəl təhsil almışdı, klinikada çox yaxşı təcrübə 

keçmişdilər və hər ikisini parlaq gələcək gözləyirdi. Lakin arvad öz ərinin yalnız assistenti kimi 

qalmağa qərar verdi. Bütün mühüm kəşflər, əslində, onların ikisinə məxsus olsa da, yalnız kişinin 

imzası ilə dərc edilirdi. Bir dəfə mən qadını bu təvazökarlığa görə tərifləyəndə o, mənə belə cavab 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə