Yad qadina məktublar



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə8/31
tarix01.11.2017
ölçüsü0,69 Mb.
#7999
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   31

və hansı hərəkəti etdiyini ölçüb-biçir. Ən yaxşı tamaşalar – bilərəkdən hazırlanan və incə şəkildə 

oynanılan tamaşalardır. Bu tamaşanı təkcə qadınlar oynamırlar. Dahi sərkərdələr – Napoleon, Liote – 

nadir hallarda, yalnız buna zərurət olduqda hirslənib özlərindən çıxırdılar. Amma bu vaxt onların 

hiddəti bütün çərçivələri uçurub dağıdırdı! Bərk hiddətlənmiş vəziyyətdə Liote öz marşal kepini yerə 

çırpmış və sonra da ayaqlamışdı. Həmin günlərin birində o, hələ səhər erkən öz çaparına demişdi:   

– Mənim köhnə kepimi mənə gətir.   

Ondan nümunə götürün. Öz hiddət və qiyamınızı mühüm şəraitlər üçün qoruyub saxlayın: öz göz 

yaşlarınızın keşişi olun. Tamaşalar nadir olduqda effekt doğurur. Az qala, hər gün ildırımlar guruldayan 

ölkələrdə onlara heç kim fikir vermir. Özümdən misal    gətirmək istəmirəm. Təbiətim etibarilə mən az 

hiddətlənən, gec qıcıqlanan adamam, lakin mənim də ildə bir və ya iki dəfə özümdən çıxmağım olur – 

aşkar ədalətsizlik və cahillik əndazəni aşanda, məni adi sakitlikdən məhrum edib təbdən çıxaranda. 

Belə günlərdə ətrafımdakı adamların hamısı mənə güzəştə gedir. Gözlənilməzlik – qələbənin 

girovlarından biridir. Tamaşalar az, lakin parlaq olmalıdır, xanım. Əlvida.   

 

QIZIL MİSMAR HAQQINDA   



 

Nəhayət ki, siz mənə cavab verdiniz! Əlbəttə, aydındır ki, adınızı bildirmədən. Naməlum qadın 

mənimçün naməlum olaraq da qalır. Amma indi mənə ən azından sizin xəttiniz tanışdır və bu xətt 

mənim xoşuma gəlir. Düz, aydın, oxunaqlı hərflər – ədəbli, nəzakətli, abırlı bir adamın xətti və həm də 

abırlı bir qadının    xəttimi? Ola bilsin! Mümkündür! Amma öz məktubunuzda siz mənə qeyri-adi bir 

sual verirsiniz.   

«Artıq beş ildir ki, – siz öz məktubunuzda yazırsınız, – mənim həssas və ağıllı bir dostum var. O, 

demək olar ki, hər gün mənim yanımda olur, hansı kitabları oxumağım barədə, teatrda hansı tamaşalara 

baxmağım haqda mənə məsləhətlər verir, bir sözlə, mənim asudə vaxtımı xoş bir tərzdə doldurmağa 

çalışır. Biz heç vaxt dostluq sərhədlərindən kənara çıxmırıq; onun məşuqəsi olmağa mənim 

meylim-həvəsim yoxdur, lakin o, buna cəhd edir, inad göstərir, az qala, məni didib-parçalayır; o 

təsdiqləyir ki, məndə məğrurluq ehtirasdan çoxdur və o, bundan dözülməz dərəcədə əziyyət çəkir; deyir 

ki, bu vəziyyət uzun müddət davam edə bilməz və günlərin bir günü mənimlə görüşməyə son qoya 

bilər. Bu şantajın qarşısında güzəştə getmək lazımdırmı? İyrənc,    amma düzgün sözdür, çünki çox 

gözəl bilir ki, onun dostluğu mənimçün zəruridir. Bir halda ki o, nəsə başqa şeyə cəhd edir, onda, 

görünür, mənim dostluğumu yetərincə qiymətləndirmir – belə deyilmi?..»   

Xanım, mən bilmirəm siz Sent-Bövün «Qızıl mismar» povestini oxumusunuz, ya yox? O, bu povesti 

ondan ötrü yazıb ki, sizinlə münasibətdə olan dostunuz kimi eyni münasibətdə olduğu    bir qadını fəth 

etsin. Bir qədər ovçu Dianaya uyğun gələn, uşağı olmayan və öz yaşından cavan görsənən füsunkar 

gənc qadın sevginin sonuncu bəxşişindən imtina etməklə onu olmazın əzablara düçar etmişdi; o, ən 

usta fəndlərlə arzuedilən lütfkarlığı əldə etməyə can atırdı. «Çoxdan tanıdığın və sevdiyin otuz beş-qırx 

yaşlı qadına – qoy lap bircə dəfə olsun! – sahiblənmək elə bir şeydir ki, mən həmin şeyi dostluğun 

ikilikdə vurulmuş qızıl mismarı adlandırıram».   

Sent-Böv belə hesab edirdi ki, bu «qızıl mismarla» bənd edilmiş zəriflik sonradan insanın bütün ömrü 

ərzində, sadəcə, minnətdarlıq, dostanə bağlılıq, yaxud maraqların birliyi əsasında yaranmış 

hissiyyatdan daha etibarlı qalır. Öz fikrinin təsdiqi üçün o, XVIII əsrin gözəl bir yazıçısının sözünü 

misal çəkirdi: «Hansısa on beş dəqiqə çəkən intim yaxınlıqdan sonra bir-birini hətta sevgiylə də deyil

ən azından cazibə ilə doyduran iki adam arasında elə bir etibar, elə bir ünsiyyət rahatlığı, bir-birinə 

qarşı elə bir incə diqqət yaranır ki, belə bir şey heç onillik möhkəm dostluqdan sonra da peyda ola 

bilməzdi».   

«Qızıl mismarın» bu problemi indi sizin də qarşınızda durur, xanım. Mənim başa düşdüyümə görə, 

sizin dostunuz da sualı eynən Sent-Bövün Sofi Luvre d’Arbuvil dövründə qoyduğu kimi qoyur; 

şıltaqlığı ona daim məmnunluq bəxş edən (ola bilsin, hətta buna görə özünə hesabat verməyən), lakin 

onu doydurmayan işvəkar bir xanımla rastlaşmaqla kişi, həqiqətən də, Tantal əzabları çəkir. Amma hər 




necə olsa da, mən «qızıl mismara» inanmıram. İlk təcrübə nadir hallarda ən uğurlusu olur. Belə ki, bu 

cür mismarlarla dolu bütöv bir taxta parçası tələb olunur.   

Doğrusuna qalsa, əgər sizin dostunuz özünün təsdiq elədiyi kimi belə dözülməz əzablara məruz qalıbsa, 

onda gərək sizin müqavimətinizi çoxdan dəf edəydi. Qadınlar dost kimi qalmağın mümkün olduğu 

həssas kişiləri intuitiv şəkildə hiss edirlər. Hərçənd bu, onların özlərini hətta bir qədər təəccübləndirir 

(bir ingilis xanım platonik məhəbbətin mahiyyətini belə izah etmişdi: «Qadın kişinin nə istədiyini 

anlamağa can atır, halbuki kişi heç nə istəmir»), amma hər necə olsa, onlar tamamilə    məmnundurlar 

və hətta yaranmış vəziyyətdən sui-istifadə edirlər. Lakin əsl sevgilinin peyda olması yetər ki, «dostluq 

əlamətlərinə» dərhal da əlvida deyilsin, dərhal xitam verilsin. Şatobrianın öz istəyinə nail olduğu həmin 

dəqiqədən etibarən Jülyetta Rekamye təkcə ona məxsus olmağa başladı. Jülyetta sevgi çiçəklərini uzun 

müddət toxunulmaz saxlamağa cəhd etsə də, sonradan əmin olmuşdu ki, elə bəhrə də yaxşı şeydir. Əgər 

bacarsanız, bundan səmərəli dərs götürün. Ən yaxşı falları tapmacalar vasitəsilə izah edirlər. Əlvida.   

 

MÜHAZİRƏÇİNİN GƏLİŞİ HAQQINDA   



 

– Səncə, bu odur?   

– Buna əminəm.   

– Amma görkəmindən heç də yazıçıya oxşamır.   

– Onun görkəmi qayğılı adamın görkəmidir… O, bizi axtarır… Salam, hörmətli metr.   

– Ah! Salam… Siz cənab Bernarsınız?   

– Özüdür ki var. Bu isə mənim xanımımdır… O, heç cür inanmaq istəmirdi ki, siz – elə sizsiniz… 

Şəkillərdə siz əslində olduğunuzdan yaşlı görünürsünüz… Səfər sizi çox yormadı ki?   

– İt kimi yorulmuşam… Bütün günü yoldayam… Candərdi nahar… Bir sözlə… Amma mühazirənin 

başlanmasına qədər mənim hələ iki saat vaxtım var, dincəlməyə imkan taparam.   

– Deyək ki, bu iki saat olmayacaq… Sizi mehmanxanaya yola salmazdan qabaq mən sizə zalı 

göstərmək istərdim… Zalı görmək sizin ürəyinizcə olacaq, sizə xoş olacaq.   

– Düzünə qalsa, yox… Axı bundan adama xoş olmur…   

– Son dərəcə mütəəssirəm, cənab metr, amma bizim ora baş çəkməyimiz vacibdir. Mən görüş barədə 

cənab Blavski ilə, kinoteatrın sahibi ilə şərtləşmişəm və o, indi bizi gözləyir… Bilirsiniz, cənab Blavski 

çox küsəyən adamdır, hər şey tez xətrinə dəyir… Üstəlik də, hörmətli metr, yaxşı olar ki, yerindəcə 

mən sizə bəzi    şeyləri izah edim… Bizim zalımız böyükdür, amma akustikası elə də fərli deyil… 

Bərkdən danışmaq lazım gələcək və həmişə də masanın böyründə dayanmaq, azacıq sola tərəf üz tutub 

danışmaq lazımdır…   

– Güman edirəm ki, heç olmasa, səhnə sizdə qızdırılır, mən bu yaxınlarda zökəm olmuşdum və mənim 

həkimim…   

– Təəssüf ki, yox. Ümumi istilik sistemi əlbəttə ki var, amma işləmir… Yeri gəlmişkən, zal ağzınacan 

dolu olanda tez qızır… Di gəl ki, bədbəxtlikdən, bu axşam adam çox olmayacaq.   

– Niyə ki, bilet az satılıb?   

– Çox az satılıb, cənab metr, çox az… Cəmisi iyirmi beş, uzaqbaşı otuz bilet… Amma narahat olmayın, 

mən bundan xəbər tutanda göstəriş verdim ki, zalın boş görünməməsi üçün məktəblərə və kazarmalara 

havayı giriş biletləri göndərsinlər.   

– Sizdə həmişə belə olur?   

– Yox, nə danışırsınız, hörmətli metr, bizdə mühazirələrin böyük uğurla keçdiyi hallar da olub… Lakin 

bu axşam meriyanın konsert salonunda Jak Tibo çalacaq. Bələdiyyə teatrı isə burada qastrolda olan 

Barenin truppasının ifasında «Çətin vaxtlar» tamaşasını göstərəcək… Ona görə də mühazirə, təbii ki…   

– Bəs siz qabaqcadan konserti təşkil edənlərlə və teatrın direktoru ilə danışa bilməzdiniz?   

– Burada məsələ müəyyən qədər siyasət məsələsidir, hörmətli metr… Siz axı özünüz yaxşı bilirsiniz ki, 

yerli ədavət nə deməkdir… Hər nə cür olsa da, biz, onsuz da, çox adam yığa bilməzdik. Mühazirənin 

mövzusu – «Stendalın romanları» –    burada çox az adamı cəlb edir… Sizi ruhdan salmaq istəməzdim, 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə