Yad qadina məktublar



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə12/31
tarix01.11.2017
ölçüsü0,69 Mb.
#7999
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   31

gedişatında qarşılıqlı maraq yaranırsa, yaxud düşüncə barışdırıcı rol oynayırsa, onda hər şeyin 

qaydasına düşməsi mümkündür. Amma əgər nikahın üstündən keçən bir neçə aydan, yaxud hətta bir 

neçə ildən sonra da məlum olanda ki zaman heç nəyi yaxşılığa doğru dəyişmək iqtidarında deyil (ona 

görə ki, ərlə arvad arasındakı ziddiyyətin kökləri artıq çox dərinlərə işləyib), bax onda bu vəziyyəti tam 

şəkildə uyğunsuzluq adlandırmaq olar.   

  Burada səbəblər müxtəlif ola bilər. İlk növbədə – zövqlərin əksliyi. Ərlə arvadın birgə həyata 

uyğunlaşmasından ötrü onların arasında ən azından minimal oxşarlığın olması lazımdır; misal üçün, 

Jorj Sandın nikahı, onun ailə həyatı üzərində düşünün. O, hələ lap gənclik çağında – on səkkiz yaşında 

– baron Kazimir Düdevana ərə getmişdi. Kazimir gözəl bir gəncdir və xanımını xoşbəxt eləmək istəyir; 

öz növbəsində, Jorj Sand da xoş niyyətlə nikah bağlayır və birgə ailə həyatına qədəm qoyur. Lakin o, 

ədəbiyyatı və musiqini qızğın ehtirasla sevən savadlı bir qadındır, Kazimir isə kitabın bircə səhifəsini 

çevirməmiş, yuxu onu tutur. Bir məsələ də var ki, Kazimir öz arvadına heyrandır və buna görə də 

xanımının xoşuna gəlməkdən ötrü var gücüylə çalışır, az qala, lap dəridən-qabıqdan çıxır. Jorj Sand 

ona Paskalı oxumağı məsləhət görür, elədirmi? Eybi yox, Kazimir bunu sınaqdan keçirər. Amma 

heyhat! Kitab onun əlindən sürüşüb yerə düşür və bu, arvadında ona qarşı ikrah yaradır.   

Bundan başqa, Jorj Sand çoxlu roman oxuyub və fikirləşir ki, həyat bu romanlara uyğun gəlməlidir; o, 

ehtiraslı məhəbbətin həsrətini çəkir, istəyir ki, bu sevgi ən yüksək bir şəkildə ifadə olunsun. Bədbəxt 

Kazimirə isə zərif ehtirasların dili qətiyyən tanış deyil. Ondan ötrü ailədə sevgi – ərlə arvadın təbii 

hüquqlarıdır. Ər arvadı öz ağuşuna alır və bununla da hər şey ifadə olunur, hər şey deyilmiş olur. 

Uyğunsuzluqdurmu? Bəli, uyğunsuzluqdur. Qabaqcadan söyləmək əsla çətin deyil ki, lap hər iki 

tərəfdən vaxtaşırı olaraq yetərincə xoş məramlar ortaya çıxsa belə, həmin nikah gəmisi ilk sualtı qayaya 

rast gələn kimi hökmən qəzaya uğrayacaq – o «sualtı qaya» isə hər hansı romantik bir gənc ola bilər.   

Bəzi hallarda ərlə arvad arasındakı ziddiyyətin kökü heç də onların intellektual, yaxud emosional 

səviyyəsinin fərqində olmur, bunun əsasında vərdiş fərqliliyi durur. Ər qənaətcil və ehtiyatkar 

valideynlər tərəfindən tərbiyə olunub, arvad isə – kifayət qədər sərbəst həyat tərzi keçirən düşüncəsiz 

bir ananın tərbiyəsini görüb. Gənc xanımın ev işlərini, ailə təsərrüfatını idarə etmək vərdişi yoxdur, 

mədaxil və məxaricin haqq-hesabını aparmaq zərurəti onu darıxdırır, «ailə büdcəsi» anlayışı onunçün 

mənasız şeydir. Belə ailədə münaqişələr qaçılmazdır – onlar ara vermədən daim yaranacaq və çox tez 

bir zamanda xoşagəlməz problemə çevriləcək. Ər israr edəcək ki, ailənin bütün gəlir və məsrəfləri qeyd 

olunsun və bunlar bir-birinə uyğun şəkildə aparılsın, qadın isə bu qənaətcilliyi cılız qəddarlıq və 

acgözlük əlaməti sayacaq. Əgər onlardan heç biri öz vərdişlərini dəyişməsə, onda bu mübahisələr 

uyğunsuzluq törədə bilər. Eyni vəziyyət ərlə arvadın hər ikisinin həyat ritmi son dərəcə müxtəlif 

olduqda da baş verə bilər. Bir anlığa təsəvvürünüzdə işgüzar, çalışqan, əlindən hər şey gələn və öz 

həyatını bütün mümkün məşğuliyyətlərlə, müxtəlif maraqlarla doldurmağa çalışan, səyahəti xoşlayan, 

daim şən ovqatda olan bir ər surəti canlandırın və onu süst, solğun, ləng, daim yorğunluqdan gileylənən 

və rahatlıq, dinclik həsrəti çəkən fleqmatik bir qadınla eyni tərəzinin gözünə yerləşdirin. Ər həmişə lap 

dəqiqəsinə kimi dəqiqdir, arvad isə hər zaman gecikir, vaxtın qədrini qətiyyən bilmir. Həyat ritminin bu 

cür oxşarsızlığı ucbatından yaranan toqquşmadan necə qaçmalı? Ola bilər ki, qarşılıqlı təmkin yoluyla; 

lakin əziyyətsiz, iztirablarsız keçinmək, onsuz da, mümkün olmayacaq. Əgər umumi – yəni qarşılıqlı 

surətdə qəbul edilən    həyat tərzi yaranmasa, əgər yaxınlıq bir-birindən bu dərəcədə fərqli adamların 

cütlüyünü bir-birinə bənd edə bilməsə, bu halda uyğunsuzluq qaçılmazdır.   

Hətta ərlə arvadın xarakter və zövqləri arasında çox və ya az dərəcədə oxşarlıq olduğu təqdirdə belə, 

bir-birinə daban-dabana ziddiyyət təşkil edən siyasi baxışlar, yaxud dini əqidələr birgə ailə həyatı üçün 

ciddi təhlükə yarada bilər. Elə dövrlər olur ki, buna çox da böyük əhəmiyyət vermirlər, lakin belə 

mərhələlər çox nadir hallarda olur və qısa çəkir. Bizim dövrümüz tələb edir ki, hər bir şəxs həyatda 

müəyyən mövqe tutsun. Əlbəttə, düşünmək olar ki, dindar arvad Allaha inanmayan ərə mərhəmətlə 

yanaşsın, yaxud mütəxəssis-ər mühafizəkar dünyagörüşlü arvada qarşı təmkin nümayiş etdirsin. Amma 

bu «mərhəmətin» ömrü çoxmu uzun çəkəcək? Ərlə arvaddan hər hansı birinin «əminliyi» öz ardınca 

müəyyən davranışlar da gətirəcək ki, bu da digərinin qınağına səbəb olacaq. Müəyyən siyasi 



oriyentasiya həmfikirlərdən ibarət böyük bir dost çevrəsinin əmələ gəlməsinə səbəb olur. Belədə ərlə 

arvaddan hansı birininsə dostları, sadəcə, digərinin düşmənlərinə çevrilir. Güclü məhəbbət hissi hətta 

bu halda da tədricən (vaxt ötdükcə) ərlə arvadın baxışlarının yaxınlaşmasına xidmət göstərə bilər. Bu 

«zərif» arbitrin yoxluğu şəraitində isə ən yaxşısı riskə cəsarət etməməkdir. Çalışın ki, həmişə vacib 

həyati problemlərə baxışları axıradək olmasa da, sizinkiylə üst-üstə düşən kişilərlə (yaxud qadınlarla) 

nikaha girəsiniz. Əks təqdirdə sizi uyğunsuzluq gözləyəcək. Əlvida.           

 

TEATR ƏHVALATLARI   



 

Siz aktyorları sevirsinizmi, xanım? Şəxsən mən özüm onların dəlisiyəm və hər hansı başqa birisindən 

daha çox onlarla söhbətə üstünlük verirəm. Mənə elə gəlir ki, aktyorların öz şəxsi insani 

mahiyyətlərinin uydurulmuş personajlarla çox sıx şəkildə dolaşıq düşməsi ən gözlənilməz və poetik 

effekt doğurur. Səhnəyə çıxana qədər son dərəcə ötkəm danışan canlı və büsbütün dünyəvi bir qadını 

Rasinin qadın qəhrəmanı ilə bir-birinə qəribə tellər bağlayır. Pirandellonun hər hansı dram əsərində 

olduğu kimi, gerçəkliyin uydurma ilə qeyri-adi tərzdə çulğaşdığı müxtəlif teatral əhvalatlar mənə əsl 

məmnunluq bəxş edir.   

Bu yaxınlarda məruzə oxumaq üçün Ruana getmişdim; biri qoca, digəri cavan olan iki aktyorun 

tamaşasından sonra onlar məni «boğazımı yaşlamağa» dəvət etdilər və teatr həyatından bir neçə 

maraqlı əhvalat danışdılar. Cavan aktyor təzəlikcə tamaşaya qoyulmuş bir pyesdə (deyəsən, bu, 

«Sadəlövh qarımış qız» əsəri idi) yeniyetmə rolunu ifa etmişdi. İlk məhəbbətinin oxu daşa dəyən bu 

yeniyetmə özünə qəsd etmək fikrinə düşür və bu məqsədlə dostunun tapançasını ondan oğurlayır. Lakin 

məsələdən vaxtında xəbər tuturlar və dinclik bilməyən aşiqi o ki var tənbeh edirlər. Axırda tapançanın 

sahibi ona ciddi şəkildə deyir:   

– Qaytar görüm mənim silahımı!   

Yeniyetmə aşiq tam üzülmüş halda tapançanı ona uzadır.   

– Bu çox qiyamət səhnə idi, – hadisəni nəql eləyən gənc aktyor öz söhbətinə davam etdi, – di gəl ki 

silahı qaytarmaq lazım olduğu məqamda mən ciblərimi eşələməyə başladım və qəfildən dəhşət 

içərisində dərk elədim ki, silahı götürmək yadımdan çıxıb: tapança kulisin arxasında qalıb…   

– Dramatik vəziyyətdir! Bəs siz necə hərəkət etdiniz?   

– Əvvəlcə qorxudan əsməyə başladım... Sonra, sanki, qəfildən ayıldım və başımı qürurla dikəldib: 

«Yox! – dedim. –    Yox, mən bu tapançanı bir xatirə kimi saxlamaq istəyirəm… Amma sənə and 

içirəm ki, ondan heç zaman istifadə etməyəcəyəm».   

Qeyri-adi dərəcədə şən ovqat!.. Bu əhvalat bir başqasını – Düma-atanın «Antoni» romantik dramının 

təqdimatı zamanı xanım Dorvalın başına gələn məzəli əhvalatı mənim yadıma saldı. O əsər yadınıza 

düşdümü? Sonuncu səhnədə Adeli d’Ervenin məşuqu xəncəri qadının köksünə saplayır. Qadının əri – 

polkovnik d’Erve içəri girəndə qatil ona deyir: «O, mənə müqavimət göstərdi – mən də onu 

öldürdüm!» Ruandakı tamaşaların birində həmin pyesdə oynayan və teatrın direktorunamı, yoxsa 

tamaşaçılara görəmi (indi yadımda deyil) hirslənib özündən çıxmış Bokaj öz məşhur ifadəsini 

söyləmədən qaçıb səhnəni tərk etmişdi… Pyesin gedişatına görə artıq öldürülmüş olan Mari Dorval 

görür ki, Bokaj qaçıb səhnəni tərk etdi, polkovnik isə artıq səhnəyə çıxmaqdadır. İşlərin fırıq olduğunu 

başa düşən aktrisa çox soyuqqanlı bir tərzdə    ayağa qalxır və ərinə deyir: «Mən ona müqavimət 

göstərdim. O, məni öldürdü…» Sürəkli alqışlar. Pərdə və tamaşaçı bunu təbii qarşılayır.   

– Tamaşaçı HƏR ŞEYİ təbii görür… – qoca aktyor söhbətə müdaxilə etdi. – Simonanın, böyük 

Simonanın qənaəti sizə tanışdırmı? O deyirdi: «Tamaşaçı qulaq asmır, əgər qulaq asırsa, deməli, 

eşitmir, əgər eşidirsə, deməli, anlamır».   

– Bir şey şəksizdir: ən qəribə və inanılmaz olan teatrda çox təbii qəbul edilir, – mən öz fikrimi 

bildirirəm. – İolanda Laffon mənə bir əhvalat danışmışdı. O, haçansa «Teatr dez, Arın» səhnəsində 

çıxış etmiş və «Düşkünlük» pyesində Jüditin rolunu oynamışdı;    hadisələrin gedişatında həyəcandan 

başını itirmiş qadın səhnəyə qaçır və özünü alov bürümüş evin üstünə atır. Bundan az sonra səhnəyə 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə