Yad qadina məktublar



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə16/31
tarix01.11.2017
ölçüsü0,69 Mb.
#7999
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   ...   31

onun gözündə böyük nüfuz qazandınız. Heç demə, əriniz sizin haqqınızda ona xeyli yaxşı şeylər 

danışıbmış; heç demə, o, sizi fikirləşdiyinizdən daha yüksək qiymətləndirirmiş. Elə buna görə də siz 

Başqa qadına yüngülcə işarə verən kimi o, dərhal gəldi. Bu, məzəli, maraqlı dəyişikliklərə gətirib 

çıxartdı.   

İşdən qayıdanda və Başqa qadını öz evində görəndə əriniz artıq həmin qadının simasında roman 

qəhrəmanını deyil, adi həyatda, gündəlik məişətdə işlənən nəsə bir əşya görməyə adət elədi. Ona elə 

gəlirdi ki, hər ikinizin üzərində ağalıq edir. Lakin çox tezliklə sizinlə Başqa qadın arasında olan 

yaxınlıq ərinizlə onun arasındakı əlaqədən daha sıx oldu. İki qadın daha tez dil tapa bilir. Başqa qadın 

çərənçi idi və bunun ucbatından da səhvə yol verdi. O, özünü saxlaya bilmədi və ərinizdə məhz nələri, 

hansı cəhətləri xoşlamadığını sizə söylədi, üstəlik, onu da əlavə etdi ki, ərinizin ötəri şıltaqlıqlarındansa 

sizinlə dostluğa daha böyük önəm verir. Sizin ağlınız yetərincə idi ki, Başqa qadının dediklərini öz 

Jakınıza çatdırmayasınız, bu barədə ona heç bir söz deməyəsiniz – əlbəttə, bu sözlər ərinizə əzab verər 

və onun mənliyinə toxunardı. Onda bu artıq sizin tərəfinizdən təkcə eyib bir hərəkət deyil, həm də 

taktiki səhv olardı. Əriniz sizə inanmazdı, Başqa qadına şikayətini bildirərdi və o da qəzəb donuna 

bürünüb hamısını danardı.   

Yeni münasibətlərin yetişməsini təmkinlə gözlədiniz. Yalnız bir məsələdə siz Başqa qadının 

məsləhətinə qulaq asdınız və onun təcrübəsindən yararlandınız. O, sizə lazımi ünvanlar verdi və geyimi 

haradan almağı, saçlarınızı harada düzəltdirməyi sizə başa saldı. Siz isə artıq burada onu yamsılamağa 

çalışmadınız, öz şəxsi üslubunuzu, sizə yaraşan tərzi tapmağa çalışdınız. Sizə də, eynən onun kimi, 

təkmilliyə canatma hakim idi və siz öz təkmilliyinizi əldə etdiniz. Təsvirəgəlməz    bir xoşbəxtliklə siz 

ərinizin gözlərinin məmnunluqla sizin üzərinizdə dayandığını gördünüz və adamların arasında sizdən 

qürur duyduğunu hiss etdiniz.   

Təqdirəlayiq bir inadkarlıqla siz Başqa qadını dəvət etməkdə və öz yanınızda saxlamaqda davam 

etdiniz. Onun nüfuzunu həlledici surətdə sarsıtmaq lazım idi. Bu, çox vaxt aparmadı. O, tezliklə öz 

hekayətlərini danışıb tükəndi və özünü təkrarlamağa başladı. Başqa qadın sizin ərinizlə təklikdə 

görüşməkdə davam edirdimi? Əsla inandırıcı görünmürdü, çünki nə işlər görməsi, günü necə başa 

vurması barədə danışarkən əriniz artıq yalanlar quraşdırmırdı. Sizin təntənəniz xəlvəti olsa da, çox 

parlaq idi: bir dəfə siz öz ərinizə üçlükdə maşınla turist gəzintisinə çıxmağı təklif edəndə mübarizəniz 

həlledici qələbə ilə başa çatdı. Sizin sevinciniz gizlincə aşıb-daşırdı. Əriniz əsəbi halda dedi:   

– Yox bir!.. Yenə bu qadınla!.. Başa düşmürəm, sən onda nə tapmısan belə!   

– Bəyəm sən özün demirdin ki, o xoşagələndir?   

– Xoşagələn, – o mızıldandı, – xoşagələn… Yaxşı şərabı xoşlamaq olar, amma daha onunla günaşırı 

ağız yaxalamaq nəyə lazımdır… Sonra da ki, düzünə qalsa, səninlə ikilikdə olmağımız mənim daha çox 

ürəyimə yatır.   

Bundan sonra Başqa qadın sizin həyatınızdan yavaş-yavaş uzaqlaşıb itdi. Görüşləriniz az-az, nadir 

hallarda olurdu; görüşlərarası məsafə getdikcə uzanırdı. Başqa qadın, olsa-olsa, yalnız kölgəyə 

çevrilmişdi. Sonra isə, ümumiyyətlə, mövcudluğunu itirdi.   

Sizin ailə yuvanız xilas edilmişdi. Əlvida.   

 

KİTAB SEÇİMİ HAQQINDA   



 

Ey qəlbimin yad qadını, siz məndən soruşursunuz ki, nələri, hansı kitabları oxumaq lazımdır. Yəqin ki, 

mənim məsləhətlərim sizi təəccübləndirəcək. Mənim müəllimim Alen deyirdi ki, bizim hər birimizə 

heç də o qədər çox kitab oxumaq lazım deyil və bu prinsipin şəksiz üstünlüyünü öz şəxsi nümunəsində 

təsdiq edirdi. Onun kitabxanası başlıca olaraq bir neçə görkəmli müəllifin – Homerin, Horatsinin, 

Tasitin, Sen-Simonun, Retsin, Russonun, Napoleonun (onun Las Kazla söhbətləri), Stendalın, Balzakın, 

Jorj Sandın, Viktor Hüqonun və aydındır ki, filosofların – Platonun, Aristotelin, Dekartın, Spinozanın, 

Kantın, Hegelin, Ogüst Kontun əsərlərindən ibarət idi. Sonrakı illərdə bu müəlliflərin əsərlərinə o,   

Romen Rollanın, Valerinin, Klodelin, Prustun, həmçinin Kiplinqin əsərlərini də əlavə etmişdi.   



Seçim son dərəcə təvazökar bir seçim idi, lakin bu dahiyanə əsərlərin hamısını o çox əla mənimsəmişdi. 

Onları daim, təkrar-təkrar oxuyur, hər dəfə özü üçün yeni gözəlliklər kəşf edirdi. O, belə fikirləşirdi ki

kitabı açan kimi lazımi səhifəni tapa bilməyən adam müəllifi tanımır. Votrenlə Rübamprenin ilk görüşü 

Balzakın hansı romanında təsvir olunub? Hansı romanda oxucu Feliks de Vandeneslə yenidən, artıq 

onun evli vaxtında görüşür? Venteylin septeti barədə birinci dəfə Prustun hansı romanında söhbət açılır? 

Bu və bu kimi suallara cavab verə bilməyən adamları həqiqi oxucu adlandırmaq olmaz. «Tapmaq yox, 

tapdığını öz nailiyyətinə çevirmək vacibdir», – Valeri belə deyirdi. Bir neçə ölməz əsəri diqqətlə 

oxuyub mənimsəmiş qadın özünü gün ərzində üç təzə kitabı fikri dağınıq halda tələsik gözdən keçirən 

qadından daha savadlı saya bilər.     

  Bundan belə bir nəticə çıxırmı ki, müasir müəlliflərə diqqət yetirmək lazım deyil? Əlbəttə ki yox; 

üstəlik də, yaddan çıxartmayın ki, sabah həmin müəlliflərdən bəziləri çox məşhur ismə çevriləcək. 

Amma həddən artıq pərakəndəliyə də lüzum yoxdur. Bəs necə hərəkət etməli? Hər şeydən əvvəl, ilin 

ədəbi məhsuluna özünü «tutmaq» üçün bir az vaxt vermək lazımdır. Nəşriyyatlar, yaxud ədəbi 

dərnəklər tərəfindən şedevr elan edilən və altı ay keçməmiş büsbütün unudulan nə qədər əsərlər, nə 

qədər kitablar var! Yaddaşımızı hədər yerə yükləməyək. Bir az gözləyək. Dünyada tüğyan eləyən kitab 

bolluğunu diqqətlə müşahidə edərək onların arasından özümüzə dostlar seçməyə çalışaq. Bizim 

istənilən birimizin çağdaş müəlliflər arasında öz sevimlilərimiz var. Qoy hər kəs onların yaradıcılığını 

izləsin! Mən qələminə ümid bəslədiyim, inandığım bir neçə cavan yazıçının dərc etdirdikləri yazıların 

hamısını oxuyuram. Əlbəttə, özümçün başqa müəlliflər «kəşf» etməyin də əsla əleyhinə deyiləm, amma 

onların həddən çox olmasını istəmirəm. Yoxsa boğularam.   

Elə ki kitabın mənəvi, yaxud bədii dəyərə malik olduğuna əmin olduq – həmin kitabı əldə etmək 

lazımdır. Yalnız hər zaman əlimizin altında saxladığımız əsərlərlə yaxından və hərtərəfli tanış olmaq 

olar. Müəlliflə elə ilk görüşdəcə onun kitabını oxumaq üçün müvəqqəti borc götürmək münasib və 

hətta ağıllı hərəkətdir. Əgər tezliklə həmin kitabı «oğulluğa» götürmək qərarına gəliriksə, ona 

vətəndaşlıq hüququ vermək lazımdır. Eyni zamanda, yalnız bütün ömrün boyu yaşamaq istədiyin 

kitablarla «evlənmək» və yalnız onları almaq lazımdır.   

Bəs necə oxumaq lazımdır? Əgər kitab bizi «tutursa», birinci dəfə onu tez, sürətlə və maraqla oxuyuruq. 

Biz, sadəcə, səhifələri gözümüzə təpir, onları birnəfəsə uduruq. Amma onu sonradan oxuyarkən (yaxşı 

kitabı dəfələrlə, təkrar-təkrar oxuyurlar) əlində karandaş, yaxud qələm olmalıdır. Xoşagələn parçaları, 

yaxud dərin fikirləri qeyd etməkdən yaxşı vərdiş    yoxdur – zövqü və mühakimə düzgünlüyünü başqa 

heç nə bu cür formalaşdıra bilməz. Özünə söz verməlisən ki, ürəkdən qiymətləndirdiyin yazıçıların 

əsərlərini oxuyarkən heç nəyi ötürməyəcəksən. Balzakın əsərlərində küçələrin, yaxud evlərin uzun 

təsvirlərini buraxan adam onun həqiqi sərrafı sayıla bilməz.   

Son dərəcə səmərəli mütaliə üsulu – «ulduzşəkilli» oxudur: oxucu əsas kitabdan, yaxud süjetdən 

başlayaraq müxtəlif istiqamətlərdə (sanki, ulduzların şüaları üzrə) hərəkət etməklə öz maraq dairəsini 

genişləndirir; misal üçün: mən Prustu oxuyur və ona heyran qalıram. Onun kitablarına dərindən baş 

vurmaqla öyrənirəm ki, Prust özü Reskinin, Jorj Sandın vurğunu olub. Reskini və Jorj Sandı oxumağa 

girişirəm: Prust kimi bir yazıçının yaxşı hesab etdiyinə mənim də biganə qalmağım mümkün deyil. 

Şatobrianın sayəsində mən Juberlə tanış oldum. Şarl Dyu Bo isə məni «İki dəfə itirilmiş Evridik»ə 

doğru itələdi. Vaxtilə Moris Barinq məni Çexovla, Qoqolla qovuşdurmuşdu. Mənəvi dostluq telləri 

məhz bu şəkildə yaranır. Sizin də öz yerinizi müəyyənləşdirməyinizin vaxtıdır. Əlvida.   

YUXUSUZLUQDAN ƏZAB ÇƏKƏN GƏNC   

QADINA MƏSLƏHƏTLƏR   

 

Sizə bu məktubu Marsel – Nitsa qatarında, dizimin üstündə yazıram. Səma gömgöy, tərtəmizdir; göy 



üzündə bir əlcə də bulud yoxdur. Haçansa insanlar sarasinlərdən qorunmaq üçün təpələrin üstündə 

özlərinə balaca, möhkəm, keçilməz şəhərlər tikir, küçələri plitələrdən düzəldirdilər. Günəşin qızılı 

rəngə boyadığı təpələrin qayalıq yamacları yalnız Provansda və Yunanıstanda rast gəlinən ciddi 

geometrik xətlərlə seçilir. Seyr etmək üçün çox gözəl bir mənzərədir, amma mənimlə bir kupedə olan 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə