Yad qadina məktublar



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə11/31
tarix01.11.2017
ölçüsü0,69 Mb.
#7999
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   31

görünür».   

Bu esse əsrin əvvəlində yazılmışdı. O vaxtdan bəri çox şey dəyişib; çimərliklər çılpaq bədənlərlə 

doludur, kinoekranlar gözəllik müsabiqələrinin kulislərini minlərlə tamaşaçının üzünə açıb, yunan 

nimfalarının memarlıq çılpaqlığı bizim müasirlərimiz üçün mücərrədlikdən çıxıb. Lakin sərbəstlik – 

nisbi anlayışdır. Bir xalq çılpaq bədənə təmkinlə yanaşır, o biri xalq – yox. Andre Biyi bu anlayışın 

necə dəyişdiyini göstərən müxtəlif deyimləri bir yerə cəmləyərək «Həya» adlı bir kitabça nəşr etdirib. 

Həya təbiidirmi? Yox, bu hiss heyvanlara xas deyil. Onların çoxu yırtıcı quşlar azarlarını öldürərkən 

gizləndiyi kimi, cütləşərkən gizlənir, amma onların gizlənməyi utancaqlıqdan yox, o səbəbdəndir ki, bu 

vaxt düşmən üçün «dişbatan» vəziyyətdə olurlar. Öz bədənlərinə görə utancaqlıq hissi onlara yaddır.   

İnsan nəyə görə həyalı və utancaqdır? Qismən ona görə ki, ondan ötrü sevginin müəyyən zamanı 

mövcud deyil və hamı çılpaq olsaydı, insan cəmiyyəti böyük çətinliklər qarşısında, çox müşkül 

vəziyyətdə qalardı. İnsanlar abır-həya hissini itirsəydilər, ailələrdə nə kimi dəhşətli münasibətlər ortaya 

çıxmazdı? Çılpaqlıq idarəolunmaz emosiyaları qıcıqlandırıb oyadır, abırlı geyimlər isə bu emosiyaları 

sakitləşdirir.   

– Siz belə düşünmürsünüzmü ki, vərdiş təhriki, şirnikdirməni məhv edib aradan çıxarar? – məndən 

soruşarlar. – Çimərlikdə olarkən hansı adam artıq təkmil formasını almış qadın çiyinlərinə, yaxud onun 

çılpaq ombalarına diqqət yetirir?   

– Çimərlik – dincəlmək və özünü sərbəst hiss etmək üçün bir məkandır, orada nə zəhmət çəkmək olar, 

nə də düşünmək.   

Andre Biyi bizə təlqin edir ki, qadının geyinməyinin səbəbi başqa şeydədir: bu – onların öz nüfuzlarını 

qorumaq cəhdidir.   

«Qadağa həvəs doğurur; pərdəyə kəskinlik verən məhz odur» – Monten belə hesab edir. Stendalın fikri 

isə belədir: «Utancaqlıq məşuqa zövq verir. O, özünə deyir: «Gör o necə də sevir! Mənim xatirimə 

hansı abır-həyanı dəf etməli olur!»   

Biyi yekunlaşdırır: «Həyalı olduğunu hiss etdiyim qadın məndə maraq oyadır, çünki mən belə zənn 

edirəm ki, həya – romantik və melanxolik naturanın sadiq əlamətidir… Öz bədəninin sirləri üzərində 

əsən qadın öz hisslərində də heç vaxt xırdaçılığa yol verməz». Bu nöqteyi-nəzər mənim ürəyimcədir; 

öz bədənini eynən incəsənət əsəri kimi bütün dostlara həvəslə nümayiş etdirən qrafinya de 

Kastilyonedənsə öz güclü daxili müqavimətini dəf edən xanım de Renal kimi bir vəhşi qadının 

sevimlisi olmaq mənimçün daha xoşdur.   

Başqa bir fərziyyə: utancaqlıq bədəndəki nöqsanların aşkar olunmaq, üzə çıxmaq qorxusundan yaranır. 

Bu doğrudurmu? Siz yaxşı bədən quruluşuna malik qadınların az utancaq olduqlarını hiss etmisinizmi, 

xanım? Mənə bu nöqteyi-nəzər çox məhdud və ədalətsiz görünür. Tərbiyəsi, yaxud dini əqidəsi 

sayəsində əxlaqlı qalan qadın öz formasının təkmilliyinə baxmayaraq, daim belə əxlaqlı olaraq da 

qalacaq. Bəli, həqiqətən də, çılpaqlığı insanın təbii vəziyyəti saymaq olmaz.   

«Çılpaq deputatların iclas keçirdiyi parlamenti təsəvvür etmək mümkün deyil», – qəzəbli Svift deyirdi. 

Sizə belə mənzərəni görməyi arzu etmirəm. Əlvida.       

 

 



TUTQUN SƏRHƏD   

 

Dünyada hər şey hərəkətdədir, o cümlədən vaxt da; elə bir zaman yetişir ki, adam qarşıda onu ilk 



gəncliyin həmişəlik olaraq ötüb-keçməsi barədə xəbərdar edən tutqun sərhədi hiss edir. Bu ifadənin 

müəllifi olan Konrad həmin tutqun sərhədi qırx yaşa aid edir. Emil Anrio özünün «Hər şey lap elə 

indicə bitəcək» adlı çox gözəl romanında həmin sərhədi əlli yaşın yaxınlığına çəkir və mən məhz onun 

haqlı olduğu fikrindəyəm. Anrionun qəhrəmanı «sənin yamacla üzüaşağı getdiyin, müvazinətini 

saxlamaq üçün bütün səylərin əbəs olduğu və amansız bir şəkildə ölümün ağuşuna yuvarlandığın həmin 

o üzücü hissiyyatı» təsvir edir…   

– Düzdür, siz mənim nevrasteniyadan əziyyət çəkdiyimi bildirəcəksiniz, – o, öz həkiminə deyir. – 



Amma yox, bu, tamam ayrı şeydir. Mən bütün ömrüm boyu çox nikbin adam olmuşam, doktor, mənim 

giley-güzardan zəhləm gedir, mənə təsəlli verənləri görməyə gözüm yoxdur. Amma düzünü desəm, 

indi mənim vəziyyətim nəsə yaxşı deyil.   

– Sizin neçə yaşınız var? – həkim soruşur.   

– Qırx səkkiz, tezliklə qırx doqquz olacaq…   

– Hə, bu, təxminən, belə bir yaşda başlanır…   

Düşünürəm ki, adamların əksəriyyəti, hətta qalib təəssüratı bağışlayan bir çoxları da ümidsizlik 

«mərəzini» məhz həmin sərhədi keçdikləri vaxt hiss etməli olurlar. Lap kiminsə həyatı nə qədər yaxşı 

təmin olunsa belə, yenə dəxli yoxdur, gənclikdə arzu edilənlə sonradan əldə olunan arasında kəskin 

fərq mütləq mövcuddur. Bizlərdən heç birimiz seçdiyimiz yolla axıradək tərəddüdsüz və yoldan 

sapmadan addımlamağı bacarmırıq. Qaz molekulu saysız-hesabsız təkanların təsiri altında öz 

trayektoriyasını hər an necə dəyişirsə, adamlar da daim təsadüflərin təsirini hiss edirlər.   

«Nə baş verirsə versin, – gənc birisi bildirir, – mən filan-filan hərəkətlərə ömründə yol vermərəm…» 

Siz onunla otuz ildən sonra görüşün və görəcəksiniz ki, məhz elə yol verməyəcəyi həmin hərəkətlərə 

yol verib. «Mən heç zaman aldadılmış qadın olmaqla razılaşmaram, bunu özümə heç vaxt rəva 

görmərəm və bu vəziyyətlə barışmaram» – otuz il əvvəl cavan, gözəl bir qız belə söyləmişdi. İndi o, əri 

tərəfindən tamamilə atılmış və buna fikir verməyi tədricən yadırğamış ağsaç bir matronadır.   

«Tezliklə mənim əlli yaşım tamam olacaq», – Stendal kədərlə yazmışdı və bunun ardınca sevdiyi 

qadınların adlarını sadalamışdı. Hərçənd o özü üçün illüziyalar yaratmışdı – həmin qadınların heç biri 

xüsusi diqqətçəkən qadınlar deyildi. İyirmi yaşında olarkən Stendal böyük məhəbbət və qeyri-adi 

qadınlarla görüşlər barədə arzu edir, xam xəyallara qapılırdı. Özünün zərifliyi, sevgidən qeyri-adi 

dərəcədə yaxşı baş çıxartması və məğrur xasiyyəti ilə, əlbəttə ki, Stendal buna tam layiq idi. Lakin 

onun arzuladığı qadınlar    peyda olmadı və öz sevgi macəralarını yaşamaq təsadüfünə malik 

olmadığından Stendal onları təsvir etməklə kifayətləndi; yazıçı yalnız tutqun sərhədi arxada qoyandan 

sonra yoluna çıxmayan böyük məhəbbət üçün göz yaşları axıtdı.   

«Bu yaxınlarda mənim əlli yaşım tamam oldu» – yazıçı düşünür. Bəs o, nə yarada bilib? Nəyi ifadə 

etməyi bacarıb? Ona elə gəlir ki, hələ hər şeyi bundan sonra deyəcək, amma yazılması lazım olan 

kitabları o yalnız indi görməyə başlayıb. Bəs bundan ötrü yazıçıya nə qədər vaxt verilib? İndi onun 

ürəyi daha zəif döyünür, gözləri görməkdən qalır. On il? On beş il? «Sənət sonsuzdur, ömür qısa». Bir 

vaxtlar ona bayağı görünən bu kəlam birdən-birə böyük məna kəsb etməyə başlayır. Bəs özündə güc 

tapacaqmı ki, Prustun ardınca itirilmiş vaxtın axtarışına yollansın?   

Öz saatlarını və dəqiqələrini belə asanlıqla yelə verən cavan adamlar bu haqda – bizim kimi özlərinin 

də nə vaxtsa adlamalı olacaqları həmin bu tutqun sərhəd barəsində heç olmasa, hərdənbir 

düşünməlidirlər. Sizə qalanda isə, querdia…   

  Amma deyəsən, qadınlar bu məsələnin üzərində    düşünmürlər. Əlvida.   

 

 



İZDİVAC UYĞUNSUZLUĞU HAQQINDA   

 

Uyğunsuzluq – iki insanın heç cür razılığa gələ bilmədiyi və deməli, birlikdə yaşamağı bacarmadıqları 



bir vəziyyətə gətirib çıxaran xarakter və temperament ziddiyyətidir. Uyğunsuzluğun həqiqətən baş 

verməsi üçün aradakı ziddiyyət kəskin və barışmaz olmalıdır; əks təqdirdə, yəni əgər bu, belə 

olmasaydı, onu heç uyğunsuzluq adlandırmazdılar. Elə hallar olur ki, birgə ər-arvadlıq dövrünün ilk 

vaxtlarında bir-birinə qarşılıqlı vərdişetmə tamamilə qeyri-mümkün olmasa da, çox çətin alınır. Bəzən 

bu, ərlə arvad arasında sevginin olmaması səbəbindən baş verir. Kişi və qadın mühakimə əsasında 

nikah bağlayırlar; onlardan hər biri sərbəst və tənha həyata vərdiş edib; biri digərinin qəfil peyda olan 

istək və şıltaqlığı ilə hesablaşmaq zərurətini pis keçirir. Sevgi bu cür fədakarlığı asanlaşdırardı və təzə 

vərdişlərin yaranması özünü ləngitməzdi. Arada əvvəldən məhəbbət olmayanda isə ərlə arvad 

arasındakı qarşılıqlı müqavimət daha şiddətli şəkildə üzə çıxır. Amma hər necə olsa, əgər birgə həyatın 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə