Yad qadina məktublar



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə18/31
tarix01.11.2017
ölçüsü0,69 Mb.
#7999
növüYazı
1   ...   14   15   16   17   18   19   20   21   ...   31

millətçilik siyasətinin    dəhşətləriylə, mənim ölkəmi iki yerə parçalayan qanlı uçurumla, sürgünlə, 

mühacirətlə, yaxınlarımın həbsiylə, evimin talanmasıyla, ən çətin məqamlarda, ən ağır dəqiqələrdə bəzi 

yaxın dostlarımın xəyanəti ilə əlamətdar olan son on ildə bu acıları çox yaşamışam; bütün bunlar bu 

dünyanın təkmilləşəcəyinə şübhə etmək üçün mənə çox əsaslar verib.   

Amma mən dünyanın düzələcəyinə, onun təkmilləşəcəyinə axı heç vaxt inanmamışam. Mən həmişə 

bilirdim ki, pis adamlar var (yeri gəlmişkən, adətən, belələri axmaq və uğursuz adamlar olur); mən 

həmişə bilirdim ki, bədbəxtlik ilində kütlə qəzəbli və küt ola bilər. Mənim nikbinliyim yalnız ondan 

ibarət idi və indi də yalnız həmin şeydən ibarətdir: mən inanıram ki, biz hadisələrə müəyyən ölçüdə 

təsir etmək iqtidarındayıq və bütün səylərimizə baxmayaraq, hətta bədbəxtliyi dəf edə bilməsək də, 

əgər ona ləyaqətlə sinə gərməyi bacarsaq, deməli, biz onun üzərində qələbə qazanmış olacağıq. Dekart 

bu barədə məndən daha yaxşı deyib: «Mən öz qarşıma taledən daha çox özümü dəf etməyə çalışmaq 

qaydasını məqsəd qoymuşam və heç də dünyanın nizamını deyil, öz şəxsi cəhdlərimi dəyişdirmək 

istəyirəm». Məni əhatə edən yaxşı adamları sevib, pis adamlardan qaçmaq, xeyir işlərə sevinmək, 

bədbəxtliyə ləyaqətlə sinə gərmək, pislikləri unutmağı öyrənmək – mənim nikbinliyimin məğzində 

dayanan budur. Bu nikbinlik həyatda mənə kömək edib. O, sizə də kömək edəcək. Əlvida.   

 

QADININ   



CƏMİYYƏTDƏ VƏZİYYƏTİ HAQQINDA   

 

Xanım, yüksək qabiliyyətə malik qadınlardan biri, bəli, sizin sevmədiyiniz həmin o qadın – Jorj Sand 



hələ bir əsr bundan qabaq qadınların azadlığı uğrunda əsl fədakarlıqla mübarizə aparıb. Məsələyə 

aydınlıq gətirək: Jorj Sandın qoyduğu tələblər bizim dövrümüzün qadınlarını heç bir halda qane 

etməzdi. Jorj Sandı əks cinslərin siyasi bərabərliyi maraqlandırmırdı, çünki o, bunu mümkün və 

arzuedilən saymırdı. Jorj Sand hər şeydən öncə hissiyyat sahəsində bərabərlik tələb edirdi.   

Bu ifadənin altında o, nəyi başa düşürdü? Sand onu nəzərdə tuturdu ki, qadın sevgisiz təslim olmağa 

məcbur edilməməlidir. Adamların məcburi ittifaqı hətta nikahla rəsmiləşdiriləndə belə bu, Jorj Sanda 

cinayət və vəhşilik kimi görünürdü: «Qadının imtina etmək hüququ olmalıdır. Mən təsdiq edirəm, mən 

inanıram ki, ya bütün varlığınla sevməlisən, ya da bəkarətini qoruyub saxlamaqla yaşamalısan…» 

Onun fikrincə: «Günah heç də qadının sevmədiyi adamdan sevdiyi adamın üstünə getməsində deyil, 

sevmədiyi adamla (hətta bu, onun əri olsa belə) yaşadığı həyatdadır». Kişilər hissiyyat sahəsində 

bərabərliyi qəbul etmirdilər. Sand yazırdı: «Sevgidə – qadınlarla eynən kurtizankalar kimi davranılır, 

izdivac həyatında isə – qulluqçular kimi. Qadınları sevmirlər, onların yalnız xidmətlərindən istifadə 

edirlər, bununla belə, hələ onlardan qeyd-şərtsiz sadiqlik də tələb edir, buna ümid bəsləyirlər…»   

O soruşurdu: «Axı kişilər hansı haqla qadınlardan sadiqlik tələb edir ki, söhbət onların özlərindən 

gedəndə bunu lazımsız və gülünc hesab edirlər? Niyə qadınlar bakirə qalmalı, kişilər isə hər cür 

pozğunluq və əxlaqsızlığı özlərinə rəva görməlidir?» Bu sualı belə cavablandırmaq olardı ki, həmin 

vaxt bir xeyli qadın heç də bakirə və sadiq deyildi. Amma ədalətsizlik başqa şeydə idi: belə qadınlar 

cinayətkar sayılırdılar; xəyanətdə ifşa olunan qadın həbs cəzasına məruz qala bilərdi; ərinə xəyanət 

edərkən qadınlar hətta öz uşaqlarının gözlərində də hörmətdən düşürdülər, halbuki eşqbazlıqla məşğul 

olan kişiyə hamı uzaqbaşı əyyaşa, yaxud deyək ki, qurmana baxan kimi baxırdılar – yəni onların 

hərəkəti əlbirliyə son dərəcə yaxın olan bir şıltaqlıq kimi qəbul edilirdi. Sand belə hesab edirdi ki, 

hissiyyat sahəsindəki bu cür qeyri-bərabərlik ağıllı və ədəbli qadınlar üçün azad məhəbbətdə olduğu 

kimi, izdivacda da xoşbəxtliyə nail olmağı çətinləşdirirdi.   

Jorj Sand hər iki cins üçün həm də iqtisadi bərabərlik tələb edirdi. O vaxtlar ərli qadınlar nə öz 

qazanclarından, nə də öz əmlaklarından sərbəst istifadə edə bilməzdilər. Jorj Sand (daha doğrusu, 

Avrora Dütevan) özü ərə gedənə qədər ona nənəsindən miras qalmış böyük Noan malikanəsinin sahibi 

idi. Nikaha girərkən o, mülkün idarəçiliyini ərinə verməyə borclu idi (əri, az qala, onu müflis edəcəkdi). 

O dövrdə ər ailənin ortaq sərvətinə nəzarətsiz rəhbərlik etmək hüququna malik idi. Qadın öz yaşayışına 

və sosial    vəziyyətinə görə hətta kişidən üstün olsa da, nikaha girmək, sanki, qadını kişidən ömürlük 



asılılığa düçar edirdi. Boşanmaq hüququ, demək olar,    mövcud deyildi, belə ki, qadına bu cür 

məhkumluq və əsarətdən xilas olmaq son dərəcə çətin idi. Jorj Sand kişilər üçün olduğu kimi, qadınlar 

üçün də nikah birliyinə sərbəst surətdə xitam vermək hüququ və öz gəlirlərindən sərbəst istifadə etmək 

hüququ tələb edirdi. Onun feminizminin hüdudları belə idi. Sand vətəndaş bərabərliyi məsələlərinə 

toxunmurdu. Ona görə yox ki siyasi əqidəyə malik deyildi: Sand qızğın respublikaçı və sosialist idi; 

lakin o, qadınlar üçün nə səsvermə hüququ tələb etmirdi, nə də seçilmə hüququ. Bax elə onun səhvi də 

bunda idi (burası bu gün bizə gün kimi aydındır), çünki məhz elə vətəndaş bərabərliyi, məhz mülki 

bərabərlik sayəsində qadın iqtisadiyyat sahəsində də yavaş-yavaş bərabərliyə yaxınlaşdı. Qadınlar 

səsvermədə iştirak etməyə başlayandan sonra isə bu səslərdə maraqlı olan deputatlar onların məqsəd və 

hüquqlarına hörmətlə yanaşmağa başladılar.   

Lakin mənəviyyat sahəsində çox az şey dəyişib və bu gün bütün bəşəriyyətin tən yarısı sanki, köləlikdə 

yaşayır: qadınların böyük bir hissəsi belə düşünməkdə davam edir ki, yaşamaq üçün onlara öz 

bədənlərini satmaq lazımdır, özü də bu zərurət müxtəlif miflər və adətlərlə hər cür pərdələnməkdədir. 

Bu mənəvi köləliyə qarşı qanunverici, demək olar ki, tamamilə gücsüzdür. Qadınların xilası – onların 

özlərinin işi olmalıdır. Bu iş ləng gedəcək, çünki qadınlara təkcə kişi tiranlığından deyil, həm də öz 

beyinlərində formalaşmış kişilər və özləri barədəki yanlış təsəvvürlərdən azad olmaq lazımdır.   

«Ola bilsin, hər iki cins bir-birinə düşünüldüyündən daha çox yaxındır, – Rilke demişdi, – və dünyanın 

böyük təzələnməsi, heç şübhəsiz, bundan ibarət olacaq: çaşqınlıqdan azad olmuş kişi və qadın 

bir-birinə rəqib kimi baxmaqdan əl çəkəcək. Onlar öz insani mahiyyətlərini ondan ötrü birləşdirəcəklər 

ki, yüz il boyunca onlara verilmiş ağır can yükünü birgə çəksinlər – ciddiyyət və təmkinlə… Günlərin 

bir xoş günü «qız» və «qadın» sözləri, sadəcə, kişidən fərqli olan cinsi ifadə etməklə 

kifayətlənməyəcək, həm də yalnız onların özlərinə xas olan hansısa bir məna kəsb edəcək. Onlar yalnız 

əlavə olaraq qalmaqdan qurtulacaq və varlığın bitkin formasını əldə edəcəklər – qadın onun həqiqi 

insanlığında peyda olacaq». Həmin gün gələndə qadınların xilası həmçinin kişilərin də xilası olacaq. 

Çünki tiran – eyni zamanda həm də kölədir. Əlvida.   

 

ÖZÜNÜZ ÜÇÜN LAZIMSIZ TƏƏSSÜFLƏR   



HAZIRLAMAYIN   

 

Querida, hazırda mən Monako günəşinin şəfəqləri altında əyləşib Pol Valerinin «Bəzi adamlara 



məktublar»ını oxuyuram. Bu kitabı yaxınlarda Pol Valerinin qohumları çap etdirib. Siz Valerini 

sevirsinizmi? Güman edirəm ki, sevirsiniz. Əks təqdirdə bizim fikir ayrılığımız üçün ciddi əsas 

yaranardı. Mən Valerini indiyədək tanıdığım ən ağıllı iki adamdan biri sayıram; o birisi – filosof Alen 

idi. Qabaqcadan görürəm ki, mənim bu etirafım çoxlarının xoşuna gəlməyəcək.   

Məktubların birində Valeri yazır: «Vasvası adamın həyat tarixçəsini belə yekunlaşdırmaq olar: o, nə 

qədər uzun yaşayırsa, haçansa yanından xoşagəlməz duyğularla ötüb-keçdiyi şeylərin peşmançılığını da 

bir o qədər çox keçirir. Cavanlıqda bu adam qadına ikrahla yanaşırdı; həmin vaxt sevgi ona nəsə 

ikrahedici bir şey kimi görünürdü… Yaşlaşandan sonra onun pulla bağlı bütün şeylərdən zəhləsi 

getməyə başladı. Bir müddət uğur, hətta şöhrət də ona ayıb gəlirdi… İndi isə əlində-ovcunda qalan 

şeylər – hər şeydən təmizlənib arıtlanmış «əlavə məhsulların» puçalı – elə az, o dərəcədə xırda-para, 

çəkisiz, yararsız və dəyərsizdir ki, həyatına bəzək verən heç nəyi yoxdur. Adamın keçmişlə bağlı kədər 

dolu    xatirələri də, başqalarının anlaya bilmədiyi aciz və miskin görkəmi də, dözülməz ağrı-acıları, 

təəssüfləri də buradan qaynaqlanır».   

Bu mühakimələrdə Valerinin özünün hələ şan-şöhrəti onun bütün «əlavə məhsullarıyla» birgə dərk 

etmədiyi 1915-ci ilə aid xeyli gerçəklik mövcuddur. Öz şəxsi heysiyyətinə heç bir zərər toxundurmadan 

qəbul etməyi bacardığın halda, həyatın sənə təklif etdiklərindən imtina etmək – sadəcə, ağılsızlıqdır. 

Bəli, cavanlıqda məhəbbəti dərk etmək lazımdır ki, sevginin bizə bir daha bəxş olunmadığı yaşlı 

çağlarda onun faciəvi əzab və hiddətini öz üzərində hiss etməyəsən. Bəli, qocalıq üçün şöhrət 

qazanmaq lazımdır ki, ömrün axırlarında acı və miskin günlər sürməyəsən. Uğur özlüyündə talantın 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə